Tofiq Məhəmməd oğlu Hüseynzadə
152
KÖNÜL VERMİŞƏM
Titrəyir sinəmdə bu axşam ürək,
Hansi gözəllikdən söz açir görək?
Dostlar, təbiətlə, sinə gərərək
Vuruşan insana könül vermişəm.
Ana – bir anadir, Vətən – bir ana,
Kim açiq gözünü qapamiş buna?..
Əli qələm tutub Vətən yurduna
Dastanlar yazana könül vermişəm.
Torpağa atilmiş hər taxil dəni
Namusla yaşatmiş doğma Vətəni.
Bu yerdə qurtarmaz gözəllik dəmi,
Belə gülüstana könül vermişəm.
Dedi: Günəş nədi, Ay nədi axi?..
O, uçdu, öyrəndi daha uzaği!
Əzəldən sevmişəm mən bu torpaği,
Bir də asimana könül vermişəm.
Bülbülün eşqinə əsən gül üçün,
Əyilib, qirilan bir sünbül üçün,
Hər ağir gününə oba, el üçün
Ürəkdən yanana könül vermişəm.
Xəyal cığırı – II cı̇ld
153
Mənim ilk andimdir – həqiqət, özü,
Mən onu sanmişam ömrümün gözü.
Hərdən yana-yana açanda sözü,
Dərdimi qanana könül vermişəm.
Kim qirsa bir ömrün eşq aynasini,
Qoy ellər saxlasin onun yasini.
Duyub məhəbbətin ilk mənasini,
Gözəlim! Bir sana könül vermişəm.
24.10.1968
Tofiq Məhəmməd oğlu Hüseynzadə
154
YAT, GÖZƏLİM
Gecədir...
Bax gör saat neçədir?
Yat,
şirin-şirin yat.
O saat
Məni də al qoynuna,
etiraz varmi buna?..
Sən yat,
yuxuna şəkər qat,
mələyim.
Qaranliqlar içində
mən sənə keşik çəkim.
Hər gecə arzum,
quzum...
Bir ölçü, bir biçimdə,
yat, gözəl yar!
xumar-xumar.
Bu zəngin yatişindan,
örtülü baxişindan,
dodağindan, qaşindan
xoşlansin halim.
Təptəzə ilham alim,
yazim yeni şeir
gözəlliyinə dair...
Yat,
məni gör yuxuda,
əlimdən tuta-tuta
Tofiq Məhəmməd oğlu Hüseynzadə
156
Yat...
Oyaq vaxti qorxmuşam,
sözüm çoxdu deməyə,
dodağindan öpməyə.
Bilmirəm harda,
hansi dastanlarda
oxumuşam?
Gündüzlərin gülüşü,
gecələrin öpüşü
min bir dünyadir,
insan ruhuna daddir.
Yat...
Mənim arzum, diləyim,
sevda mələyim, yat.
Sən ki mənim
ömrümə, günümə
olmusan ən şirin dad.
Yat,
şirin-şirin
yat.
Axi sən,
yaxşi bilirsən...
Gecələr...
eşqin ruhuma
nur çilər...
24.10.1968
Xəyal cığırı – II cı̇ld
157
MAHALIM MƏNİM
Ay ellər, söyləyin niyə, nə üçün,
Yenə qara geydi, qara iqbalim?
Dedim ki, qizili dəmirdən seçin,
Bürüdü aləmi hey qalmaqalim.
Vətənə arxayam, həm də ki, oğul,
Həqiqət sözünə yaranmişam qul,
Qananlar eylədi sözümü qəbul,
Qanmaza xoş gəlməz mənim sualim.
Parlayib Günəş tək, yandisa şöhrət,
Əzəldən şöhrətə etmişəm nifrət.
Bu gün yaşayiriq, sabah yox, fəqət ...
Canimdir ən böyük cahim, cəlalim.
Neçə yapalaqlar uçdu çəmənə,
Neçə tərlan öldü sarin hökmünə.
Dostlar, tərpətməyin, ox dəymiş mənə,
Haqsizliq görmüşəm, yamandir halim.
Aşiqlar çox dedi, siğmadi sözə,
Bir dastan yaraşir hər sadə qiza,
Hərdən siğal verib gəlsə də bizə,
Görürəm, yamanca çaşir xəyalim.
Tofiq Məhəmməd oğlu Hüseynzadə
158
Satmadim yadlara elin namini,
Çürüdüb yerlərdə qoydum canimi.
Qəmliyəm, sorsaniz ilk məkanimi,
Ələsgər eşqili Göyçə mahalim!
28.10.1968, (bazar günü)