Tofiq Məhəmməd oğlu Hüseynzadə
174
MƏNƏ BUNLARI GƏTİR
Dilbərim...
Gözəl yar, bu yaxinda
Çalinacaq bizim toy.
Günəş kimi nur saçan
Ürəyimi açim qoy!
Sən ki, gəlin gələndə,
Arzularim güləndə,
Mən səndən istəmirəm
Cehiz adina heç nə.
Mənə lazim da deyil
Ən böyük bir dəfinə.
Gələndə gətir mənə
Şirin dil, xoş xasiyyət,
Səadət adli dünya,
Bir də böyük məhəbbət.
06.11.1968
(«Vardenis» qəzetinin 25.02.1978-ci il
tarixli sayında dərc olunmuşdur.)
Xəyal cığırı – II cı̇ld
175
BİZ KİMİK?..
Ay elli, incisən də
Qanim yaman qaradir.
Məndən niyə soruşdun:
– De, rayonun haradir?
Xəritədə yurdumuz
Bircə yumruq boydadi,
Bütün xalqin adindan
Yazilmiş gözəl adi.
Bir ürəyi min yerə
Bölmək nəyə gərəkdir?
Hamimizin qəlbində
Döyünən – bir ürəkdir.
Hamimiz eyni qanli,
Hamimiz eyni dilli,
Dediyin quru kəlmə
Alçaldir bizim eli.
Düşsək vətəndən uzaq
Yurdumuzun yoluyuq,
Soruşsalar, deyərik:
Azərbaycan oğluyuq!
09.11.1968
Tofiq Məhəmməd oğlu Hüseynzadə
176
DAYAQ OL EŞQİMƏ
A xəstə könlümün böyük həkimi,
Yaxşi bax, qorxuram hoylayar yaram.
Təzəcə day duran bir uşaq kimi
Sevda yollarinda ayaq açiram.
Dayaq ol eşqimə, əlimdən yapiş,
Qoy mən yixilmayim, nə də qorxmayim.
Həm yazda, həm yayda, payiz, həm də qiş,
Gündüz Günəşim ol, gecələr Ayim.
Sənin gül cismindir nurlu səhərim,
İsti nəfəsinlə ömrüm boy atsin.
Yeni arzularla xəyalim, fikrim,
Qoynunda oynayib, qəlbində yatsin.
Bircə dəqiqə də ayrilma məndən,
Qalaram anasiz bir uşaq kimi.
Ayrilsan, tökərsən saçlarima dən,
Qəlbim yazilmayib ağ varaq kimi.
Əlimi sən o vaxt, burax əlindən,
Eşqin mənasini tər-təmiz bilim.
Naz ilə qəlbimə dəyən dilindən
Küsməyim, mən sənin qədrini bilim.
Xəyal cığırı – II cı̇ld
177
Sevda dənizində batib, getməyək,
Üzək bu başindan o bir başina.
Yenə bir-birimizi ötüb, getməyək,
Çataq məhəbbətin gənclik yaşina.
O vaxt qovuşsa da Yer ilə göylər,
Bizi bir-birimizdən ayira bilməz.
Dağlari qar alir, solur güneylər,
Gənclik köçüb gedir, bir daha gəlməz.
1968 noyabr
Tofiq Məhəmməd oğlu Hüseynzadə
178
ŞAM VƏ MƏN
Gözəlim, şam ilə mənim nə fərqim?
Şam kimi od tutub, mən də yaniram.
Bəllidir sənə də bu yanar eşqim,
Sənin eşqin ilə alovlaniram.
Əlində alişqan gətirib bir vaxt,
Sevdali başimdan od vurdun yaman.
Mən susdum şam kimi, qoparmadim dad.
Qalxmadi üstümdən bir hisli duman.
Şam yanir, yandiqca əridir yaği,
Bu dərddən, nalədən alov yüksəlir.
Mən də əriyirəm şam kimi axi,
Səsim alovlardan, odlardan gəlir.
Şam yanir, yarimçiq keçmir yarida,
Özündən sonra da yaği od alir.
Şam kimi od tutsa, yansa kim harda,
Tarixdən tarixə böyük ad qalir.
Mən də od tutmuşam yanar şam kimi,
Qalacam aləmdə bir nişan kimi.
1968 noyabr
Xəyal cığırı – II cı̇ld
179
HƏSRƏT QALMIŞIQ
Səhərin gözləri dikilir hər gün,
Axşamin o, qərib üfüqlərinə.
Mənim nəzərlərim isə büsbütün,
Sənin xəyalinla uçur dərinə.
Günəş sizin yerdə dənizdə doğur,
Bizdə uca dağdan qalxir o, şahə.
Sənin eşq gəmini göy Xəzər qovur,
Burda Şahdağ yanir naleyi-ahə.
Mənzillər nə uzaq, qəlblər nə yaxin,
Günəş nur ələyir dənizə, dağa.
Hər iki ünvanda eşq axin-axin,
Hansi səddlər qoyur bizə qadağa?..
Dilbərim, eşqində pərvanə kimi,
Yandim atəşinə, səndən arali.
Həsrətdən sizildar könlümün simi,
Qəmlini tərk etdin, qoydun yarali.
1968 noyabr
Tofiq Məhəmməd oğlu Hüseynzadə
180
CƏRƏYAN NAQİLLƏRİ
Cərəyan naqilləri
Qoşa gedər hər yana,
Lampada birləşəndə
Nur çiləyir cahana.
Sənətimdə doğur, bax,
Açilmamiş bir səhər,
Cərəyan naqilindən
Biri arvad, biri ər.
Ah, nə gözəl, səmimi,
Atib qüssəni, qəmi
Hər evə girər qoşa,
Hər evdən çixar qoşa.
Uşaq adli lampaya
İkisi axar qoşa.
Təhlükə də gözləyir
Naqilləri hər saat,
Yaşayirlar necə ki,
Ailədə ər-arvad.
Naqillər yanmamaqçün
Arali olsun gərək,
Dəysələr bir-birinə
Yarali olsun gərək.
Bəzən, gələndə yeri
Bir-birinə dolanar,
Üzündə pərdə olsa
Nə alişar, nə yanar.
14.11.1968
Xəyal cığırı – II cı̇ld
181
HƏR ŞEY AZADLIQ SEVİR
Bekarliqdan, nədənmi?
Yoxsa əyləncədənmi?
Gücümlə, qüvvətimlə
Sixiram dilsiz yayi?
Öyünüb, yaxşi iş tək
Salmişam hay-harayi.
Yay dözür sixliğina,
Sixildiqca sixiram.
Çatir sonuncu sixliq,
Gülürəm aram-aram.
Yadima gəlməyir ki,
Səbir çatibdir sona.
Cansiz, dilsiz bu yay da
Dözməz belə divana.
Gücünü toplayir yay,
Açilaraq taybatay,
Məni, birdən qəzəblə
İtələyib, yixir o,
Atilaraq əlimdən
Azadliğa çixir o.
Bir baxiram o yaya,
Bir baxiram özümə.
Hər şey qaranliq gəlir
Təbiətdə gözümə.
Peşman-peşman yerimdən
Mən qalxiram bir təhər.
Düşünürəm: «Dünyada
Dostları ilə paylaş: |