Xəyal cığırı – II cı̇ld
145
ELİN YARASI
Ürək! Nə ah çəkmə, nə də ki, fəryad,
Qalmaz əsrlərə ilin yarasi.
Sağalar qirilan hər qol, hər qanad,
Gedər qiyamətə dilin yarasi.
Bir kəs yaranmamiş vətənsiz, elsiz,
Vətənlə hər insan yaranmiş ekiz.
Nə qədər dünyada yaşasaq da biz,
Çixmaz yadimizdan elin yarasi.
Beynimdə kök salmiş eşqə dolduğun,
Sən, gah bulandiğin, gah durulduğun.
Qəmlini ağlatdi vurğun olduğun,
Tökülən bir, siyah telin yarasi.
10.10.1968
Tofiq Məhəmməd oğlu Hüseynzadə
146
QALIBDIR
Xeyli vaxtdir yardan iraq olmuşam,
Gözüm yolda, könlüm xəstə qalibdir.
Bir gül kimi saralmişam, solmuşam,
Qulaqlarim şirin səsdə qalibdir.
Hey baxiram dil açmayan yollara,
Ürəyimdə bir dərd oldu min yara.
Ürək dostum, tamaşa et güllərə,
Sol əlimdə dəstə-dəstə qalibdir.
Eşitdim ki, vəfasizdir o ellər,
Vəfasizdir əzəl başdan gözəllər.
Qəlbim yanar, yanar, yanar hey mələr,
Ömrüm, günüm boş həvəsdə qalibdir.
12.10.1968
Xəyal cığırı – II cı̇ld
147
GÖRMÜŞƏM
(qəzəl)
Çox nəzər eyləmişəm cahanda könülləri,
Eşqdən yanan qəlbləri tamam talan görmüşəm.
Saxtaliğa köklənmiş, pərdələnmiş dilləri
Safliqdan dəm vursa da, zatda yalan görmüşəm.
Pərvanənin cəfasin əzbər bildi elləri,
Şamin yanmaq zülmünü yerdə qalan görmüşəm.
Yeganə ümidlə çarə diləyən əlləri
Acimayib qüvvətlə vurub, salan görmüşəm.
Səsi bəmdən adlamaz, ad çixarmiş «zil»ləri,
Layiqi «məğlub» edib, zəfər çalan görmüşəm.
Sədaqət «bazari»nda dəyişib əsilləri,
Sayca çoxa meyl edib, müftə alan görmüşəm.
Yüksəklikdən aşaği axan çayi, selləri
Tərsinə çevrilərək – əksi olan görmüşəm.
Haqsizliq qarşisinda dümdüz – rəvan yollari,
Doğruluğun önündə, ancaq dalan görmüşəm.
Günah etmiş məxluqun açiq qalmiş qollari,
Döyəclənən yerdə mən, təkcə palan görmüşəm.
Tofiq Məhəmməd oğlu Hüseynzadə
148
Xəyanətlə ömür sürən, yola verən illəri,
Sədaqətli mərdə nisbət, var – kalan görmüşəm.
Sənin adinla sevdim ən ətirli gülləri,
Ay üzlü sən – nigari vaxtsiz solan görmüşəm.
1968 oktyabr
Xəyal cığırı – II cı̇ld
149
MƏN İNSANAM
Mən ki, insan oğluyam,
Güc-qüvvətlə doluyam.
Mənə səhra göstərin
Çəmənzara döndərim.
Bir dəli çay göstərin
Səhralara göndərim.
Mənə nişan verin siz
Sildirimli qayalar...
Gücümlə, qüvvətimlə
Edim onu tari-mar.
Mənə zirvə göstərin...
Daşli-qumlu zirvələr...
Yerin dərinliyindən
Çixararam, gör nələr...
Qərəz, hər nədir çətin –
Onu mənə göstərin.
(Doğulmuşam mən mətin),
Qollarim mətin-mətin,
Kamalim dərin-dərin,
Güc-qüvvətlə doluyam,
Axi, insan oğluyam!
1968 oktyabr
1) «Sosialist Sumqayıtı» qəzetinin 02.11.1968-ci il;
2) «Ədəbiyyat və İncəsənət» qəzetinin 15.02.1969-cu il ta-
rixli saylarında;
Tofiq Məhəmməd oğlu Hüseynzadə
150
3) 1985-ci ildə İrəvanda nəşr olunmuş Ermənistan şair və
yazıçılarının şeir və nəsr əsərləri məcmuəsi olan «Ədə-
bi Ermənistan-83» (Almanax) kitabında (səh.38) dərc
olunmuşdur.
Həmin şeir müəllif tərəfindən Qazax rayonunun Barxudarlı
kəndində yaşayarkən – 1968-ci ilin oktyabr ayında qələmə alın-
mış, «Ədəbiyyat və incəsənət» qəzetinə Qazax rayonundan gön-
dərilmiş və həmin qəzetdə Azərbaycanın xalq şairi Rəsul Rzanın
müsbət rəyi ilə dərc olunmuşdur.
Rəsul Rzanın rəyindən bir neçə söz: «Bəyəndiyim şeirlə-
ri seçəndən sonra zərflərin üstünə baxıram. Ünvanlar da mə-
nimçün şeir kimi səslənir. Naxçıvan, Masallı, Göyçay, Şamaxı,
Qazax, Şəki, Lənkəran, Gəncə, Sumqayıt, Füzuli, Quba, Bakı
– bütün Azərbaycan! ...yeni şeirin istedadlı nümayəndələri ye-
tişir. Mənə göndərilən yazılardan bir neçəsini seçib, oxuculara
təqdim edirəm. Mən çoxlu şeir içindən bir neçə cavan şairin
yazısını seçdim. Çalışdım ki, seçilmiş şeirlər yalnız vəzn və ifadə
formalarına görə deyil, janrlarına görə də müxtəlif olsun.
...Tofiq Hüseynovun şeirləri lirikdir.»
Xəyal cığırı – II cı̇ld
151
ƏLƏSGƏR
Könül! Bir qoşmada, ya bir nəğmədə
Siğarmi söhbətə, sözə Ələsgər?
Cahanla yanaşi dayanib, mən də
Baxiram... oxşayir közə Ələsgər.
Ona yanar ilham, sevda sənəti
Verdi bir gözəlin son məhəbbəti.
Nə vaxt ki, yollarda qaldi niyyəti,
Söz qoşdu gəlinə, qiza Ələsgər.
Əlinə saz verdi o, sevda yari,
Heç vaxt unutmadi dosta ilqari,
Axdisa dünyadan dünyanin vari
Baxmadi nə çoxa, aza Ələsgər.
Demədi ya artim, ya da yüksəlim,
Zaman yetişdirdi onu bir alim.
Nə qədər amansiz olsa da ölüm,
Qoydu böyük məktəb bizə Ələsgər.
23.10.1968
Dostları ilə paylaş: |