Tofiq Huseynzade--seir--kitab 1111. indd



Yüklə 21,6 Mb.
Pdf görüntüsü
səhifə124/143
tarix04.07.2018
ölçüsü21,6 Mb.
#53181
1   ...   120   121   122   123   124   125   126   127   ...   143

Xəyal cığırı – II cı̇ld

207


Kim nəyə bir kəlmə böhtan dedisə,

Onu sizə açdim, sizə danişdim.

Bir böhtan demədim mən heç bir kəsə,

Sularla duruldum, odla alişdim.

Nə də ki, dünyada bir sənətkarin,

Qiymətsiz demədim bir əməlinə.

Axi, mən şairəm, nə ixtiyarim,

Zaman sənət vermiş ustad əlinə.

Yaxşi deyiblər ki, bu ulu həyat,

Hələ yaratmayib biliksiz ustad.

Mən qələm almadim şöhrət, ad üçün,

Yaşadim, yaratdim bir həyat üçün.

İlhamsiz yazmadim bircə kəlmə də,

Hər sadə xəyala cummadim həm də.

Nə vaxt ki, mən girdim şeir donuna,

Baxib təbiətin sonsuzluğuna,

Dedim:

– Tarix hökm eləsin, alim qələmi,



Orda nəzmə çəkim gözəl aləmi.

Nə vaxt ki, yar oldum mən bu sənətə,

Yazdim ilk şerimi işə, zəhmətə.

Axi, insani da yaratmiş əmək,

Əməklə çirpinir, yaşayir ürək.

Əməyin qədrini bilməsə əyər,

O, ürək vurmasin, dayansin gərək.



Tofiq Məhəmməd oğlu Hüseynzadə

208


Mən qələm götürüb insan işinə, 

İnsan hünərinin yüksəlişinə,

Sevinclə, ilhamla, yazdiğim şeri

Yaxin dostlarimdan oxuyub biri,

Mənasiz-mənasiz üzümə güldü…

Başima göylərdən odlar töküldü.

Həyatin zövqünü bircə anmayan,

Öz söz-söhbətini özü qanmayan,

İşdən, yüksəlişdən, həyatdan geri,

Şit, quru yaranmiş düşüncələri,

Şeirdən-sənətdən bixəbər bu kəs

Dediyi kəlməni anlaya bilməz.

Bulaya-bulaya yekə başini,

Qara qaşlilar tək yersiz qaşini

Çəkərək, söylədi: «Burda hansi söz, 

Yerində, yurdunda işlənibdi düz?

Bu ki, uydurmadir, nə iş, nə əməl?

Şerinə oxşayir, cansiz bir heykəl.

Deyirsən şerim var, şerdi bu da?..

Gəlir qafiyələr gah burda, orda.

Yaza bilmirsənmi qoşma sayaği?

Yazanda işdən yox, yaz gül yanaği,

Nə bilim, belə yaz – sən bir mələksən,

Hurisən, pərisən, gülsən, çiçəksən,

Alirsan canimi... və sair, sair...

Unutma, yazanda yaz eşqə dair.

Qəlbinə dəyməsin, dəyir də dəysin,

Əyər redaksiyada mən işləsəydim,




Xəyal cığırı – II cı̇ld

209


Doğru danişiram, basmiram gopa,

Bu şeri heç zaman verməzdim çapa!»

Mənasiz-mənasiz yenə güldü o, 

Qəlbi yanan kimi dedi ki, «Paho!

Sözlərim dostumun xətrinə dəymiş...

Di yaxşi, di o sən, o da yüksəliş...»

O, çox danişibsa, dərin xəyalla,

Sinəmdə çarpişan bu qalmaqalla

Ondan ayrilmişam fikri dumanli.

Mən, elə bilmişəm, əli naqanli

Dostum üzərimə hücum çəkibmiş...

«Di yaxşi, di o sən, o da yüksəliş...»

Bu günkü zamanda elmi olsa da,

Elmin pəncəsində o, boğulsa da,

Evdə arvadina sözü keçməyən,

Suyu üfürsə də, yenə içməyən,

Həyatda yaşayan bu, arsiz insan,

Sizə də, mənə də ataraq böhtan,

Bilmədi insani yaratmiş əmək,

Əməklə döyünər, yaşayar ürək...

Yekəbaş nə bilsin, bu, ulu həyat

Hələ yaratmayib biliksiz ustad.

Ey vəfali qələm, vəfali kağiz! 

Çox zaman əhdimə siz yar oldunuz.

Həyatda çox sözə açmadim ağiz,

O dəm ilhamimla şerə doldunuz.

11.12.1968



Tofiq Məhəmməd oğlu Hüseynzadə

210


ÇİÇƏKLƏR 

Təbiət geyəndə bahardan libas,

Tutar yamaclari, yali çiçəklər.

Könüllər aparan bir dilbər kimi,

Olur çəmənzarin şali çiçəklər.

Ətir saçilibdir maral düzünə,

Gecə salam verir al gündüzünə,

Üzünü bənzədib yarin üzünə,

Sevər yarpağinda xali çiçəklər.

Uçuşub, qaçişib çöldə arilar,

Tapanda çiçəyə, gülə sarilar,

Həyatda insana edib etibar, 

Toplayir üstünə bali çiçəklər.

11.12.1968




Xəyal cığırı – II cı̇ld

211


SİZ LENİNİ DÜŞÜNÜN!

Güclü dumandan, çəndən,

Qaranliqlar içindən

Al sabaha gurlayan

Zülmkar, bəsdir, dayan!

Milyonlarin səsini...

Səsini, nəfəsini

Eşidəndə həmin dəm,

Siz Lenini düşünün!

Zindanlari uçuran,

Çarin hökmünü ciran,

Azadliğin ilk səsi,

Könüllər təranəsi.

Yeni qanun yaradan,

Cahanda böyük adam, – 

Siz Lenini düşünün!

Nə böyükdür o, insan!

Hünərlə min-min dastan

Yazilsa sətir-sətir,

Saçsa Günəş tək ətir,

Siz Lenini düşünün!

Deyirlər orda, burda:

«Ölüm haqqdir dünyada!».

Yaşayib ölmək ayri,

Ölüb yaşamaq ayri.



Tofiq Məhəmməd oğlu Hüseynzadə

212


Tarix ilə ölməyən,

Həqiqətlə yüksələn, 

Ürəklərdə yurd salan, 

Varsa ən böyük insan, –  

Siz Lenini düşünün!

Siz Lenini düşünün!!!

11.12.1968



Xəyal cığırı – II cı̇ld

213


«QURBAN OLARAM» DƏFTƏRİNİN SONU

«Yazdim bu dəftəri tamam bir ildə,

Düz on iki ayda, düz dörd fəsildə.

Bircə gün nə artiq, nə əksik deyil,

Ötür bulaq kimi ilhamim dil-dil...

Ömrümdən boş keçən bircə ani da

Çəkib, istəyirəm şerimə qoşam,

İstərəm ən böyük bu cahani da

Gətirəm şeirə, möhkəm vuruşam!»

11.12.1968

     



Tofiq Məhəmməd oğlu Hüseynzadə

214


«KÖNÜL DƏFTƏRİ»NƏ 

GİRİŞ 

Bu dəftərdə şair 20.12.1968-ci il tarixdən 

27.04.1971-ci il tarixədək yazdığı şeirləri top-

lamışdır. 

Fələk qələmimi qoymasa ağlar,

Eşqim bundan belə kükrəyib çağlar.

Uydurma demirəm bircə kəlmə də,

Mənim şeir sözlü təbiətim var.

20.12.1968




Yüklə 21,6 Mb.

Dostları ilə paylaş:
1   ...   120   121   122   123   124   125   126   127   ...   143




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə