Xəyal cığırı – II cı̇ld
233
YADA DÜŞÜR
Qələm alib, söz qoşanda
Nazli yarim yada düşür,
Şəlalə tək, hey coşanda,
(Xəyal uca dağ aşanda)
Düz ilqarim yada düşür.
Uçur quşlar dəstə-dəstə,
İlham coşur min həvəsdə,
Könlüm yenə qalsa xəstə,
Vəfadarim yada düşür.
Gah gecədə, gah gündüzdə
Ceyran qovdum dağda, düzdə,
Şirin-şirin söhbət-sözdə
Öz şikarim yada düşür.
Gəncliyimdən qaldi soraq…
Bəzən, eşqə atlanaraq,
Mən açanda varaq-varaq
Dinən tarim yada düşür.
Daş üstündə yazdim, haman:
«Dilbərimin qaşi kaman».
Artiq keçib xeyli zaman
O vaxtlarim yada düşür.
23.12.1968
Tofiq Məhəmməd oğlu Hüseynzadə
234
VƏTƏN EŞQİ
Dolaşiq bir aləm içimi yeyir,
Bu ağri, bu kədər, bilməm nədəndir?
Görəsən, nə üçün nadanlar deyir:
«Harda gün xoş keçsə, ora vətəndir?»
Yox… yox... bu xəyala atilsam əyər,
Vurulan budaq tək quruyar dilim.
Od-alov ələyər başima göylər,
Düşərəm dünyadan mən ilim-ilim.
Vətən! Nə böyükdür onun mənasi,
Ordan kainata, ordan həyata
Açilmiş ömrümün qoşa aynasi,
Boy atdim vətəndən mən tuta-tuta.
Mən orda almişam ilkin nəfəsi,
Mən orda day durub, orda yeridim,
Dilim tutar-tutmaz «Ana!» kəlməsi
Mən orda söylədim, mən orda dedim.
Bu qoca dünyada sayilir şöhrət
Quşa qanadlari, insana vətən,
Yerlə yerisəm də hər zaman, hər vaxt
Uçuram vətənin qanadinda mən.
Mənim vətənimdə hər kəsək, hər daş,
Deyirəm, layiqdir ulduza yoldaş.
Xəyal cığırı – II cı̇ld
235
Ey vətən, ey vətən! Qurbanam sənə,
Nə qədər müqəddəs yaranmisan sən.
Günəşin içində yaşasam, yenə,
Odlu vətənimsən, vətənim sənsən.
Hər yer vətənimdir, söyləsəm əyər,
Vurulan budaq tək quruyar dilim.
Od-alov ələyər başima göylər,
Düşərəm dunyadan mən ilim-ilim.
24.12.1968
Tofiq Məhəmməd oğlu Hüseynzadə
236
O VAXT OLAYDIM Kİ, MƏN…
Bu, böyük sonsuzluğa
O vaxt gələydim ki, mən,
Müharibə sözündə
Ad olaydi gül, çəmən.
Yox olaydi dünyadan
Dava səsi, qorxusu,
Gül açaydi insanin
Xəyali və arzusu.
Bu dünyada anadan
O vaxt olaydim ki, mən,
Bir insan diksinməyə
Zülm, əsarət səsindən.
Vicdan təmiz olaydi,
Namus isə ləkəsiz,
Qalmayaydi bir insan
Nə evsiz, nə eşiksiz.
O vaxt olaydim ki, mən,
Qardaş olaydi hami,
Mən də alaydim tamam
Gözəllikdən ilhami.
24.12.1968
Xəyal cığırı – II cı̇ld
237
GÖRƏNDƏ - EŞİDƏNDƏ
(Bunları da sevirəm)
Görəndə ki, adamlar
Namusdan, ardan kənar...
Kor olmaq istəyirəm.
Eşidəndə ağ yalan,
Firildaq, əski böhtan...
Kar olmaq istəyirəm.
24.12.1968
Tofiq Məhəmməd oğlu Hüseynzadə
238
HƏYA
Firlanir təbiət, dəyişir zaman,
Dəyişir insanin düşüncəsi də,
Gündə bir yenilik kəşf edir insan,
Daima firlanan Yer kürəsində.
Dəyişir ulduzlar yolunu bəzən,
Bəzən də al Günəş bərk alovlanir,
Hegel söylədiyi fəlsəfələrdən
Bu gün tamam başqa məna alinir.
Dəyişir dünyamiz, dəyişir hər şey,
İnsan da dəyişir öz qeyrətini,
Baxib «yüksəlişə» düşünərək key,
Dəyişir eşqini, məhəbbətini.
Hər gün təzə moda, hər gün təzə «vid»,
Uzanir ayaqlar, gödəlir paltar,
Qadinla kişinin fərqidir vahid,
Kişinin şalvari qadinda da var.
Dəyişir hörüklər uzunluğunu,
Qaşlar da yerini dəyişir bir az.
(Bilmirəm bunlarin nə olduğunu,
Üşüdür ömrümü qarli bir ayaz).
Xəyal cığırı – II cı̇ld
239
Atalar deyiblər – haqli, yerində:
«Gözəllik ondursa, doqquzu dondur.»
Belə dəyişməni mən ki görəndə
Ciyərim zəhərli bir hava udur.
Ağilli babalar nahaq yerəmi
Paltari insana həya sayiblar?
(Ürəyim bağlayib dərdi-vərəmi
Başimda tufanlar, qasirğalar var).
Əziz oxucular, düşünün, duyun,
Üzündə boyalar, başinda papaq,
Qadin, indiki tək olsaydi çilpaq?
Deyin, olardimi Leyliyə Məcnun,
Hər şey dəyişsə də, gərək insanin
Namusu, həyasi heç dəyişməsin.
İnsan tək yaşasin kişi və qadin,
Mənim də könlümü kədər deşməsin.
25.12.1968
Tofiq Məhəmməd oğlu Hüseynzadə
240
SƏADƏT MƏNİ
Apara bilmədi dalinca heç vaxt
İlan tək qivrilan şan-şövkət məni,
Bilmədim saxtaliq, nə də bir yalan,
Yaşatdi dünyada həqiqət məni.
Keçdim şer yolundan mərd əsgər kimi,
Dosta can söylədim, düşmənə kini,
Koroğlu, Nəbini düşünən kimi
Çəkdi irəliyə o, qeyrət məni.
İnanir qəlbimiz göydə Allaha:
«El gözündən düşən ucalmaz daha!»
Aparir vüqarla bir al sabaha
Təbiət qüdrətli bu hikmət məni.
Vəfasiz çixmadim verdiyim anda,
Əhdimi, ilqari saxladim canda.
Yara bənzətdiyim böyük cahanda
Saldi dildən-dilə məhəbbət məni.
Baxiram şəhərə, baxiram kəndə,
Danişir hər körpə ana dilində,
Azadliq elçisi vətən elində
Çağirir hər zaman səadət məni.
26.12.1968
Dostları ilə paylaş: |