Xəyal cığırı – II cı̇ld
299
Füzulinin heykəli
Yonulacaq büllurdan,
mirvaridən, qumrudan
Üzeyirin dilində
«Leyli-Məcnun» dastani…
Tarin sari telində
Bir millətin fəqani…
Kamança həzin-həzin
Ağladacaq göyləri,
Coşub, yazacaq yenə
Şeriyyət bülbülləri.
Natəvanin qəzəli
Düşəcək dildən-dilə,
Həcərin ər hünəri
Uçacaq eldən-elə.
Azərbaycan adlanan
Millətin oğlu, qizi,
Olacaqlar yenə də
Məhəbbətin ulduzu.
Ah! Nə gözəl xəyalət,
Göydə sevgi, məhəbbət.
Zurnanin, zil qaydasi…
Böyük şənlik dünyasi…
Sevilib, evlənənlər…
(Ah, o günü görənlər...)
Xəyal, məni hələ gör
Haralara apardi...
Sevgilim! O zamanda
Sevənlər bəxtiyardi.
Tofiq Məhəmməd oğlu Hüseynzadə
300
Ah... nə gözəl xəyalət,
Göydə sevgi, məhəbbət.
Yer oğlu göy qizina,
Göy oğlu yer qizina
Qəlbini açacaqlar,
Bəxtəvər olacaqlar.
Qara Keşiş verməsə
Əslisini Kərəmə,
Kərəm, o Kərəm deyil,
Dözməz dərdə-vərəmə.
Yerdə olsa göylərə,
Göydə olsa yerlərə,
Qucaqlayib belini,
Öz sevgisi Əslini
Tez götürüb, qaçacaq,
Tərlan kimi uçacaq…
Ah... nə gözəl xəyalət
Göydə sevgi, məhəbbət.
Sevilib, evlənənlər,
Ah; o günü görənlər...
Sevgilim, yaxina gəl,
oturaq diz-dizə,
baxaq göz-gözə.
Dayanma
bu dəmdə,
sinəmdə
arzuda axina gəl…
Xəyal cığırı – II cı̇ld
301
O vaxt da yaranaydiq,
Sənə könül açaydim,
Səni yerdən göylərə
Mən götürüb qaçaydim.
Zurna gələydi dilə,
dönəydik bir bülbülə.
Fəqət…
bizə olmadi qismət,
Göydə sevmək, sevilmək.
24.02.1969
Tofiq Məhəmməd oğlu Hüseynzadə
302
DİLƏNÇİ
Dilənçi əlacsiz büküb belini,
«Yaziğam! pay verin!» – deyə, dillənir.
Yox, yox! O, açaraq qoşa əlini,
Hamidan ömrünə həyat dilənir.
25.02.1969
BƏNZƏDİRƏM
İlham ayran deyil ki,
Qatiq süzüb alasan.
Nə də kaman deyil ki,
Yaxşi-yaxşi çalasan.
İlhami bülbüllərə
Bənzədirəm əzəldən,
Səsi çixmaz yüz il də
Bülbül düşsə həvəsdən.
25.02.1969
Xəyal cığırı – II cı̇ld
303
GÖZƏLLİK AŞİQİYƏM
(qəzəl)
Yaziram, peşəm budur – gözəllik aşiqiyəm,
Qəzəllik dünyasinda başqa yaranmiş ayəm.
Çəmənin xoş ətrini düzməsəm sətirlərə,
Bülbülün ürəyini yaxar hicran, qüssə, qəm.
Naz satib, işvə satib can alan gözəllərin,
İstərəm yaxasina şeirdən muncuq düzəm.
Baharin paltarinda bəzənəndə dağ, dərə,
Təzə ilham almağa çağirir məni aləm.
Ucalir ulduzlara insanin saf əməli,
Sevinir qəlbim kimi, hünəri yazir qələm.
İstər dünyani Qəmli, həmişə gözəllikdə,
Mən sevda bülbülüyəm, gözəllik aşiqiyəm.
25.02.1969
Tofiq Məhəmməd oğlu Hüseynzadə
304
OLAYDIM
Nə ola, hər kəlmə sözündən qabaq,
Lalə tək qizaran üzün olaydim.
Ceyran tək çöllərdən düşəndə uzaq,
Hürkək baxişinda gözün olaydim.
Məndən utanaraq, boynun əyəndə,
Eşqimi tərlan tək salanda bəndə,
Gözlərin yollarda «yar! yar!» – deyəndə,
Şəkərdən süzülmüş sözün olaydim.
Qəmli dilə gəldi, ay mehri-təban!
Qoyma qismət ola mənə biyaban.
Ellər mələk bilib, kəsəndə qurban,
Belə gözəllikdə özün olaydim.
25.02.1969
Xəyal cığırı – II cı̇ld
305
AZƏRBAYCAN DİLİNDƏ
Duymuşam təbiətin
Bütün gözəlliyini
Azərbaycan dilində,
Ən böyük həqiqətin
Yorulmayan beyini
Azərbaycan dilində.
Ən şirin, ən dadli səs,
Dilin nazli bahari.
Məhəbbətin müqəddəs
Andi, əhdi, ilqari,
Azərbaycan dilində.
Hami dönüb bülbülə…
Səs düşüb hər bir yana…
Şairlik, bəlkə, elə,
Gəlib böyük cahana
Azərbaycan dilində!
Qilinc çəkib pis günə
Məşədinin qəzəbi,
Ana deyib Vətənə
Koroğlu, Babək, Nəbi
Azərbaycan dilində.
Tofiq Məhəmməd oğlu Hüseynzadə
306
Heyran etdi çox dərin
Dünyanin hər oğlunu,
Dinəndə Üzeyirin
Məşhur «Leyli-Məcnun»u
Azərbaycan dilində.
Şöhrətim harda-burda,
Sönük-sönük yanmadim.
Dərimi soysalar da,
Həqiqəti danmadim
Azərbaycan dilində.
Bəxtiyaram, bəxtiyar!
Dillərə düşüb adim.
Gözəl bilir hər diyar,
Biliyi, elmi aldim
Azərbaycan dilində.
Xoş ahəngli səsimi
Sinə dolu deyirəm:
– Millətlərin səsini
Eşitmək istəyirəm
Azərbaycan dilində!
Azərbaycan dilində!..
28.02.1969
Xəyal cığırı – II cı̇ld
307
SEVGİ – İNSAN
Çox qəribə suallar:
– Hər bir söz də, nəğmə də
yaniqli, şən kəlmə də.
Elə, yar!
yar!
yar! –
Siz ey, quru
suallar!..
Nə yüngüldür çəkiniz?!.
İnsan, insan olarmi,
Məhəbbətsiz,
sevgisiz!..
03.03.1969
Dostları ilə paylaş: |