Xəyal cığırı – II cı̇ld
249
MƏHƏBBƏT QUŞU
Görüşəndə biz,
Təmiz eşqimiz
Qanadli quş tək
Nəğmə deyərək,
Sevir aləmi.
Atiriq qəmi.
Ömrümüz gülür,
Nurlar tökülür.
Ayrilanda biz,
Təmiz eşqimiz
Qanadli quş tək
Uçub, gedərək,
Yaradir həsrət,
Əzab, əziyyət.
Can atiriq biz
Görüşməyə tez.
10.02.1969
Tofiq Məhəmməd oğlu Hüseynzadə
250
ƏGƏR Kİ, OLMASAYDI
Gözəlim! Bir söylə ki,
Dinlə, deyim, beylə ki,
Ulduzlar olmasaydi,
Üzündəki xallara
Söylə, nə ad verərdim?
Şirin dil olmasaydi,
Verilmiş suallara,
Axi, nə dad verərdim?
Olmasaydi çəmənzar,
Ətrin oxşayar nəyə?
Baxişindaki gülzar
Dönər bir əfsanəyə.
Saçlarina demişəm, –
Zil qaranliq gecədir,
Qaşlarina demişəm, –
Axi, yaydan incədir.
Camalini oxşatdim
Göylərdə nazli aya,
Hörüklərinə əl atdim,
Bənzətdim axan çaya.
Dodaqlarin çəməndə
Açilib, gülən lalə,
Şirin-şirin nəğməndə
Var nişanə bülbülə.
Bəs, Günəş olmasaydi?!.
Sən, mən, sevgi və həyat
Ola bilməzdi heç vaxt!
10.02.1969
Xəyal cığırı – II cı̇ld
251
QATAR YOLA DÜŞƏNDƏ…
Ömrümdə yüz-yüz dəfə
Qatara minmişəm mən,
Qatara yüz-yüz dəfə
Qalxmişam, enmişəm mən.
Uşaqliqda deyərdim,
Qatar lap tez gedəydi,
Bircə anda ox kimi
Çixib, gözdən itəydi.
Gəncliyimdə qatara
Vermək istədim qanad,
Dedim, məni apara
İstəyimə o saat.
Qocaliğa çatiram…
Getdi gəncliyin dəmi.
Xəyalim qatari yox,
Seyr eləyir aləmi.
İstəmirəm qatarda
Nə ox sürət, nə qanad.
Elə bil ki, ömrümün
Sonuna mən bu saat
Qatarla yol gedirəm,
İstəyirəm döndərəm
Həyatimi geriyə.
Tofiq Məhəmməd oğlu Hüseynzadə
252
Baxaraq göyə, yerə,
Deyirəm, bildim – qatar
Niyə gözdən itərmiş?!.
Elə bil ki, ömrümün
Sonuna yol gedərmiş.
10.02.1969
Xəyal cığırı – II cı̇ld
253
SÜPÜRGƏÇİ
Süpürgəçi süpürdü
Küçəni axşam-səhər,
Ömrünü yaşatdi o,
Cətinliklə bir təhər.
Süpürgəçi yaşadi...
Kim eşitdi ününü?
Elə bil ki, süpürdü
Ömrünün pis gününü.
10.02.1969
Tofiq Məhəmməd oğlu Hüseynzadə
254
GÖYÇƏ
Cənnət bildim nəfəsini,
Sinəm tutmur həvəsini,
Göz bəbəyim bilib səni,
Unutmaram mən ölüncə,
Ana yurdum, səni, Göyçə.
Min-min ömrə al işiqsan,
Gözəlliksən, yaraşiqsan,
Həm şairsən, həm aşiqsan,
Yaratdin çox sənətkarlar,
Gör, nə böyük qüdrətin var!
Səmasinda saysiz ulduz,
Hər gecəsi nurlu gündüz,
Yaranibdir əhdinə düz,
Məşuquna yar aşiqdir.
Könüllərə yaraşiqdir.
Həm dar vaxtda, həm də gendə
Uşağin da, böyüyün də
Qonaqpərvər ürəyində
Yorğununu alar qonaq,
Məhəbbətlə qalar qonaq.
Ellər bilir, bir nazənin
Yandi oda həzin-həzin,
Nakam ölən o, gözəlin
Xəyal cığırı – II cı̇ld
255
Ah, naləsi görün nədir?
«Yar!» kəlməsi Göyçədədir.
Bahar gələr... lalə rəngdə,
Şirin dildə, xoş ahəngdə.
Gəlinləri ağ səhəngdə
Əl eyləyib al bahara,
Enər, gedər bulaqlara.
«Keyti» daği mətin, uca,
Tamaşaya dur doyunca.
Lalə, nərgiz, yarpiz, yonca
Döşənibdir sinəsinə,
Qulaq verir «of!..» səsinə.
Dağ, dərədir başdan-başa,
Qayaliqlar bir tamaşa,
Bulaqlari axar qoşa...
Bəzən yazda boran qopar,
Çox qəribə adəti var.
Barli gəlir hər bahari,
Siğmir elə elin vari.
Zəmiləri, tarlalari
Dönüb hünər meydanina,
Günəş salam deyir ona.
Dərələrdən duman qalxar,
(Dağlar onu tutub saxlar.)
Gəlin, qari nəhrə çalxar,
Tofiq Məhəmməd oğlu Hüseynzadə
256
Ayrana yağ batar-çixar,
Çobanlar da yeyər yaxmac,
Səhər-səhər qalxanda ac.
Yaz olanda daşar sellər,
Yatağini aşar sellər,
Şair kimi coşar sellər,
Könül durub, qulaq asar,
İlham dinər, qələm yazar.
Günəş göyü yara-yara
Rəng çiləyir buludlara,
Tarlalar da şən qizlara
Açir geniş qollarini,
Gözləyirlər yollarini.
Cavanlari əhdinə düz,
Məhəbbəti nurlu gündüz.
Qoçaq oğlan, vəfali qiz,
Yaşayirlar bəxtiyarla,
Ömrü-günü şən vüqarla.
Payiz çox ev çadir qurar,
Zurna dinər, dəfçi vurar,
At kişnəyib, nəmər durar,
Qiz atlanib, gəlin köçər,
Dost-tanişlar yeyər-içər.
Qişi sərtdir, yayi sərin,
Eşqi kimi gözəllərin.
Xəyal cığırı – II cı̇ld
257
Alli-güllü bir səhərin
Qucağinda doğulmuşuq,
Təpə deyil, dağ olmuşuq.
Tarixini tarixçilər
Araşdirib, yaxşi bilər.
Mən deyirəm, tarix qədər
Ömr edib bu, qoca torpaq,
Adi göydən uca torpaq.
Aşiqlarin şirin sözü,
Heyran qalar bülbül özü,
Çox ellərin qaldi gözü,
Nuhdan bizə yadigardir,
Qorumasaq bizə ardir.
Dədə Qorqud qəlbdə iman,
Göyçədə dilədi aman!
Yaşayacaq zaman-zaman,
Bu tarixdə bir dastandir,
Bəxtiyarliq var, qandadir.
Aşiqlarin ilk ustadi
Miskin Abdal – uca adi,
İsmayili qonaqladi,
Bu torpaqdan yadigardir,
O, ölməz bir sənətkardir!
Ozanlar – dizdə qopuzu,
Aşiqlar – sinədə sazi,
Dostları ilə paylaş: |