Tofiq Huseynzade--seir--kitab 1111. indd



Yüklə 21,6 Mb.
Pdf görüntüsü
səhifə126/143
tarix04.07.2018
ölçüsü21,6 Mb.
#53181
1   ...   122   123   124   125   126   127   128   129   ...   143

Tofiq Məhəmməd oğlu Hüseynzadə

224


Bir zaman da gələcək, hələ olmamiş nəsil

Mənim kimi əlinə alaraq cansiz şəkil

Bu günkü mərd insanin surətinə baxacaq,

Ürəyinin səsini gözlərinə taxacaq.

Şəkil nə yaxşi şeydir, yaşadir canlilari,

Yaşadir ölüb, gedən yaranmiş insanlari.

21.12.1968



Xəyal cığırı – II cı̇ld

225


SULAR BELƏ AXIR

Dağlari dələr,

      qaynayib, gələr,

             aşar dərələrə,

                     gedər çöllərə,

       həyatin ilk arzusu – 

                                    su.

O da tərs adam kimi

Tərs ilə tərs danişar,

Sildirimli qayada 

Hay salib, əsər-coşar.

Dərələrə düşəndə –

Enişlərdən bərk axar,

Qabağina keçsə daş

At kimi şahə qalxar.

Düzənlikdən keçəndə

Nə hay salar, nə haray,

Sakitliklər içində 

Düzənliyə olar tay.

Dərinliyə çatanda

Tərsliyini atar o,

Sakit bir quzu kimi

Çökəklikdə yatar o.

21.12.1968




Tofiq Məhəmməd oğlu Hüseynzadə

226


OLSUN

Yar odur ki, zaman-zaman

Yar qədrini bilən olsun,

Ayriliğa çəkib aman 

Göz yaşini silən olsun.

Dil oxşasin şəkər-qəndə,

Yar könlünü salsin bəndə,

Naz eyləyib küsəndə də,

Tez insafa gələn olsun.

Gəl, ey Qəmli! Çəkmə nalə,

Sevinclərə qalib hələ. 

Can qurban et o gözələ,

Qəm dağidib, gülən olsun.

21.12.1968




Xəyal cığırı – II cı̇ld

227


O, MƏNİM ANAMDIR

Hər vaxt həsrətimi çəkib, daşiyan,

Mənim varliğimla gülüb, yaşayan,

O, kimdir?

O, mənim anamdir.

Zəhməti, hünəri mənə sevdirən,

Halal çörəyimi əlimə verən,

O, kimdir?

O, mənim anamdir.

Həyat yollarina gözümü açan,

Adimla sevinib, quş kimi uçan,

O, kimdir?

O, mənim anamdir.

Ömrümə əbədi keşikçi duran,

Yastiğa baş qoysam, nalə qoparan,

O, kimdir?

O, mənim anamdir.

Ömrümə səadət, şadliq diləyən,

Belini ömrümün yolunda əyən,

O, kimdir?

O, mənim anamdir.

Mənə ilham verən, şeir qandiran,

Məni nəğmələrə qanadlandiran,

O, kimdir?

O, mənim anamdir.                             21.12.1968



Tofiq Məhəmməd oğlu Hüseynzadə

228


                                 

MƏHƏBBƏT OLMASAYDI

Könül, nə gəldin dilə,

Yuxusuz ilham ilə

Taki qalib səhərə

Şeir deməzdin; Şerə

Məhəbbət olmasaydi.

Ayriliğin fəryadi,

«Leyli-Məcnun»un adi

Yayilib hər bir elə,

Düşməzdi dildən-dilə

Məhəbbət olmasaydi.

Unudulsa əhdimiz,

Olmazdi qiymətimiz,

Bir dilbərin eşqinə,

Anamiza, Vətənə

Məhəbbət olmasaydi.

21.12.1968



Xəyal cığırı – II cı̇ld

229


ŞƏKİL, İNSAN VƏ ZAMAN

Ulu Tanri –  Böyük adi!

Adi, sani nə ucadi!!!

Onun yalniz bircə ani

Yeri, göyü, kəhkəşani, 

Cansizlari, canlilari,

Məkan, zaman, insanlari

Tək yoxluqdan var elədi,

Hər şey yoxdan cana gəldi...

Ömrümüzə məna qatdi

Hər bir şeydən böyük zaman,

Əbədi yox, sonsuzluğa

Bir nağilçi oldu insan.

Beşcə günlük ömür tapdi 

Əfsanəvi xəyal kimi,

Köçüb, getdi bu dünyadan

Dil açmayan bir lal kimi.

İnsan öldü, surətini

Bəxşiş verdi nəsillərə,

Şəkil qaldi təbiətdə

Nəhs aylara, nəhs illərə.

Hər şəkilə düşən insan

Yaşayibdi zaman-zaman

Nəhs aylarda, nəhs illərdə,

Kağizlarda, şəkillərdə.

Ölüm nədir? Bilmədi o,

Yarandisa ölmədi o.



Tofiq Məhəmməd oğlu Hüseynzadə

230


Ürəyimin təbiətlə

Vardir böyük bir davasi – 

Zamana bax! Kağiz qədər 

Qalibdimi gör vəfasi?..

22.12.1968



Xəyal cığırı – II cı̇ld

231


NƏNƏMİN GÜLÜ

Bir səhər bağçamizda 

Gördüm, anam gül əkir,

Arabir də gözləri 

Bir nöqtədə yol çəkir.

Dinib dərdlilər kimi 

Gözlərinə doldu yaş,

Dərin bir köks ötürüb,

Söz açdi yavaş-yavaş.

Dedi: –  Oğul! Bu gülü 

Anam vermişdi mənə,

Toxumunu verəndə

Tapşirdi dönə-dönə:

–  Qizim! Bu gülü məndən 

Saxla canli yadigar,

Bu güldə analiğin 

Ana qədər ətri var.

Anam silib gözünü, 

Qurtaranda sözünü, 

Dolandi gözlərimdə 

Gələn min-min əsrlər...

Dolandi gözlərimdə 

Anam əkdiyi gülü,

Siğal çəkib boyuna, 

Öz qizina, oğluna 

Bəxşiş verən nəsillər…

23.12.1968



Tofiq Məhəmməd oğlu Hüseynzadə

232


İNSAN ÖMRÜ

Anlardan qorxuram,

                 saatlar dolur,

Günlərdən qorxuram,

                  həftələr olur...

Aylarin kefləri 

                   durulmuş kimi,

İllər qanadlanib,

                   gedir quş kimi.

Əsrlər ardinca 

                   gəlir əsrlər,

Dəyişir nəsillər,

                    ötür nəsillər.

Həyat yerindədir,

                    torpaq yerində,

Həyatin sirrləri 

                     qalir dərində. 

İnsan bulaq kimi 

                     qaynayir, batir, 

Beş gün yaşayirsa,

                      əbədi yatir.

Mənim varliğimi 

                      bir üsyan didir,

Ürək sözlərimi 

                      desəm yeridir:

«Dünyada milyon il

                      yaşasaq yenə,

Elə bil, yarandiq 

                      tək bircə günə!!!»

23.12.1968




Yüklə 21,6 Mb.

Dostları ilə paylaş:
1   ...   122   123   124   125   126   127   128   129   ...   143




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə