Tofiq Huseynzade--seir--kitab 1111. indd



Yüklə 21,6 Mb.
Pdf görüntüsü
səhifə128/143
tarix04.07.2018
ölçüsü21,6 Mb.
#53181
1   ...   124   125   126   127   128   129   130   131   ...   143

Xəyal cığırı – II cı̇ld

241


ÇAL! YENƏ ÇAL!..

(Kamança ustadi Habil Əliyevə) 

Habil! Kamaninin telinə qurban,

Əlində dil açdi lal qərinələr.

Of!.. dedi, başimda saf düşüncələr, 

Kamani yaniqli çaldiğin zaman.

Kaman kaman deyil, elə bilirəm,

Keçmiş nəsillərin dərd çəkənidir.

Qəlbimi titrədən, ağladan nədir?

Mən nə sevinirəm, nə də gülürəm.

Kaman düşündürür, kaman yandirir,

Duyuram min əsrin şikayətini,

Duyuram ellərin hər dəhşətini,

Kaman varliğimi alovlandirir…

Sən çal! Sən çaldiqca, dinlədikcə mən,

Bütün təbiətim keçirir sükut,

Xəyali küsdürən hər həzin nəğmən

Elə bil, başimda bir ağir bulud.

Çal! Çal!...

         yenə çal!

                 Çaldiqca çal!

Bəmdən zilə qaldir,

Zildən bəmə endir,

                  ruhumu dindir.




Tofiq Məhəmməd oğlu Hüseynzadə

242


Keçmiş dilə gəlsin,

Keçmiş telə gəlsin,

Gözlərdən yaş ələnsin,

Damcilar gilələnsin.

Zildən bəmə endir,

           bəmdən zilə qaldir.                            

Arsiz gülənləri,

           mey içib ölənləri 

                          yuxudan qaldir. 

Çal! Çal!..

            Sən çaldiqca, 

Ucaldiqca, alçaldiqca 

                  telin sesi,

                           söz pərisi 

                                  vəcdə gəlir.

Şeir  qəlbim  silkələnir,

                      sellər kimi aşir 

                 – daşir,

Eşitdiyim qəm səsləri

                beyinimdə guruldaşir.

Söz eşqimə, ilhamima 

                ağ lələkli qanad gəlir,

                                 həyat gəlir.

Bu dəfəki ilhamimi, 

                söz dünyami

                       yana-yana,

Qələmimin gücü qədər 

               verəcəyəm tək kamana:




Xəyal cığırı – II cı̇ld

243


Tel telə dəyəndə hər titrəyişi

Necə də ağlatdi. Ağladi kaman,

Açib, söylədikcə ağir keçmişi 

Gülər könülləri oxladi kaman.

Nə ağir keçibdir iztirab, nalə,

Gözlərdən süzülüb yaş gilə-gilə.

Yaniqli-yaniqli gələndə dilə

Yolçunu yolundan saxladi kaman.

Ağlar könül kimi titrədi simi,

Bir dərdi ağladi zili və bəmi,

Cəhənnəm közündə qizan mil kimi

Qəlbimi çal-çarpaz dağladi kaman.

26.12.1968



Tofiq Məhəmməd oğlu Hüseynzadə

244


DEMƏDİM Kİ…

Ürəyimin üstündən

Sənə yol verəndə mən,

Dedim ki, hər addimin

Ürəyimlə titrəsin,

Hər addimin, özündə 

Mənə həyat gətirsin.

Demədim ki, düşmənin 

Girərək sol qoluna,

Keçəydin sinəm üstə,

Ömrüm qalaydi xəstə,

Qəm-qüssəni verəydin

Şeir-sənət oğluna.

09.02.1969




Xəyal cığırı – II cı̇ld

245


SƏYAHƏT

Heraklit dedi ki, sonsuzdur həyat,

Berkeli dünyani şüurda gördü,

Hegeli ideya yaşatdi hər vaxt,

Feyerbax materiya –  deyərək, durdu.

Neçə filosoflar, neçə nəzəriyyə

Danişdi dünyanin əzəl-axirini,

Təriflər çox oldu yerə və göyə,

Hər biri yaşatdi öz qərarini.

Yarisi dedi ki, sonsuzdur həyat,

Yarisi cahani bir sonda gördü,

Yarimçiq nəzəriyyə verən, o saat

Ağilli söylənmiş fikri götürdü.

Mən də düşünürəm… görəsən aləm

Bir sonda yaranmiş, ya sonsuzluqda?..

Sükuta qərq olmuş xəyal və qələm,

Düşünçə başimdan tamam uzaqda.

Bu fikir, xəyalla deyirəm, özüm

Xəyalla seyr edim bütün aləmi,

Xəyalla hər yeri dolanim, gəzim,

Yox edim başimdan mübahisəmi.



Tofiq Məhəmməd oğlu Hüseynzadə

246


Yollar ilim-ilim olsa da yenə, 

Dolandim min dəfə Yer kürəsini,

Eşitdim hər şeydən mən dönə-dönə

«Yüksəliş!» səsini, «həyat!» səsini.

Əməldə dönüşlər, arzular sonsuz,

Yeni çertyojlar, diaqrammalar, 

Hər adi kəlmədə bir sonsuzluq var,

Hər şey sonsuzluğa olubdu məxsus.

Əlimdə qələmim… bu dəmlər elə

Gəlir xəyalima bir sari sünbül,

(Bu, sari sünbülü tez bilə-bilə

Gətirdi gözümün önünə könül).

Torpağa atilmiş bir taxil dəni

Bu gün boy qaldirib, bir sünbül olmuş,

Yaşadib özündə böyük aləmi,

Otuz-qirxa çatib, sünbülə dolmuş.

Otuz-qirx dəni də təzədən əksək,

Hər dəndən yenə də eyni say çixar.

Alinmiş dəni də torpağa töksək,

Hər dəndə yenə də bir yüksəliş var.

Təkrarla eyləsək, gör bircə dənin 

Sayi gedib, çixir bir sonsuzluğa, 

Bir dənin sayini hesablamağa 

Çatmaz qüdrəti də kağiz-qələmin.




Xəyal cığırı – II cı̇ld

247


Xəyaldan ayrildim…

                            İndi bilmişəm

Həyat sonsuz imiş arzular kimi,

Heraklit dediyi fikrə gəlmişəm,

Əsirəm, çoşuram gur sular kimi.

Deyirəm: Sonsuzdur, sonsuzdur həyat,

Sonsuzluq yaşatmiş həyati hər vaxt.

09.02.1969




Tofiq Məhəmməd oğlu Hüseynzadə

248


DOYMARAM MƏN

Varliğimda el adəti,

İnsan, həyat məhəbbəti!

Namus, vicdan, həqiqəti

Quru yerdə qoymaram mən.

Yad olsam da o millətə, 

Vicdanimi atib itə,

Nəsimini tikə-tikə

Dirnağindan soymaram mən.

El qədrini bilməyəni,

Sevinməyən, gülməyəni

Vətən! –  deyib, ölməyəni

Ürəyimə qoymaram mən.

Aylar keçib, il aşsam da, 

Əsrləri dolaşsam da,

Zaman-zaman yaşasam da

Yaşamaqdan doymaram mən.

10.02.1969




Yüklə 21,6 Mb.

Dostları ilə paylaş:
1   ...   124   125   126   127   128   129   130   131   ...   143




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə