Tofiq Huseynzade--seir--kitab 1111. indd



Yüklə 21,6 Mb.
Pdf görüntüsü
səhifə112/143
tarix04.07.2018
ölçüsü21,6 Mb.
#53181
1   ...   108   109   110   111   112   113   114   115   ...   143

Tofiq Məhəmməd oğlu Hüseynzadə

114


AY YAR!

Dayanib aylarla baxsam da yenə,

Mən səni görməkdən doymuram, ay yar!

Səni qisqaniram gülə, çəmənə,

Gözümdən bir yana qoymuram, ay yar!

Həyatda yar sevən yaranar tək-tək, 

Eşqin mənasini bilməz hər ürək.

Sənin ürəyinə saldiğim od tək,

Başqa könülləri oymuram, ay yar!

Qisməti olmusan təmiz eşqimin,

Belə bir vəfali yari var kimin!?.

Gözəllər dayanib, dursa da min-min,

İnan! Heç birinə uymuram, ay yar!

Çox da ki, sinəmdir qəm ilə dolu,

Qədrini çox bilir bu vətən oğlu.

Səninlə bəzənmiş ömrümün yolu,

Başqa bir gözəllik duymuram, ay yar!

31.07.1968




Xəyal cığırı – II cı̇ld

115


İNSAN VƏ VİCDAN

Vicdan – insanliğin ilk mənasidir,

Vicdan – insanliğin saf dünyasidir.

İnsan insanliqla olmamiş ekiz, 

Bu fərqi hər zaman bilməliyik biz.

Dünyada zəkasi, danişan dili,

Həm yaxşi, həm də ki, murdar əməli

Olan canlilara insan demişlər.

Ancaq ki çoxlari heç bilməmişlər, –  

«İnsan» bu canliya verilmiş addir.

(Hər şeyi yaradan yalniz Allahdir!)

İnsanliq – insanin qədir-qiyməti,

Duyğusu, xəyali, eşqi, hörməti...

Bütün gözəlliyin mahir yolçusu,

Hər dərin kamalin böyük ulusu

Olmuşdur əzəldən, bilməliyik biz,

İnsan insanliqla olmamiş ekiz.

İnsan –  insanliğini xalqa göstərən,

Bütün dərinliyi tər-təmiz görən, 

Vicdandir! İnsanin bu gözəl adi.

Çoxlari vicdansiz yixdi həyati.

31.07.1968




Tofiq Məhəmməd oğlu Hüseynzadə

116


SAXLAR MƏNİ

Görüşməmiş ayrildi yar,

Qoydu necə ağlar məni...

Qopardiğim bu ahu-zar

Dağ üstündən dağlar məni.

Gah sevinmiş, gülmüş ürək,

Nələr gəzmiş burda mələk.

Ayaq izi bir əsir tək

Bu yerlərdə saxlar məni.

Surətinə düşmüşəm yad,

Hey çəkirəm nalə, fəryad.

Qorxuram ki, ay aman, dad,

Yar hicrani oxlar məni.

Ayriliği gül yanağin,

Qeybətidir bağca-bağin.

Kin, qəzəblə qoymur yaxin,

Nə bir bağca, bağlar məni.

31.07.1968




Xəyal cığırı – II cı̇ld

117


TAPA BİLMƏZ

Nəsillər ardinca gələcək nəslə

Yadigar yaziram bunu həvəslə:

«Həyatda getməyən hər çətin izlə

Axtarib yolunu düz tapa bilməz.

Ah çəkər ürəkdən, ürəyi inlər,

Hər toyda, məclisdə yadlari dinlər,

Yalandan – yalandan özün öyənlər

Bir kəlmə deməyə söz tapa bilməz».

Atalar söyləmiş belə məsələ:

«İnsanliq ucaldar ömrü həvəslə.

O kəs bilməli ki, alimlik ilə

Özünə uca yer, tez tapa bilməz!»

Arsiz yaşayaraq, boyun bükənlər,

Nə var qazananlar, nə ev tikənlər,

Gözünü hey ona, buna dikənlər

Öləndə beş metir bez tapa bilməz.

Yaratdi insani İlahi qüdrət,

Bəxş etdi hamiya, sevgi, məhəbbət.

Eşqin mənasini bilməyən, əlbət,

Özünə vəfali qiz tapa bilməz.



Tofiq Məhəmməd oğlu Hüseynzadə

118


Fitnələr ürəyin gah qirağinda,

Oynaşar gah solu, gah da sağinda.

Qonşu istəməyən, öz ocağinda

Ocaq qalamağa köz tapa bilməz.

Həyatda yaşayib arsiz, bir təhər,

Dayanib bayquş tək hər axşam-səhər,

Haminin malina göz yetirənlər

İtirər gözünü, göz tapa bilməz.

Ağildan kəm olan, az qana-qana,

Düşər çətin işə, yetirməz sona.

Vurnuxub dəli tək o yan, bu yana,

Özünə uğurlu iz tapa bilməz.

Qəmlinin dərdinə qulaq asanlar!..

Heç vaxt unudulmaz qəlbən yazanlar.

Bir şair olmayib, lovğalananlar

Bir misra deməyə söz tapa bilməz.

31.07.1968



Xəyal cığırı – II cı̇ld

119


YADINDAMI, GÖZƏLİM?

Yadindami, gözəlim?

Uzaq-uzaq yol boyu

Atlar durdu nəmərə,

Bir qizin oldu toyu

Onu verdilər ərə...

Yadindami, gözəlim? 

Sənə könül açdiğim,

Dodağinda təbəssüm

Utanaraq qaçdiğin...

Ay, gözü şəhla quzum.

Yadindami, gözəlim? 

Arzumuz çatdi başa,

Dolandi asimani 

Diləklərimiz qoşa...

Sevdim böyük cahani.

Yadindami, gözəlim?

Kəndimizin səhəri...

Bizdən sizə gəldilər, 

Sənin kimi dilbəri 

Mənə ki ad etdilər...

31.07.1968




Tofiq Məhəmməd oğlu Hüseynzadə

120


GÖYÇƏNİN

Qalmiş qulağimda min dastan kimi,

Boranli, çovğunlu yazi Göyçənin.

Olmuş aşiqlarin ilham hakimi,

Ələsgər həvəsli sazi Göyçənin.

Oyanir Günəşlə səhər gözəllər,

Al-əlvan bəzənir səhralar, çöllər,

Var olsun, yaşasin yaradan əllər,

Qiz deyil, pələngdir qizi Göyçənin.

Neçə alimi var, neçə loğmani,

Hamiya əzizdir hər bir insani.

Günəş şəfəqi tək tutub cahani,

Söhbəti Göyçənin, sözü Göyçənin.

Mənim qibləgahim – Vətən torpaği,

Ruhumdur, canimdir gülü, yarpaği. 

Dərin mənalarla şair sayaği

Yandirdi Qəmlini gözü Göyçənin.

31.07.1968




Xəyal cığırı – II cı̇ld

121


YOLUNU GÖZLƏYİRƏM

Bəzən dumanda, çəndə,

Xəyalimdan keçəndə,

Gözlərim yaş içində

Yolunu gözləyirəm.

Yazda güləndə lalə,

Töküləndə şəlalə, 

Çəkərək fəryad, nalə

Yolunu gözləyirəm.

Ürəyim indi qanmiş, – 

Ayriliq nə yamanmiş...

Qəlbim qapqara yanmiş,

Yolunu gözləyirəm.

Yadindami o anlar? – 

Küsdün, barişmadin, yar!

Gəlsin yenə o aylar...

Yolunu gözləyirəm!

06.08.1968          




Yüklə 21,6 Mb.

Dostları ilə paylaş:
1   ...   108   109   110   111   112   113   114   115   ...   143




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə