Tofiq Məhəmməd oğlu Hüseynzadə
98
Günəş kimi aləmə nur saçir Azərbaycanim,
Odlarin nişanəsi, xoş diyarim – vətənimdir.
Ey Qəmli! Bəsdir artiq nalələrdən uzaqlaş,
Polad kimi dönməyən şah vüqarim – vətənimdir.
17.07.1968
Xəyal cığırı – II cı̇ld
99
OLSUN
(qəzəl)
İstəməm dünyada mən, dövlətim, varim olsun,
Qoy o, şöhrət yerinə vəfali yarim olsun.
Yaniram yar oduna, yaniram axşam, səhər,
Bu dərdimi deməyə kamanim, tarim olsun.
Yolum düşsə çəmənə, sevsin təbiət məni,
Al güllərin üstündə bülbülüm, xarim olsun.
Məhəbbətin dalinca sürünməkdən nə çixar?
Boş-boş söhbət yerinə təmiz ilqarim olsun.
Dolanmir xəyalimda mənasiz nazlar satan,
Ömrümə ömür qatan bir şux nigarim olsun.
Qəmli, sən gözəllərə bəyan eylə indi ki,
Cəm gözəllər yerinə bir vəfadarim olsun.
17.07.1968
Tofiq Məhəmməd oğlu Hüseynzadə
100
ÜRƏYİN SƏYYARİDİR
Ürəyin səyyaridir,
Bir səyyari quş kimi.
Uçursan eldən-elə,
Qaçirsan çöldən-çölə
İçməmiş bihuş kimi.
Söyləməyin yeridir,
Ürəyin səyyaridir.
Dünən sevmişdin məni,
Bu günsə başqasini.
Sabahisi, kim bilir
Qəlbinin aynasini?
Deyirəm, yana-yana
Tutacaqsan ha yana?
Kimi, bilə-bilə sən
Atəşə yaxacaqsan?
Neçəsinin qəlbinə
Süzülüb, axacaqsan?..
Qaş-gözünə aldanib
Hami and verir sənə.
Öz eşqini tez danib
Mənim tək neçəsinə
Qəlbini satdin, aldin...
Ucalmadin, alçaldin.
Hər ömrə, hər saata,
Diqqətlə bax həyata.
Bu gün variq, sabah yox,
Ömrün mənasini duy.
Xəyal cığırı – II cı̇ld
101
Sevilsən də nələr – çox,
Bir ürək, bir qəlbə uy.
İnsansan, insan kimi
Ömrünün ol hakimi.
Hüzuruma yaxin dur,
Sənə xahişim budur:
Kimi sevirsənsə sev,
Bir atəşlə alovlan.
Yaşayar dünyamizda
Təmiz eşqlə ucalan.
Məni indi, ürəkdən,
Ay el qizi, dinlə sən.
Təkcə xahişim budur,
Uzaş səyyarilikdən!
17.07.1968
Tofiq Məhəmməd oğlu Hüseynzadə
102
QAYITMAZ
Cavanliq ömürdə qalsaydi əyər,
Bütün bəşəriyyət; gülərdi göylər.
Onun qədrini bil, dünyalar qədər,
O, çeşmə suyudur, axar, qayitmaz.
Bütün gözəlliyin sultani oldu,
Ömrün təm-təraqli bir xani oldu,
Necə dəliqanli, tufanli oldu,
O, min-min arzudur, çixar, qayitmaz.
Ötdü bağçasinda bir bülbül kimi,
Açildi gül kimi, soldu gül kimi,
Yaşadi, boy atdi şux sünbül kimi,
O, mələr quzudur, gedər, qayitmaz.
Qəmli! Nə gözəldir gəncliyin səsi,
Gözəldir nur saçan eşqi, həvəsi,
Qoynuma doluşan bahar nəfəsi
Gəncliyin duzudur, itər, qayitmaz.
17.07.1968
Xəyal cığırı – II cı̇ld
103
LÖVHƏ
Gecədir... şəhərdə başqa bir aləm,
Arzular, diləklər seyrə çixibdir.
Geniş küçələrdə danişan, gülən...
Həyat da gecəyə gözəl baxibdir.
Günəşin xəyali kiçik lampalar
Nur saçir, sayrişir ulduzlar kimi,
Burda tamam başqa bir gözəllik var,
Ən zərif, ən incə arzular kimi.
Sevgi sevgisinin girib qoluna,
Yeni gələcəkdən açir söhbəti.
Baxirlar həyatin dərin yoluna,
Ən əziz bilirlər saf məhəbbəti.
Başqa bir oğlan da üzündə təlaş,
Qəlbində titrəyiş yanaşir qiza.
Deyir ki, «Ay gözəl, yavaş get, yavaş,
Ürəyim sənindir; hər nə ki varsa».
Həyadan qizarir qizin yanaği,
Yarpaqlar boynuna dolanir qolu...
Təsvirə möhtacam... hər axşam çaği
Başlanir gör neçə sevginin yolu!?.
Bir il bundan qabaq sevib-sevilən,
Bu gün körpəsilə seyrə çixibdir...
Küçədə sevilən, danişan, gülən...
Gözəllik ardinca gözəllik yağir...
Tofiq Məhəmməd oğlu Hüseynzadə
104
Gecədir... şəhərdə başqa bir aləm,
Arzular, diləklər qanadlanibdir.
Sevinclər yoluna süzülüb, gələn
Uca dirəklərdə şamlar yanibdir.
Gözəlim! Diqqət et, bir məni dinlə!
Gecənin qoynuna biz də girmişik,
Mən elə bilirəm, indi səninlə
Bütün gözəlliyi biz gətirmişik.
18.07.1968
Xəyal cığırı – II cı̇ld
105
SUAL
Ay məni bir vaxtlar sevən nazənin,
De, indi sən kimə könül açmisan?
Bir söylə, tapdiğin təzə şikardan
Necə aralanib, necə qaçmisan?
Qəlbinin aynasi neçə könülə
Əks etdi qəlbindən qopan atəşi?
Neçə könül yixdin sən gülə-gülə,
Ay oynaq qəlblərin yanar Günəşi?
18.07.1968
Tofiq Məhəmməd oğlu Hüseynzadə
106
MÜXTƏLİF NƏĞMƏLƏR
Gələcək bir zaman, çiçəklər kimi
Bizim də ömrümüz solub, gedəcək.
Zaman dolandiqca yenidən təzə,
Kollarin dibindən güllər bitəcək.
Dözməyib ağriya, hər işgəncəyə,
Zülmü lap kökündən qoparmişiq biz.
Bu doğma vətəni al gələcəyə
Dərin zəkamizla aparmişiq biz.
O gün ki, gecənin qoynuna girdik,
Yardi ürəyini buludlarin Ay.
Ürək sözümüzü ürəyə verdik,
Örtülü qəlbimiz oldu taybatay.
Gözəlim! Gəl deyək təmiz ürəklə,
Təmiz məhəbbətlə, təmiz diləklə,
Ömrümüz, günümüz bəxtiyar olsun!
Atsaq eşqimizi, bizə ar olsun!
A dostlar deməyin, – ömür uzundur,
Bir canin üstündə min ölüm gəzir.
Yaşamaq insanin ilk arzusudur,
Vaxt olur, arzu da tel kimi əsir.
Dostları ilə paylaş: |