Tofiq Huseynzade--seir--kitab 1111. indd



Yüklə 21,6 Mb.
Pdf görüntüsü
səhifə108/143
tarix04.07.2018
ölçüsü21,6 Mb.
#53181
1   ...   104   105   106   107   108   109   110   111   ...   143

Xəyal cığırı – II cı̇ld

81

VURDUN

Dedim ki, şirindir ləbin şəkərdən,

Oxladin, sinəmə bir yara vurdun.

Dedim, mən küsmüşəm nazli dilbərdən,

Qiymadin ömrümə, dübara vurdun.

Baharin qədrini nə bilər payiz?

Gözəllər əzəldən olar vəfasiz.

Qövr edir ürəyim, axi, insafsiz,

Ürəyim adlanan şikarə vurdun.

Dərdimi yazmaqdan xəstə düşmüşəm,

Od tutub, gör necə ağlayir peşəm.

Yar! Sənin eşqinlə odam, atəşəm,

Bildinmi, oxunu sən hara vurdun?..

30.06.1968

AĞRI

Bizim o dağlar qizi eşqini pünhan etdi,

Görün, nə pis qan etdi...

Niyə məni yandirdi odlarda gizli-gizli,

Bizim o, Ay bənizli?

Düşdü elin ağzina: «Bir oğlan bir qiz sevir!»,

Qəlbimdən qopdu səbir.

O gözələ eşqimi, söz verərək qələmə,

Car eylədim aləmə.

02.07.1968




Tofiq Məhəmməd oğlu Hüseynzadə

82

KİÇİK NƏSİHƏT

(Bir məsəl var)

Xalqin arasinda belə misal var –

Gözəllər əzəldən vəfasiz olar.

(Məni qinamasin dostlar, əzizlər,)

Qinamayin məni. Nazli gözəllər

Qablardan-qablara su kimi dolar.

Ətri xoş olsa da hər bir afətin,

Bir bənövşə kimi açmamiş solar.

Getməz gül camalin çirkin əməli,

Yüz illər üstündən axsa da sular.

Qəmli, bu dərdlərə vermə çox fikir,

Xəyallar, fikirlər saçini yolar.

02.07.1968



Xəyal cığırı – II cı̇ld

83

QƏRİBƏ GÜL

Ürək necə zərifdir,

Ürəkdəki tel kimi.

Ürək necə gözəldir,

Çəməndəki gül kimi.

De, niyə, de, nə üçün

İlhamim daşdi yenə?

Bu, gözəl hekayəti

Dostum danişdi mənə.

Dedi: «Uzaq ölkədə

Bir möcüzə görmüşəm.

İlhamimi, bəlkə də

O çiçəyə vermişəm.

O yerdə, o diyarda

Qəribə bir gül yaşar;

Bu söhbəti dedikcə 

İlhamim aşar-daşar.

Həmin gülün xoş ətri

Nur çiləyir dörd yana,

Gözəlliyi min aləm 

Həyat verir duyana.

Ancaq toxunanda əl 

Ətri tamam dəyişir,

Olur zəhər qoxulu 

İnsan ilə əyişir.

Büzülür yarpaqlari

Peşiman olur adam...»




Tofiq Məhəmməd oğlu Hüseynzadə

84

Dedim: «Belə dostlari 



Dindirməyə çox şadam,

Hər gün bir yeni nəğmə 

Eşidirəm, duyuram.

Batsam da dərdə, qəmə, 

Şerə, sözə uyuram.

Bir də dostum, bil ki, sən,

O, gül ürək kimidir.

Tanimadiğin qəlbi

Nə danişdir, nə dindir.

Tanidiğin qəlbə də 

Elə yanaş ki, hər vaxt

Bir ürəyin önündə 

Qalmayasan xəcalət».

05.07.1968




Xəyal cığırı – II cı̇ld

85

BİR ŞEİRƏ CAVAB

Dostum, könlün açiq! Qəlbin nə incə,

Vurğunam qəlbinin sadəliyinə.

Oxudum şerini sənin o gecə,

Düşdüm xəyallarin dərinliyinə. 

Uşaqliq ilində qirdiğin budaq,

Hələ də qəlbini yandirib-yaxir.

Deyirsən arabir, bu ana torpaq

Belə vicdanlara nə gözlə baxir?

Sən budaq qirmisan; bəs qanlar tökən 

Niyə vicdanini qan ilə yudu?

Neçə min saraylar, saraylar tikən

Pozğun vicdanlarin qurbani oldu.

İnsan ölümündən ayri zövq alan

Namusdan, qeyrətdən deyilmi kənar?..

Qəpiklər ardinda durub, ucalan

İnsanliq önündə qul tək alçalar.

Sən budaq qirmisan! Kaş, yer üzündə

Hami yaşatmaği belə biləydi,

Vətənin gözündə, elin gözündə

Daim yaşayaydi, daim güləydi.

05.07.1968



Tofiq Məhəmməd oğlu Hüseynzadə

86

İÇİNDƏ

Ah... yenə dilbərim, o dağlar qizi, 

İtibdi çiçəklər, güllər içində.

Elə bil, bəxtimin bu, Dan Ulduzu

Bahardir fəsillər, illər içində.

Hürkək maral kimi baxir dörd yana,

Ovçusu mənəmmi? Gələm meydana!

Nur saçir Ay kimi bütün cahana

O, Günəş camali tellər içində.

Qəmlini oynadan işvə, naza bax,

Mən ona yan getdim, o, qaçdi uzaq.

Dedim: «Sinəm üstə çəkmə yenə dağ,

Qalmişam dəryalar, göllər içində».

05.07.1968



Xəyal cığırı – II cı̇ld

87

MƏNİM ÜNVANIM

Mənim ünvanimi soruşan dostlar,

Eşidin, nə böyük hekayətim var.

Mənim ilk nəfəsim, mənim ilk səsim,

Uşaqliq illərim, gənclik həvəsim, 

Aşiq Ələsgərin ömrü, iqbali

Göyçə mahalidir – Göyçə mahali. 

Keçsə də ömrümdən düz iyirmi il,

Bu qeyrət yadimdan heç çixan deyil.

O, Vurğun nəfəsli Qazaxda ki mən,

Almişam əlimə ilk dəfə qələm.

Məndən şeri, sözü soruşan dostlar!..

Görün, necə böyük hekayətim var.

1968 iyul



Tofiq Məhəmməd oğlu Hüseynzadə

88

DE!..

Çixib öz yolundan kükrəməsin çay,

Mən sənə aləmdə tapmamişam tay.

Yenə də o, Günəş, yenə də o, Ay

Sənin camalindan söz açirmi, de?!

Bülbülü gülündən saldilar ayri,

Solur xəzəllərin, bağlarin bari.

Həmişə düşünüb sənin tək yari,

Deyirəm, ayriliq tez qaçirmi, de?!

Bir səni sevirəm, bir ana yurdu,

Sevginin, həsrətin qaydasi budu.

Məni silkələyən eşqinin odu

Böyük kainata nur saçirmi, de?!

1968 iyul

ANAMIN NƏSİHƏTİ

Duyanda dünyani biz,

Anam dedi: «Ay bala,

Yaşayin qəlbi təmiz,

Yar olun insanlara!».

Analar hər övlada

Belə dərs versə nə var?..

Yer kürəsi üstündə

Min millət qardaş olar!

1968 iyul




Yüklə 21,6 Mb.

Dostları ilə paylaş:
1   ...   104   105   106   107   108   109   110   111   ...   143




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə