Tofiq Huseynzade--seir--kitab 1111. indd



Yüklə 21,6 Mb.
Pdf görüntüsü
səhifə88/143
tarix04.07.2018
ölçüsü21,6 Mb.
#53181
1   ...   84   85   86   87   88   89   90   91   ...   143

Tofiq Məhəmməd oğlu Hüseynzadə

552


YAXŞIDIR

Tarzan sinəsinə sixanda tari

Ən əvvəl muğami çalsa yaxşidir.

Keçən dəstə-dəstə durna qatari

Bizim bu yerlərdə qalsa yaxşidir.

Nə lazim hər zaman söhbətlər, sözlər?

Mənali-mənali baxanda gözlər,

Bizim canlar alan o şux gözəllər

Mətləbi deməmiş, bilsə yaxşidir.

Dəyişsə əhdini, andini həyat

Atomun gücündən qopar kainat, 

Olmasin aləmdə nə ah, nə fəryad,

Hər il səadətlə gəlsə yaxşidir.

Ağ kağiz, mən, qələm, bir də boş otaq –

Əzəldən olmuşdur bu eşqə dustaq,

Duysalar Qəmlini şeirdən uzaq,

Bu dərddən, qüssədən ölsə yaxşidir.

1968 mart




Xəyal cığırı – I cı̇ld

553


ŞEİRİN GÜCÜ

(Aydin Qaradağliya)

Dostumun şerini oxuyanda mən

Könlümə yatmadi, bilmirəm nədən?

Cümlələr çox sadə, sözlər çox iti,

Orda təsvir olan eşq, məhəbbəti

Men seçə bilmədim hər qafiyədən,

Qəlbimə yatmadi, bilmirəm nədən?

Şeirə verdimsə zəiflik adi,

Dostum küsməyini üzə vurmadi.

Güldü dodaqalti güclə bir təhər,

Mənim sevmədiyim şeri o səhər

Mənim yanimdaca poçta yolladi.

Güldümsə, dostum heç üzə vurmadi.

Bir bazar axşami qulağim səsdə,

Yeni şeirlərə min bir həvəsdə...

Burdum radionun qulağini mən,

Diktorun o gözəl, şirin səsindən

Yenə bir nöqtəyə dikdim gözümü,

Bağladim o şirin nitqə özümü.

Gözüm bir nöqtədə hey qala-qala

Hər sadə kəlməçün getdim xəyala...

«Bir qumlu sahildə əsəndə külək,

Küsdü öz yarindan o nazli mələk.» –

Deyəndə, bilmədən etdim ahu-zar,

Qopdu bədənimdə gizli tufanlar.




Tofiq Məhəmməd oğlu Hüseynzadə

554


Yarin naləsinə yas tutdu çəmən,

Bu qəmi, qüssəni eşidəndə mən

Qəlbən yana-yana, bərk köks ötürdüm,

Elə bil, dünyadan mən əl götürdüm.

Yenə hər söz üçün getdim xəyala,

Nəhayət, aşiqlər yetdi vüsala.

Bürüdü üzümü sevinc yaşlari,

Ürək salamladi yar-yoldaşlari.

Elə bil, yuxudan ayildim o dəm,

Dostumun adini... şerdə onun...

Tamam şübhələndim özüm-özümdən,

Demək, yeri varmiş gedən məktubun.

Hər şeyi o zaman anladim çox tez,

Bülbülə nəğməsiz yaraşirmi ad?

Mənim ayağimda sürünən bu söz

Aydinin dilində açmişdi qanad.

Duydum ki, o zaman, şeirin gücü

Təkcə qafiyədə, mənada deyil.

Götürdüm özümə bir böyük ölçü, –

Şeri gücləndirər natiqdəki dil.

Qoyun bu şeri də Aydin oxusun,

Mənim sevincimə çələng toxusun.

1968  mart



Xəyal cığırı – I cı̇ld

555


ŞAİR DEYİLƏM HƏLƏ

Arzularim yenicə

Düzülür incə-incə.

Həqiqətə gəlincə, 

Mənə üç-dörd şeirlə

Şair deməyin hələ.

Güclü sözə dolmamiş,

Şerə dastan almamiş,

Çox yuxusuz qalmamiş,

Düşünürəm mən belə,

Şair deyiləm hələ.

Məhəbbətlər duymasam, 

Çox xatirə qoymasam,

Neçə könül oymasam,

Qələm də gələr dilə, –

Şair deyiləm hələ.

Uydurmada gücüm az,

Düşüncəm dərin-dayaz,

Nəğməm də çalmamiş saz.

Deyirəm bilə-bilə, –

Şair deyiləm hələ.

Və yaxud da qurtarsam

Qalaq-qalaq əsərlər...

Əgər bircə könülə

Etməsə bunlar əsər,



Tofiq Məhəmməd oğlu Hüseynzadə

556


Xoş xatirə qoymasam

Nəsillərdən nəsilə,

Xalqimin keçmişini,

Qəhrəmanliq işini

Könül duyub, yazmasa,

Ya da bizim vətəni,

Düşünməyib heç məni,

İnsanlar ürəyində

Şair tək yaşatmasa,

Çox ucalsam, yenə də

Deyirəm uca səslə, –

Şair deyiləm hələ!

Şair deyiləm hələ!!!

1968  mart




Xəyal cığırı – I cı̇ld

557


GÖZƏLLİK 

Bu gün çox gördüyüm bir taniş qizla 

Yenə də görüşdüm... nə deyim, axi?..

Taniya bilmirdim onu az qala,

Titrədi küləksiz könlüm yarpaği.

Qan vurdu beynimə, dağildi huşum,

Taqətdən düşmüş tək dizlərim əsdi.

Dedim, axi, görək ondan soruşum,

Bu necə qaydadi, bu nə həvəsdi?..

Dedim ki: 

– Bu nədi?..

– Nəyi deyirsən?..

– Mənim sualima, sual verirsən?

– Heç başa düşmürəm, gəl açiq daniş.

– Hər şey ki açiqdir, ay köhnə taniş.

Hani təbiətin verdiyi sima?

Dünən başqa qizsan, bu günsə... amma...

Qoşa hörüyünə neçə cavanlar

Dərin köks ötürüb, etdi tamaşa. 

De, niyə kəsildi o can alanlar?

Ülgüc qismət oldu cüt qələm qaşa.

Elə dəyişib ki, gözün baxişi

Mənim duymadiğim sürmə içində,

Taniya bilmədim köhnə tanişi

Gözəllik itirən forma içində.

Hansi əməlindən durum, danişim,

Yoxsa istəyirsən şam tək alişim?

Yerişin, duruşun, baxişin hani?..




Tofiq Məhəmməd oğlu Hüseynzadə

558


Bir vaxt mat qoymuşdu bütün cahani.

Hansi əməlindən durum, danişim?

Həyatmi həyasiz, sənmi həyasiz?

Dünən başqa qizsan, bu gün başqa qiz.

Səsinin ahəngi, hər gülüşün də

Nə üçün itirdi təravətini?..

Sənə bənzədirdim güllər içində

Bənövşə gülünün o xoş ətrini. –

Mənim bu söhbətim bir yana qaldi,

Utanmaz-utanmaz güldü gözalti.

Sonra mənə baxib, belə söylədi:

– Ətri özündədir hər bənövşənin, –

Könlüm yaralandi, yenə inlədi.

Dedim ki, onsuz da bu dövran sənin 

Taleni əlində oyuncaq etdi,

Gözəllik başqa bir məkana getdi.

O, baxdi üzümə kinayə ilə,

Ürək acisini dağitdi belə: 

– Demək istəyirsən, qoca təbiət

Necə ki yaradib elə də qalsin?..

(Belə bir söhbəti neynirdim, fəqət?

Qəlbimi sevincdən qəm satin alsin...)

– Bəli! Başqa cür də heç ola bilməz!

Saça yaraşirmi dolaqli kümbəz?.. –

Deməmiş, bu ara dəyişdi hali,

Bir azca, hirsli tək üzümə baxdi.

İfritə oxşadi rəngli camali,

Qiyib gözlərini, gözümə baxdi.

Və dedi: 

           – Görünür, nadansan, nadan,




Yüklə 21,6 Mb.

Dostları ilə paylaş:
1   ...   84   85   86   87   88   89   90   91   ...   143




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə