Tofiq Huseynzade--seir--kitab 1111. indd



Yüklə 21,6 Mb.
Pdf görüntüsü
səhifə91/143
tarix04.07.2018
ölçüsü21,6 Mb.
#53181
1   ...   87   88   89   90   91   92   93   94   ...   143

Xəyal cığırı – I cı̇ld

575


Gün çixan zaman,

Elə həmin an

Səninlə yaman xoş fikrə dalmişdim.

Yenə də ləpələr aşir-daşirdi,

Yenə də sahillə qucaqlaşirdi,

Necə ki, mən səni qucaqlaşmişdim...

23.03.1968



Tofiq Məhəmməd oğlu Hüseynzadə

576


ÜRƏYİM

A dostlar, soruşun mənim halimi,

Yaratmaq eşqilə vurur ürəyim.

Gileyli duysam da hər xəyalimi, 

Sinəmdə yaşadir qürur ürəyim.

Bülbül vurulanda gülə çəməndə,

Bəzən eşqə gəlib, deyirəm mən də.

Əzəldən ağlayan yaziq sinəmdə

Ölməyən bir sevinc qurur ürəyim.

Həyat övladiyiq, onda ixtiyar...

Xoşbəxtdir o adam – olub bəxtiyar.

Çəksəm də dünyada neçə ağrilar,

Titrəmir. Dağ kimi durur ürəyim.

1968 mart




Xəyal cığırı – I cı̇ld

577


MÜŞFİQİ

Sən, ey ötən bülbül, incimə məndən,

Gətirə bilməsəm sözə Müşfiqi.

Ayira bilmədin gülü çəməndən,

Təbiət bəxş etdi bizə Müşfiqi.

Mənim qisasim var qoca dünyada,

Nə idi günahi, o getdi bada?

Günəş asimanda alovlansa da, 

Yerdə oxşadiram közə Müşfiqi.

Göylərin elində verib baş-başa,

Ulduzlar həsrətlə qildi tamaşa.

Heyif, ömür yolda toxundu daşa,

Qiymadi təbiət gözə Müşfiqi. 

Sevdi, bir gözəlin «qurbani» oldu,

Yazdiqca yazdi o, sinəsi doldu.

Tez girdi qanli qiş, lalələr soldu,

Qoymadi bahardan yaza Müşfiqi.

Hər sadə kəlməsi bir dastan oldu,

Dediyi nəğmələr qəlbə can oldu,

Haminin eşqini tez duyan oldu,

Təbiət bacarmaz poza Müşfiqi.



Tofiq Məhəmməd oğlu Hüseynzadə

578


Gələndə ilhama daşdi sel kimi,

Açildi həyatda qizilgül kimi.

Bəxş etdi əzəldən ötən tel kimi,

Şirin rübablari saza Müşfiqi.

Heyif! Təbiətin qanli qilinci, 

Uçurtdu sənətdə bir gözəl taci.

Bürüdü qar-boran yali, yamaci,

Çiçəklər səslədi düzə Müşfiqi.

Könül! İlhama dol, mən sözə gəlim,

Bir könül dastani yaratsin əlim.

Mən xoşbəxt olaram, hər an qələmim,

Təzə qoşmalara yaza Müşfiqi.

1968 mart



Xəyal cığırı – I cı̇ld

579


SİNƏMDƏ GƏZDİRƏYDİM

Vaxt gəldi, tez qurtardi,

Yollar yardi gecəni.

Səni qatar apardi,

Şirin xəyallar məni.

Dedim, bari Ay doğa,

Ürəyim nalə çəkdi,

Qatar da ağir-ağir

Qişqirib, nərə çəkdi.

Mən döndüm addim-addim,

Qatar getdi quş kimi.

Səndələyib, dayandim

Yerimdə bihuş kimi.

Açildi köhnə yaram,

Düşündüm aram-aram.

Kaş ki, həmin gecə mən, 

Dəmirlərdən düzələn, 

Sən getsəydin də hara,

Yol olaydim qatara...

Təkcə sənin eşqində,

Sərnişin vaqonlari, 

Neçə milyon toplari 

Gəzdirəydim sinəmdə.

23.03.1968 




Tofiq Məhəmməd oğlu Hüseynzadə

580


SƏN AĞLAMADIN

Ağladim. Sirrimi açmadim yada,

Düşünüb, heç zaman salmadin yada.

Nə qədər həsrətlə ayrildiqsa da,

Bir dəfə dünyada ağlamadin sən.

Mahir ovçu kimi səngərə yatdin,

İnsafi, mürvəti bir yana atdin.

Yarali könlümü bir də qanatdin,

Axdi qan bədəndən, bağlamadin sən.

Belədir həyatin işi, əməli,

Qəlbimə vəfasiz sevdim gözəli.

Mənə Məcnun kimi, dedilər, – dəli,

Bir əhdi, ilqari saxlamadin sən.

1968 mart




Xəyal cığırı – I cı̇ld

581


DİNLƏ MƏNİ, EL QIZI

Pəncərədən baxirsan

Sən hər gün o eyvana,

Qəlbinə ox çaxirsan

Batir qana divanə.

Gözünüzdə qiğilcim,

Qəlbinizdə titrəyiş,

Mən təsvirə möhtacam,

Ruhunuzda yüksəliş.

Gözlər baxsa nə qədər,

Baxişlar doymur yenə.

Ürək çəkir ah, kədər,

Gəlir cana divanə.

Hər gün baxib, beləcə

Yanirsiniz şam kimi,

Ürək dayansin necə,

Can gedir axşam kimi.

Dinlə məni, el qizi!

Uzun sözün qisasi –

Görüşə yoxsa imkan,

Bu nə sevmək, sevilmək?..

Baxişda olmaz məkan.

Belə sevilib, gülmək

Bənzədir quru səsi,

Olmur eşqin həvəsi.

Ay, qələm qaşli gözəl,

Pəncərədən baxma gəl.

Bütün zehnin, gücünlə, 




Tofiq Məhəmməd oğlu Hüseynzadə

582


Min atəşli hücumla, 

Aç oğlan ürəyinin

Pəncərəsin taybatay.

Baxişdaki mənani 

Ora dağit, orda yay.

Görməsən orda ləkə,

Nə deyim, gördün bəlkə...

Bax onda sev, aşiq ol,

Öz eşqinə sadiq ol.

Bu eşqi, bu həvəsi

Gəl söyləmə heç kimə,

Bu da səndən yadigar 

Qaldi mənim şerimə.

1968 mart




Xəyal cığırı – I cı̇ld

583


QISQANIRAM

Getmə gözdən irağa,

Könlüm düşər sorağa.

Belə nazi, qəmzəni

Tulla tamam qirağa.

Qisqaniram səni mən

Hər gülə, hər çiçəyə. 

Vaxtsiz hicran, qoyma sən,

Aman! Belim bükülə.

Təmizsən Günəş kimi,

Bunu çoxdan qaniram.

Ancaq yenə mən səni

Hər şeydən qisqaniram.

1968  mart




Tofiq Məhəmməd oğlu Hüseynzadə

584


QARDAŞ,  SÖYLƏ...  

Qardaş, söylə görüm, niyə o gecə,

Hələ ayrilmamiş, «məktub yaz» – dedin?

Mənim ki səfərim uzun deyildir,

Aç söylə, qəlbini ellərə bildir.

Mənim də qəlbimi yolur indicə,

Nə vaxt ki, sən mənə «məktub yaz» –dedin!

Mən səndən ayrildim, tərpəndi qatar,

Doldu gözlərimə ayriliq, həsrət.

Fikrim haray çəkdi bir səyyar kimi,

Ürəyim üşüdü boran, qar kimi.

Nə qədər dedimsə, «tez məni qaytar!»

Söylədi, ah çəkir başqa məhəbbət.

Səndən ayrildimsa, səni yaradan

O, böyük insani görəcəyəm mən.

Sizdən əziz, daha başqa kimim var?

İlhamim hər zaman bu eşqlə yanar.

Anama bu səhər, söküləndə dan,

Səndən də min salam verəcəyəm mən.

Dünyadan dünyanin vari getsə də,

Bizim qəlbimizi ayira bilməz.

Məndən ayrilanda, «məktub yaz» – dedin,

Elə bil, «borana gəlir yaz», –  dedin.

Dünyada başqa, hey, güllər bitsə də,

Mənim güllərimə bərabər gəlməz.

29.03.1968, saat 09.30 

Müəllifin qeydi: qatar, Akstafa poçtu



Yüklə 21,6 Mb.

Dostları ilə paylaş:
1   ...   87   88   89   90   91   92   93   94   ...   143




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə