Tofiq Huseynzade--seir--kitab 1111. indd



Yüklə 21,6 Mb.
Pdf görüntüsü
səhifə99/143
tarix04.07.2018
ölçüsü21,6 Mb.
#53181
1   ...   95   96   97   98   99   100   101   102   ...   143

Tofiq Məhəmməd oğlu Hüseynzadə

16

MÜŞFİQƏ 

Bir səhər çəmənə düşmüşdü yolum,

Günəş boylanirdi üfüqdən təzə...

Güllər çəmənlikdə çixirdi dizə.

Dolandi nərgizin boynuna qolum,

Bu zaman çəməndən bir bülbül uçdu,

Səni soruşdu...

Daldim təbiətin seyrinə dərin,

Keçmişi təzədən varaqladim mən...

Bir bülbül səsini soraqladim mən.

Qurbani olmadim ahin, kədərin,

Yadima min yeni xatirə düşdü,

Səni soruşdu...

Köçdü dağ başindan çənlər, dumanlar,

Ulduzlar sayrişdi dəstəbədəstə...

Ay da xumarlandi bir şeir həvəsdə.

Hər şeyə bir yeni nəğmə umanlar,

Ah çəkdi, dad etdi, qəlbi üşüdü,

Səni soruşdu...

1968 aprel



Xəyal cığırı – II cı̇ld

17

AD YERİ

Həmdostumla bir gün biz

Şeir verdik qəzetə, 

Çox keçmədi şerimiz

Çap oldu dəstə-dəstə. 

Qəlbimi ovdu bir səs...

Onun adi yuxarida, 

Mənim adim aşağida

Yazilmişdi, niyə bəs?..

Başimdan keçdi duman,

Düşündüm xeyli zaman,

Boğdu məni bu həsrət...

Tapmişam ki, nəhayət,

Şerin, sözün altinda

Hələ mən inləyirəm.

Söz məni yox, bu anda 

Mən sözü dinləyirəm.

Dostum isə yol keçib, 

Hər şeri ölçüb-biçib, 

Sözlər ilə vuruşmuş,

Bu eşqinə and içib,

Sözün başinda durmuş.

Billəm, adim heç zaman

Dayanmaz sözdən uca,

Dostum kimi bir, böyük

Sənətkar olmayinca.

1968 aprel




Tofiq Məhəmməd oğlu Hüseynzadə

18

CEYRANI

Aman ovçu, insaf eylə, vurma sən

Sol yanindan yaralanmiş ceyrani.

Qoy yetişsin, son nəfəsdə yorma sən,

Balasindan aralanmiş ceyrani.

De, kim vurdu ona çatib xanədə?

Nahaq qanlar nahaq qalmaz sinədə.

Unudarmi qoca dağlar yenə də

Ürəyindən paralanmiş ceyrani?..

Qəmli deyər, yazda çiçək solarmi,

Boşalan qab dönə-dönə dolarmi?

Sağalsa da, de, gətirmək olarmi, 

Bu yerlərdən qaralanmiş ceyrani?

1968 aprel



Xəyal cığırı – II cı̇ld

19

SƏNİ DÜŞÜNÜB, ANA 

Ay ana, de, saçlarin,

Nə tez ağardi, niyə?

Yox idi bəyazlarin,

Niyə ağardi, niyə?..

Görüb qəmgin olmadin,

Ürəyə bax, ürəyə...

Çox gəncdir yaşin sənin,

Ağarir başin sənin.

Bəlkə də olmasam mən,

Saçina gec düşər dən.

Mənim ki, ömrüm, günüm

Qəlbində boy atibdir.

Ürəyində gəncliyim, 

Uşaqliğim yatibdir.

Çəkdiyin zəhmətlərin

Saçina ağ qatibdir...

Varliğimla yaşayib,

Gülüşümlə gülmüsən.

Qəm-qüssəmi daşiyib, 

Qədrimi çox bilmisən.

Mən dönəndə iməyə

Üzümdən az öpəydin.

Dərdimi az çəkəydin,

Niyə qocaldin, niyə?




Tofiq Məhəmməd oğlu Hüseynzadə

20

Əl eyləyib gəncliyə



Nə tez qocaldin, niyə?

Görəndə nə vaxt səni,

Baş endirib həmin dəm

Saçindan utaniram,

Utaniram, yaniram…

Könlümdən getməz bu qəm.

Səni düşünüb, ana!

Düşünüb yana-yana

Təbiətə baxiram.

Üfüqlər ağ rəngdədir,

Günəşdən, Aydan qopan

Şəfəqlər ağ rəngdədir.

Səhralara baxiram,

Ağ dumanlar sürünür.

Qərəz, hara baxiram,

Hər şey düm ağ görünür.

Mən buna mat qaliram,

Xəyallara daliram...

Şəlalə tək axiram,

Şeriyyətə baxiram...

Düşüncəm boğur məni.

Deməmişəm qəlbimi,

Kağizlar ağ rəngdədir.

Bunun sirri nədəndir?..




Xəyal cığırı – II cı̇ld

21

Arzu, xəyal yelkəni



Qoparir fəryad, aman?!

Qulağima bu zaman

Ağ rəngli bir səs gəlir...

Səs gəlir, çox yüksəlir;

– Analarin saçlari, 

Yolunda övladlarin 

Vaxt-vədəsiz ağarir.

Təbiət də ananin

Çəkdiyini çəkərək,

Analarin saçi tək

Aləmi ağ boyayir.

Ay ana, mənim ömrüm

Qəlbində boy atibdir.

Ürəyində gəncliyim, 

Uşaqliğim yatibdir.

Ana, ay əziz ana,

Saçini tez ağartdin...

Ay qəlbi təmiz ana,

Pis günü uda-uda,

Məni azad dünyada,

Ağ günlərə çixartdin.

1968 aprel



(«Gənc müəllim» qəzetinin 03.06.1968-ci il tarixli

sayında «Anama» başlığı ilə dərc olunmuşdur).


Tofiq Məhəmməd oğlu Hüseynzadə

22

ARZU

Dilbər gülüşlümü görsəydim əgər,

Qara saçlarini hörsəydim əgər,

Yenə eşitsəydim şirin sözünü,

Görsəydim sevdiyim şəhla gözünü,

Dinləsəydim onun o, şux səsini,

Yenə də duysaydim qəhqəhəsini...

Nə dərdim...

Qara torpaqlari o gün öpərdim.

Atsaydim mən ona sari qədəmlər,

Görsəydim mən onu... yenə o dəmlər,

Ölüm varliğima soraq salsa da,

Canimi o yerdə yenə alsa da...

Nə dərdim...

Ruhən bülbül kimi daim ötərdim.

Eşqini eşqimə ad eyləsəydim,

Dünyani onunla gəzə bilsəydim, 

Yar deyib, əlinə dəysəydi əlim,

O vaxt varliğimi yixsaydi ölüm...

Nə dərdim...

Dünyadan lap, dərdsiz köçüb gedərdim.

1968 aprel

(«Gənc müəllim» qəzetinin 08.01.1970-ci 

il tarixli sayında dərc olunmuşdur.)



Xəyal cığırı – II cı̇ld

23

ÜRƏYİM MƏNİM

Dostum, ayaq saxla, mənə qulaq as,

Hər sadə kəlməmi düşünmə dayaz.

Bir əlimdə şeir, bir əlimdə saz,

De, niyə sixilir ürəyim mənim?

O nədir? Görünür bir çəmən par-par,

Durma, əlimdən tut, məni də apar.

Kökümdən zəifəm, qorxma, çək qopar!

Qoy yada qalmasin kürəyim mənim.

Acizəm, hər şeyə dayanmişam lal,

Gəlir sinəm üstə qüssə dalbadal.

Yeyirəm. Qorxuram. Deyildir halal,

Halal qazandiğim çörəyim mənim.

1968 aprel



Yüklə 21,6 Mb.

Dostları ilə paylaş:
1   ...   95   96   97   98   99   100   101   102   ...   143




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə