Tofiq Huseynzade--seir--kitab 1111. indd



Yüklə 21,6 Mb.
Pdf görüntüsü
səhifə101/143
tarix04.07.2018
ölçüsü21,6 Mb.
#53181
1   ...   97   98   99   100   101   102   103   104   ...   143

Tofiq Məhəmməd oğlu Hüseynzadə

30

İNAN!..

And içirəm ürəkdən,

İnan mənə, sevgilim.

Çixsam əhdimə yalan

Qara gəlsin hər ilim.

Baliq olsan pul olub,

Düzülərəm üstünə.

Çəmən olsan sel olub,

Süzülərəm üstünə.

Əyər Okean olsan,

Firtinalar olaram.

Zər-naxiş fincan olsan,

Şərbət kimi dolaram.

Çiçək olsan həmin dəm,

Mən bir yarpaq olaram.

Əgər sən olsan aləm,

Mən böyük dağ olaram.

Ürək sənin olsa da

Döyüntüsü mənəm, bil.

Yaşayan ürəyimdə

Başqa bir gözəl deyil.

1968 aprel



Xəyal cığırı – II cı̇ld

31

ÇƏTİN ADDIM

(təmsil)

Qarğa söylədi ki: «Ay Hacileylək,

Bəxş etdi şeiri mənə bu fələk.

Bir dastan yazmişam, çox xoşum gəlir,

Onu oxuduqca ruhum yüksəlir.

Çapa göndərimmi? Sən nə deyirsən?»

Güldü Hacileylək. Söylədi ki, «Sən,

Belə xəyallardan əl çək, a qardaş.

Bu yolda gör neçə qurban getdi baş.

Dastani demirəm, yazsan bir varaq,

Atirlar adama min-min badalaq.

Bu yolda əgər sən bir addim atsan,

Mismari polada gərək çalasan.»

1968 aprel




Tofiq Məhəmməd oğlu Hüseynzadə

32

DEDİN Kİ, OLMAZ

Bir Bahar axşami, bir göy çəməndə,

Mən dedim: rəqs edək. Sən dedin: olmaz.

Küsüb bu işvədən, dönəndə kəndə,

Mən dedim: di qal tək. Sən dedin: olmaz.

Bəsdir. Artiq yetər bu həsrət, nalə,

Yuxuya getmişdir bənövşə, lalə.

Belə gizli yerdə eşqə, vüsala,

Mən dedim: tez yetək. Sən dedin: olmaz.

Deyirdim, ağlasam yar siləcəkdir,

Hər nalə ömrümə xoş gələcəkdir.

Güllər arasinda kim biləcəkdir!?

Mən dedim: gəl itək. Sən dedin: olmaz.

Doğdu Dan Ulduzu, Günəş boy atdi,

Çəməndə çiçəyi, gülü oyatdi.

Gizlədə bilmədim ahi, fəryadi,

Mən dedim: gəl gedək. Sən dedin: olmaz.

1968 aprel



Xəyal cığırı – II cı̇ld

33

MƏHƏBBƏT 

Dünyada hər şeyə olsa da sərhədd,

Sərhədsiz yarandi sevgi, məhəbbət.

Andi pozulmazdir saf məhəbbətin,

Onu ayirmadi nə qanun, nə din.

Olsa da hər şeyin az-çox qiyməti,

Qiymətsiz yarandi yar məhəbbəti.

Barişdi, yox oldu neçə ədavət,

Küsdü, barişmadi yarla məhəbbət.

Dünyadan gör nələr dolandi, getdi,

Yaşadi insanin ilk məhəbbəti.

Gətirdi insana min bir səadət,

Nə vaxt ki, murada çatdi məhəbbət.

Oldu ayriliğa əzab-əziyyət,

Ürək tək çirpindi, yandi məhəbbət.

Atmadi qirağa andi məhəbbət,

Yaşadi məhəbbət, yandi məhəbbət.

1968 aprel



Tofiq Məhəmməd oğlu Hüseynzadə

34

SƏN DƏ YANANDA...

Nə vaxt ki, ürəkdən sənə vuruldum,

Qəsdənmi, nədənmi, kənar dolandin.

Axir ki, nə deyim, gəzib, yoruldum,

Sən onda mənimi biganə sandin?

Hirs vurur başima, bədənim əsir,

Vurnuxur ürəyim yarali quş tək. 

Sərin meh də məni qilinc tək kəsir,

Hələ görməsəm də ən güclü külək.

Deyirəm, nə ola bircə anliğa 

Sən kağiz olaydin, mən od vuraydim.

Hirsimi, heyfimi zil qaranliğa

Verərək, eşqimi orda soraydim.

Nə fayda... gücüm yox. Sakit gəz, dolan,

Bu hicran gücünü duysan da asan.

Məni düşünərsən, gələr bir zaman,

Mən yandiğim kimi, bir sən də yansan.

1968  may



Xəyal cığırı – II cı̇ld

35

KÜLƏK

Yar çəmənə çixdi seyrə,

Viyildadi, əsdi külək.

Könlüm oldu neçə parə,

Tez qişqirdim: bəsdi, külək!

Eyləmişdi bizə qəsdi,

Susdu çəmən, güllər əsdi.

Dedim: gedək. Yar tələsdi,

Elə, o dəm kəsdi külək.

Susdu dağda hay-haraylar,

Dillənmədi axar çaylar.

Duydum, onun nə sirri var,

Min nəğməli səsdi külək.

1968  may 



Tofiq Məhəmməd oğlu Hüseynzadə

36

YANAR ÜRƏYİM

Hünərdə, camalda gözəl-göyçəyə,

Dağda şəlaləyə, düzdə çiçəyə,

Bu azad yurduma, xoş gələcəyə,

Mən şeir qoşmasam, yanar ürəyim.

Vermişəm eşqimi bir sərvinaza, 

Hünər istəyirəm bu eşqi yaza.

Əgər könül açsam başqa bir qiza, 

Sirsira bağlayib, donar ürəyim.

Xəyali dağlardan dağlara atsam,

Dumanda çiskinə bürünüb, yatsam,

Bülbülə söz qoşub, gülü unutsam,

İlhami xəncər tək yonar ürəyim.

Yiğmişam sinəmə dərdi, möhnəti,

Xəstə yatağinda deyirəm – qəti:

Ömrü uzatmağa yoxsa qiyməti,

Qizili qiymətsiz sanar ürəyim.

Nə deyər-danişar tək qalsa ürək?..

Ürək ürəklərlə yaşasin gərək.

Eldən bir gün ayri mən yaşasam tək,

O yerdə bir ölüm anar ürəyim.




Xəyal cığırı – II cı̇ld

37

Ürəyim həyatdan incisə, küssə,



Həqiqət ömrümə kim böhtan desə,

Ayağim altinda hey əsə-əsə,

Yarpaqsiz budağa qonar ürəyim.

Gəl, Vətən deyəndə düşün bir həyat,

Layiqdir insana bu şərəf, bu ad.

İlhami Vətəndən almasam, heyhat,

Axişan şam kimi sönər ürəyim.

Çaliş, dur yolunda hər əziyyətin,

Yaşamaq asandir, yaşatmaq çətin...

Bilməsə qədrini heç sədaqətin,

Belə bir insani qinar ürəyim.

Toxunma qəlbimə sən, ey nəfəsli,

Gəzirəm dünyani min bir həvəsli,

Həmişə yaşasam qəmli, qüssəli,

Ortadan güzgü tək sinar ürəyim.

1968 may



Yüklə 21,6 Mb.

Dostları ilə paylaş:
1   ...   97   98   99   100   101   102   103   104   ...   143




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə