Tofiq Məhəmməd oğlu Hüseynzadə
8
BUNU BİLMƏLİSƏN
Get, sevil başqa bir ürəkdə – canda,
Nə çoxdur gözəllər Azərbaycanda.
Sanma ki, qəlbimi sən qoydun ağlar,
Eşqim bundan belə kükrəyib, çağlar.
Yanmiram heç nəyə, peymani atdin,
Qiymətsiz eşqini qiymətə satdin.
Sən məni sevsən də, sevməsən də, bil,
Mənim məhəbbətim tək qalan deyil.
1968 mart
BÜLBÜLÜN SƏSİ
Yaniqli-yaniqli bülbül oxudu,
Dedi: – «Gözəlliyin sonumu budu?..
Azad quş olaydim
qəfəsdən uzaq,
Daha görməyəydim zil qaranliği.
Güləydi üzümə bu dərə,
o dağ,
Görəydi gözlərim firavanliği...
Qəmdən olmayaydim bir bihuş kimi,
Mən də yaşayaydim azad quş kimi! –
– Qəfəsin içində qopdu naləsi,
Dağlari bürüdü bülbülün səsi.
1968 mart
Xəyal cığırı – II cı̇ld
9
«AD» VƏ «OD»
Qoy bütün kainat eşitsin bunu,
Hünərdə doğulmuş bir böyük «Ad»am.
Mənim zəfərimin, de varmi sonu?
Bax belə eşqimlə, gücümlə şadam.
Hünərdə doğulmuş bir böyük «Ad»am.
Bir yanim qizildir, bir yanim yaqut,
Günəş başim üstə hünərlə yanir.
Ayağim altinda acliği unut,
Həyati duyduqca ürəyim sanir –
Günəş sinəm üstə hünərlə yanir.
Dilimdə şeirim, əlimdə sazim,
Əsrdən-əsrə mən yol açmişam.
Qişi harayladi: Bahari yazim,
Bax, budur, «Od» olub, şəfəq saçmişam,
Əsrdən-əsrə qanad açmişam.
1968 mart
Tofiq Məhəmməd oğlu Hüseynzadə
10
ÜMİD
Qaşlarina – yay, dedim,
On dörd günlük Ay, dedim,
Camalini hər zaman
Al Günəşə tay, dedim.
Hər nə desən, can demişəm,
Eşqim ilə yan demişəm,
Vəfaliyam, ömrümü
Sənə qurban demişəm.
Hörüklərin ilandir,
İlan kimi çalandir,
Mən desəm də, sevgilim,
Sən söylə ki, – yalandir.
1968 mart
Xəyal cığırı – II cı̇ld
11
NİYƏ
Dostlar, qulaq asin görək,
Şerə nəyi düzür ürək?
İnsan ömrü bir yuxu tək,
Axi, gödək oldu, niyə?
Can bağlandi vara, ada,
Şöhrət dostu satdi yada.
Getdi insan. Bu dünyada
Onun adi qaldi, niyə?
Ötdü qara bulud düzü,
Qaranliqlar al gündüzü.
Ürək dolu min-min arzu
Açilmamiş soldu, niyə?
Kədər oldu solum-sağim,
Yaman keçdi gənclik çağim...
Həyat məni duymadiğim
Bir zülmətə saldi, niyə?
Gəldi arzu, gəldi istək,
Vaxtsiz gəlmiş bir qonaq tək.
Yandi-yandi yaziq ürək
Qüssə-qəmlə doldu, niyə?
Tofiq Məhəmməd oğlu Hüseynzadə
12
Həyat gülür, qəh-qəh çəkir,
Yaziq insan nələr çəkir...
Məni tutan dərin fikir
Saçlarimi yoldu, niyə?
Üşü, yaziq könlüm, üşü!
Soldu, getdi dağlar döşü.
Üzümdəki bir gülüşü
Peşiman tək aldi, niyə?
Qəmli şerə dolan kimi,
Qələmini alan kimi
Deyir, həyat ilan kimi,
Deyin, məni çaldi, niyə?
1968 aprel
Xəyal cığırı – II cı̇ld
13
MƏHƏBBƏT FƏRQİ
Dostum! İkimiz də yaşidiq birgə,
Birgə olmuşuq.
Boy atib ömrümüz ildə bir tikə,
Yaşa dolmuşuq.
Böyüdük, sən qiza verdin məhəbbət,
Mən təbiətə.
Əzəldən həyatda belədir adət,
Heç deməsəm də.
Sən eşqə tuş oldun, ahlar qopardin,
Mən köklü ağac.
Sən xonça bəzəyib, nişan apardin,
Mən kosmosa tac.
Hər zaman sən qizin nazini çəkdin,
Mən böyük kanal.
Səni sevirsə də təkcə sevdiyin,
Məni bu mahal.
Nə demək, danişmaq, səndə o eşq var,
Məndə də bu eşq.
Sən ona hər zaman qildin etibar,
Mən buna sadiq.
1968 aprel
Tofiq Məhəmməd oğlu Hüseynzadə
14
BELƏ SÖYLƏDİN
Dedim: Bahar gələndə
Səni yaman anmişam.
– Ola bilər – söylədin.
Dedim: Anam biləndə
Utanmişam, danmişam.
– Ola bilər – söylədin.
Dedim: Budurmu peşəm?
Çox fəsillər, çox illər
Həsrətini çəkmişəm,
Gözümdən axdi sellər.
– Ola bilər – söylədin.
Dedim: Bəzən, olub ki,
Məni çox gec anmisan.
Elə vaxt da olub ki,
Sərin-sərin yanmisan.
– Ola bilər – söylədin.
Səni çağiran zaman
Naz eylədin, gəlmədin.
Bəlkə, deyirəm yalan,
Qədrimi az bilmədin.
– Ola bilər – söylədin.
1968 aprel
Xəyal cığırı – II cı̇ld
15
DƏRS (2 və 5)
Tələbəlik ilində
Sevinmişəm, yanmişam,
Qəlbimin bir telində
Min bir dünya anmişam.
Mənə böyük dərs oldu
«Pis» və «Əla» qiymətim,
Qiymətlərdə duruldu
Gələcəyə zəhmətim.
«Pis» qiyməti alanda
Bərk xəyala dalmişam,
Düşünmüşəm çox şeyi
Keçmişi, gələcəyi.
Onda yada salanda
Yeni qüvvət almişam.
Nə vaxt ki aldim «əla»,
Həvəsim artdi min-min...
Səadətə inamla
Səsi getdi qəlbimin.
Dostum, mənə qulaq as,
Sən də bunu yaxşi bil!
Hər ikisi – «əla», «pis»
Ömrümdə yersiz deyil.
1968 aprel
Dostları ilə paylaş: |