Tofiq Huseynzade--seir--kitab 1111. indd


Tofiq Məhəmməd oğlu Hüseynzadə



Yüklə 21,6 Mb.
Pdf görüntüsü
səhifə97/143
tarix04.07.2018
ölçüsü21,6 Mb.
#53181
1   ...   93   94   95   96   97   98   99   100   ...   143

Tofiq Məhəmməd oğlu Hüseynzadə

(1946 – 2006)


                                           


TOFИQ MЯЩЯММЯД ОЬЛУ  

HЦSEYNZADЯ

XƏYAL CIĞIRI

3 cilddə

ŞEİRLƏR, HEKAYƏLƏR  



«MİSKİN ABDAL – QEYB ƏRƏNİ,      

TƏSƏVVÜF PİRİ» ELMİ-TƏDQİQAT ƏSƏRİ

II ci̇ld

«QURBAN OLARAM», 

«QƏM DƏFTƏRİ»,

«XƏYAL CIĞIRI»,

 «KÖNÜL DƏFTƏRİ»,

«KÖNÜL NƏĞMƏLƏRİ» və

«ANA LAYLASI – QƏM DÜNYASI» 

dəftərlərindəki şeirlər

Bakı – 2018




TOFİQ MƏHƏMMƏD OĞLU HÜSEYNZADƏ, 

XƏYAL CIĞIRI (II ci̇ld )

Baki, «Zərdabi LTD» MMC, 2018,  600 səh. 



Toplayan, tərtib edən:      Mehdi Tofiq oğlu Hüseynzadə

Elmi redaktor:                  Hüseyn  Ələsgər oğlu İsmayılov

                                            filologiya elmləri doktoru, professor

Rəyçilər:                            Mahmud Qara oğlu Allahmanlı

                                            filologiya elmləri doktoru, professor 

                                            Qüdrət Umud oğlu Umudov 

                                            filologiya üzrə fəlsəfə doktoru, dosent

                                            Tacir Şaban oğlu Qurbanov

                                            filologiya üzrə fəlsəfə doktoru, dosent

                                       

Xoşqədəm Akif qızı İslam

                                            tarix üzrə fəlsəfə doktoru

Bu kitabda, Səfəvilərin böyük dövlət xadimi, Şah İsmayıl Xətainin mürşidi, 

dövrünün tanınmış diplomatı, sərkərdə, təsəvvüf mütəfəkkiri, sufi şair, Haqq aşiq-

liyi (aşıqlıq) sənətinin əsasını qoymuş, Qeyb Ərəni («Ricalül-qeyb»), Pir, Övliya, 

Allahdan əta edilmiş böyük möcüzələr, kəramətlər, müqəddəs «Ocaq» sahibi, ta-

rixi şəxsiyyət, 1430-1535-ci illərdə yaşamış, bəşəriyyətin beşiyi, tarixi Oğuz yurdu 

– Göyçə mahalından olan Miskin Abdalın (Hüseyn Məhəmməd oğlunun) «Şad-

manlı» oğul nəslinin layiqli nümayəndəsi, 1946-2006-cı illərdə yaşamış istedadlı 

şair, jurnalist, pedaqoq və tədqiqatçı-folklorşünas Tofiq Məhəmməd oğlu Hüseyn-

zadənin böyük və zəngin şeriyyət dünyası – sağlığında nəşr olunmuş, həmçinin 

əlyazma şəklində olan şeirləri, hekayələri, hikmətli kəlamları və ulu babası Hü-

seyn Məhəmməd oğlunun daşıdığı – ən yüksək ilahi-ruhani təsəvvüf məqam və 

dərəcələrini simvolizə edən «Miskin» və «Abdal» anlayışlarının, ədəbiyyatımızda 

ilk dəfə əsaslandırılmış elmi izahına həsr edilmiş çox dəyərli elmi-tədqiqat əsəri 

olan «Miskin Abdal – Qeyb Ərəni, Təsəvvüf Piri» əsəri toplanılmışdır.

Materialların həcmi böyük olduğundan, bu kitab 3 cilddə nəşr olunur. 

© 

T. HÜSEYNZADƏ,



 2018

ISBN 978-9952-476-46-0


Xəyal cığırı – II cı̇ld

5

«Qurban olaram» dəftərinin davami



VƏTƏN EŞQİ

O kəs ki, Vətənin qədrini bildi, 

Yaşadi Vətəndə bir vətən kimi.

O kəs ki, Vətənə bir xain gəldi,

Köçdü dünyamizdan quru çən kimi.

Vətəni sevməyən alçaqdir, alçaq!

Min il yaşasa da, gülməyəcəkdir.

Vətənçün yaradan hünərə bir bax,

Vətənlə yaşayib, ölməyəcəkdir!

1968 mart



NİZAMİ BÖYÜKDÜR

Çoxlari dünyada ucalmaq üçün

Dolandi aləmi bir səyyar kimi.

Lakin nə mənasi, çəkəndə köçün,

Öldü, yaşamadi, adi qar kimi.

Çixmadi bir yerə doğma Gəncədən,

Yaratdi Nizami beş böyük dastan.

Səs saldi aləmə sözdən-incidən,

Yaşadi zamanla o, böyük insan.

1968 mart




Tofiq Məhəmməd oğlu Hüseynzadə

6

LALƏ 

Qiş yaz nəfəsində güllələnibdir,

Çəmənə, yamaca gül ələnibdir.

Lalələr qüdrətdən sürmələnibdir,

Cənnət timsalidir dünyaya lalə.

Lalənin dodağina qirmizi çəksək,

Zaman qəh-qəh edib, əl çalar bizə.

Boyuna başqa bir çiçəyi tiksək,

Gülüncdən, de, başqa nə qalar bizə?!

Təbiət yaratmiş yanağinda xal,

O xalin yaninda xal nə gərəkdir?

O gözəl qamətə yaraşir camal,

Hörüyü gözəldir, tel nə gərəkdir?

Madam ki, təbiət yaratmiş belə,

Qoyun gözəllikdə yaşasin lalə.

1968 mart



Xəyal cığırı – II cı̇ld

7

OLMARAM

Dağlar qoy dinləsin mənim səsimi,

Şah olsam, yalani yazan olmaram.

Deyərəm dilimdə el nəğməsini,

Hərcayi oxuyan sazan olmaram.

Əzəldən vermişəm elə məhəbbət,

Verər övladina Vətəni qiymət. 

Keçəndə əlimə bir bala fürsət,

Yolundan qurd kimi azan olmaram.

Gündüz Günəş yanir, gecələr ağ şam,

Qoşmalar yaziram. Şairdir peşəm.

El bilir – doğuldum, odam, atəşəm,

Odlarda qaralan qazan olmaram.

Qəlbimin, soruşma ilk andini, gəl,

Yaşa Vətən üçün, Vətən tək yüksəl!

Ömrümün üstünü alsa da əcəl,

Bu təmiz andimi pozan olmaram.

1968 mart



Yüklə 21,6 Mb.

Dostları ilə paylaş:
1   ...   93   94   95   96   97   98   99   100   ...   143




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə