Tofiq Xəzər



Yüklə 4,78 Mb.
Pdf görüntüsü
səhifə207/229
tarix13.12.2017
ölçüsü4,78 Mb.
#15422
növüYazı
1   ...   203   204   205   206   207   208   209   210   ...   229

www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana 



2017 

 

899 

E-antologiya: 

çağdaĢ filoloji materiallar

 

 

1907-ci ilin dekabr ayında artıq çətinlikləri arxada 



buraxmıĢ kimi görünən ġahtaxtinskilər ailəsinə yeni faciə 

üz verdi - Ġsveçrədə, Lozanna universitetinin tibb 

fakültəsində təhsil alan Leylabəyim Ġsa Sultan qızı 

ġahtaxtinskaya 22 yaĢında uzaq və qürbət ölkədə 

iztirabını sevincindən daha çox daddığı həyatla vidalaĢdı. 

Bu qeyri-adi azərbaycanlı qızın ölüm xəbəri hətta onu 

yaxından tanımayanları da sarsıtdı... 

Həmin kədərli günlərdə Gəncədən ġəfi adlı müəllif 

"Zakafkazye" qəzetində çap etdirdiyi təəssüf və həyəcan 

dolu məktubda yazırdı:  

"YaxĢı adamlar nə qədər azdırlar və bizim qəddar zəmanə 

onlarla nə qədər amansızlıqla rəftar edir! Ġnsan həqiqətə, 

xeyirxahlığa, iĢığa can atdığı bir zamanda ölümün 

məhvedici qüvvəsi öz qurbanının kimliyinin fərqinə belə 

varmadan ayrılıq hökmünü verir. Lakin elə bir Ģey də var 

ki, onu heç bir qüvvə dağıdıb məhv edə bilmir, o, əbədi 

yaĢayır. Gənc, sinəsində sonsuz həyat eĢqi qaynayan 

Leylabəyim çadra mühitinin əhatə dairəsi və atmosferi ilə 

məhdudlaĢa bilməzdi. Bu mühit və onun fəlsəfəsi gənc 

qıza boğucu görünürdü. Orta təhsil aldıqdan sonra o, 

yalnız həmin təhsillə kifayətlənmək istəmədi. Ġsveçrəyə 

gedərək Lozanna universitetinə daxil oldu. Çadranın və 

xurafatın həmvətənlərinə, bacı və qardaĢlarına necə 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana 



2017 

 

900 

E-antologiya: 

çağdaĢ filoloji materiallar

 

 

dəhĢətli ziyan vurduğunu bir an belə unutmadan böyük 



maraq və səylə həm təbabəti, həm də ictimai elmləri 

öyrənməyə baĢladı. Arzuları böyük idi. Leylabəyim 

Cenevrədə xəstələnib həyata əlvida dedi. Lakin onun 

xatirəsi, onun baĢladığı xeyirxah iĢ, çadranın altından da 

olsa, gözünün ucu ilə həyata baxmaq, dünyanı görmək 

istəyənlərin yaddaĢında həmiĢə yaĢayacaqdır. Qoy sənin 

bu addımın xeyirxahlığa və iĢığa can atanlar üçün həmiĢə 

bir nümunə olsun!" 

 

 

 



Leylabəyimin ölümü özünü ailə xoĢbəxtliyinə görə ilk 

növbədə ġahtaxtinskilərə minnətdar sayan Cəlil 

Məmmədquluzadəni də dərindən sarsıtmıĢdı. Sırf satira 

jurnalı olan "Molla Nəsrəddin" yaradıcılıq prinsiplərini 

pozaraq ilk dəfə (sonralar dahi Sabirin və böyük tatar Ģairi 

Tukayın vəfatı zamanı da bu hal təkrarlanmıĢdı) 

səhifələrində ciddi və kədərli materiala - Leyla bəyimin 

vaxtsız vəfatı münasibəti ilə nekroloqa yer vermiĢdi. 

Bir qayda olaraq, Rotterin, ġmerlinqin, daha sonralar Xəlil 

Musayev və Əzim Əzimzadənin fırçasından çıxan dərin 

məzmunlu karikaturalarla səhifələrini bəzəyən məcmuə 

1908-ci ildə çıxan sonuncu - 52-ci sayında Leyla bəyim 




www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana 



2017 

 

901 

E-antologiya: 

çağdaĢ filoloji materiallar

 

 

ġahtaxtinskayanın vəfatının bir illiyi münasibəti ilə onun 



qara çərçivəyə alınmıĢ portretini vermiĢdi. 

Mirzə Cəlil Leylabəyimin qısa bioqrafiyası ilə oxucularını 

tanıĢ etməyi də zəruri saymıĢdı. O, yazırdı: "Sahibi-

mənsəblərimizdən məĢhur Ġsa Sultanın qızı Leyla xanım 

ġahtaxtlı anadan olub 1886-cı ildə Qars Ģəhərində. 1904-

cü ildə Tiflisdə qız institutunu bitirəndən sonra 1906-cı 

ilin sentyabr ayında gedib ġvetsariyaya və orada 

darülfünunun həkimlik Ģöbəsinə girib və Hacı 

Zeynalabdin Tağıyev cənablarının köməyi ilə üç il orada 

təbabət elmini oxumaqda idi. Ġki ildən sonra həkimlik 

dərsini qurtarıb Ģəhadətnamə alacaq idi və gəlib vətənində 

biçarə müsəlman övrətlərinin min-min dərdlərinə Ģəfa 

verəcəkdi..." 

Bu tərcümeyi-hal bilgilərinin ardınca Mirzə Cəlilin 

səmimi ürək sözləri və özünəməxsus ümumiləĢdirmələri 

gəlirdi: 

"Əfsus... Qismət olmadı... 

Leyla xanım keçən il ġvetsariyada soyuqdəymədən vəfat 

elədi. 

Yevropaya elm dalınca gedən müsəlman qızlarından biz 



Leyla xanımdan savayı bir özgəsini eĢitməmiĢik. 


www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana 



2017 

 

902 

E-antologiya: 

çağdaĢ filoloji materiallar

 

 

"Molla Nəsrəddin"in arzularından xəbərdar olanlar gərək 



bilsinlər ki, belə bir vücudun yox olmağı bizim üçün 

təskinsiz dərddir". 

Bu sətirlər Mirzə Cəlilin məĢhur "Erməni və müsəlman 

qadınları" felyetonunu, onun əsərlərində dərd və faciələri 

ürək ağrısı ilə təsvir olunan binəsib Azərbaycan qadın və 

qızlarının acı, fərəhsiz həyatını yada salır. Leylabəyim 

ġahtaxtinskaya öz iradəsinin gücü və mübarizə əzmi ilə 

sübut etmiĢdi ki, Azərbaycan qızlarının ağlı və intellekti 

heç də baĢqa millətlərin qadınlarınınkından az deyil. 

Onları hüquqsuz, zavallı vəziyyətə salan cəmiyyətdir, 

mövcud münasibətlər sistemidir, gerilik və cəhalətdir, 

lüzumsuz tabular və çadra əsarətidir. O, qarĢısına 

Azərbaycan qadınını təqdim edildiyi, göründüyü kimi 

deyil, olduğu və olması lazım gələn kimi göstərmək 

məqsədini qoymuĢ, gənc yaĢında bu qayəsini 

gerçəkləĢdirmək üçün həqiqətən də fədakarlıq 

göstərmiĢdi. Məhz bu səbəblərə görə də 22 yaĢlı 

Leylabəyimin vaxtsız ölümünü Mirzə Cəlilin özü və 

"Molla Nəsrəddin" əməkdaĢları "təskinsiz dərd" sayırdı.  

Lakin dərdin ağırlığına baxmayaraq, Cəlil 

Məmmədquluzadə Azərbaycan xanımlarının gələcəyindən 

naümid deyildi. O, vətən qızlarını Leylabəyimin yolu ilə 

getməyə səsləyərək, onun baĢladığı iĢin davam 



Yüklə 4,78 Mb.

Dostları ilə paylaş:
1   ...   203   204   205   206   207   208   209   210   ...   229




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə