Toxumçuluq haqqında
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Bu Qanun Azərbaycan Respublikasında toxum istehsalının, tədarükünün
və istifadəsinin hüquqi əsaslarını müəyyən edir.
I f ə s i l
ÜMUMİ MÜDDƏALAR
M a d d ə 1 . Əsas anlayışlar
Bu Qanunda istifadə edilən terminlər və anlayışlar aşağıdakı mənaları ifadə edir:
«toxumçuluq» — kənd
təsərrüfatı,
meşə,
dərman
və bəzək
bitkilərinin çoxaldılması məqsədilə istifadə edilən
toxumların
istehsalı,
tədarükü və istifadəsinə yönəldilmiş elmi, aqrotexniki və təşkilati tədbirlər sistemi;
«toxum» — sortun təkrar istehsalı üçün istifadə edilən bitkilərin generativ
(toxum) və vegetativ (çilik, ting, şitil, soğanaq, kök yumruları və s.) orqanı;
«orijinal toxum» — ilkin toxumçuluq mərhələlərində bitki nəsillərinin seleksiya
yolu
ilə originatorun
nəzarəti
altında seçilməsi
və qiymətləndirilməsi
nəticəsində alınmış toxum;
«super elit toxum» — orijinal toxumun çoxaldılmasından alınmış toxum;
«elit toxum» — super elit toxumun çoxaldılmasından alınmış toxum;
«reproduksiyalı toxum» — elit
toxumun
ardıcıl çoxaldılmasından
alınmış toxum;
«sort» — eyni
genotip,
genotiplər
qrupu
və fenotiplərin əlamətlərini
səciyyələndirən, həmin botaniki taksona aid digər bitki qruplarından ən
azı bir əlamətlə fərqlənən oxşar bitkilər qrupu;
« sortdəyişmə» — bitki
sortlarının yeni, daha məhsuldar və keyfiyyətli
sortlarla əvəz olunması;
«sorttəzələmə» — sorttəmizliyi və bioloji keyfiyyətləri pisləşmiş toxumların
həmin sortun yüksək reproduksiyalı və keyfiyyətli toxumları ilə əvəz edilməsi;
«aprobasiya» — toxumluq əkinlərin sorttəmizliyinin, xəstəliyə yoluxmasının,
ziyanvericilər tərəfindən zədələnməsinin və alaqlanma dərəcəsinin təyini;
«sortluq və səpin keyfiyyətləri» — toxumun sorta məxsus genetik təmizliyi və
səpinə yararlılığının kompleks göstəriciləri;
«ticarət dövriyyəsinə daxil olma» — satış məqsədilə tədarük olunan, saxlanılan
və mübadilə üçün istifadə edilən toxumlar;
«dövlət reyestri» — müəlliflik və patent hüququ mühafizə olunan bitki sortlarının
dövlət qeydiyyat siyahısı;
«toxum istehsalçılarının reyestri» — toxumçuluq fəaliyyəti ilə məşğul olmaq
üçün dövlət toxumçuluq xidmətində attestasiyadan keçmiş fiziki və hüquqi şəxslərin
uçotu siyahısı;
toxum partiyası — mənşəyinə və keyfiyyətinə görə eyni olan toxum kütləsi;
originator — mühafizə olunan sortun əlamətlərinin qorunmasını təmin edən
hüquqi və ya fiziki şəxs;
aprobator — bitkilərin sortluq və toxumluq əkinlərində aprobasiya aparmaq
hüququ olan fiziki şəxs;
toxum istehsalçıları — dövlət reyestrinə daxil edilmiş sortların toxumunun
istehsalı ilə məşğul olan hüquqi və fiziki şəxslər;
qrunt nəzarəti — bitkilərin və onların toxumlarının konkret sorta mənsub
olmasını müəyyənləşdirmək üçün xüsusi sahələrdə toxum səpməklə bitkilərin sortluq
təmizliyinin müqayisəli təyini;
laboratoriya üsulu ilə sortluq nəzarəti — laboratoriya müayinələrinin
aparılması vasitəsilə toxumun sortluq təmizliyinin və onun müəyyən sorta mənsub
olmasının təyin edilməsi.
M a d d ə 2 . Toxumçuluq haqqında Azərbaycan Respublikasının
qanunvericiliyi
Toxumçuluq
haqqında Azərbaycan Respublikasının qanunvericiliyi bu
Qanundan «Seleksiya
nailiyyətləri
haqqında» Azərbaycan
Respublikasının
Qanunundan və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarından
ibarətdir.
Azərbaycan
Respublikasının
beynəlxalq
müqavilələrində
toxumçuluq
üzrə müəyyən edilmiş qaydalar bu Qanunda nəzərdə tutulmuş qaydalara uyğun
gəlmədikdə beynəlxalq müqavilələrin qaydalarıtətbiq olunur.
M a d d ə 3 . Toxumçuluğun məqsəd və vəzifələri
Toxumçuluğun məqsədi yüksək məhsuldarlığa və sabit irsi əlamətlərə malik,
xəstəliyə,
ziyanvericilərə və müxtəlif
iqlim şəraitini
dözümlü bitki
sortları yetişdirmək və onların çoxaldılmasını təmin etməkdir.
Toxumçuluğun vəzifəsi dövlət reyestrinə daxil edilmiş bitki sortlarının
sorttəmizliyini,
bioloji
və məhsuldarlıq
keyfiyyətlərini
saxlamaq üçün sortdəyişmə və sorttəzələməni həyata keçirməklətoxumların kütləvi
artırılmasıdır.
M a d d ə 4 . Toxumçuluğun obyektləri və subyektləri
Toxumçuluqda istifadə edilən bitki materialları, onların hibridləri, populyasiyaları,
klonları, xətləri, toxumçuluğun obyektləridir.
Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada toxum
istehsalı, tədarükü, ticarəti və istifadəsi ilə məşğul olan hüquqi və fiziki şəxslər
toxumçuluğun subyektləridir.
M a d d ə 5 . Toxumçuluq subyektlərinin uçotu və qeydiyyatı
Toxumçuluqla məşğul olan fiziki şəxslərin uçotu və hüquqi şəxslərin dövlət
qeydiyyatı Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə uyğun olaraq
həyata keçirilir.
M a d d ə 6 . Toxumçuluğun əsas prinsipləri
Toxumçuluq fəaliyyəti aşağıdakı prinsiplər əsasında həyata keçirilməlidir:
sortun səciyyəvi xüsusiyyətlərini təyin etməyə imkan verən fərqlilik, oxşarlıq,
sabitlik və digər əlamətlərin qorunub saxlanması;
toxum istehsalında təsdiq edilmiş becərilmə sxemlərinə riayət olunması;
istifadə olunan
sort üzərində müəllifin
və patent
sahibinin
hüquqlarının
qorunması;
istifadə olunan toxumların sertifikatlaşdırılmasının məcburiliyi;
sortun rayonlaşma qaydalarına əməl edilməsi.
I I f ə s i l
TOXUMÇULUĞUN DÖVLƏT İDARƏÇİLİYİ
M a d d ə 7 . Dövlət toxumçuluq xidməti
Azərbaycan Respublikasında dövlət toxumçuluq xidməti toxumçuluğun
idarə edilməsindən və toxumçuluğa dövlət nəzarətindən ibarətdir və müvafiq icra
hakimiyyəti orqanları tərəfindən həyata keçirilir.
Dövlət toxumçuluq xidmətinin fəaliyyəti və vəzifəli şəxslərin səlahiyyətləri
müvafiq qaydada təsdiq olunmuş əsasnamələr və təlimatlarla müəyyən olunur.
M a d d ə 8 . Dövlət toxumçuluq xidmətinin hüquqları
Dövlət toxumçuluq xidməti aşağıdakı hüquqlara malikdir:
toxumçuluq subyektlərinin müvafiq qanunvericiliyə riayət etmələrinə nəzarəti
həyata keçirmək;
toxumlara
sortluq
və səpin
keyfiyyətlərini
təsdiq
edən uyğunluq
sertifikatları vermək;
sortluq və səpin keyfiyyətlərini təyin etmək üçün toxum və bitki mənşəli
məhsullardan nümunələr götürmək və onları təhlil etmək;
dövlət standartlarına, texniki şərtlərə uyğun gəlməyən və keyfiyyət sənədləri
olmayan toxumları çıxdaş etmək və onların toxumluq məqsədilə satılmasını qadağan
etmək;
toxumçuluq subyektlərini attestasiyadan keçirmək və uçota almaq;
qanunvericilikdə nəzərdə tutulmuş qaydada toxumçuluq subyektlərindən sortun
patent sahibi ilə lisenziya müqaviləsi bağlanmasını tələb etmək;
toxumçuluq
haqqında
qanunvericiliyin
pozulması barədə akt
və təqdimatları təqsirli şəxslərin
Azərbaycan
Respublikasının
qanunvericiliyi
ilə nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilməsi üçün prokurorluğa ,
məhkəməyə və ya müvafiq icra hakimiyyəti orqanlarına göndərmək;
toxum istehsalı üzrə əlverişli şəraiti olan ərazilər müəyyən etmək;
toxumçuluq sahəsində beynəlxalq təşkilatlarda Azərbaycan Respublikasının
maraqlarını müdafiə etmək;
müəyyən edilmiş qaydada toxumçuluq üzrə müəssisələr, idarələr və təşkilatlar
yaradılması üçün təkliflər vermək;
aprobatorların hazırlanmasını, onların ixtisasının artırılmasını və attestasiya
edilməsini təşkil etmək;
dövlət reyestrinə daxil edilmiş sortların orijinal, super elit, elit və reproduksiyalı
toxumları ilə qrunt nəzarəti aparmaq;
ölkə ərazisində seleksiya nailiyyətlərinin dövlət reyestrini aparmaq;
qanunvericilikdə nəzərdə tutulmuş digər hüquqları həyata keçirmək.
M a d d ə 9 . Dövlət toxumçuluq xidmətinin vəzifələri
Dövlət toxumçuluq xidməti aşağıdakı vəzifələri daşıyır:
toxumçuluq subyektlərinin fəaliyyətini əlaqələndirmək;
tələb və təkliflər nəzərə alınmaqla, dövlət yerli və sığorta toxum fondlarının
yaradılması üçün təkliflər hazırlamaq;
toxumçuluğa dair standartlar, normativlər, əsasnamələr və təlimatlar hazırlamaq,
təsdiq etmək və ya onları səlahiyyətli orqanların təsdiqinə vermək;
toxumçuluqda tətbiq edilən rəsmi dövlət sənədlərinin, kataloqların, sertifikatların,
uçot-hesabat formalarının nəşrini təşkil etmək;
toxumçuluq üzrə sərgilər və hərraclar keçirmək;
toxumçuluq
sahəsində beynəlxalq əməkdaşlığın
və kooperasiyanın
inkişaf
etdirilməsini əlaqələndirmək;
toxum bazarının konyukturunu öyrənmək və təhlil etmək;
toxumçuluq ixtisası üzrə mütəxəssislər hazırlanmasını təşkil etmək;
toxum istehsalçılarını standartlar, təlimatlar və digər normativ sənədlərlə təmin
etmək;
qanunvericilikdə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək.
I I I f ə s i l
TOXUMÇULUĞUN TƏŞKİLİ
M a d d ə 1 0 . Toxumçuluq sistemi
Toxumçuluq sistemi orijinal, super elit, elit və reproduksiyalı toxumlar
istehsalından, sığorta fondunun və dövlət toxum ehtiyatlarının yaradılmasından
ibarətdir.
Müxtəlif bitki sortlarının toxum istehsalının xüsusiyyətləri toxumçuluq sisteminin
yaradılması zamanı nəzərə alınır və müvafiq icra hakimiyyəti orqanlarının normativ
aktları ilə tənzimlənir.
M a d d ə 1 1 . Toxum istehsalı
Mühafizə olunan
sortların
toxumlarının
istehsalı toxumçuluğun əsas
prinsiplərinə riayət edilməsi şərtilə həyata keçirilir.
Orijinal, super elit və elit toxumların istehsalı sortun müəllifinin və ya patent
sahibinin nəzarəti altında elmi-tədqiqat və tədris müəssisələrinin təcrübə
təsərrüfatlarında, reproduksiyalı toxumların istehsalı dövlət və bu fəaliyyət növü ilə
məşğul olan ixtisaslaşdırılmış özəl toxumçuluq subyektlərində həyata keçirilir. Sort
müəllifləri qanunvericiliyə uyğun olaraq fərdi qaydada super elit və elit toxumların
istehsalı ilə məşğul ola bilərlər.
Calaqaltı və calaqüstü anaclıqların yaradılması üçün xəstəliklərə və zərərvericilərə
davamlı əkin materialları müvafiq elmi tədqiqat müəssisələrində və ya müqavilə
şərtləri ilə elmi-tədqiqat müəssisələrinin nəzarəti altında ixtisaslaşdırılmış tinglik
təsərrüfatında istehsal olunur.
M a d d ə 1 2 . Toxumçuluq subyektlərinin attestasiyası
Toxumçuluqla məşğul olan hüquqi və fiziki şəxslər müvafiq qaydada təsdiq
edilmiş əsasnaməyə uyğun olaraq dövlət toxumçuluq xidmətində attestasiyadan
keçirlər və toxum istehsalçılarının reyestrinə daxil edilirlər.
Toxum istehsalçılarının reyestrinə daxil edilməmiş hüquqi və fiziki şəxslərin
istehsal etdikləri toxumlara sortluq və səpin keyfiyyətlərini təsdiq edən uyğunluq
sertifikatları verilmir.
M a d d ə 1 3 . (Çıxarılıb)
M a d d ə 1 4 . (Çıxarılıb)
M a d d ə 1 5 . Toxum fondları, onların yaradılması və istifadəsi
Məhsul istehsalçılarını təmin etmək, dövlətin beynəlxalq müqavilələrini
yerinə yetirmək, habelə təbii fəlakətə məruz qalmış bölgələrə köməklik göstərmək
məqsədilə dövlət, yerli və sığorta toxum fondları yaradılır.
Toxum fondlarına dövlət reyestrinə daxil edilmiş sortların dövlət standartlarının
tələblərinə cavab verən toxumları tədarük edilir.
Toxum fondlarının həcmi, tədarük, saxlanma və istifadə qaydaları müvafiq icra
hakimiyyəti orqanları tərəfindən müəyyən edilir.
Toxum
fondlarına
toxum
tədarükü müvafiq
icra
hakimiyyəti
orqanları ilə toxumçuluq subyektləri arasında bağlanmış müqavilələr əsasında həyata
keçirilir.
Dövlət sığorta və yerli toxum fondlarına sifariş müvafiq icra hakimiyyəti
orqanları tərəfindən verilir.
Naxçıvan Muxtar Respublikasında dövlət və sığorta toxum fondlarının
yaradılması və istifadəsi Naxçıvan Muxtar Respublikasının müvafiq icra hakimiyyəti
orqanı tərəfindən həyata keçirilir.
Dövlət, sığorta və yerli toxum fondları müvafiq icra hakimiyyəti orqanlarının
sərəncamında olur.
Sığorta toxum fondu hər il təzələnir.
Sığorta toxum fondunun müəyyən edilmiş müddətdə başqa məqsədlər üçün
istifadəsi qadağandır.
Toxum fondlarının əmtəəlik məhsuldan yaradılmasına bir qayda olaraq yol
verilmir.
Müstəsna
hallarda
toxum
fondlarının əmtəəlik
məhsuldan
yaradılması müvafiq icra hakimiyyəti orqanının qərarıilə həyata keçirilə bilər.
I V f ə s i l
TOXUMÇULUQ MÜƏSSİSƏLƏRİ VƏ TOXUMÇULUQDA SAHİBKARLIQ
FƏALİYYƏTİ
M a d d ə 1 6 . Dövlət toxumçuluq müəssisələri
Dövlət toxumçuluq müəssisələri öz fəaliyyətlərini təsərrüfat hesabı və
özünümaliyyələşdirmə prinsipi ilə həyata keçirirlər. Toxumçuluğun inkişafını
dəstəkləmək üçün dövlət büdcəsindən bu sahəyə məqsədli vəsaitlər ayrıla
bilər. Dövlət toxumçuluq xidməti belə müəssisələrə yalnız onların əsas fəaliyyət
istiqamətlərinə aid
məhsullara
sifariş müəyyən
edir,
digər məhsullara
müəssisə sərbəst sərəncam verir.
Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş hallar istisna
olmaqla dövlət toxumçuluq müəssisələrinin fəaliyyətinə və idarə edilməsinə dövlət
bələdiyyə və digər orqanların qarışmasına yol verilmir.
Aqrar islahatı zamanı dövlət toxumçuluq müəssisələrinin təşkilati-hüquqi
formasının
dəyişdirilməsi «Aqrar
islahatının əsasları haqqında» və «Sovxoz
və kolxozların islahatı haqqında» Azərbaycan Respublikasının Qanunları ilə
tənzimlənir.
M a d d ə 1 7 . Qeyri-dövlət toxumçuluq müəssisələri
Qeyri-dövlət toxumçuluq müəssisələrinin təşkilati-hüquqi formalarını təsisçilər
müstəqil müəyyən edir, onların yaradılması və fəaliyyəti Azərbaycan Respublikasının
qanunvericiliyi ilə tənzimlənir.
M a d d ə 1 8 . Fərdi toxumçuluq fəaliyyəti
Fərdi toxumçuluq fəaliyyəti ilə məşğul olmaq istəyən fiziki şəxslər bu qanunda
nəzərdə tutulmuş hal istisna olmaqla yalnız reproduksiyalı toxumların istehsalı və
satışı ilə məşğul ola bilərlər.
M a d d ə 1 9 . Toxumçuluq subyektlərinin hüquqları
Mülkiyyət formasından asılı olmayaraq toxumçuluq fəaliyyəti ilə məşğul olan
hüquqi və fiziki şəxslər aşağıdakı hüquqlara malikdirlər:
sahibkarlıq fəaliyyətini müstəqil qurmaq;
qanunvericilikdə nəzərdə tutulmuş hallar istisna olmaqla, istehsal edilən
məhsullara sahiblik, istifadə və sərəncam hüquqlarını sərbəst həyata keçirmək;
dövlət toxumçuluq xidmətindən güzəştli şərtlərlə toxum, uçot-hesabat sənədləri
almaq, istehsal etdikləri məhsullara keyfiyyət sənədləri verilməsini tələb etmək;
toxumçuluq sahəsində keçirilən konfranslarda, simpoziumlarda, sərgilərdə və
hərraclarda iştirak etmək;
toxumçuluqda tətbiq edilən maliyyə-kredit, gömrük və başqa güzəştlərdən
istifadə etmək;
qanunvericilikdə nəzərdə tutulmuş digər hüquqları həyata keçirmək.
M a d d ə 2 0 . Toxumçuluq subyektlərinin vəzifələri
Toxumçuluq subyektlərinin vəzifələri aşağıdakılardır:
toxumçuluğa dair Azərbaycan Respublikasının qanunvericiliyinə əməl etmək;
toxumçuluğun əsas prinsiplərinə riayət etmək;
patent sahibi ilə müəyyən edilmiş qaydada bitki sortlarının toxumlarından
istifadəyə görə haqq ödənilməsini nəzərdə tutan lisenziya müqaviləsi bağlamaq;
ticarət dövriyyəsinə daxil edilən toxumların sənədlərində göstərilmiş sortluq
və səpin keyfiyyətlərinə təminat vermək;
dövlət standartları ilə müəyyən edilmiş müddətdə toxum nümunələrini saxlamaq;
hər bir sort üzrə, müəyyən edilmiş formada, toxumların sortluq və səpin
keyfiyyətlərinin sənədləşdirilməsini aparmaq və onları bir il müddətində saxlamaq;
bitki karantini tələblərinə əməl etmək;
müəyyən edilmiş qaydada uçot-hesabat işləri aparmaq və müvafiq orqanlara
məlumat vermək;
qanunvericilikdə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək.
V f ə s i l
TOXUMLARIN DÖVRİYYƏSİ
M a d d ə 2 1 . Toxumların dövriyyəyə daxil edilməsi
Azərbaycan Respublikasında dövlət reyestrində qeydiyyata alınmış, sortluq
və səpin keyfiyyətləri dövlət standartlarının tələblərinə cavab verən bitki sortlarının
toxumları dövriyyəyə daxil edilir.
M a d d ə 2 2 . Toxumların sortluq və səpin keyfiyyətlərinin
sertifikatlaşdırılması
Toxumların sortluq və səpin keyfiyyətlərinin normaları müvafiq dövlət
standartları ilə müəyyən edilir.
Toxumluq əkinlərin tarla müayinəsi, aprobasiyası, toxum nümunələrinin təhlili
müvafiq qaydada təsdiq edilmiş, təlimatlar əsasında dövlət toxumçuluq xidməti
tərəfindən aparılır.
Toxumların laboratoriya təhlili dövlət toxumçuluq xidmətinin laboratoriyalarında
aparılır.
Dövlət standartlarının tələblərinə cavab verən toxumlara dövlət toxumçuluq
xidməti tərəfindən sortluq və səpin keyfiyyətlərini təsdiq edən uyğunluq
sertifikatları verilir.
Dövlət standartlarına cavab verməyən toxumlara təhlillərin nəticəsini əks etdirən
vəsiqələr verilir.
M a d d ə 2 3 . Toxumların qablaşdırılması və etiketləşdirilməsi
Ticarət dövriyyəsinə daxil edilmiş toxumlar müvafiq qaydada qablaşdırılır
və etiketləşdirilir.
Etiketdə toxumun keyfiyyəti haqqında tam məlumatlar verilir.
Kimyəvi və bioloji preparatlarla işlənmiş toxumların qablarında müvafiq
xəbərdarlıq yazıları olur.
Etiketdə və ya müşayiətedici sənədlərdə toxumların istifadəsi üzrə təhlükəsizlik
qaydaları haqqında məlumatlar olur.
M a d d ə 2 4 . Toxumların ticarət dövriyyəsinə daxil edilməsi
Azərbaycan Respublikasında rayonlaşmış, sortluq və səpin keyfiyyətlərini təsdiq
edən
uyğunluq
sertifikatı və fitosanitar
sertifikatı olan
bitki
sortlarının
toxumları ticarət dövriyyəsinə daxil edilir.
Aşağıdakı toxumların ticarət dövriyyəsinə daxil edilməsinə yol verilmir:
rayonlaşmamış sortların;
sortluq və səpin keyfiyyətlərini təsdiq edən uyğunluq sertifikatı və fitosanitar
sertifikatı olmayan toxumların;
qablaşdırılmamış və etiketləşdirilməmiş toxumların;
sortluq və səpin keyfiyyətlərini təsdiq edən uyğunluq sertifikatının müddəti
qurtarmış toxumların;
sort qarışığı olan toxumların.
M a d d ə 2 5 . Toxumların karantin mühafizəsi
Toxumların
karantin
obyektlərindən
mühafizəsi
Azərbaycan
Respublikasının fitosanitar nəzarəti haqqında qanunvericilik aktlarına uyğun həyata
keçirilir.
M a d d ə 2 6 . Toxumların əldə edilməsi, istifadəsi və satışı
Toxumların əldə edilməsi, istifadəsi və satışı mühafizə olunan sortun patent sahibi
ilə bağlanmış lisenziya müqaviləsi əsasında həyata keçirilir.
Bitki sortlarının toxumlarından istifadəyə görə patent sahibi ilə bağlanmış
lisenziya müqaviləsində patent sahibinə ödəniləcək haqqın miqdarı, müqavilənin
şərtləri və tərəflərin məsuliyyəti göstərilməlidir. Sort müəllifinə və patent sahibinə
toxumdan istifadəyə görə müvafiq olaraq mükafatın və haqqın ödənilməsi qaydası
müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
Dövlət reyestrinə daxil edilməmiş bitki sortlarının toxumları aşağıdakı hallarda
istifadə oluna bilər:
beynəlxalq müqavilələr əsasında becərilərək Azərbaycan Respublikasından kənara
ixrac edilməsi məqsədilə;
müvafiq icra hakimiyyəti orqanlarının qərarına əsasən;
seleksiya, tədqiqat, sınaq və sərgilərdə nümayiş etdirmək məqsədilə.
(Çıxarılıb)
M a d d ə 2 7 . Toxumların idxal və ixracı
Dövlət reyestrində qeydiyyatdan keçmiş sortluq və səpin keyfiyyətlərini təsdiq
edən uyğunluq sertifikatı və fitosanitar sertifikatı olan toxumlar Azərbaycan
Respublikasına idxal oluna bilər.
Dövlət reyestrində qeydiyyata alınmamış sortların toxumları yalnız seleksiya,
tədqiqat, sınaq və sərgilərdə nümayiş etdirmək məqsədilə idxal oluna bilər. Gen
mühəndisliyi əsasında alınmış bitki toxumlarının (genetik dəyişdirilmiş və ya genetik
modifikasiya edilmiş orqanizmlərin) Azərbaycan Respublikasına idxalına icazə
verilmir. Bu toxumların gətirilməsinə yalnız müvafiq icra hakimiyyəti orqanının
müəyyən etdiyi müstəsna hallarda və qaydada yol verilə bilər.
Toxumların karantin icazəsi olmayan vasitələrlə idxal və ixracına yol verilmir.
Əməkdaşlıq müqavilələrində başqa şərtlər nəzərdə tutulmamışdırsa, toxumların
ixrac və idxal edilməsində beynəlxalq sertifikatların göstəriciləri qəbul edilir.
İxrac edilən toxumların sortluq və səpin keyfiyyətlərinin ekspertizası Beynəlxalq
Toxum Assosiasiyasının (İSTA) qəbul etdiyi qaydalara uyğun aparılır.
V I f ə s i l
TOXUMÇULUĞA DÖVLƏT HİMAYƏSİ VƏ QANUNVERİCİLİYİN
POZULMASINA GÖRƏ MƏSULİYYƏT
M a d d ə 2 8 . Toxumçuluğun stimullaşdırılması
Azərbaycan Respublikasının qanunvericilik aktlarında güzəştli investisiya, qiymət,
kredit və vergi siyasəti vasitəsilə toxumçuluğa dövlət himayəsi həyata keçirilir.
Toxum fondlarının yaradılması üçün qanunvericilikdə nəzərdə tutulmuş qaydada
lazımi maliyyə ehtiyatları ayrılır.
Toxum fondlarının dəyərinin 50 faizi istehsalçılara qabaqcadan ödənilir.
Müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş kvota əsasında elmi-
tədqiqat və tədris müəssisələrinin təcrübə təsərrüfatlarında tələb olunan miqdarda
orijinal, super elit və elit toxumların istehsalına çəkilən xərclər dövlət büdcəsinin
vəsaiti hesabına həyata keçirilir.
Toxumçuluq və tinglik təsərrüfatlarından satılan 1-ci və 2-ci reproduksiyalı
toxumlara və tinglərə görə dövlət büdcəsindən təsərrüfatlara subsidiya ödənilir.
Subsidiyanın ödənilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən
müəyyən edilir.
Toxumluq bitkilər qanunvericiliyə uyğun olaraq dövlət tərəfindən sığortalanır.
Karantin obyektlərinin yayılmasının qarşısını almaq üçün profilaktiki və ləğvedici
tədbirlərin aparılması nəticəsində məhv edilən toxumlara və toxumluq əkinlərə
çəkilən xərclər dövlət tərəfindən kompensasiya edilir.
M a d d ə 2 9 . Toxumçuluğun elmi təminatı
Azərbaycan Respublikasında toxumçuluğun elmi təminatı müvafiq elmi-tədqiqat
və ali tədris müəssisələri tərəfindən həyata keçirilir və məqsədli proqramlar əsasında
dövlət tərəfindən maliyyələşdirilir.
M a d d ə 3 0 . Toxumçuluq haqqında qanunvericiliyin pozulmasına görə
məsuliyyət
Karantin obyekti ilə yoluxmuş, dövlət standartlarına uyğun gəlməyən
toxumların əkini, səpini, tədarükü və satışı:
sortluq və səpin keyfiyyətlərini təsdiq edən uyğunluq sertifikatı və fitosanitar
sertifikatı olmayan toxumların idxalı, ixracı və ticarət dövriyyəsinə daxil edilməsi;
toxum partiyasının keyfiyyətinin qiymətləndirilməsi qaydalarına əməl edilməməsi,
yaxud keyfiyyət göstəricilərinin bilərəkdən təhrif olunması;
lisenziya
müqaviləsi
bağlanmadan
bitki
sortlarının
toxumlarından
istifadə edilməsi;
toxumçuluğun əsas prinsiplərinə riayət edilməməsi;
toxumçuluqda tətbiq edilən uçot-hesabat sənədlərinin aparılmasında saxtakarlığa
yol verilməsi və qanunvericiliyin pozulmasına yönəldilmiş digər hallar Azərbaycan
Respublikasının qanunvericiliyinəəsasən məsuliyyətə səbəb olur.
Toxumçuluq
haqqında
qanunvericiliyin
pozulmasında
təqsirkar
olan
vəzifəli şəxslər və vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyində
nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar.
Azərbaycan Respublikasının Prezidenti
Heydər ƏLİYEV
Bakı şəhəri, 11 mart 1997-ci il
№ 257-IQ
Dostları ilə paylaş: |