Toziholmasael



Yüklə 4,66 Mb.
Pdf görüntüsü
səhifə193/209
tarix19.10.2018
ölçüsü4,66 Mb.
#75208
1   ...   189   190   191   192   193   194   195   196   ...   209

İzahlı şəriət hökmləri

       573 

 

Məsələ  2789:  Kişinin  öz  arvadına  aldığı  paltar,  arvadı 

geyinmiş  olsa  belə,  kişi  öldükdən  sonra  kişinin  mallarından 

hesab olur.  

İRSİN MÜXTƏLİF MƏSƏLƏLƏRİ 

Məsələ  2790:  Meyyitin  Quranı,  üzüyü  və  qılıncı,  həmçinin 

geydiyi  paltarlar  böyük  oğlunun  malıdır.  Əgər  ölünün  bu  dörd 

şeyin hər birindən bir neçədənədirsə, məsələn: iki quran və ya iki 

üzüyü  varsa,  ehtiyat-vacib  budur  ki,  böyük  oğul  vərəsələr  ilə 

razılaşsınlar. 

Məsələ  2791:  Əgər  ölünün  birdən  artıq  böyük  oğlu  olsa, 

məsələn:  iki  arvaddan  eyni  zamanda  iki  oğlu  dünyaya  gəlmiş 

olsa,  gərək  ölünün  libas,  Quran,  qılınc  və  üzüyünü  bərabər 

şəkildə öz aralarında bölsünlər. 



Məsələ  2792:  Əgər  ölünün  borcu  varsa,  borc  onun  malının 

dəyəri  qədər  və  ya  ondan  çoxdursa,  böyük  oğula  çatacaq  dörd 

şey,  (keçən  məsələdə  deyildi)  gərək  onun  borcuna  verilsin. 

Əlbəttə böyük oğul o dörd şeyi götürüb onların qiymətini ödəyə 

bilər.  Əgər  borc,  onun  malından  az  olarsa,  gərək  yenə  də  ən 

böyük  oğula  çatan  dörd  şeydən  ödənsin;  məsələn:  onun  bütün 

varı,  iyirmi  tüməndirsə  və  onun  borcu  iyirmi  beş  tümən  olsa 

gərək  beş  tümən  miqdarında,  o  dörd  şeydən  ölünün  borcunu 

ödəsin. 

Məsələ  2793:  Müsəlman  kafirdən  irs  aparır.  Amma  kafir, 

müsəlman meyyitin oğlu ya atası olsa da, ondan irs aparmır. 



Məsələ 2794: Əgər bir şəxs, öz yaxınlarından birini qəsdən və 

haqsız  olaraq  öldürərsə,  ölüdən  ona  irs  çatmaz.  Amma  səhv 

üzündən olarsa (məsələn: daşı havaya ata və təsadüfən daş, onun 

yaxınlarından birinə dəyib öldürsün), ölüdən ona irs çatır. Amma 

qətlin diyəsindən ona irs, çatmır.  

Məsələ 2795: Əgər irsi bölmək istəsələr, ana bətnində olan və 

diri  dünyaya  gəldikdə  irs  aparan,  uşağın  bir  ya  bir  neçə  olması, 




574        

İRSİN HÖKMLƏRİ 

 

habelə qız və ya oğlan olması məlum olsa, hətta elmi vasitələrin 



köməyi ilə olsa belə, gərək onun payını saxlasınlar. Əgər məlum 

olmasa,  bir  neçə  dənə  olmasına  etibarlı  ehtimal  verirlərsə, 

ehtimal verilən miqdarda oğlan uşağının payını saxlasınlar. Əgər 

sonradan,  məsələn;  bir  oğlan  və  bir  qız  dünyaya  gələrsə,  artıq 

qalanını varislər öz aralarında böləcəklər. 

 



İzahlı şəriət hökmləri

       575 

 

BƏZİ GÜNAHLAR ÜÇÜN TƏYİN … 

BƏZİ GÜNAHLAR ÜÇÜN TƏYİN 

OLUNMUŞ CƏZA HÖKMLƏRİ 

Məsələ  2796:  Əgər  bir  şəxs,  özünün  (ana  və  bacı  kimi) 

məhrəmləri  ilə  zina  etsə,  gərək  şəri  hakimin  hökmü  ilə  onu 

öldürsünlər.  Həmçinin,  əgər  kafir  kişi,  müsəlman  qadınla  zina 

etsə,  gərək  şəri  hakimin  hökmü  ilə  onu  öldürsünlər.  Hədislərdə 

gəlib  çatıb  ki,  hədlərdən  birinin  yerinə  yetirilməsi,  camaatın 

qeyri-şəri  işlər  görməməsinə  səbəb  olar.  Onların  dünya  və 

axirətini  qoruyar.  Onun  xeyri,  qırx  gün  yağış  yağmasının 

xeyrindən çoxdur. 



Məsələ  2797:  Əgər  bir  kişi  zina  etsə,  gərək  ona  yüz  şallaq 

vurulsun.  Üç  dəfə  zina  etsə,  hər  dəfə  də  yüz  şallaq  vursalar, 

dördüncü  dəfədə,  gərək  onu  öldürsülər.  Əgər  bir  şəxsin  daimi 

əqdində  olan  arvadı  varsa,  baliğ,  aqil  və  azad  olduğu  halda 

onunla  yaxınlıq  edibsə,  hər  vaxt  da  istəsə,  onunla  yaxınlıq  edə 

bilərsə,  əgər  büluğa  çatmış  və  aqil  bir  qadın  ilə  zina  etsə,  gərək 

onu daşqalaq etsinlər.  

Məsələ  2798:  Əgər  bir  kişi,  bir  şəxsin  onun  arvadı  ilə  zina 

etdiyini görsə özünə zərər  yetirmələrindən qorxmasa, hər ikisini 

öldürə bilər. Əgər onları öldürməsə, o qadın ona haram olmur. 

Məsələ 2799: Əgər mükəlləf aqil kişi, başqa aqil kişi ilə lavat 

edərsə,  gərək  onların  hər  ikisini  öldürsünlər.  Şəri  hakim,  qılınc 

ilə  ləvat  edəni  öldürə  bilər,  daşqalaq  edə  bilər,  diri-diri  yandıra 

bilər, əl-ayağını bağlayıb hündür yerdən aşağı buraxa bilər və ya 

divarı onun üzərinə yıxa bilər.  

Məsələ  2800:  Əgər  bir  nəfər,  başqa  bir  şəxsə,  haqsız  olaraq 

birini  öldürməsini  əmr  etsə,  qatil  və  ona  əmr  edən,  hər  ikisi 

mükəlləf və aqildirlərsə, qatil gərək öldürülsün və ona əmr edən, 

ölənədək ömürlük həbs edilsin. 




576        

BƏZİ GÜNAHLAR ÜÇÜN TƏYİN … 

 

Məsələ  2801: Əgər övlad ata və  ya anasını qəsdən öldürərsə, 

gərək  onu  öldürsünlər.  Amma  bir  ata,  öz  övladını  qəsdən 

öldürərsə,  gərək  diyə  hökmlərində  deyilən  qayda  üzrə  diyə 

versin və şəri hakimin səlah bildiyi qədər onu döysünlər. 



Məsələ  2802:  Hər  kəs  bir  oğlanı  şəhvət  üzündən  öpərsə,  şəri 

hakim  ona  otuzdan  doxsan  doqquzadək;  nə  qədər  məsləhət 

bilərsə,  şallaq  vurar.  Rəvayət  olunub  ki,”  Allah  təala,  onun 

ağzına  atəşdən  noxta  vurar.  Göyün-yerin  mələkləri  və  rəhmət-

qəzəb  mələkləri,  ona  lənət  edərlər.  Cəhənnəm  onun  üçün 

hazırlanıb.” Amma tovbə etsə, onun tövbəsi qəbul olar. 

Məsələ 2803: Əgər bir şəxs, kişi və qadın arasında zina üçün 

və ya kişi və oğlan arasında ləvat üçün vasitə olarsa, qadındırsa, 

yetmiş beş şallaq vursunlar; kişidirsə, yetmş beş şallaqdan sonra 

başını  qırxıb,  küçə  və  bazarda  dolandırılsın.  O  işi  gördüyü 

məhəldən çıxarılsın. 

Məsələ  2804:  Əgər  bir  şəxs,  bir  qadınla  zina  və  ya  oğlanla 

ləvat  etmək  istəsə,  öldürməzdən  qabaq,  onun  qarşısını  almaq 

mümkün olmasa, öldürülməsi caizdir. 

Məsələ 2805: Əgər bir şəxs, baliğ və aqil müsəlman kişi və ya 

qadını,  zina  və  ya  ləvatda  ittiham  etsə,  yaxud  onlara  “vələdüz-

zina” desə, gərək səksən şallaq libasın üstündən, ona vursunlar.  

Məsələ  2806:  Mükəlləf və aqil bir şəxs, əgər ixtiyarlı şəkildə 

şərab  içsə,  birinci  və  ikinci  dəfələrdə  övrətdən  başqa,  tamam 

soyundurub  ona  səksən  şallaq  vursunlar.  Üçüncü  dəfədə,  gərək 

onu öldürsünlər.  



Məsələ  2807:  Bir  şəxs  mkəlləf  və  aqildirsə,  əgər  üç  noxud 

yarım sikkə qızıl və ya bu dəyərdə olan başqa şeyi oğurlasa, əgər 

şəriətdə müəyyən olunan şərtlər onda varsa, birinci dəfədə gərək 

sağ əlinin dörd barmağını dibindən kəssinlər və əlinin içi və baş 

barmağına dəyməsinlər. İkici dəfə, ehtiyat budur ki, sol ayağını 

ortadan  kəssinlər.  Üçüncü  dəfə,  gərək  onu  ölənədək  həbs 

etsinlər.  Əgər  malı  varsa,  onun  xərcini  öz  malından,  yoxdursa 



Yüklə 4,66 Mb.

Dostları ilə paylaş:
1   ...   189   190   191   192   193   194   195   196   ...   209




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə