Toziholmasael



Yüklə 4,66 Mb.
Pdf görüntüsü
səhifə196/209
tarix19.10.2018
ölçüsü4,66 Mb.
#75208
1   ...   192   193   194   195   196   197   198   199   ...   209

584        

ETİKAFIN HÖKMLƏRİ 

 

oturmağa  zərurət  yaranarsa  imkan  olan  surtdə  kölgədə 



oturmasın.  

Məsələ  2824:  Etikafa  başlayandan  sonra,  o  etikaf  (məsələn: 

müəyyən  gündə  etikaf  saxlamasını  nəzr  etməsi  kimi)  müəyyən 

vacib  etikaf  olmasa,  iki  gün  keçməmiş  etikafdan  qayıda  və  onu 

poza bilər. Amma niyyət edən vaxt əgər hər hansı bir hadisə baş 

verərsə etikafdan qayıtmağı şərt etsə, iki gün keçəndən sonra da 

etikafdan qayıda bilər.  



Məsələ  2825:  Etikaf  edən  şəxs  gərək  bir  çox  işlərdən 

çəkinsin. Onları etmək etikafı batil edir. 

1. Cinsi əlaqədə olmaq və istimna etmək. Ehtiyat-vacib budur 

ki, şəhvətlə qadına toxunmaqdan və öpməkdən çəkinilsin.  

2. Xoş iyilər istifadə etmək. 

3.  Al-ver  etikafı  batil  edir  amma  müamiləni  batil  etmir. 

Ehtiyat-vacib budur ki, (razılıq, müzaribə, icarə və bunlar kimi,) 

hər ticarətdən çəkinilsin.Əgər bir şeyin al-verinə zərurət yaransa 

vəkil tuta bilməsə icazəlidir. 

4.  Başqasına  üstünlük  əldə  etmək  və  özünü  üstün  göstərmək 

üçün  (istər  dünayaya  aid  olsun  istərsədə  axirətə)  mübahisə 

etmək. 


Məsələ  2826:  Əgər  vacib  etikaf  halında  bilərəkdən  cinsi 

əlaqədə  olsa  istər  gündüz  olsun  istərsədə  gecə  kəffarə  vermək 

vacibdir.  Ehtiyata  əsasən  kəffarəsi  ardıcıllıqla  budur  ki,  altımış 

gün ardıcıl oruc tutsun və altımış fəqirə yemək versin.  

Cimadan  başqa  çəkiniləsi  lazım  olan  işlərdən  edərsə  kəffarə 

vacib deyil. 



Məsələ  2827:  Etikaf  edən  cinsi  əlaqədən  başqa  etikafı  batil 

edən işlərdən səhv üzündən edərsə, etikafı batil deyil. 



Məsələ  2828:  Əgər  etikafı  qeyd  olunan  işlərdən  biri  ilə  batil 

etsə,  etikafı  qeyri  müəyyən  etikaf  olarsa  məsələn:  etikaf  üçün 

müəyyən  bir  vaxt  təyin  etmədiyi  nəzrdirsə  gərək  etikafı  ikinci 

dəfə  yerinə  yetirsin.  Əgər  müəyyən  etmiş  vacib  olsa,  məsələn: 




İzahlı şəriət hökmləri

       585 

 

müəyyən  vaxtda  etikafı  nəzr  etsə  yaxud  etikaf  müstəhəb  olsa  o 



batil edən işi iki gündən sonra etsə, ehtiyat-vacibə əsasən etikafın 

qəzasını  yerinə  yetirsin.  Müstəhəb  etikafda  batil  edən  iş  iki 

gündən qabaq olsa qəzası yoxdur.  

Məsələ  2829:  Etikafdan  digər  etikafa  keçmək  icazəli  deyil. 

İstər  hər  ikisi  vacib  olsun  məsələn:  birini  nəzr  etsə  digərini  isə 

and  içdiyinə  görə  özünə  vacib  etsə  yaxud  hər  ikisi  müstəhəb 

olsalar yaxud biri vacib digəri müstəhəb olsa və ya biri özü üçün 

digəri isə başqası tərəfdən naib yaxud isticari olsa yaxud hər ikisi 

üçün  başqası  tərəfdən  naib  olsa,  (etikafdan  digər  etikafa  keçə  

bilməz). 

Məsələ  2830:  Əgər  etikaf  edən  şəxs  qəsbi  xalçanın  üstündə 

oturarsa  günah  etmişdir  amma  etikafı  batil  olmur.  Amma  bir 

nəfər  bir  yeri  tutmaqda  qabaqa  düşübsə  və  etikaf  edən  o  yeri 

ondan  razılıq  olmadan  alsa  etikafı  o  yerdə  ehtiyata  əsasən 

batildir. 

Məsələ  2831:  Əgər  etikaf  edən  şəxsə  qüsl  vacib  olsa,  əgər 

məsciddə qüsl etməyin maneəsi olmasa, (məsələn:  meyyit qüslü 

kimi,) məsciddən xaric olması icazəli deyil. Əgər məsciddə qüsl 

etməyin  maneəsi olsa  məsələn cənabət qüslü kimi, qüsl verəndə 

qüsl  etdiyi  müddəti  məsciddə  qalmalı  olduğuna  görə  gərək 

məsciddən çıxsın. Əks təqdirdə etikafı batildir. 




586        

YAXŞILIQLARA ƏMR ETMƏK VƏ  ... 

 

YAXŞILIQLARA ƏMR ETMƏK VƏ  ... 

YAXŞILIQLARA ƏMR ETMƏK VƏ 

PİSLİKLƏRDƏN ÇƏKİNDİRMƏK 

Əmr  bil-məruf  və  nəhy  ənil-münkər  müqəddəs  İslam 

şəriətinin  mühüm  vaciblərindəndir.  Bütün  peyğəmbərlərin 

şəriətlərində  gəlmişdir.  Əmr  bil-məruf  yəni,  camaatı  şəri 

vaciblərə  dəvət  etmək  və  nəhy  ən-ilmünkər  yəni,  insanları  şəri 

olmayan əməllərdən çəkindirməyə deyilir. 



Məsələ 2832: Bütün insanlara vacibdir ki, qüdrətləri həddində 

bir-birlərini əmr bil-məruf və nəhy ənil-münkər etsinlər. Xüsusən 

atalar öz övladlarını, müəllimlər öz şagirdlərini, kişilər öz həyat 

yoldaşlarını əmr bil-məruf və nəhy ənil-münkər etsinlər. 



Məsələ  2833:  Əmr  bil-məruf  və  nəhy  ənil-münkərin 

vacibliyində  alimlə  cahil,  kişi  ilə  qadın,  qoca  ilə  cavan  arasında 

heç bir fərq yoxdur. Onların hamısına vacibdir.  

Məsələ  2834:  Əmr bil-məruf və nəhy ənil-münkərin bir  neçə 

şərti vardır: 

1.  Əmr bil-məruf və  nəhy  ənil-münkər  edən  şəxs gərək nəyə 

dəvət  etdiyini  və  nədən  çəkindirdiyini  bilsin;  məsələn:  gündəlik 

namazların  vacib  olduğunu  bilsin  və  ona  əmr  etsin.  Həmçinin 

yalan danışmağın haram olduğunu bilsin və ondan çəkindirsin. 

2.  Əmr  və  nəhyinin  təsirli  olacağına  ehtimal  versin.  Deməli, 

əgər  təsirli  olmayacağına  əmin  olsa,  onun  əmr  və  nəhy  etməsi 

vacib deyildir. 

3. Əmr bil-məruf və nəhy ənil-münkər fəsada səbəb olmasın.  

4.  Qarşı  tərəf  vaciblərin  tərkinə  və  münkərlərin  yerinə 

yetirilməsində  israrlı  olarsa,  (buna  əməl  olunsun.)  Deməli,  əgər 

vacibi tərk edən və ya harama düşən bu əməllərdə israrlı olmasa 

vacib deyil.  




İzahlı şəriət hökmləri

       587 

 

Məsələ  2835:  Əmr  bil-məruf  və  nəhy  ənil-münkərin  üç 

mərhələsi  vardır.  Bir  mərhələdən  başqa  mərhələyə  keçmək 

olmaz.  Bir  mərhələnin  təsirli  omadığı  bilinən  təqdirdə,  sonrakı 

mərhələyə əməl oluna bilər.  



Birinci:  Haram  işə  nifrətini  bildirəcək  şəkildə  davransın, 

məsələn:  qarşı  tərəfə  anlatsın  namaz  qılmadığına  və  ya  yalan 

danışdığına  görə  səndən  üz  döndərirəm,  münasibətimi  kəsirəm 

və qaş-qabağını töksün.  



İkinci:  Yaxşı  əxlaq  və  gözəl  sözlərlə  ona  əmr  bil-məruf  və 

nəhy  ənil-münkər  etsin.  Əgər  təsir  etməsə  ciddi  (kobud) 

sözlərdən istifadə etsin. 

Üçüncü:  Əməli  surətdə  pis  işin  qarşısını  alsın.  Məsələn: 

qumar  oynayan  şəxsə  qaş-qabaq  göstərib  və  söz  demək  ilə  təsir 

qoya  bilməsə,  qumarbazın  əlindən  qumar  alətini  alsın  və  yaxud 

namaz qılmayan şəxsi namaz qılmağa məcbur etsin. 



Məsələ  2836:  Əmr  bil-mərufun  bölmələri  o  qədər  çoxdur  ki, 

bu  qısa  bir  hissədə  onların  hamsını  demək  mümkün  deyildir. 

Amma  onların  ən  mühümləri  firuiddindir  ki;  Namaz,  Oruc, 

Zəkat,  Xüms,  Həcc,  Əmr  bil-məruf,  Nəhy  ənil-münkər,  Təvəlla 

(məsumları 

(ələyhimus-səlam)

 sevib onlardan itaət etmək), Təbərra 

(din  düşmənlərini  özünə  düşmən  sayıb  onlardan  uzaqlaşmaq), 

Cihad. 


İmam  Sadiq

 

(ələyhis-səlam)

  əshablarından  birinə  buyurdu: 

“Mənim salamımı mənə  itaət edənlərə  çatdır və  onlara de:  düz 

danışmağı, əmanəti sahibinə qaytarmağa, qonşu ilə yaxşı rəftar 

etməyi sizə tövsiyə edirəm. Allah yanında ən sevimli şəxs odur ki, 

insanlara  çox  xeyir  verə  və  möminlərin  ehtiyacların  aradan 

qaldırmaqda çalışa. Özünüz üçün istədiklərinizi camaat üçün də 

istəyin,  başqalarının  eyiblərini  örtün,  yalan  danışanlarla  və 

fasiqlərlə  yoldaşlıq  etməyin.  Öz  işlərinizi  ağıllı  və  dindar 

insanlarla  məsləhətləşin,  özünüzdən  kiçiklərə  rəhm  edin, 


Yüklə 4,66 Mb.

Dostları ilə paylaş:
1   ...   192   193   194   195   196   197   198   199   ...   209




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə