Toziholmasael



Yüklə 4,66 Mb.
Pdf görüntüsü
səhifə198/209
tarix19.10.2018
ölçüsü4,66 Mb.
#75208
1   ...   194   195   196   197   198   199   200   201   ...   209

592        

CİHAD 


 

ABIR, CAN VƏ MALIN MÜDAFİƏSİ 

Məsələ  2841:  Bir  şəxs  başqa  bir  şəxsi  haqsız  yerə  öldürmək 

üçün  hücum  etsə,  o  şəxsə  vacibdir  ki,  hər  vasitə  ilə  olsa,  hətta 

hücum edəni öldürməyə məcbur olsa belə, özünü müdafiə etsin. 

Həmçinin zalım bir şəxs başqa bir şəxsə zina, ləvat və  ya başqa 

istifadələr üçün hücum edərsə, eyni qayda ilə. 

Məsələ  2842:  Əgər  bir  şəxs  başqa  birini  öldürmək  üçün 

hücum  edərsə,  o  şəxsə  təslim  olmaq  haramdır.  Əgər  təslim 

olarsa,  günahkardır.  Əgər  zalimə  qarşı  mübarizə  edə  bilməsə, 

qaça  bildiyi  təqdirdə  qaçması  vacib  və  təslim  olması  isə 

haramdır. 

Məsələ  2843:  Keçən  iki  məsələlərdə  deyilən  hökm,  təkcə 

insanın özünün ölüdürülməsi zamanı icra olumayır. Zalim, onun 

övlad, həyat yoldaşı və xidmətçisini öldürmək üçün hücum etsə, 

həmin hökm bunlara da aid olur. 



Məsələ  2844:  Əgər zalimdən müdafiə olunmaq ən asan  yolla 

olsa,  yəni;  məsələn: dillə həll etmək olarsa, sillə vurmaq olmaz. 

Əgər  sillə  vurmaqla  həll  olsa,  ona  qarşı  cinayət  işlədə  bilməz. 

Deməli, həddini aşması haramdır və buna görə zamindir. 



Məsələ  2845:  Əgər  bir  zalım  başqa  birinin  malını  almaq 

istəsə,  (keçən  məslələrdə  açıqlandığı  şəkildə)  onu  müdafiə  edə 

bilər. Amma malı ona verib müdafiə etməyə bilər. 

Məsələ  2846:  Əgər  bir  şəxs  evin  üstündən,  deşikdən  və  ya 

pəncərədən  başqa  bir  şəxsin  ailə  üzvlərinə  və  ya  onun  övrətinə 

baxsa,  keçən  məsələlərdə  deyildiyi  ən  asan  yollara  riayət 

etməklə, onu müdafiə etmək vacibdir. 




İzahlı şəriət hökmləri

       593 

 

MÜZARİBƏNİN HÖKMLƏRİ 

Məsələ  2847:  Müzaribə,  budur  ki,  insan  (qeyd  olunacaq 

şərtlər daxilində)  müəyyən  bir  malı  ticarət etmək üçün digərinə 

digərinə  versin  və  gəlirini  qərardada  əsasən  öz  aralarında 

bölsünlər. Mal sahibinə malik ticarət edən şəxsə isə amil deyilir. 



Məsələ  2848:  Müzaribənin səhih olmasında aşağadakı şərtlər 

olmalıdır. 

1.  Sözləşmədə  hər  ikisi  şəri  həddi-büluğa  çatmış,  aqil  və  iki 

tərəfin öz ixtiyarları ilə olsun və bir şəxs onları məcbur etməsin. 

Sərmayə qoyan (malik) səfeh olmasın, yəni öz malından istifadə 

edə bilməyən şəxslərdən olmasın. 

2.  Müzaribədə  icab  və  qəbul  lazımdır,  istər  söz  ilə  olsun 

istərsədə  hər  hansı  bir  iş  ilə,  məsələn:  malik  malı  müzaribə 

niyyəti ilə amilə versin amil də almağı ilə qəbul etsin. 

3.  Malik  və  amilə  çatacaq  mənfəət  müəyyən  olmalıdır. 

Məsələn: müəyyən etsinlər ki, gəlirin yarsı və ya üçdə biri amilin 

olsun. 


4.  Gəlir  yalnız  malik  ilə  amil  arasında  bölünür.  Digərini  heç 

bir iş görmədən gəlirdə pay etmək icazəli deyil. 

5. Amilin ticarət etmək qüdrəti olsun.  

6.  Sərmayə  yəni  malikin  amilə  verdiyi  pul  mövcud  olsun  və 

eyni zamanda xüsusiyyətləri də kamil şəkildə müəyyən olsun 

7.  Sərmayəni  yalnız  ticarətdə  işlətsin  başqa  şeydə  işlətmək 

olmaz. 

Məsələ  2849:  Müzaribənin  qızıl  sikkə  və  gümüş  ilə  olması 

lazım deyil. Dıgər pul vasitələri ilə də müzaribə səhihdir.  



Məsələ  2850:  Müzaribə  əqdi  icazəlidir,  yəni  malik  və  amil 

(icraçı)  hər  vaxt  istəsələr  (istər  müzaribədən  qabaq  olsun 

istərsədə sonra) müamiləni poza bilərlər.  

Məsələ 2851: Əgər malik ya amil ölsə müamilə pozulur.  



594        

MÜZARİBƏNİN HÖKMLƏRİ 

 

Məsələ  2852:  Əgər amil səhlənkarlıq etsə və sərmayə aradan 

getsə  və  ya  ona  xəsarət  dəysə  zamindir.  Əgər  səhlənkarlıq 

etməsə  zamin  deyil.  Malik  xəsarətin  amilin  öhdəsinə  olmasını 

şərt edə bilməz. Hətta bu şərt edilərsə müzaribə batildir. Amma 

amil  xəsarət  dydiyi  surətdə  öz  malından  ödəyəcəyini  şərt  etsə 

eybi yoxdur. 



Məsələ  2853:  Amilin  səhlənkarlığı  nəticəsində  sərmayənin 

aradan  getdiyini  yaxud  ziyan  dəydiyini  malik  iddia  etsə,  amildə 

onun iddiasını inkar edərsə, amil gərək and içsin. 

 



İzahlı şəriət hökmləri

       595 

 

GÜNDƏLİK ÜZLƏŞİLƏN MÜXTƏLİF 

MƏSƏLƏLƏR 

Məsələ  2854:  Əgər  qonşunun  ağacının  kökü  yaxud  budağı 

insanın  mülkünə  keçərsə,  onun  qarşısını  ala  bilər.  Əgər  ağacın 

kökündən ona zərər dəyərsə ağacın sahibindən onu ala bilər.  

Məsələ  2855:  Ata  hədiyyə  və  razılaşma  yolu  ilə  qızının 

mülkünə  keçirdiyi  cehziyyəni  geri  ala  bilməz.  Amma  onun 

mülküyyətinə keçirməsə geri almağının eybi yoxdur. 

 

Məsələ  2856:  Əgər  bir  şəxs  ölsə,  onun  həddi-büluğa  çatan 

vərəsəsi  öz  payından  meyyitin  matəm  xərclərini  verə  bilər. 

Amma kiçik olanların payından götürmək olmaz. 

Məsələ  2857:  Əgər  bir  şəxs  bir  müsəlmanın  qeybətini  etsə, 

fəsad  baş  verməyənə  qədər  o  müsləmandan  xahiş  etsin  ki,  onu 

halal  etsin.  Əgər  mümkün  olmazsa  Allahdan  o,  müsəlmanı 

bağışlamasını  istəsin.  Əgər  o,  qeybət  vasitəsi  ilə  müsəlmana 

töhmət  vurularsa,  mümkün  olan  halda  o,  töhməti  aradan 

qaldırsın. 



 

Məsələ  2858:  İnsan  şəri  hakimin  icazəsi  olmadan  xümsünü 

verməyən bir şəxsin malından xümsünü götürüb şəri hakimə verə 

bilməz.

 

Məsələ 2859: Ləhv məclislərinə aid olan avazlar  və musiqilər 

haramdır.  Əgər  nohə  və  ya  rövzə  yaxud  Quranı  da  bu  şəkildə 

oxusalar  haramdır.  Amma  onları  ğina  olmayan  gözəl  səs  ilə 

oxusalar eybi yoxdur.



 

Məsələ 2860: İnsana əziyyət edən və bir şəxsin malı olmayan 

heyvanı öldürməyin eybi yoxdur. 



Məsələ 2861: Əgər bir şeyi düzəlmək üçün sənətkara versələr, 

sahibi onu aparmaq üçün gəlməsə, sənətkar onun sahibini axtarıb 

və  tapacağından  ümüdsüz  olsa  gərək  onu  sahibi  tərəfindən 

sədəqə versin. Ehtiyat budur ki, şəri hakimdən icazə alsın. 



 


Yüklə 4,66 Mb.

Dostları ilə paylaş:
1   ...   194   195   196   197   198   199   200   201   ...   209




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə