Toziholmasael



Yüklə 4,66 Mb.
Pdf görüntüsü
səhifə199/209
tarix19.10.2018
ölçüsü4,66 Mb.
#75208
1   ...   195   196   197   198   199   200   201   202   ...   209

596        

GÜNDƏLİK ÜZLƏŞİLƏN MÜXTƏLİF MƏSƏLƏLƏR 

 

Məsələ  2862:  Qadınların  gediş-gəliş  yeri  olan  küçə  və 

bazarlarda  sinə  vurmağın  eybi  yoxdur,  amma  ehtiyat  budur  ki, 

sinə  vuranlar  köynək  geyinsinlər.  Həmçinin  əzadarlıq  edən 

cəmiyyətin qabaqlarında bayraq və onun kimi şeyləri aparmağın 

heç  bir  maneəsi  yoxdur.  Amma  gərək  ləhv  alətləri  istifadə 

olunmasın.  Ehtiyata  əsasən  xaç,  büt  və  bunlar  kimi  nişanələri 

olan şeylərdən istifadə olunmasın.  

Məsələ  2863:  Əzadarlıq və şəbeh çıxarmaq ləhv alətləri təbl, 

şeypur və sinc kimi olmasa, yalan şeirlər və ğina oxunmasa, kişi 

qadın geyimi geyinməsə, qadınlarla kişilər bir yerdə toplanmasa, 

eybi  yoxdur.  Amma  daha  yaxşı  olar  təkcə  mərsiyə  oxumağa 

kifayət  etməyib  rövzə  məclisləridə  keçirsinlər  və  o  məclislərdə 

Məsumların 



(ələyhimus-səlam)

  müsübətlərindən  əlavə  İslam  dinin 

əqidəsi  və  maarifi,  Quran  ayələrinin  təfsiri,  hədislər  və  şəri 

hökmlər danışılsın. 



Məsələ  2864:  Ehtiyat-müstəhəb  budur  ki,  uşaq  həddi  buluğa 

çatmazdan  qabaq  uşağın  vəlisi  onu  xətnə  etdirsin.  Əgər  xətnə 

etdirməsə uşaq həddi buluğa çatandan sonra özünə vacibdir.

 

Məsələ  2865:  Əgər  ata  və  ana  fəqir  olsalar  gəlir  əldə  edə 

(işləyə) bilməzlərsə gərək övlad (imkanı olduğu surətdə) onların 

xərlərini versin. 

Məsələ  2866: Əgər bir şəxs fəqir olsa və işləyə bilməsə atası 

onun xərclərini verməlidir. Əgər atası olmasa və ya xərcini verə 

bilməsə və xərcini verə biləcək övladı da olmasa ata babası gərək 

xərcini  versin.  Əgər  ata  babası  olmasa  və  ya  xərclərini  verə 

bilməsə anası gərək xərclərini versin. Əgər anası da olmasa və ya 

xərclərini  verə  bilməsə  gərək  ata  tərəfdən  olan  nənəsi,  ana 

tərəfdən olan nənəsi və ana tərəfdən olan babası onun xərclərini 

birlikdə  versinlər.  Əgər  bunlardan  bəziləri  olmasa  və  yaxud 

xərclərini  verə  bilməsə,  gərək  onlardan  bəziləri  onun  xərcini 

versinlər. 



 


İzahlı şəriət hökmləri

       597 

 

Məsələ  2867:  İki  nəfərin  malı  olan  bir  divarı,  şəriklər  bir-

birinin  icazəsi  olmadan  tikə  və  ya  öz  tikintisin  onun  üzərindən 

ucalda  yaxud  ona  mismar  vura  bilməz.  Amma  şərikin  razı 

olduğu işləri etmək divara söykənmək və ya divarın üstünə paltar 

sərmək  kimi  işləri  etməyin  eybi  yoxdur.  Amma  şərik  desə  bu 

işlərə razı deyiləm, bu işləri görmək icazəli deyil.  



Məsələ 2868: İnsanın və ya heyvanın rəsmini çəkmək heykəl 

olmasa belə ehtiyata əsasən haramdır. Amma fotoqıraflığın eybi 

yoxdur. 

Məsələ  2869:  Meyvə  ağacının  budağı  divardan  kənara  çıxsa 

və  insan  sahibinin  razı  olmasını  bilməsə  ehtiyata  əsasən  onun 

meyvəsindən  dərə  bilməz.  Əgər  onun  meyvəsi  yerə  tökülsə 

götürə bilməz. 



Məsələ  2870:  Ev  sahibinin  icazəsi  olmadan  camaatın  evinə 

(istər evin üstündən, istərsədə deşikdən və bunlar kimi yerlərdən) 

baxmaq haramdır.  

Məsələ  2871:  Kişilərin  qızıl  diş  qoyması  zinət  niyyəti  ilə 

olmasa  və  ehtiyacını  aradan  qaldırmaq  üçün  olsa  icazəlidir. 

Bundan qeyri hallarda haramdır.  

Məsələ  2872:  Saqqalı  qırxmaq  haramdır.  Saqqalı  üz  qırxan 

maşın ilə ülgüz kimi qırmaq haramdır. 



Məsələ 2873: İstimna etmək hər bir halda haramdır. İstimna ; 

yəni  insan  əl  yaxud  başqa  bir  vasitə,  ya  təsəvvür  etmək  yaxud 

kitab oxumaq vasitəsi ilə bir iş edə sperma xaric olsun 

Məsələ 2874: Əgər bir nəfər paltarı tikmək üçün dərziyə verib 

arxasıyca  getməsə,  dərzidə  paltarın  sahibini  tanımasa  və  onu 

tapmağa  ümüdsüz  olsa,  o  paltarı  satıb  zəhmət  haqqını  ondan 

götürüb  qalan  məbləği  sahibi  tərəfindən  sədəqə  verə  bilər.  Bu 

höküm bütün gəlir əldə eləyənlər yaxud bir şeyi düzəltmək üçün 

alan sənətçilər haqqında icra olunur.  




598        

GÜNDƏLİK ÜZLƏŞİLƏN MÜXTƏLİF MƏSƏLƏLƏR 

 

Məsələ  2875:  Hüzür  məclisinin  (yeddisi  və  qırxı  kimi  yaxud 

digər  matəm  məclislərinin)  xərclərini  kiçik  uşağın  payından 

götürə bilməzlər. 

Məsələ  2876:  Bir  müddət  xüms  verməyən  şəxs  o  müddət 

ərzində mülk alsa və mülkün qiyməti bahalansa, əgər onu ticarət 

məqsədi ilə alsa xüms verəndə gərək indiki qiymətini hesablasın. 

Əgər  ticarət  üçün  olmasa  və  onun  qiymətini  illik  gəlirindən 

ödəsə,  yenədə xüms verəndə indiki qiyməti ilə verməlidir. Əgər 

onun qiymətini illik gəlirdən ödəməsə alış qiyməti ilə ödəsin. 



Məsələ  2877:  Bir  müddət  xüms  verməyən  şəxs  o  müddət 

ərzində  ev  əşyaları  və  yaşayışına  lazım  olan  əşyalar  alsa  əgər 

həmən ilin gəlirindən aldığını bilsə onların xümsü  yoxdur. Əgər 

bilməsə ehtiyat-müstəhəb budur ki, şəri hakim ilə razılaşsın. 



Məsələ  2878:  Çox  müsafirət  edən  adam  səfəri  camaatın 

baxışında  təsadüfü  səfər  olmasa  gərək  namazını  bütöv  qılıb 

orucunu tutsun. 

Məsələ 2879: Əgər bir şəxs ən azı iki ay müddəti boyunca hər 

on  gündən  iki  gününü  vətənindən  (məsələn:  müəllimlik,  təhsil 

almaq, təbabət, ziyarət, rövzə oxumaq, tikinti işi, bağına baxmaq 

və  qohumları  görmək  kimi)  müxtəlif  işlər  üçün  şəri  məsafəyə 

səfər  etsə,  səfəri  camaatın  nəzərində  təsadüfü  səfər  olmadığı 

üçün və qeyd olunan müddətdə çox olduğu üçün çox səfər edən 

deyilir, gərək namazını bütöv qılıb orucunu tutsun. 

Məsələ  2880:  Çox  səfər  etmək  (hədislərdə  əml  kimi  qeyd 

olunub) həməşə səfərə getməyə deyilir. Deməli hər on gündə iki 

və  ya  üç  gün  səfərdə  olsa  çox  səfər  etmək  deyilir.  Əgər  hər  on 

gündə  bir  gün  səfərdə  olsa,  çox  səfər  etmək  deyilmir,  gərək 

namazını şikəstə qılsın. Həmçinin hər həftə bir dəfə səfərdə olub 

və  camaatın  baxışıyca  çox  səfər  edən  olmasında  şəkk  etsə, 

vəzifəsi  şikəstədir.  Baxmayaraq  belə  nəzərə  çarpır  çox  səfər 

etmək adlanır.  

 



Yüklə 4,66 Mb.

Dostları ilə paylaş:
1   ...   195   196   197   198   199   200   201   202   ...   209




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə