Toziholmasael



Yüklə 4,66 Mb.
Pdf görüntüsü
səhifə201/209
tarix19.10.2018
ölçüsü4,66 Mb.
#75208
1   ...   197   198   199   200   201   202   203   204   ...   209

İzahlı şəriət hökmləri

       603 

 

CİNSİN QORUNUB SAXLANILMASI VƏ TƏRK OLUNMUŞ 

MALIN SATILMASI 

Bəzi  vaxtlar  bank  malın  ixrac  edəndən,  idxal  edənə 

çatdırılmasında  bir  vasitə  olur  və  onu  idxal  edənin  hesabına 

saxlayır.  Belə  ki  idxal  edənlə  ixrac  edən  arasında  müqavilə 

bağlandıqdan,  malın  qiyməti  ödəndikdən  və  qəbz  alındıqdan 

sonra  bank  onun  sənədlərini  idxal  edən  şəxs  üçün  göndərir  və 

onu  malın  çatmasından  xəbərdar  edir,  idxal  edən  şəxsin  malı 

təhvil  almaqda  təxirə  yol  verdiyi  zaman  onu  həmin  şəxsin 

tərəfindən  saxlayır  və  onun  müqabilində  müəyyən  ücrət  alır. 

Həmçinin  malı  ixrac  edən  şəxs  də  idxal  edən  şəxslə  heç  bir 

müqavilə  bağlmadığı  halda  bank  üçün  müəyyən  mal  göndərir, 

bank  malın  göndərildiyi  siyahını  ehtimal  verilən  alıcı  üçün 

göndərir.  Əgər  onlar  malı  almasalar  onu  saxlaması  müqabilində 

ixrac edən şəxsdən müəyyən qədər ücrət ala bilər. 



Məsələ  2889:  Yuxarıda  qeyd  olunan  iki  halda  malı  qoruyub 

saxlamaq  ixracçı  və  ya  idxalçının  istəyi  ilə  yaxud  qərardad 

bağlandıqda  şərt  etsələr  ki,  malın  saxlanması  üçün  hər  gün  pul 

ödəsin (bu şərtin niyyətdə olmasına baxmayaraq) bankın zəhmət 

haqqı alması icazəlidir.  

Məsələ  2890:  Bank  malın  çatmasını  elan  edəndən  sonra  mal 

sahibi,  malı  qəbul  etməkdən  və  bankın  zəhmət  haqqını 

ödəməkdən  boyun  qaçırsa,  bank  onları  satıb  zəhmət  haqqını 

götürə  bilər.  Qeyd  olunan  halda  bankın  o  malı  satması  və 

digərinin alması icazəlidir. Çünki açıq şəkildə qeyd edilən və ya 

niyyətdə  olan  şərt  bunu  çatdırır  ki,  əgər  hər  hansı  səbəbə  görə 

mal  sahibi  malı  qəbul  etməkdən  və  zəhmət  haqqını  ödəməkdən  

boyun  qaçırarsa,  bank  onlar  tərəfdən  malı  satmağa  vəkildir. 

Satılması icazəli olan halda alınması da icazəlidir.   



604        

QARIŞIYA ÇIXAN YENİ MƏSƏLƏLƏR 

 

BANK VƏKALƏT VƏ ZƏMANƏTİ 

Bəzən  bir,  ya  bir  neçə  şəxs  müştərək  olaraq  dövlətin  yaxud 

qeyri-dövlətin  səlahiyyətli  orqanı  vasitəsi  ilə  müəyyən  bir 

layihəni  işləməyə  razılaşırlar.  Məsələn,  müəyyən  bir  mədrəsə, 

yaxud poliklinika, yaxud körpü tiksinlər. Belə hallarda bəzən elə 

olur ki, kimin üçün söz verilibsə, söz verən şəxsdən istəyir ki bu 

layihənin  icra  olunmasına  müəyyən  zəmanət  versin  və  onun, 

təyin  olunmuş  zamanda  icra  olunmadığı  təqdirdə  dəyən 

xəsarətləri ödəsin. Öz verdiyi sözə riayət edəcəyinə əmin olmaq 

üçün söz verən şəxsdən bu barədə bir kəfil də istəyir. Belə olan 

hallarda  söz  verən  şəxs  banka  müraciət  edir  ki,  kəfil  olmaq 

barəsində  sənəd  versin  və  onun  əsnasında  kəfil  olsun  ki,  söz 

verən  şəxsin  qərara  alınmış  möhlət  zamanında  icra  etmədiyi  və 

təyin  olunan  xəsarəti  ödəmədiyi  təqdirdə  bank  o  xəsarətləri 

ödəməyə zamin olur. 

Bankın  layihə  sahibinə  söz  verməsi,  onu  icara  etməyə  və 

dəyən  xəsarəti  aradan  qaldırmağa  bir  növ  mali  cəhətdən 

zəmanətdir.  O  zəmanət  müamilə  bölməsində,  söz  verdiyi  şəxsi 

haqqı olan digər şəxsə verməsi deməkdir. 

Məsələ 2891: Belə zəmanətlərdə (söz vermək və dəyən zərəri 

ödəməyə  zamin  olmaqda)  zamin  olan  şəxsin  öhdəsində  bir  şey 

yoxdur.  Deməli  zamin  zərəri  ödəməzdən  qabaq  ölsə  onun 

əmlakından  bir  şey  götürmək  olmaz.  Ondan  qalan  əmlakdan 

ödəmək  lazım  deyil.  Əgər  vəsiyyət  edərsə  ödənilməlidir.  Lakin 

yaxşı olar vərəsə dəyən zərəri ödəsin. 



Məsələ  2892:  Zəmanət,  dəyən  zərəri  aradan  qaldırmaq  üçün 

söz  vermək,  istər  söz  ilə  olsun  istərsədə  yazı  ilə  hətta  hər  bir 

vasitə ilə zəmanəti çatdıran yol ilə olsa da düzgündür. 

Məsələ  2893:  Bank  layihənin  icrası  üçün  zamin  olduğuna 

görə zamini olduğu şəxsdən zəhmət haqqı ala bilər. Bu qərardadı 

cüalə yaxud icarə şəraiti olsa icarə ünvanında bağlaya bilər. 



İzahlı şəriət hökmləri

       605 

 

Məsələ 2894: Əgər söz verən müəyyən olunan vaxta layihəni 

icra  etməkdən  və  müəyyən  olunan  zərəri  sahibkara  ödəməkdən 

boyun  qaçırsa,  zamin  olan  bank  istənilən  məbləği  sahibkara 

ödəyib və sonra zamini olduğu şəxsə müraciət edib dəyən zərəri 

ondan ala bilər.  

SƏHMİYYƏNİN (VAUÇER) SATILMASI 

Bəzən  səhmiyyə  şirkətləri  öz  səhmiyyələrini  satmaq  üçün 

bankları vasitəçi təyin edirlər. Banklar səhmiyyəni satmaq üçün 

vasitəçi olduğlarına görə qərardada əsasən məbləğ alırlar.  



Məsələ  2895:  Bankla  edilən  bu  cür  müamilə  caizdir.  Çünki 

həqiqətdə  ya  icarəyə  daxildir,  belə  ki,  şirkət  bankı  müəyyən 

etdiyi  muzd  müqabilində  bu  işi  görməyə  əcir  edir,  yaxud  da 

cüalə  qismindən  hesab  etmək  olar.  Hər  iki  halda  müamilə 

səhihdir və bank bu işi yerinə  yetirdiyinə görə zəhmət haqqı ala 

bilər. 


Məsələ  2896:  Bu  səhmiyyələrin  alınıb  satılması  o  halda 

səhihdir ki, səhmdar şirkətlərin müamiləsi halal olsun və onlarda 

ribalı, pivə düzəlmək, ləh və ləib alətlərinin müamiləsi olmasın. 

Əks  halda  müamilələrin  əsli,  onun  səhmiyyələrini  almaq  və  bu 

müamilədə iştirak etmək icazəli deyildir. 

İSTİQRAZ VƏRƏQƏLƏRİNİN SATIŞI 

İstiqraz  vərəqələrini  əlaqədar  qanuni  mərkəzlər  müəyyən 

rəsmi  qiymətə  və  müəyyən  müddətə  çıxarır  və  onu  rəsmi 

qiymətindən ucuz satır. Məsələn, rəsmi qiyməti min tümən olan 

bir  şeyi  doqquz  yüz  əlli  tümənə  nağd  olaraq  satır,  bu  şərtlə  ki, 

onu  sonrakı  il  min  tümənə  alsın.  Bəzən  bank  müəyyən  zəhmət 

haqqı  almaq  müqabilində  bu  vərəqələrin  satışını  öhdəsinə 

götürür. 



Məsələ  2897:  Bu  bahalı  kağızların  müamiləsi  düzgün  deyil. 

Çünki  riba  və  haramdır.  Bankların  və  ya  hər  bir  şəxsin  yaxud 




Yüklə 4,66 Mb.

Dostları ilə paylaş:
1   ...   197   198   199   200   201   202   203   204   ...   209




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə