Toziholmasael



Yüklə 4,66 Mb.
Pdf görüntüsü
səhifə197/209
tarix19.10.2018
ölçüsü4,66 Mb.
#75208
1   ...   193   194   195   196   197   198   199   200   ...   209

588        

YAXŞILIQLARA ƏMR ETMƏK VƏ  ... 

 

özünüzdən  böyüklərə  ehtiram  edin,  haram  mala  tərəf  əl 

uzatmayın.”  

Yenə  buyurur:



  “Verdiyiniz  vədəyə  vəfa  edin.  Bir-birinizə  zülm 

etməyin,  biri  sizə  zülm  etsə  onu  bağışlayın  ki,  Allah  təala 

qiyamət günündə sizin günahlarınızı bağışlasın.”  

Buyurur:


  “Müsəlman  olan  şəxs  məkr  və  hiylə  etmir  və 

müsəlmanları bir-birindən uzaqlaşdırmır ki, şeytan bu işdən çox 

şad olur. 

Yenədə  buyurur:



  “Allahdan  başqasına  pənah  aparan  şəxs 

ümidsiz  olar.  İzzət  və  ehtiyacsız  olmaq  Allaha  təvəkkül 

etməkdədir.”  

Həmçinin buyurur:



 “Hər kəs haramdan qorunsa Allah təala onu 

camaat arasında əziz edər. Hər kəs təvazö etsə Allah təala onu 

ucaldar.”  

Yenədə  buyurur:



  “Allah-təaladan  elə  qorxun  ki,  əgər  bütün 

ömrünüzü  ibadətlə  keçirsəniz  yenə  onun  haqqında  tənbəllik 

etmisiniz  və  Allah  təalaya  elə  ümidli  olun  ki,  əgər  bütün 

ömrünüzü  günahda  keçirsəniz  sizi  bağışlaya  bilər.  Allah  təala 

haqqında zənniniz yaxşı olsun;”  

Yenə  buyurur:  “Günahlardan  uzaq  olun,  onların  mühümmü 

böyük günahlardır ki, aşağıdakılardan ibarətdir: 

1. Allah təalaya şərik qoşmaq

2. Peyğəmbərlərə nazil olanları inkar etmək; 

3. Allahın rəhmətindən ümidsiz olmaq; 

4. Allahın əzabından amanda olmaq

5.  Allah  və  onun  peyğəmbərləri  və  ya  peyğəmbərlərin 



(səlləllahu ələyi və alihi və səlləm)

 vəsilərinin adına yalan demək; 

6. Allah övliyaları ilə müharibə etmək; 

7. Haqsız yerə öldürmək; 

8. Aq valideyin olmaq; 

9.Qeyri şəri yolla yetimin malını yemək; 

10. İffətli qadına zina böhtanı atmaq; 



İzahlı şəriət hökmləri

       589 

 

11. Qohumluq əlaqəsini kəsmək; 



12. Sehr etmək (dostluq üçün olsa belə;) 

13. Zina etmək

14. Ləvat etmək; 

15. Yalan danışmaq; 

16. Oğurluq etmək; 

17. Yalandan Allaha and içmək

18. Camaatın arasında fitnə salmaq; 

19. Ləhv və ləibə aid olan avazları oxuyub və qulaq asmaq; 

20.  Ləhv  və  ləəb  məclislərinə  aid  olan  mahnıları  oxuyub  və 

onlara qulaq asmaq; 

21. Yalandan şəhadət vermək; 

22. Şəhadət verəndə həqiqəti gizlətmək; 

23. Vəsiyyət edəndə həqqə riayət etməyib zülm etmək

24. Şərab içmək; 

25. Rüşvət; 

26. Qumar; 

27. Haram yemək; 

28. Ölü heyvanı yemək; 

29. Qan içmək; 

30. Donuz əti yemək

31.  Məcbur  olmayan  halda  şəri  yolla  kəsilməmiş  heyvanın 

ətini yemək; 

32.Az satmaq (tərəzidə aldatmaq); 

33. Təkəbbür etmək; 

34. Riya (geniş şəkildə 955-cu məsələdə şərh verildi); 

35.  Heç  bir  şəri  üzrü  olmadan  xüms;  zəkat  və  başqa  vacib 

hüquqları verməmək; 

36. İsraf; 

37. Xəyanət etmək

38. Qeybət etmək; 

39. Xəbərçilik etmək; 



590        

YAXŞILIQLARA ƏMR ETMƏK VƏ  ... 

 

40. Həcci yüngül saymaq



41. Namazı tərk etmək; 

42. Kiçik günahları təkrar etmək; 

43. Zalimlərə zülmlərində kömək etmək;  

Bundan  başqa  böyük  günahlar  barədə  başqa  kitablarda  geniş 

şəkildə şərh verilmişdir. 

Həmçinin  buyurub;  Əmr  bil-məruf  və  nəhy  ənil-münkərin  ən 

yüksək  dərəcəsi  odur  ki,  müsəlmanlar  müqəddəs  şəriətin 

göstərişləri  ilə  rəftar  etsinlər.  Xüsusən  insanların  hidayəti  üçün 

çalışanlar;  məsələn:  elm  və  mənbər  əhli  olanların  hamsına 

vacibdir  ki,  insanları  müqəddəs  islam  şəriətinə,  Quran  və 

məsumların 

(ələyhimus-səlam) 

göstərişlərinə  əməli  şəkildə  dəvət 

etsinlər. Təkcə sözlə dəvət etməklə kifayətlənməsinlər. 



İzahlı şəriət hökmləri

       591 

 

CİHAD 

Behiştin qapılarından birinin adı “Babül-mücahidindir.” Yəni, 

o  qapı  Allah  yolunda  ölənlərə  məxsusdur,  onlardan  başqa  heç 

kəs  o  qapıdan  behiştə  daxil  ola  bilməz.  Şəhidin  birinci  damcı 

qanı  Allah  yolunda  yerə  töküləndə  göylərin  qapısı  açılan  və 

duanın qəbul olan vaxtlardan biridir. Həzrət imam Sadiq 



(ələyhis-

səlam)

 buyurdu: “Yer üzündə olan hər bir məscid bir şəhidin bir 



damcı qanının üstündə tikilib.” 

Məsələ 2837: Cihad iki qismdir: 

Birinci;  Allah  yolunda  ölmək;  bu  gərək  məsum  imamın 

göstərişi  ilə  olsun.  Məsum  imamdan 

(ələyhis-səlam)

  başqasının 

göstərişinə əməl etmək olmaz. 

Məsələ  2838:  Əgər  kafirlər  islamın  kökünü  kəsmək  üçün 

islama (müsəlmanlara) hücum etsələr, bütün müsəlmanlara, hətta 

bütün  insanlar  vacibdir  ki,  islamı  müdafiə  edib  kafirləri  məhv 

etsinlər. Bu yolda ölən müsəlman Allah yolunda ölmüşdür. 



Məsələ 2839: Döyüş meydanında Allah yolunda ölənlərə qusl 

və  kəfən  etmək  olmaz,  öldükləri  halda  və  əyinlərində  olan 

paltarla dəfn etsinlər.  

İkinci;  Cihadi  əkbər:  (böyük  cihad)  həzrət  Peyğəmbər 



(səlləllahu  ələyhi  və  alihi  və  səlləm)

  bir  qoşunu  kafırlərlə  döyüşə 

göndərir.  Döyüşdə  qalib  olub  qayıdandan  sonra  həzrət 

Peyğəmbər 



(səlləllahu  ələyhi  və  alihi  və  səlləm)

  onlara  buyurdu:- 

“Afərin!  Kiçik  cihadda  qalib  gələnlərə,  qaldı  böyük  cihad.” 

Dedilər:  ya  Rəsuləllah!  Böyük  cihad  nədir?!  buyurdu:-  “nəfslə 

cihad etmək!”  

Məsələ  2840:  Müqəddəs  Quran  və  məsumların 

(ələyhimus-

səlam)

 hədislərində, nəfslə mübarizə etmək haqqında çoxlu tövsiə 

və  təkidlər  vardır.  Nəfslə  döyüşmək,  yəni  nəfs  günah  etmək 

istəyəndə  insan,  ağıl  qüvvəsini  nəfslə  mübarizəyə  yönəldir  və 

ona qalib gələrək günah etməsin. 



Yüklə 4,66 Mb.

Dostları ilə paylaş:
1   ...   193   194   195   196   197   198   199   200   ...   209




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə