Türk dünyasının böyük oğlu


Respublika Təhsil Nazirliyinin



Yüklə 2,83 Kb.
Pdf görüntüsü
səhifə37/92
tarix08.10.2017
ölçüsü2,83 Kb.
#3787
1   ...   33   34   35   36   37   38   39   40   ...   92

 
115
2.5. Respublika Təhsil Nazirliyinin 
kitabxana şəbəkəsi müstəqillik illərində 
 
Respublikamızda Mədəniyyət Nazirliyindən sonra ən böyük kitabxana 
şəbəkəsi Azərbaycan Respublikasının Təhsil Nazirliyinə məxsusdur. Son 
on ildə ölkəmizdə gedən təhsil islahatları ilə yanaşı, bu şəbəkə  ən çox 
dəyişikliklərə, yeniləşməyə  və  təkmilləşməyə  məruz qalmaqla daha çox 
inkişafa nail olmuşdur. Təhsil kitabxanalarının  şəbəkəsi çoxalmaqla 
onların qarşısında duran vəzifələrdə  də, işinin məzmununda da 
dəyişiliklər baş vermiş, yeni kitabxanalar şəbəkəsi meydana gəlmişdir. 
Ölkəmizdə bazar iqtisadiyyatına keçidlə əlaqədar yeni özəl ali və orta 
ixtisas məktəbləri də yaradılmışdır. Belə kitabxanalar həm özəl ali 
məktəblərin, həm də özəl orta ixtisas məktəblərinin, kolleclərin, orta 
ümumtəhsil məktəblərinin, xarici dillərdə  təhsil verən məktəblərin 
yanında təsis edilmişdir. Zamanın tələbi ilə  təşkil edilən kitabxana 
şəbəkələri respublikamızın təhsil kitabxana şəbəkələrini daha da 
genişləndirməklə kitabxana işinin zənginləşməsi, təkmilləşməsi, 
yeniləşməsi üçün şərait yaratmışdır. 
Məktəblərdə aparılan təhsil islahatları ilə bağlı  dərsliklərin uşaqlara 
pulsuz verilməsi, onların tədris ilinin axırında kitabxanalarda toplanıb 
saxlanması, gələcək tədris ilində yenidən  şagirdlərə paylanmasının 
kitabxanalara tapşırılması kitabxana işinin və kitabxanaçıların 
məktəblərin həyatında yaxından iştirakına gətirib çıxarmışdır. Kitabxana 
fəaliyyətinin məktəblərin dinamik təhsil fəaliyyətinin ayrılmaz tərkib 
hissəsi kimi formalaşması, təhsil prosesinə daha dərindən nüfuz etməsi 
üçün şərait yaratmışdır. 
Müstəqillik illərində Azərbaycan təhsilində baş verən mütərəqqi 
proseslər, təhsil islahatlarına müvafiq meydana gəlib formalaşan yeni iş 
forma və üsulları, məktəb sisteminin milli mədəniyyətimizə, milli 
mentalitetimizə, milli məktəb təcrübəmizə müvafiq yenidən qurulması 
dövlətimizin təhsil konsepsiyasının nəticəsidir. Son on ildə  təhsil 
sahəsində həyata keçirilən təhsil islahatları bir daha sübut edir ki, təhsil 
institutuna xidmət edən orqanlar içərisində təhsil kitabxanaları ən önəmli  


 
116
müəssisələrdir, məktəblərimizin bir nömrəli laboratoriyasıdır, təhsilin 
informasiya təminatının əsas bazasıdır. 
Hazırda Təhsil Nazirliyinin kitabxana sisteminə 4536 məktəb 
kitabxanası, 180 orta ixtisas və texniki peşə  məktəbi kitabxanası, 6 
gənclər yaradıcılıq sarayı kitabxanası  və Respublika Elmi-Pedaqoji 
Kitabxanası daxildir. Məktəb kitabxanalarından 1310-u şəhər 
məktəblərinin, 3408-i isə  kənd məktəblərinin kitabxanalarıdır. Məktəb 
kitabxanalarının fondunda 26 milyon kitab vardır. Məktəb kitab 
fondlarında dərsliklər, dərs vəsaitləri ilə yanaşı, elmi, texniki, bədii, 
pedaqoji, ictimai-siyasi ədəbiyyata da geniş yer verilmişdir. Ancaq 
məktəb kitabxana fondlarının müasir kitablarla təkmilləşməsinə böyük 
ehtiyac hiss edilməkdədir. Bunu hər  şeydən  əvvəl respublikamızda 
müvəffə-qiyyətlə həyata keçirilən təhsil islahatları tələb edir. 
Orta ümumtəhsil məktəblərinin yuxarı siniflərində  tədrisin daha 
intensiv aparılması, təbiət elmlərinin və texniki elmlərin daha dərindən 
tədris edilməsi, tədris proqramlarının informasiya cəmiyyətinin 
tələblərinə cavab verməsi üçün daha da təkmilləşməsi məktəblərin birinci 
laboratoriyası hesab edilən, müasir şəraitdə  təhsilin keyfiyyətinə  təsir 
göstərə bilən bir qurum kimi məktəb kitabxanalarının işinin daha da 
yaxşılaşdırılmasını  tələb edir. Bu proses isə öz növbəsində  məktəb 
kitabxanalarının fondunun təkcə  dərsliklər, dərs vəsaitləri ilə deyil, 
şagirdlərlə yanaşı, müəllimlərin də  tələbatını ödəyə biləcək  ədəbiyyatla 
zənginləşdirilməsini tələb edir. Məktəb kitabxanalarının təhsil 
islahatlarında yaxından iştirak etməsi üçün bu kitabxanaların yüksək 
ixtisaslı peşəkar kadrlarla təmin edilməsinə böyük ehtiyac 
duyulmaqdadır. 
Hörmətli prezidentimiz H.Əliyevin təsdiq etdiyi təhsil islahatları 
proqramında təhsil problemlərinin tədqiq edilib öyrənilməsi sahəsində 
ciddi araşdırmalar aparılması, eksperimentlər qoyulması,  əsaslandırılmış 
elmi nəticələr alınıb tədris prosesinə, məktəb quruculuğuna tətbiq 
edilməsi vəzifələri qarşıda qoyulmuşdur. Bu vəzifələri təhsil 
kitabxanalarına da şamil etməyə ciddi ehtiyac var. Təhsil kitabxanaların 
qarşısında informasiya cəmiyyəti şəraitində həll edilməsinə böyük ehtiyac 
hiss edilən problemlər durur. Təhsil Nazirliynin Təhsil Problemləri  


 
117
İnstitutu bu problemləri öyrənməyə, təhsil kitabxanalarının gələcək 
inkişaf istiqamətlərini müəyyənləşdirməyə  və tövsiyələr hazırlamağa 
borcludur. 
Respublikamızda müasir şəraitdə intensiv təhsil islahatlarının 
aparılması  təhsil kitabxanalarının işinin yenidən qurulmasını, kitabxana 
işində ciddi islahatlar aparılmasını  tələb edir. Müasir informasi-
yalaşdırılmış cəmiyyətdə təhsilin informasiya təminatının təşkilində təhsil 
kitabxanalarının qarşısında çox böyük vəzifələr qoyulmuşdur. Bu 
vəzifələri ardıcıllıqla, tam və qüsursuz yerinə yetirmək təhsil 
kitabxanalarının kitabxana-informasiya texnologiyası ilə 
təmin 
edilməsini, kitabxana işinin kompüterləşdirilməsini tələb edir. 
Bəşəri problem olan cəmiyyətin informasiyalaşdırılması problemi 
XXI əsrin ən böyük problemi kimi bütün dünyanı düşündürür. Məhz buna 
görədir ki, 2003-cü ilin dekabrında Birləşmiş Millətlər Təşkilatı 
Cenevrədə informasiya cəmiyyəti, onun problemləri üzrə dünya sammiti 
keçirmişdir. Bu sammitdə ölkəmiz yüksək səviyyədə  təmsil olunmuş
respublikamızın informasiyalaşdırılmasına, informasiya texnologiyası ilə 
təmin edilməsinə yüksək önəm verən prezident İlham  Əliyev burada 
iştirak etmiş  və ingilis dilində sammit iştirakçılarının böyük marağına 
səbəb olan nitq söyləmişdir. Müasir informasiya cəmiyyətində 
kommunikasiya texnologiyasına böyük əhəmiyyət verən prezident İlham 
Əliyev demişdir: “Son on il müddətində kommunikasiya texnologiyaları 
bizim gündəlik həyatımızın tərkib hissəsinə çevrilmişdir. Artıq bu gün 
gündəlik həyatımızı “internetsiz”, “e-mailsiz” və qlobal rabitənin 
imkanları olmadan təsəvvür etmək mümkün deyildir”.
1
 
Prezident ilk növbədə kommunikasiya texnologiyasının təhsil 
sistemində, ümumtəhsil məktəblərində  təbliğ edilməsini, gənc nəslin 
informasiya texnologiyasına yiyələnməsini zəruri hesab edir. Bu 
baxımdan prezidentin 2004-cü il 21 avqust sərəncamı ilə  təsdiq edilmiş 
“Azərbaycan Respublikasında ümumtəhsil məktəblərinin informasiya və 
kommunikasiya texnologiyaları  üə  təminatı proqramı (2005-2007-ci 
illər)” olduqca böyük əhəmiyyət kəsb edir. Müstəqil Dövlətlər Birliyində  
                                                 
1
 Azərbaycan naminə.- B., 2005.-S.108. 
 


Yüklə 2,83 Kb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   92




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə