Türk dünyasının böyük oğlu



Yüklə 2,83 Kb.
Pdf görüntüsü
səhifə35/92
tarix08.10.2017
ölçüsü2,83 Kb.
#3787
1   ...   31   32   33   34   35   36   37   38   ...   92

 
109
Hazırda kitabxanada 73 işçi vardır ki, bu da çox yüksək göstəricidir. Görülən 
tədbirlər kitabxananın kollektivinə öz gələcək işlərini müvəffəqiyyətlə davam 
etdirməyə imkan yaratdı. 1995-ci ildən başlayaraq kitabxananın 
maliyyələşdirilməsində dönüş  əmələ  gəldi. Kitabxanaya ayrılan vəsait ilbəil 
artırılmağa başladı. Artıq 90-cı illərin axırında kitabxananın büdcəsi 83 milyon 
141 manata çatdı. Kitabxana fəaliyyətə başlayandan sonra onun binası  əsaslı 
təmir edilməmişdi. Son zamanlarda kitabxananın binası müasir standartlara 
müvafiq  əsaslı  təmir edilmiş, yeni avadanlıqlarla təchiz edilmişdir. 
Ümumiyyətlə, təmir və avadanlıq üçün 10 milyon manat vəsait xərclənmişdir. 
Böyük çətinliklə  də olsa kitabxana son on ildə kitab fondunun 
komplektləşdirilməsi sahəsində mühüm göstəricilərə nail ola bilmişdir. 
Kitabxana fondu azalmamış, əksinə, yeni kitablarla zənginləşmişdir. 
Hazırda kitabxana fondunda 202788 nüsxə kitab vardır. On il müddətində 
kitabxanaya 13844 nüsxə yeni kitab daxil edilmiş, fondun artımı 209700 nüsxə 
olmuşdur. 
Oxuculara xidmət işinin təşkilində kitabxananın fəaliyyətində böyük 
keyfiyyət dəyişiklikləri baş vermiş, kitab fondunun dövriyyəsi xeyli 
yüksəlmişdir. On ildə oxuculara 5 milyon nüsxə kitab verilmiş, bir oxucuya il 
ərzində verilən kitabların miqdarı yüksələrək 3 nüsxəyə çatmışdır. Oxucuların 
sayı da ilbəil artmışdır. 
Cədvələ diqqət yetirək: 
 
 
İllər Oxucuların 
sayı 
Kitab 
verilişi 
Qəzet və 
 jurnallar 
1993 2.2000 
462.000 
6515 
1994 25.000 
525.000 
6573 
1995 25.000 
560.780 
6636 
1996 25.000 
525.000 
4703 
1997 25.000 
528.706 
6759 
1998 25.000 
542.779 
6802 
1999 25.000 
448.140 
6840 
 
 
 
 


 
110
 
2000 25.000 
546.771 
3450 
2001 18.700 
410.608 
6974 
2002 18.750 
434.725 
7050 
2003 18.570 
383.148 
7124 
2004 18.750 
362.309 
7203 
 
 
Cədvəldən göründüyü kimi, 90-cı illərin çətinliklərini yaşayan kitabxana öz 
fəaliyyətində xalqımızın ümummilli lideri Heydər  Əliyevin gələcəyimiz olan 
uşaqlar haqqında kəlamını rəhbər tutmuş və öz işini bu müdrik kəlamın həyata 
keçirilməsi uğrunda mübarizəyə  həsr etmişdir. Uşaqlara ümumxalq, dövlət 
qayğısının vacibliyindən danışan H.Əliyev deyir: “Uşaqlar bizim gə-
ləcəyimizdir. Gələcəyimizi nə cür tərbiyə edəcəyiksə, böyüdəcəyiksə, ölkəmizin, 
millətimizin, dövlətimizin gələcəyi bundan asılı olacaqdır”.
1
 
Müstəqillik illərində  uşaqlara kitabxana-informasiya xidmətini daha da 
yaxşılaşdırmağı, yaşadığımız informasiya cəmiyyətinin tələblərinə cavab 
verməyi qarşısına məqsəd qoyan Respublika Uşaq Kitabxanasının kollektivi 
kitabxana işinin informasiyalaşdırılması  və kitabxananın informasiya 
texnologiyası ilə  təmin edilməsi sahəsində xeyli uğurlar qazanmağa müvəffəq 
olmuşdur. Hər  şeydən  əvvəl kitabxanaya xeyli miqdarda kompüter, elektron 
məlumat vasitələri, texniki avadanlıq alınmış  və bu vasitələrin kitabxana işinə 
tətbiq edilməsi kitabxana işini qismən də olsa kompüterləşdirmişdir. 
Kitabxananın ən böyük nailiyyətlərindən biri uşaqların istifadəsi üçün kompüter 
zallarının açılması olmuşdur. 2002-ci ildən kitabxanada təşkil edilən “İnternet 
sinif” və “Biləyən” multi-media zalında uşaqlar  İnternetdən istifadə etməklə, 
istədikləri materialları  əldə etməklə, CD disklərindən istifadə etməyi də 
mənimsəmişlər. 
Müstəqilik illərində kitabxana müharibə şəraiti ilə əlaqədar olaraq uşaqların 
hərbi vətənpərvərlik tərbiyəsinə xüsusi diqqət yetirmiş, bu mövzuda kitabların 
təbliği və bu mövzuda kütləvi işlərin təşkili ön plana çəkilmişdir. 10 il 
müddətində oxuculara 
 
 
 
 
 
 
                                                 
1
 
Heydər Əliyev: Biblioqrafik məlumat kitabı.-B.- 2003.- S. 150. 
 
 


 
111
hərbi vətənpərvərlik mövzusuna həsr edilmiş 51580 nüsxə kitab verilmiş 
və 12 mindən artıq kütləvi tədbir keçirilmişdir. 
90-cı illərdə RUK uşaq kitabxanalarının elmi-metodik təminatı 
sahəsində apardığı  ənənəvi işini davam etdirmiş, dövrün tələblərinə 
uyğun yeniləşən elmi-metodik tədbirlər həyata keçirmişdir. Uzun illərdən 
bəri uşaq kitabxanalarının işinin istiqamətləndirilməsində, oxuculara 
xidmət prosesinin təkmilləşdirilməsində, kitabxana işinin yeni forma və 
metodlarının meydana gəlib formalaşmasında mühüm elmi-praktik 
əhəmiyyətə malik metodik təminat sistemini həyata keçirən kitabxana 
müasir  şəraitlə  əlaqədar öz işini yenidən qurmuş, zamanın tələbi olan 
demokratikləşmə prinsipindən geniş istifadə etmişdir. Kitabxananıb 
apardığı metodik işlərin inzibati amirlik metodlarından uzaqlaşmasına, 
daha çevik və tövsiyələr xarakterində olmasına üstünlük verilmişdir. 
Müstəqillik illərində metodik işin formaları kimi ezamiyyələrdən, 
elmi-praktik konfranslardan, zona müşavirələrindən, tövsiyə xarakterli 
məktublardan, metodik vəsaitlərindən geniş istifadə edilmişdir. 
Respublikamızda uşaq ədəbiyyatının nəşri problemi ilə əlaqədar nəşriyyat 
işçilərinin və  uşaq yazıçılarının iştirakı ilə keçirilmiş  dəyirmi masalar 
böyük marağa səbəb olmuşdur. Kitabxananın Az.TV-nin uşaq yazıçıları 
və şairləri haqqında hazırlanmış verilişlərində iştirak etməsi yeni iş üsulu 
kimi diqqətəlayiqdir. 
Kitabxanada vaxtaşırı olaraq uşaq yazıçıları  və  şairləri ilə görüşlərin 
keçirilməsi, həmçinin kitab müzakirələrinin təşkili oxuculara xidmətin 
təşkili işinə böyük köməklik etmişdir. 
Kitabxanada təşkil olunan daimi və tematik kitab sərgilərinin yeni 
formada təşkili də oxucuların marağına səbəb olmuşdur. Bunu qeyd 
etmək yerinə düşər ki, son on ildə kitabxanada 900-dən çox kitab sərgisi 
təşkil edilmişdir. 
Son on ildə kitabxana rayon mərkəzlərinə 15 ezamiyyə  təşkil etmiş, 
130-dan çox tövsiyə məktubu göndərmiş, 12 müşavirə keçirmiş, 137 adda 
metodik vəsait nəşr etdirmişdir. 
Müstəqillik illərində kitabxana beynəlxalq  əlaqələrini də xeyli 
genişləndirmiş, xüsusilə Rusiya Federasiyasının Moskva Şəhər Uşaq 
Kitabxanası ilə əlaqə yaratmış, təcrübə mübadiləsi aparmışdır. 
Beləliklə, respublikamız müstəqillik  əldə etdikdən sonra F.Köçərli 
adına Respublika Uşaq Kitabxanasının həyatında tamamilə yeni dövr 
başlanmış, kitabxananın maddi-texniki bazası möhkəmləndirilmiş, 
kitabxananın binası  əsaslı  təmir edilmiş, kitabxana işi demok-
ratikləşdirilmiş, oxuculara xidmət işi keyfiyyətcə yaxşılaşdırılmışdır. 


Yüklə 2,83 Kb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   92




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə