Türk dünyasının böyük oğlu



Yüklə 2,83 Kb.
Pdf görüntüsü
səhifə43/92
tarix08.10.2017
ölçüsü2,83 Kb.
#3787
1   ...   39   40   41   42   43   44   45   46   ...   92

 
133
işçisinin ixtisasını artırmaq üçün MARC-Sql-1.5 AKİS-i ilə  işləmək 
üçün təlim keçmiş və UNİMARC (beynəlxalq maşınla oxunan kataloq və 
kataloqlaşdırma) formatının tətbiqi üsulları öyrədilmişdir. Artıq bu 
proqram vasitəsilə Elmi Kitabxananın “Nadir kitablar fondu”ndan 7100 
adda kitab, “Dissertasiyalar və avtoreferat” fondundan 3170 adda 
dissertasiya rus dilində, 580 adda Azərbaycan dilində, “Xarici ədəbiyyat 
və dövri mətbuat” şöbəsində isə bütün elm sahələri üzrə müxtəlif xarici 
dillərdə (ingilis, alman, fransız və  Qərbi Avropa dillərində) 1525 jurnal 
(son illərin nəşrləri), texniki elm sahələrinə aid rus dilində 13.768 jurnal, 
Azərbaycan dilində 976 jurnal elektron kataloqa daxil edilmiş  və 
oxucuların istifadəsinə verilmişdir. Həmçinin son bir ildə laboratoriyanın 
işçiləri rus dilində kitabxananın sis-temli kataloqunda kimya elminə aid 
olan 6000 adda kitabı elektron kataloqa daxil etmişdir. Hazırda 
biologiyaya aid kitablar elektron kataloqa daxil edilməkdədir. Hazırda 
kitabxananın fondunda Azərbaycan dilində olan bütün kitablar, həmçinin 
nadir xarici ədəbiyyat və dövri mətbuat fondu bütünlüklə elektron 
kataloqa salınmışdır. 90-cı illərin axırlarından başlayaraq kitabxa-naya 
yenidən daxil olan kitablar və dövri nəşrlər də elektron kataloqa salınır. 
Kitabxananın oxucularına xidmət üçün elektron xidmət bölməsi 
yaradılmış  və bu bölməyə xüsusi işçilər ayrılmışdır. Oxucular 
kitabxananın elektron xidmətindən müvəffəqiyyətlə istifadə edirlər. Bu 
məqsədlə oxuculara elektron xidmət göstərmək üçün xüsusi kompüterlər 
ayrılmışdır. Həmçinin oxucular kitabxanada yaradılmış  İnternetin 
www.bsu.az saytı vasitəsi ilə elektron kataloqdan istifadə etməklə öz 
sorğularına cavab tapa bilirlər. 
Kitabxana kompüterləşdirilmə sahəsində aparılan işləri müntəzəm 
olaraq təkmilləşdirir. 2005-ci ildə kitabxana kompüterləşdirmə  işini 
kompleks aparmaq məqsədi ilə beynəlxalq təcrübədə  sınaqdan keçmiş, 
praktik cəhətdən olduqca əhəmiyyətli  İRBİS proqramını  tətbiq etməyə 
başlamışdır. Bu pro-qram tətbiq edilməzdən qabaq proqramçılar 
tərəfindən öyrənilmiş, kitabxanada indiyə qədər tətbiq edilən proqramlara 
uyğunlaşdırılmışdır. Bu proqramın tətbiqi kitabxananın bütün 
 
  
 
 
 


 
134
fəaliyyətini, bütün şöbələrinin işini kompleks halda kompüterləşdirməyə, 
qısa müddətdə kitabxana işini müasir tələblər səviyyəsində qurmağa 
imkan yaratmışdır. 
Kitabxana işinin kompüterləşdirilməsi sahəsində görülən tədbirlər 
kitabxananın informasiyalaşdırılmasını təmin etməklə yanaşı, onun bütün 
fəaliyyətinə müsbət təsir göstərmiş, oxucuların informasiya təminatının 
ödənilməsində yeni mərhələ, elektron mərhələsi başlanmışdır.  İndiyə 
qədər kitabxana xidmətində istifadə edilən  ənənəvi üsullardan fərqli 
olaraq elektron xidməti oxucuların tələbatının ödənilməsini daha da 
intensivləşdirmiş, daha məzmunlu, daha keyfiyyətli xidmət prosesinin 
formalaşmasına səbəb olmuşdur. 
Müstəqillik illərində kitabxananın fəaliyyətində baş verən yeniliklər, 
aparılan islahatlar, elektron vasitələrlə xidmət oxucularla işi kökündən 
yaxşılaşdırmış, kitabxana xidməti prosesində  əhəmiyyətli keyfiyyət 
dəyişilikləri baş vermişdir. Bütün bunlar son illərdə oxucuların sayının 
artmasına səbəb olmuşdur. Əgər kitabxananın 1991-ci ildə 4.500 oxucusu 
var idisə, 2003-cü ildə onların sayı 14.207 nəfər olmuşdur. Son 12 ildə 
kitabxana 530.849 oxucuya xidmət etmiş, onlara 17.207.034 nüsxə 
ədəbiyyat verilmişdir. Bütövlükdə kitabxananın professor-müəllim 
heyətinin 70 faizindən çoxu, tələbələrin isə 91,2 faizi kitabxana xidməti 
ilə əhatə edilmişdir. 
Müstəqillik illəri Bakı Dövlət Universitetinin tarixində intibah dövrü 
kimi xarakterizə edilir. Bu dövr 1999-cu ildə ulu öndər Heydər Əliyevin 
sərəncamı ilə rektor təyin edilmiş AMEA-nın müxbir üzvü, Əməkdar elm 
xadimi, professor A.M.Məhərrəmovun adı ilə bağlıdır. Məhz XX əsrin 
son illəri və XXI əsrin əvvəllərində təhsilin, elmin, mədəniyyətin inkişafı 
sahəsində universitetin qazandığı nailiyyətləri onilliklər boyu əldə edilmiş 
nailiyyətlərlə müqayisə etmək olar. Son illərdə Bakı Dövlət 
Universitetinin maddi-texniki bazası görünməz dərəcədə 
möhkəmləndirilmiş, binası demək olar ki, yenidən qurulmuş, geniş 
təmizlik işləri aparılmış, idman kompleksi, örtülü stadion, dünya 
standartlarına cavab verən üzgüçülük hovuzu tikilib istifadəyə verilmiş, 
böyük mədəniyyət və istirahət parkını xatırladan universitet şəhərciyi 
salınmışdır. 
 
  
 
 
 


 
135
Universitetin tədris və elmi laboratoriyaları yenidən qurulmuş, 
cihazlarla, texniki vasitələrlə, müasir elm və  təhsilin tələbatına cavab 
verən avadanlıqlarla təchiz edilmişdir. Həmçinin universitetin yeni 
binasında 1500 kv metrlik sahəsi olan nəşriyyat yaradılmış, nəşriyyat 
üçün 1 milyon 500 min ABŞ dolları qiymətində yeni mətbəə avadanlığı - 
çap maşınları, elektron cihazlar alınmışdır. Müstəqillik illərində Bakı 
Dövlət Universitetinin bilik xəzinəsi olan Elmi Kitabxanası da 
diqqətəlayiq uğurlar qazanmışdır. Tədris prosesinin təşkilində  və elmi-
tədqiqat işlərinin aparılmasında, professor-müəllim heyətinin və 
tələbələrin informasiya təminatında kitabxana işinə böyük qiymət verən, 
onu universitetin bir nömrəli laboratoriyası adlandıran professor Abel 
Məhərrəmov kitabxananın maddi-texniki bazasını möhkəmləndirmək, 
respublikamızın və dünyanın böyük elmi kitabxanaları sırasına çıxarmaq 
üçün mühüm tədbirlər həyata keçirmişdir. Kitabxanaya yeni bina 
ayrılmış, onun böyük korpusları əsaslı təmir edilmiş, qiymətli avadanlıq 
və yüksək informasiya texnologiyası ilə  təmin edilmiş, kitabxana 
işçilərinin peşəkarlığının artırılması 
və sosial vəziyyətinin 
yaxşılaşdırılması üçün əhəmiyyətli tədbirlər görülmüşdür. Oxuculara 
xidmət işini yaxşılaşdırmaq, onların durmadan artan tələbatını ödəmək 
məqsədi ilə kitabxananın maliyyə 
vəziyyəti daimi olaraq 
yaxşılaşdırılmışdır. Kitabxana fonduna yeni ədəbiyyat, elmi jurnallar və 
referativ jurnallar almaq üçün istənilən qədər vəsait ayrılmışdır. 
Kitabxananın sənəd-informasiya resursları yaxın keçmişlə müqayisədə 
300-400, bina sahəsi 400 dəfəyə  qədər artmışdır. Kitabxananın kadr 
tərkibi  əsaslı  şəkildə yaxşılaşdırılmış, yüksək-ixtisaslı peşəkar 
kitabxanaçı kadrlarla təmin edilmişdir. 
Hazırda universitet Elmi Kitabxanası 4000 kvadrat metr sahəsi olan 3 
binada (əsas korpusda, birinci və ikinci tədris korpuslarında) yerləşir. 
Əsas binada yerləşən kitabxananın girişi, sərgi salonu, dövri mətbuat 
fondu və professor-müəllimlər üçün oxu zalı, beynəlxalq kitab mübadiləsi 
fondu və onun oxu zalı, birinci tədris korpusunda humanitar fakültələr 
kitabxanası və oxu zalı, ikinci tədris korpusunda Şərq ədəbiyyatı fondu və 
qiraət zalı yerləşmişdir. Bütün kitabxana və oxu zallarına son dəbdə  


Yüklə 2,83 Kb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   92




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə