Türk dünyasının böyük oğlu



Yüklə 2,83 Kb.
Pdf görüntüsü
səhifə44/92
tarix08.10.2017
ölçüsü2,83 Kb.
#3787
1   ...   40   41   42   43   44   45   46   47   ...   92

 
136
Avropa standartlarına uyğun dizayn verilmiş, yeni kitabxana mebelləri ilə 
təmin edilmişdir. Bütün zallarda kitabxanaçıların və oxucuların istifadəsi 
üçün kompüterlər qoyulmuşdur. Bütövlükdə kitabxananın irili-xırdalı 14 
oxu zalı vardır ki, bunlardan da eyni vaxtda min nəfərdən çox oxucu 
istifadə edə bilər. Hər bir oxu zalının ayrıca fondu və elektron kataloqu 
olduğundan zallar həmişə oxucu ilə dolu olur. 
Beləliklə, müstəqillik illərində universitetdə aparılan intensiv 
quruculuq işləri ona respublikamızda böyük nüfuz qazandırmış, 
beynəlxalq aləmdə isə dünya standartlarına cavab verən öncül bir 
universitetə, xalqımızın milli iftixarına çevirmişdir. 
 
2.9. Azərbaycan Milli Elmlər Akademiyasının 
Mərkəzi Elmi Kitabxanası 
müstəqillik illərində 
 
Müstəqillik illərində Azərbaycan elminin baş  qərargahı olan 
Azərbaycan Milli Elmlər Akademiyası xalqımızın ümummilli lideri, 
dünya  şöhrətli siyasətçi, görkəmli dövlət xadimi, prezident Heydər 
Əliyevin rəhbərliyi və qayğısı sayəsində böyük inkişaf və  tərəqqi yolu 
keçmiş, mühüm elmi nailiyyətlər əldə etmişdir. 
Heydər  Əliyev doğma respublikamıza 30 illik rəhbərliyi dövründə 
daim Azərbaycan elminin hamisi olmuş, onun inkişafına böyük təkan 
vermiş, xalqımızın inkişafını respublikamızın dünya ölkələri içərisində 
qabaqcıl mövqelərə  çıxmasının qarantı hesab etmişdir. Tarixi faktdır ki, 
müstəqilliyimizin ilk illərində  səriştəsiz AXC-Müsavat hakimiyyəti 
dövründə AMEA-nın başının üstündə bir qara kabus dolaşmaqda idi. 
Akademiyanın bağlanmaq təhlükəsi var idi. Akademiya bu qara kabusdan 
məhz 1993-cü ildə - ulu öndər Heydər  Əliyev respublika rəhbərliyinə 
gələndən sonra xilas oldu. 
Azərbaycan elminin baş  qərargahını milli dövlətçiliyimizin  əsas 
atributlarından biri kimi qiymətləndirən ulu öndər nəinki AMEA-nı 
qoruyub saxladı, həmçinin 15 may 2001-ci ildə onun gələcək inkişafı  


 
137
üçün çox böyük milli dəyərlərə malik olan tarixi fərman imzaladı. 
Akademiyanın həyatında çox mühüm bir hadisə olan bu fərman onun 
taleyini həll etməklə  gələcək inkişaf istiqamətlərini və statusunu 
müəyyənləşdirdi. 
Fərmanda deyilir: “Azərbaycan Respublikasında milli elmi potensialın 
qorunub saxlanması və gücləndirilməsi, xalqımızın tarixi və mədəniyyəti 
ilə bağlı araşdırmaların müasir standartlar səviyyəsində aparılmasının 
təmin edilməsi, fundamental elmi-tədqiqatların  əlaqələndirilməsi, işinin 
təkmilləşdirilməsi, elmi fəaliyyətin həyata keçirilməsi üçün əlverişli 
şəraitin yaradılması məqsədi ilə qərara alıram: 
1. Azərbaycan Elmlər Akademiyasının ali dövlət elmi təşkilatı olduğu 
nəzərə alınmaqla Azərbaycan Milli Elmlər Akademiyası adlandırılsın”.
1
 
Azərbaycan Elmlər Akademiyasına Milli Akademiya statusunun 
verilməsi onu ümumdövlət  əhəmiyyətli bir müəssisəyə çevirdi. Bu 
fərmanla  əlaqədar akademiyanın yeni demokratik nizamnaməsi təsdiq 
edildi. Nizamnaməyə görə, Milli Elmlər Akademiyası Azərbaycan 
elminin baş  qərargahı, azərbaycanşünaslığın mərkəzi olmaqla yanaşı, 
respublikada aparılan elmi tədqiqatların  əlaqələndirmə  mərkəzinə 
çevrildi. 
Azərbaycan Milli Elmlər Akademiyasının strukturunda akademiyanın 
Mərkəzi Elmi Kitabxanası akademiya elminin informasiya mərkəzi kimi 
mühüm yer tutur. Respublika miqyasında təbiət, texniki və humanitar 
elmlər üzrə  ən iri kitabxana sayılan AMEA-nın Mərkəzi Elmi 
Kitabxanası dünya xalqlarının 50-dən çox dilində 3 milyon nüsxədən 
artıq  ədəbiyyat saxlayan zəngin, universal kitab fonduna malikdir. İlk 
özəyi 1923-cü ildə Azərbaycanı Tədqiq və Tətöbbə Cəmiyyəti tərəfindən 
qoyulmuş bu möhtəşəm kitab məbədi 80 ildən artıq bir dövr ərzində 
böyük tərəqqi və inkişaf yolu keçərək Azərbaycan elminin və 
mədəniyyətinin qızıl fonduna çevrilmişdir. Ölkəmizdə elmin inkişafında, 
ayrı-ayrı elm sahələrinin yaranıb formalaşmasında, yüzlərlə elmi 
kadrların yetişməsində  əvəzsiz rol oynayan bu elm məbədgahı 
müstəqillik illərində də böyük inkişaf yolu keçmiş, öz fəaliyyətini daha  
                                                 
1
 “Azərbaycan” qəzeti.- 2001.-16 may. 
 


 
138
da təkmilləşdirmiş, yeniləşdirmiş, milliləşdirmişdir. Müstəqillik illəri 
kitabxananın həyatında yeni mərhələnin başlanğıcı, yenidənqurma və 
böyük islahatlar illəri kimi xarakterizə olunur. Doğrudur, müstəqilliyin 
ilk illərində akademiyanın başının üstünü almış qara buludlar 
kitabxananın işinə  də  mənfi təsir göstərmiş, kitabxananın maddi-texniki 
bazası  zəifləmiş, kitab fondunun komplektləşdirilməsi işində ciddi 
problemlər meydana çıxmış, beynəlxalq əlaqələr pozulmuş, kitabxananın 
maliy-yələşdirilməsi ciddi çətinliklərlə üzləşmişdi. Bütün bunlar 
kitabxananın fəaliyyətinə  mənfi təsir göstərmiş, oxuculara xidmət işinin 
zəifləməsinə gətirib çıxarmışdı. 
Xoşbəxtlikdən bu proses uzun sürmədi. Azərbaycan xalqının təkidli 
çağırışı və tələbi ilə 1993-cü ildə Heydər Əliyevin yenidən hakimiyyətə 
qayıtması bu mənfi proseslərin qarşısını aldı. Ulu öndərin ölkənin siyasi, 
iqtisadi və  mədəni həyatında reallaşdırdığı  tədbirlər nəticəsində 
akademiya ilə yanaşı, kitabxananın işində də böyük canlanma baş verdi. 
Hər  şeydən  əvvəl kitabxananın maddi-texniki bazasının möhkəm-
ləndirilməsi, maliyyələşdirilməsi, beynəlxalq  əlaqələrinin bərpası  və 
genişləndirilməsi, oxuculara xidmət işinin yaxşılaşdırılması üçün tədricən 
tədbirlər görülməyə başladı. Doğrudur, ilk illərdə  həyata keçirilən 
tədbirlər kifayətləndirici olmasa da, kitabxananın həyatında baş verən 
durğunluğu dayandırdı, inkişaf üçün, gələcək perspektivlər üçün zəmin 
hazırladı, kitabxananın kollektivində böyük ruh yüksəkliyi yaratdı. 
Müstəqillik illərində kitabxananın fəaliyyətində baş verən böyük 
dəyişikliklər, aparılan əhəmiyyətli islahatlar dediklərimizi bir daha təsdiq 
edir. Müstəqillik illərində kitabxananın qarşısına çıxan ən böyük çətinlik 
kitab fondunun komplektləşdirilməsi sahəsindəki problemlər idi. 
Beynəlxalq  əlaqələrin pozulması, Moskvadan alman məcburi nüsxələrin 
dayandırılması, respublikada kitab nəşri sahəsində baş verən böhran, az 
tirajla nəşr edilən kitabların görünməz dərəcədə bahalaşması, həmçinin 
kitabxananın maliyyə imkanlarının azlığı kitabxananın yeni ədəbiyyatla 
komplektləşdirilməsini iflic vəziyyətə salmışdı. Belə  vəziyyət özünü ilk 
növbədə elmi-informasiya qıtlığında göstərirdi. Maliyyə çatışmazlığına 
görə kitabxana fondunun yeni ədəbiyyatla təkmilləşməsi işində ciddi 
boşluqlar yarandı, elmi tədqiqatların operativ informasiya təminatı 
dayandırıldı. Kitabxananın maddi təchizatı  zəiflədi, beynəlxalq  əlaqələri 
olduqca məhdudlaşdı. Bütün bunlar elmi işçilərin Mərkəzi Elmi  


Yüklə 2,83 Kb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   92




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə