Türk dünyasının böyük oğlu



Yüklə 2,83 Kb.
Pdf görüntüsü
səhifə36/92
tarix08.10.2017
ölçüsü2,83 Kb.
#3787
1   ...   32   33   34   35   36   37   38   39   ...   92

 
112
Kitabxana xalqımızın gələcəyi olan uşaqların təlim-tərbiyəsində mühüm 
mədəniyyət mərkəzinə çevrilmişdir. 
 
2.4. C.Cabbarlı adına 
Respublika Gənclər Kitabxanası 
müstəqillik illərində 
 
Müstəqillik illərində ölkəmizdə kitabxana xidmətinin təşkilində 
Azərbaycan Respublikası  Mədəniyyət Nazirliyinin Respublika Gənclər 
Kitabxanasının müstəsna rolu olmuşdur. Oxuculara xidmət işinin 
təşkilində böyük təcrübəsi və  ənənələri olan kitabxananın kollektivi 
müharibə  şəraitinə baxmayaraq müstəqilliyi yüksək  əhval-ruhiyyə ilə 
qarşılamış, özünün bütün fəaliyyətini milli dövlətçiliyimizin 
qorunmasına, möhkəmlənməsinə və təbliğinə həsr etmişdir. 
Keçid dövrünün çətinliklərinə baxmayaraq kitabxana kitab fondunu 
qoruyub saxlamaq, yeni ədəbiyyatla komplektləşdirmək, maddi-texniki 
bazanı möhkəmləndirmək, kadr tərkibini qoruyub saxlamaq üçün ciddi 
tədbirlər görməli olmuşdur. Hər  şeydən  əvvəl kollektiv kitabxananın 
binasına dikilən yad gözlərlə mübarizə aparmağı bacarmış, nəinki binanı 
qoruyub saxlamış, hətta onu genişləndirməyə və təmir etməyə müvəffəq 
olmuşdur. 
Kitabxana böyük çətinliklə müntəzəm olaraq öz fondunu 
zənginləşdirə bilmiş, maliyyə  çətinliyinə baxmayaraq fondu yeni 
ədəbiyyatla komplektləşdirməyə nail olmuşdur.  Əgər kitabxananın 
fondunda 1993-cü ildə 205.350 nüsxə kitab var idisə, 2003-cü ildə 
209.700 nüsxə kitab olmuşdur. Yəni 10 il müddətində kitabxanaya 10 
min nüsxə ədəbiyyat daxil olmuşdur. Kitabxanaya ayrılan vəsaitin ilbəil  


 
113
artması yeni kitablar almaq üçün əlverişli  şərait yaratmışdır.  Əgər 
kitabxanaya kitab almaq məqsədi ilə 2003-cü ildə 15 milyon manat vəsait 
ayrılmışdısa, bu rəqəm 2004-cü ildə 55 milyon manata çatdırılmışdır. Bu 
da yeni kitabların alınmasına müsbət təsir göstərmişdir. Belə ki, 2003-cü 
ildə kitabxananın fonduna 450 nüsxə kitab daxil olmuşdusa, bu rəqəm 
2004-cü ildə 1065 nüsxəyə, 2005-ci ildə isə 2000 nüsxəyə çatmışdır. 
Kitabxana həmçinin dövri mətbuatla aparılan işə böyük diqqət yetirmiş, 
2003-cü ildə 5 adda jurnala və 15 adda qəzetə abunə yazılmışdır. 
Müstəqillik dövrü kitabxananın qarşısında gənc nəslin vətən-pərvərlik 
ruhunda tərbiyəsi vəzifəsini qoymuşdur. Müharibə  şəraitində yaşayan 
ölkəmizdə  gənclərin vətən sevgisi, vətəni qorumaq, onu işğalçılardan 
azad etmək ruhunda tərbiyəsi kitabxananın  əsas vəzifəsindən birinə 
çevrilmişdir. Təsadüfi deyil ki, müstəqillik illərində gənclərin tərbiyəsinə, 
gənclərlə aparılan işə xüsusi diqqət yetirən ulu öndər Heydər Əliyev gənc 
nəslin tərbiyəsini xalqın və dövlətin əsas vəzifəsi hesab edirdi. O yazırdı: 
“Qarşımızda duran vəzifələrdən biri də  gəncliyi daha yaxşı 
hazırlamaqdan və tərbiyə etməkdən ibarətdir”.
1
 
Kitabxananın kollektivi prezidentin qarşıya qoyduğu bu mühüm 
vəzifəni yerinə yetirmək üçün oxuculara kitabxana-informasiya xidmətini 
xeyli yaxşılaşdırmaqla zamanın tələblərinə cavab verəcək forma və 
üsullardan istifadə etmişlər. Kitabxanada geniş kütləvi işlər aparılmış, 
kitab müzakirələri,  ədəbi-bədii gecələr, mühazirələr, konfranslar 
keçirilmiş, kitab sərgiləri təşkil edilmişdir. Görkəmli yazıçılar, şairlər və 
alimlərlə görüşlərə  də geniş yer verilmişdir. Belə  mədəni-kütləvi 
tədbirlərə misal olaraq son illərdə M.Füzuliyə, C.Cabbarlıya, M.Müşfiqə, 
M.Ə.Sabirə, S.Vurğuna, S.Rüstəmə,  Ə.Cəfərzadəyə, Bülbülə,  Əmir 
Mustafayevə  və s. həsr edilmiş  tədbirləri göstərmək olar. Kitabxananın 
keçirdiyi “Müstəqilliyimiz  əbədidir”, “20 Yanvar”, “Xocalı faciəsi”, 
“Heydər Əliyevin 80 illiyi”, “Prezidentin gənclərə qayğısı və gənclərin  
                                                 
1
 Heydər Əliyev: Biblioqrafik məlumat kitabı.- B., 2003.- S. 150. 
 
 


 
114
prezidentə etimadı”, “ADR-in yaranmasının 80 illiyi” və s. tədbirlər 
oxucuların böyük marağına səbəb olmuşdur. 
Kitabxananın oxucularla apardığı  işin nəticəsində  gənclərində 
kitabxanaya marağı artmış, müntəzəm olaraq oxucuların sayı çoxalmışdır. 
Əgər 1993-cü ildə kitabxananın 6.435 nəfər oxucusu var idisə, 2003-cü 
ildə onların sayı 7450 nəfərə çatmışdır. Son on il müddətində kitabxana 
250.000 oxucuya xidmət etmişdir ki, bunu da çox mühüm nailiyyət hesab 
etmək olar. Kitabxananın oxucularının sayının artması, kitabxana işinin 
keyfiyyətinin yüksəldilməsi kitab verilişinə  də müsbət təsir etmiş, 
kitabxana fondunun dövriyyəsi, oxunan kitabların sayı da ilbəil 
çoxalmışdır.  Əgər kitabxana 1993-cü ildə oxuculara 102.430 min nüsxə 
kitab vermişdirsə, bunların miqdarı 2003-cü ildə 108.830 min nüsxə 
olmuşdur. 
Kitabxana informasiya cəmiyyətinin qarşıya qoyduğu yeni vəzifələrin 
öhdəsindən gəlmək, kitabxana işini kompüterləşdirmək, kitabxana-
informasiya texnologiyası ilə  təmin etmək üçün də xeyli iş görmüşdür. 
Son zamanlar kitabxanaya kompüterlər alınmış, kitabxana-informasiya 
texnikası  və avadanlıqla təmin edilmiş, oxuculara informasiya xidməti 
göstərilməyə başlanmışdır. Kitabxananın işçilərinin yeni xidmət formaları 
ilə tanış edilməsi, onlara yeni texnikanın mənimsədilməsi üçün tədbirlər 
görülmüş, kitabxananın işçiləri ixtisasartırma kurslarına göndərilmişdir. 
Kitabxana müstəqillik illərində elmi-metodik fəaliyyətini də 
genişləndirməyə çalışmış, yeni iş forma və üsullarına üstünlük vermişdir. 
Elmi-metodik konfransların, seminarların keçirilməsinə, rayonlara 
ezamiyyələrin və orada mühazirələrin təşkilinə diqqət artırılmışdır. 
Beləliklə, müstəqillik kitabxananın işinə yeni ab-hava gətirmiş, 
demokratik prinsiplərin tətbiqi, milli ideologiyamızın, azər-baycançılıq, 
dövlətçilik ideyalarının təbliği üçün şərait yaratmışdır. 
 
  
 
 
 
 
 
 


Yüklə 2,83 Kb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   92




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə