100
informasiya təminatında, mədəni inkişafında, cəmiyyət üzvlərinin təhsil
və tərbiyəsində rolu əvəzsizdir. Cəmiyyətdə gedən bütün prosesləri
ardıcıllıqla izləyən, onları dərindən duyan, bu böyük iqtisadi, siyasi və
mədəni prosesdə iştirak edən mütəxəssislərin əməyini yüksək
qiymətləndirən ulu öndər kitabxanaçı əməyinə yüksək qiymət vermiş,
kitabxanaçı peşəsini, kitabxanaçı şəxsiyyətini yüksək qiymətləndirmişdir.
H.Əliyev M.F.Axundov kitabxanası haqqında danışarkən deyir: “Mən
vaxtilə bu kitabxanaya dəfələrlə gəlmişəm. Amma bu gün kitabxananın
astanasından keçərkən çox böyük ehtiram hissi duyuram, kitabxanaya,
burada çalışan insanlara hörmət və ehtiramımı bildirmək istəyirəm”.
Daha sonra təqdimat mərasimində kitabın nəşrinə sponsorluq etmiş
“Stark enterprayz” firmasının vitse-prezidenti Aleksandr Nisanov,
Yazıçılar Birliyinin sədri Anar, Jurnalistlər Birliyinin sədri Hacı Hacıyev,
kitabxananın direktoru Leyla Qafurova və başqaları H.Əliyevə bu çətin
vaxtda imkan tapıb kitabxanaya gəldiyi üçün öz təşəkkürlərini bildirdilər.
Azərbaycan dövlətinin başçısı Heydər Əliyev toplananlar qarşısında dərin
məzmunlu çıxış etdi. Heydər Əliyevin bu çıxışı tarixi, elmi, fəlsəfi
əhəmiyyətə malik bir çıxış idi. Özünün dərin məzmunlu çıxışında ulu
öndər kitab və kitabxana işinin böyük mədəni əhəmiyyətini qeyd etmiş,
onu ölkəmizin ümumi mədəniyyətinin əsas göstəricisi kimi
qiymətləndirmişdir. Bu da ulu öndərin yüksək elmi, mədəni və
intellektual səviyyəsi ilə, bəşəri xarakter daşıyan hadisələri düzgün
qiymətləndirə bilmək istedadı ilə şərtləşir.
Daha sonra prezidentin çıxışında kitab sərgisinin olduqca böyük
mədəni hadisə kimi qiymətləndirilməsi, ilboyu onlarla belə sərgilər təşkil
edən kitabxanaların fəaliyyətinə, kitabxanaçı əməyinə verilən yüksək
qiymət kimi olduqca səciyyəvidir.
Sərginin təşkilindən danışarkən H.Əliyev deyir: “Buradakı sərgidə
Azərbaycanın görkəmli yazıçı və şairlərinin, alimlərinin əsərlərinin
miniatür nəşrləri nümayiş etdirilir. Bir daha qeyd edirəm ki, bu əlamətdar
hadisədir. Yazıçı və şairlərimiz, alimlərimiz, mədəniyyət xadimlərimiz
böyük potensiala malikdirlər. Onlarm indiyədək yazdıqları əsərlər
Azərbaycan xalqının təhsillənməsində, biliklənməsində, elm və
101
mədəniyyətimizin, mənəviyyatımızın inkişafında öz rolunu oynamışlar.
Ancaq xalqımız Azərbaycanın elm və mədəniyyət potensialından bundan
sonra daha çox bəhrələnməlidir. Ona görə də çalışmalıyıq ki, belə
yaradıcı adamlar öz fəaliyyətlərini davam etdirsinlər. Onlara kömək
etməliyik, şərait yaratmalıyıq”.
1
Heydər Əliyev miniatür kitablar sərgisinə gələrkən M.F.Axundov
adına Dövlət Kitabxanasına bağışlamaq üçün öz şəxsi kitabxanasından
400 kitab gətirmişdi. Çox qiymətli kitablardan təşkil edilmiş bu nadir
kitablar kolleksiyası bilavasitə kitabxananın qızıl fonduna daxil oldu.
Kitabları kitabxanaya hədiyyə edərkən H.Əliyev demişdir: “Mən indi
kitabxanaya xeyli kitab bağışladım. Güman edirəm ki, bunlar fondda öz
yerini tutacaqdır. Bunlar cəmiyyətimiz üçün çox gərəkli olan, ayrı-ayrı
mövzulara həsr edilmiş kitablardır. Bunlar mənim özümün deyil, müxtəlif
müəlliflərin kitablarıdır və kitabxananın böyük xəzinəsində öz yerini
tutarlar. Zənnimcə, bu təşəbbüs də davam edə bilər. Elə imkanı olan
adamlar kitabxanamızı zənginləşdirmək üçün yəqin ki, ona kitablar
bağışlayacaqlar. Bilirəm, bizim bu kitabxananın çox böyük fondu var.
Kitabxananın direktoru bu barədə məlumat verdi. Ancaq kitabxana elə bir
yerdir ki, gərək daim onun fondu genişlənsin. Çünki dünya dəyişir, yeni
əsərlər, kitablar yaranır, bunlar insanlara yeni biliklər, yeni məlumat
gətirir. Ona görə də bizim bu mərkəzi kitabxanamız daim yeni-yeni
nəşrlərlə təmin olunsun. Vaxtı ilə biz bunu planlı şəkildə edirdik. Dövlət
planı var idi, heç kəsi narahat etmədən bu kitabxananı yaradıb inkişaf
etdirmişdik və indi də fəaliyyət göstərir. Ancaq gərək indi buraya hər kəs
öz payını versin. Azərbaycanın bütün icti-maiyyətini bu xeyirxah işə
dəvət edirəm.
Bağışladığım kitabları nümayiş etdirmək istəmirəm. Ancaq bizim
üçün müqəddəs olan bir kitabı da bağışlamaq istəyirəm. Bilirsiniz ki, mən
Səudiyyə Ərəbistanına rəsmi səfərə getmişdim. Səfər zamanı biz İslam
aləminin müqəddəs yerlərini ziyarət etdik və bundan çox məmnun olduq.
Orada - İslam dininin mərkəzi olan Məkkədə mənə Quranın nüsxələrini
1
“Azərbaycan” qəzeti.-1995.- 6 iyun.
102
bağışlamışlar. Çox nəfis şəkildə buraxılmış bu nüsxələrdən birini də
Dövlət Kitabxanasına verirəm”.
1
Dünya kitabxanalarının tarixindən məlumdur ki, sivil ölkələrdə
kitabxanalara kitab hədiyyə etmək həmişə dəbdə olan bir hadisə
olmuşdur. Görkəmli dövlət, ictimai, elm və mədəniyyət xadimləri
kitabxanalara kitablar hədiyyə etməyi mədəniyyətin inkişafına kömək
kimi qiymətləndirmişlər.
Heydər Əliyevin bizim zəmanəmizdə bəşəri olan bu ənənəni davam
etdirməsi respublikamızda bu mütərəqqi ənənəyə ciddi qayğı ilə
yanaşılmasına parlaq bir sübutdur. Ulu öndər bu təşəbbüsü ilə sanki
çoxdan unudulmuş bir ənənəni canlandırdı, ona yeni nəfəs verdi. Məhz
həmin vaxtdan görkəmli ziyahlarımız dövlət başçısının yolunu davam
etdirməyə, M.F.Axundov Kitabxanasına və respublikamızın digər
kitabxanalarına kitab hədiyyə etməyə başladılar.
Hazırda bu iş böyük vüsət almış, ümumxalq hərəkatına çevrilmişdir.
Nəinki M.F.Axundov adına Dövlət Kitabxanasına, həmçinin digər böyük
elmi kitabxanalara, kütləvi kitabxanalara kitablar hədiyyə edən onlarla
kitab həvəskarı meydana çıxmışdı.
Təkcə M.F.Axundov adına Respublika Kitabxanasına onlarla ziyalı
kitablar hədiyyə etmişdir.
Belə bir faktı qeyd etmək lazımdır ki, indi respublikamızın ziyalıları,
alimləri, yazıçıları, incəsənət xadimləri, ümumiyyətlə, kitab
müəlliflərinin öz yeni nəşr etdirdiyi kitablarını kitabxanalara hədiyyə
verməsi bir dəb halını almışdır. Bu xeyirxah iş kitabxanaların maliyyə
çətinliyi ilə üzləşdiyi şəraitdə olduqca böyük əhəmiyyət kəsb edir,
xüsusilə paytaxt kitabxanalarının yeni ədəbiyyatla zənginləşməsinə
müsbət təsir göstərir.
Müstəqillik illərində respublikamızın ayrı-ayrı elm və mədəniyyət
mərkəzlərində, təhsil kitabxanalarında yeni kitabların təqdimat
mərasimlərinin keçirilməsi və bu mərasimlərin kütləvi informasiya
vasitələrində geniş işıqlandırılması kitab təbliğinin yeni və ən mütərəqqi
forması kimi diqqəti cəlb edir.
1
Heydər Əliyev. Müstəqillik yollarında.-B., 1997. III cild.-S.401.
Dostları ilə paylaş: |