Türk dünyasının böyük oğlu



Yüklə 2,83 Kb.
Pdf görüntüsü
səhifə28/92
tarix08.10.2017
ölçüsü2,83 Kb.
#3787
1   ...   24   25   26   27   28   29   30   31   ...   92

 
87
Kitabxanalar, onların vəzifələri, oxucular və kitabxanaçılar da 
tamamilə dəyişmiş, yeniləşmişdir. Cəmiyyətin formalaşmasında meydana 
gəlib təkmilləşən yeni dünya baxışı, yeni təfəkkür tərzi onların da 
dəyişməsinə şərait yaratmışdır. 
Əgər sovet quruluşu vaxtı kitabxanaların qarşısında daha çox əhalini 
kitabxana oxucuları sırasına cəlb etmək, kitabxana fondlarından istifadəni 
intensivləşdirmək vəzifəsi qoyulmuşdusa, indiki informasiyalaşdırılmış 
cəmiyyət  şəraitində kitabxanaların qarşısında bütün əhalini internetin 
kitabxana işinə  tətbiqi və onun köməyi ilə dünyanın kitab və digər 
mədəni sərvətlərindən istifadə etməyə  cəlb etmək vəzifəsi qoyulmuş, 
informasiya-dan azad istifadə üçün şərait yaradılması  zəruri hesab 
edilmişdir. 
Həmçinin beləbir şəraiti də nəzərə almaq lazımdır ki, respublikamızda 
əhaliyə kitabxana xidmətini təşkil edən müxtəlif kitabxana şəbəkələri 
ayrı-ayrı nazirliklər, idarə və müəssisələr tərəfindən idarə olunur. Əlbəttə, 
özünün geniş  şəbəkəsi olan nazirliklər, idarə  və müəssisələr mövcud 
şəraitə və həmin sistemdə kitabxana xidmətinə olan tələbata uyğun olaraq 
öz  şəbəkələrinin qarşısında duran vəzifələrə müvafiq kitabxana işi 
sahəsində siyasət formalaşdırıb həyata keçirə bilərlər. Bu siyasət 
bilavasitə kitabxanaların xidmət etdiyi sistemin tələbatına uyğunlaşmalı, 
həmin nazirliyin qarşıya qoyduğu vəzifələrlə  səsləşməlidir. Belə halda 
respublikada hər bir nazirliyin, məsələn, Təhsil Nazirliyinin, Səhiyyə 
Nazirliyinin və s. özünün formalaşdırdığı kitabxana siyasəti qaçılmazdır. 
Deməli, respublikamızda kitabxana şəbəkələrinin qarşısında duran 
vəzifələrdən asılı olaraq müxtəlif, bir-birindən məzmunca fərqlənən 
siyasətlər mövcuddur. Bu, danılmazdır, inkaredilməzdir. Həmçinin belə 
bir həqiqət də inkaredilməzdir ki, ölkəmizdə əhaliyə kitabxana xidmətinin 
təşkilinin ümumdövlət siyasəti də vardır. Bu siyasət ayrı-ayrı 
nazirliklərin, idarə  və müəssisələrin kitabxana siyasəti nəzərə alınmaqla 
formalaşan, cəmiyyətdə gedən bütün problemləri, dəyişiklikləri, 
qanunauyğunluqları əks etdirən bir siyasətdir. Əgər ayrı-ayrı nazirliklərin, 
idarə  və müəssisələrin kitabxana siyasəti bir nazirliyin, bir müəssisənin   
mənafeyini müdafiə edirsə,ümumdövlət kitabxana siyasəti bütün ölkənin,  


 
88
bütün xalqın mənafeyinə, tələbat və sorğusuna xidmət edir. 
Beləliklə, ayrı-ayrı nazirliklərin, idarə  və müəssisələrin forma-
laşdırdığı kitabxana siyasəti öz əsas prinsiplərini və  vəzifələrini 
müəyyənləşdirərkən bilavasitə dövlət siyasətinə  əsaslanmalı, onun 
mahiyyətinə uyğunlaşmalıdır. 
Dövlət tərəfindən hazırlanan kitabxana siyasəti respublika miqyasında 
aparılan kitabxana işinin  əsasını  təşkil etdiyindən kitabxana işinə dair 
hazırlanan bütün sənədlər bu ana sənədə, Azərbaycan dövlətinin 
kitabxana işi sahəsində siyasətinə əsaslanmalıdır. 
Bu gün müasir dünya böyük bir inqilabi prosesi yaşamaqdadır. Bu 
inqilab cəmiyyətin inkişafına təkan verən, onu sürətləndirən, insanların 
həyat  şəraitini yaxşılaşdıran, intellektual səviyyəsini yüksəldən, peşə 
bacarığının artmasına, işinə və istirahətinə əsaslı köməklər göstərə bilən 
informasiya inqilabıdır. Bu inqilabın müvəffəqiyyətlə  həyata 
keçirilməsinin əsas vasitələrindən biri kitabxanalardır. Məhz buna görədir 
ki, müasir şəraitdə dövlətin kitabxana işi sahəsində siyasətinin 
hazırlanmasına böyük ehtiyac duyulmaqdadır. 
Dövlətin kitabxana işi sahəsindəki siyasəti elə hazırlanmalı və həyata 
keçirilməlidir ki, informasiyalaşdırılmış  cəmiyyətin vəzifələrinə cavab 
verə bilsin. Dövlətin kitabxana işi sahəsində siyasətinin hazırlanmasında 
göstərdiyimiz mühüm amillərin özünə yer tapmasına diqqət yetirmək 
vacibdir: 
1. Kitabxanaların ümumaçıq olması prinsipinin qorunub 
saxlanılması; 
2. Kitabxanaların dövlət tərəfindən maliyyələşdirilməsinin təmin 
edilməsi; 
3. Kitabxana 
fondlarının qorunması, onun yeni ədəbiyyatla ardıcıl 
olaraq komplektləşdirilməsi üçün şərait yaradılması, Kitabxana 
Kollektorunun işinin daha da təkmilləşdirilməsi; 
4. Kitabxanaların maddi-texniki bazasının möhkəmləndirilməsi, 
müasir informasiya texnikası ilə  təmin edilməsi, yeni kitabxana 
binalarının tikilməsi, mövcud binaların təmir edilməsi üçün tədbirlər 
hazırlanması; 
5. Mədəni sərvətlərdən və informasiya mənbələrindən vətəndaşların 
azad və  sərbəst istifadə etməsinə dair konstitusiya hüququnun təmin 
edilməsi üçün şərait yaradılması; 
6.  İnkişaf etmiş informasiyalaşdırılmış  cəmiyyətdə informasiya 
sahəsində dövlət siyasətinin obyekti olan kitabxanaların rolunun artması, 
dünyəvi, hüquqi dövlətin qurulması, iqtisadiyyatın inkişafı, iqtisadi 


 
89
islahatların dərinləşməsi və  cəmiyyətin demokratikləşməsi prosesinə 
kömək edən informasiya mərkəzləri kimi onların işinin daim diqqət 
mərkəzində saxlanılması və inkişaf etdirilməsi: 
7. Beynəlxalq ölkələrarası və idarələrarası kitabxana əməkdaşlığının 
inkişaf etdirilməsi
8. Azərbaycan kitabxanalarında qabaqcıl xarici təcrübənin tətbiq 
edilməsi üçün proqram hazırlanması; 
9. Respublika kitabxanalarının, ilk növbədə elmi kitabxanaların 
kompüterləşdirilməsi üçün xüsusi proqramın hazırlanıb həyata 
keçirilməsi; 
10. Kitabxana işinin bu günü, sabahı və yaxın gələcəyinin təminatçısı 
və rəhni olan yüksəkixtisaslı kitabxanaçı kadrların hazırlanması; 
11. Azərbaycan kitabxanalarının işini dünya standartları  səviyyəsinə 
çatdırmaq, kitabxanaların elmi-metodik təminatını daha da 
təkmilləşdirmək, kitabxana-informasiya xidmətini elmi əsaslar üzərində 
qurmaq məqsədi ilə  vətən kitabxanaşünaslıq elminin inkişaf etdirilməsi, 
elmi nəticələrin təcrübəyə  tətbiqi üçün tədbirlərin hazırlanıb həyata 
keçirilməsi; 
12. Cəmiyyətdə  ən qədim və  ən sadə peşə adamları kimi tanınan, 
Azərbaycan ziyalılarının  ən zəhmətkeş zümrəsini təşkil edən, insanların 
xidmətində dayanan, Azərbaycan dövlətçiliyinin möhkəmlənməsində
milli ideologiyanın formalaşmasında və yayılmasında xüsusi xidmətləri 
olan kitabxanaçıların sosial vəziyyətinin yaxşılaşması, vəzifə maaşlarının 
artırılması üçün dövlət tədbirlərinin görülməsi. 
 
 
 
 
 
 


Yüklə 2,83 Kb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   92




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə