Türk dünyasının böyük oğlu



Yüklə 2,83 Kb.
Pdf görüntüsü
səhifə26/92
tarix08.10.2017
ölçüsü2,83 Kb.
#3787
1   ...   22   23   24   25   26   27   28   29   ...   92

 
81
1990-1992-ci illərdə respublika hökuməti kitabxanaları  məhv olmaq 
təhlükəsindən qurtarmaq üçün heç bir tədbir görmədiyindən kitabxana 
şəbəkələri olan digər nazirliklərdə  də belə hallar kütləvi surətdə baş 
vermiş, kitabxanalar bağlanmışdı. 
Kitabxanalarla yanaşı, mədəniyyət evlərinə, muzeylərə, idman 
komplekslərinə  və digər müəssisələrə  də hücum başlanmışdı. Gələcək 
nəsillərə bir faktı söyləməklə kifayətlənəcəyəm. Hamıya məlum olduğu 
kimi, Bakıda çox böyük, xüsusi muzey layihəsi ilə tikilmiş V.İ.Lenin 
adına bir muzey var idi. 90-cı illərin əvvəllərində bağlanmış həmin binanı 
Mədəniyyət Nazirliyinə vermək əvəzinə o dövrdə Ali Məhkəmənin sədri 
işləyən Tahir Kərimlinin təkidi ilə Ali Məhkəməyə vermişdilər. Çox 
şükürlər olsun, Heydər  Əliyevin respublikaya qayıdışından sonra 
“bəylər” öz istəklərini yerinə yetirə bilmədilər, bina Mədəniyyət 
Nazirliyinə qaytarıldı. Heydər  Əliyevin yenidən respublika rəhbərliyinə 
qayıdışı Azərbaycan dövlətçiliyi ilə yanaşı, kitabxana işini də böyük 
bəlalardan xilas etdi. Elm və  mədəniyyət müəssisələrinə dövlət 
budcəsindən vəsait ayrılmaqla yanaşı, onların dövlət mülkiyyəti, 
ümumxalq sərvəti kimi qorunub saxlanması haqqında qərarlar qəbul 
edildi, sərəncamlar və fərmanlar verildi. 
1995-ci il sentyabr ayının 29-da “Azərbaycan Respublikasında 1995-
1998-ci illər dövlət mülkiyyətinin özəlləşdirilməsinin dövlət proqramının 
təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə bağlı 
fərman imzalandı. Bu fərmanın birinci bölməsində “Özəlləşdirilməsi 
qadağan olunan müəssisə  və obyektlərin siyahısı” verilmişdir. Bu 
bölmənin 3-cü bəndində göstərilir: “Azərbaycan xalqının tarixi və mədəni 
irs obyektləri (nadir mədəniyyət və  təbiət abidələri, təbiət, tarix, 
mədəniyyət, elm və texnika obyektləri, o cümlədən dövlət muzeylərində, 
arxivlərdə  və kitabxanalarda saxlanılan sərvətlər, onların yerləşdiyi 
binalar və sahələr”.
1
 
Fərmandan aydm olur ki, kitabxanalarda saxlamlan sərvətlərin, 
onlarm binasımn və sahələrinin özəlləşdirilməsi qadağan edilir. Bu 
fərmanm imzalanması kitabxanaların qorunub saxlanmasma şərait 
yaratdı. Kitabxanalar müstəqil dövlətimizin 
 
 
                                                 
1
 
“Azərbaycan” qəzeti.-1995.-12 noyabr.- S.l-3. 
 
 


 
82
əsas atributlarından biri kimi dövlət müəssisəsi statusuna malik oldu. 
Əsrlərdən bəri xalqımızın arzusunda olduğu müstəqilliyin  əldə 
edilməsi Azərbaycan Respublikasının qarşısında tarixi, milli 
ənənələrimizə  əsaslanan demokratik, hüquqi, dünyəvi dövlət qurmaq 
vəzifəsini qoymuşdu. Yeni yaranan cəmiyyət keçmiş sosialist cəmiyyəti 
prinsiplərindən, marksizm-leninizm ideologiyasından tam azad olmuş
ictimai-siyasi sahədə demokratik prinsiplərə, ümumbəşəri dəyərlərə, 
iqtisadi sahədə isə bazar iqtisadiyyatına keçidə əsaslanırdı. 
Bu məsələlərdən danışarkən Heydər  Əliyev deyir: “Azərbaycan 
keçmiş sovet, kommunist ideologiyasından tamamilə ayrılmışdır və bu 
ideologiyanın həm ictimai-siyasi sahədə, həm də iqtisadi sahədə 
Azərbaycana yenidən qayıtması daha mümkün deyildir. Azərbaycanın 
milli dövlət ideologiyası ölkəmizin müstəqilliyini təmin etməkdən və 
Azərbaycanda demokratik dövlət qurmaqdan ibarətdir. 
İqtisadi sahədə strateji yolumuz respublikada bazar iqtisadiyyatına 
keçmək üçün iqtisadi islahatlar aparmaqdan və  tədricən Azərbaycanda 
bütün sahələrdə sərbəst iqtisadiyyat, bazar iqtisadiyyatı formalarını tətbiq 
etməkdən ibarətdin”
1
 
Keçid dövrünün hər cür çətinliklərinə baxmayaraq ulu öndərin qarşıda 
qoyduğu bu vəzifələr ardıcıl olaraq həyata keçirilməyə,  əsl vətəndaş 
cəmiyyəti quruculuğuna başlandı. Respublikamızda çoxsaylı ictimai 
təşkilatların, siyasi partiyaların, müxtəlif cəmiyyətlərin və fondların 
yaranması, senzuranın ləğv edilməsi, yerlərdə müstəqil qəzet və 
jurnalların nəşri, özəl televiziya və radio kanallarının fəaliyyətə başlaması 
fikir azadlığı, mətbuat azadlığı, söz azadlığı, siyasi plüralizm üçün 
əlverişli zəmin yaratmış, ölkənin demokratik imicini formalaşdırmış, 
siyasi, ideoloji və  mədəniyyət müəssisələrinin inkişafını  təmin etmişdir. 
Keçid dövründə ölkə vətəndaşlarının informasiya təminatında, kitabxana-
informasiya xidmətinin təşkilində, informasiya cəmiyyəti quruculuğunda 
mühüm  əhəmiyyət kəsb edən kitabxana işi də mühüm dəyişikliklərə, 
islahatlara məruz qaldı. 
 
 
 
 
 
                                                 
1
 
Heydər Əliyev. Müstəqillik yollarında. -B., 1997. IVcild.- S. 355. 
 


 
83
Sosialist quruculuğu dövründə kitabxana işi sahəsində formalaşan, 
əsasən ideoloji xarakter daşıyan prinsiplərdən imtina edilməklə, 
formalaşmaqda olan yeni müstəqil Azərbaycan cəmiyyətinin demokratik, 
dünyəvi prinsipləri kitabxana işinə  tətbiq edilməyə başlandı. Kitabxana 
işi ideoloji buxovlardan azad edildi. Kitabxana işinə demokratikləşmə, 
milliləşmə  və azərbaycanlaşma ab-havası  gətirildi. Kitabxanalar milli 
ideologiyanın formalaşmasında və  təbliğində yaxından iştirak etməyə 
başladılar. 
Məhz bu illərdə Heydər  Əliyevin bilavasitə  rəhbərliyi və qayğısı 
sahəsində kitabxanalar ləğv edilməkdən xilas oldular, kitabxanaların 
qorunub saxlanılması uğrunda dövlət mübarizəyə başladı. 
1993-1999-cu illər Azərbaycanda kitabxana işinin tarixinə 
kitabxanaların qorunub saxlanılması  uğrunda mübarizə illəri kimi daxil 
olmuşdur. 1993-cü ilin əvvəllərində dövlətin rəsmi orqanlarıda kiçik 
kitabxanaların bağlanması haqqında qeyri-sağlam səslər ucaltmağa 
başlamışdılar. Yüksək vəzifəli rəsmi  şəxslərin bu fikri müdafiə etməsi 
cəmiyyətdə birmənalı qarşılanmamışdı. Çoxminlik kitabxanaçılar ordusu 
ilə yanaşı, respublikamızın görkəmli yazıçıları,  şairləri, alimləri, 
müəllimləri, ümumiyyətlə, bütün ziyalıları kitabxanaları müdafiə etməyə 
başladılar. Ona görə  də müvəqqəti olsa da kitabxanalara qarşı aparılan 
kampaniya sönməyə başladı. 1993-cü ilin iyulunda Heydər  Əliyevin 
respublika rəhbərliyinə qayıdışı bu prosesi tamamilə dayandırdı. 
Bütün mədəniyyət ocaqlarının, o cümlədən kitabxanaların özəl-
ləşdirilməsi, onların binalarının başqa məqsədlər üçün istifadə olunması 
prezident fərmanı ilə qadağan edildi. Ölkədə mövcud kitabxana 
şəbəkələrinin qorunub saxlanılması  uğrunda mübarizə illəri başlandı. 
Kitabxana işi tarixində bu illər 1993-1999-cu illəri  əhatə edir. Məhz bu 
illərdə Azərbaycan dövləti keçid dövrünün hər cür çətinliyinə 
baxmayaraq, bir sıra ictimai təşkilatların kitabxana şəbəkələri istisna 
olmaqla, dövlət kitabxana şəbəkələrini qorumağa müvəffəq oldu. 
1996-cı ildə Azərbaycan Nazirlər Kabineti “Kitabxana işi haqqında” 
qərar qəbul etldi. Bu qərarda kitabxana şəbəkələrini 
 
  
 
 
 


Yüklə 2,83 Kb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   92




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə