106
Kitabxana həmçinin geniş elmi-metodik işlər aparmış, kitabxanaların
metodik təminatında yaxından iştirak etmişdir. Kitabxananın nəşr
etdirdiyi metodik vəsaitlər kütləvi kitabxanaların işinə müsbət təsir
göstərmişdir.
Müstəqillik illərində kitabxana 15 metodik müşavirə keçirmiş, 10
adda metodik vəsait və 12 adda metodik məktub hazırlayıb kitabxanalara
göndərmiş, rayon MKS-lərinə kömək göstərmək məqsədi ilə 20 dəfə
kitabxananın metodistləri ezamiyyətdə olmuşlar. Bütün bunlarla yanaşı,
müstəqillik illərində milli kitabxana informasiya cəmiyyətinin kitabxana
işinin qarşısına qoyduğu yeni vəzifələrə və tələblərə müvafiq təşkilati və
elmi-metodik iş aparmış, kitabxana işini dövrün tələblərinə uyğun
yenidən qurmaq üçün mühüm tədbirlər həyata keçirmişdir. Bu tədbirlər
içərisində kitabxana işinin kompüterləşdirilməsi kimi çox mürəkkəb bir
prosesin həyata keçirilməsi, ilk növbədə kitabxananın özünün
avtomatlaşdırılması, yeni informasiya texnologiyası ilə təmin edilməsi,
kitabxana xidmətinin informa-siyalaşdırılması üçün müasir avadanlıqlarla
təmin edilməsi vəzifələri qoyulmuşdu. Kitabxana ölkədə mövcud olan
iqtisadi çətinliyə baxmayaraq bu işi qeyri-dövlət donor təşkilatların
köməyi ilə həyata keçirməyi, bu sahədə uğurlar əldə etməyi bacardı. Belə
ki, 1998-ci ilin sonunda kitabxana USAID-in vəsaiti hesabına Avrasiya
Fondundan udduğu qrant əsasında beynəlxalq İnternet şəbəkəsinə
qoşulmuşdur. 1999-cu ilin əvvəlində isə kitabxana yenə də bu fonddan
“Kontakt qrantı” udmuşdur. Bu qrant əsasında isə kitabxananın
əməkdaşları Tbilisi kitabxanalarında olmuş və Gürcüstan İnformasiya
Mütəxəssislərinin Assosiasiyası (AİS) ilə birgə Avrasiyanın əməkdaşlıq
proqramı çərçivəsində “Cənubi Qafqaz dövlətlərinin kitabxana və
informasiya işçilərinin regional informasiya mərkəzi” adlı layihə
işləmişlər. Layihə əsasında kitabxananın 8 nəfər əməkdaşı həmin
mərkəzdə Amerika kitabxana və informasiya proqramı çərçivəsində təhsil
almışdır.
Kitabxana Açıq Cəmiyyət İnstitutunun Yardım Fondu -ACİ YF (Soros
fondu) ilə də geniş əməkdaşlıq işi quraraq, göstərdiyimiz layihələr üzrə
qrantlar udmuşdur:
- Beynəlxalq kitab mübadiləsinin genişləndirilməsi;
107
-
Çadır şəhərciklərinə kitab bağlamalarının göndərilməsi;
- Kitabxananın İnternet zalının genişləndirilməsi;
- Kitabxanada
Tədris Mərkəzinin yaradılması;
- Regional
məlumat-informasiya mərkəzlərinin yaradılması
və s.
Dövlət kitabxanası eyni zamanda bu fondların yardımı ilə müxtəlif
beynəlxalq konfransların və seminarların iştirakçısı olmuşdur. Onlardan:
- “Kitabxana Assosiasiyaları - regional əməkdaşlıq” adlı II
Cənubi Qafqaz regional kitabxana konfransı (Tbilisi, 1999, aprel).
- UNIMARC və biblioqrafik nəzarət (Tbilisi, 1999, oktyabr; Bakı,
2000, mart)
- BMT-nin materialları üzrə ümumi məlumat axtarışı və
informasiyanın əldə olunması (Moskva, 2000, may)
- YUNESKO-nun məlumat bazalarının yaradılması (Bişkek, 2000,
oktyabr)
- “Krım-2000” beynəlxalq konfransı (Sudak, 2000, iyun)
- “eIFL-direct” adlı elektron jurnallara həsr olunmuş seminar
(Budapeşt, 2001, sentyabr)
- “Krım-2001” beynəlxalq konfransı (Sudak, 2001, iyun) və s.
Bütün bunlarla yanaşı, kitabxanada kadrların yetişdirilməsi məsələsinə
də geniş yer ayrılmış, onların yeni texniki vərdişlərinin artırılması
məsələlərinə diqqət verilmiş və xarici dil öyrənilməsi üçün kurslar təşkil
olunmuşdur. Kitabxana həmçinin öz metodik mərkəz vəzifəsini həyata
keçirərək Mədəniyyət Nazirliyinin kitabxana şəbəkəsinə metodik
köməklik etmək üçün kadr hazırlığına başlamışdır.
Kitabxananın yanında 2000-ci ildə Tədris Mərkəzi yaradılmış və
kütləvi kitabxanaların işçiləri bu mərkəzdə öz ixtisaslarını artırmağa
başlamışlar. Bir il müddətində Bakı və Sumqayıtın 35 kitabxanasından
214 nəfər kitabxanaçı həmin kursları bitirmişdir. Tədris Mərkəzi eyni
zamanda respublikanın 8 rayonunda (Əli Bayramlı, Şəki, Lənkəran,
Şamaxı, Quba, Gəncə, Bərdə, Salyan) “Müasir kitabxanalar və onların
vəzifələri” mövzusunda üçgünlük zona seminarı keçirmişdir.
108
Beləliklə, M.F.Axundov adına Milli Kitabxana müstəqillik illərində
H.Əliyevin bilavasitə köməyi və qayğısı sayəsində hər cür çətinliyə sinə
gərərək öz şərəfli işini müvəffəqiyyətlə davam etdirmiş, xalqımızın
informasiya təminatına, mədəni inkişafına, intellektual yüksəlişinə,
elminə, təhsilinə, tərbiyəsinə xidmət etmiş, milli dövlətçiliyimizin
möhkəmləndirilməsində, milli ideologiyamızın formalaşmasında və
təbliğində yaxından iştirak etmişdir.
Müstəqillik illərində Mədəniyyət Nazirliyinin respublika əhəmiyyətli
sahəvi kitabxanaları: F.Köçərli adına Respublika Uşaq Kitabxanası və
C.Cabbarlı adına Respublika Gənclər Kitabxanası uşaqlara və gənclərə
kitabxana xidmətini müstəqilliyin qarşıda qoyduğu vəzifələrə uyğun daha
da təkmilləşdirmiş, yeni iş forma və üsullarından istifadə edərək xidmət
işinin keyfiyyətini yaxşılaşdırmağa müvəffəq olmuşlar.
Doğrudur, son on ildə keçid dövrünün çətinliklərini yaşayan, maliyyə
təminatı cəhətdən böyük çətinliklərlə üzləşən kitabxanaların yaşaması və
fəaliyyət göstərməsi o qədər də asan olmamışdır. Dövlət orqanlarının
ciddi qayğısı və kitabxanaçıların böyük səyi nəticəsində kitabxana işini
qoruyub saxlamaq mümkün olmuşdur.
2.3. F.Köçərli adına
Respublika Uşaq Kitabxanası
müstəqillik illərində
Xalqımızın gələcəyi olan uşaqlara kitabxana xidmətinin təşkili
sahəsində böyük təcrübəsi və xidmətləri olan F.Köçərli adına Respublika
Uşaq Kitabxanası da 90-cı illərin əvvəllərində bir çox çətinliklərlə
üzləşmişdi. Bu çətinliklər hər şeydən əvvəl kitabxananın maliy-
yələşdirilməsində və maddi-texniki bazasının möhkəmləndirilməsində
özünü göstərirdi. Kitabxananın binasını və ştat vahidlərini saxlamaq
işində böyük çətinliklər ortaya çıxmışdı. Kitabxana öz binasından
məhrum olmaq təhlükəsi qarşısında qalmışdı. gözü düşən Bəzi işbazlar
kitabxananın binasını almaq üçün cidd-cəhd göstərsələr də
respublikamızda ulu öndər H.Əliyevin hakimiyyətə gəlməsindən sonra
yaranmış ab-
hava bu işin qarşısını aldı
. Həmçinin Mədəniyyət Nazirliyi
kitabxananın ştat vahidlərini saxlamağa müvəffəq oldu
.
Dostları ilə paylaş: |