Türk dünyasının böyük oğlu



Yüklə 2,83 Kb.
Pdf görüntüsü
səhifə31/92
tarix08.10.2017
ölçüsü2,83 Kb.
#3787
1   ...   27   28   29   30   31   32   33   34   ...   92

 
97
Kitabxana işinin demokratikləşdirilməsi, milliləşdirilməsi, azərbay-
canlaşdırılması prosesində yaxından iştirak etməklə bu prosesə başçılıq 
etdi. Milli kitabxanaçılığımızın təkmilləşməsi və inkişafının elmi-nəzəri 
əsaslarının yaradılmasına, milli kitabxanaşünaslığın formalaşmasına öz 
töhfələrini verdi. Kitabxananın kollektivi kitab fondunun yeni ədəbiyyatla 
komplektləşdirilməsi, nəşr edilən yeni kitabların əldə edilməsi sahəsində 
də mühüm işlər görməyə, kitabxana işinin təkmilləşməsinə müvəffəq 
oldu. Doğrudur, 90-cı illərin əvvəllərində bu işin müvəffəqiyyətlə təşkili 
mümkün olmasa da, buraxılmış nöqsanların sonrakı illərdə aradan 
qaldırılmasına, yaranmış boşluğun doldurulmasına nail ola bildi. 
Müstəqillik illərində kitabxananın maddi-texniki bazasının 
möhkəmləndirilməsində, binaların  əsaslı  təmir edilməsində, xarici 
dillərdə  ədəbiyyatla komplektləşdirilməsində mühüm işlər görüldü. 
Xarici sərmayəçilərin köməyi ilə kitabxana binası  əsaslı surətdə  təmir 
edildi, oxu zalları yenidən quruldu, yeni oxu zalları açıldı, kitabxana 
müasir informasiya texnologiyası ilə  təmin edildi. Kitabxananın 
kompüterləşdirilməsi sahəsində ilk mühüm addımlar atıldı. Xarici 
ölkələrin Azərbaycanda olan səfirlikləri  əcnəbi dillərdə  ədəbiyyat 
fondunun təkmilləşməsinə kömək etmək məqsədilə kitabxanaya çoxlu 
kitablar hədiyyə etdilər. 
Ulu öndər Heydər  Əliyev M.F.Axundov adına Respublika 
Kitabxanasına ilk dəfə 1995-ci il iyunun 3-də Azərbaycan Qadınları Milli 
Komitəsinin, Respublika Kitab Cəmiyyətinin və ABŞ-ın “Stark 
enterprayz” firmasının təşəbbüsü ilə kitabxanada “Vətənə, dövlətə, xalqa 
sədaqət andı” miniatür kitabın təqdimat sərgisində  iştirak etmək üçün 
gəlmişdi. Sərgidə XVIII əsrdən bəri müxtəlif dillərdə  nəşr edilmiş iki 
minə  qədər miniatür kitab və prezident H.Əliyevin Respublika Dövlət 
Kitabxanasına bağışladığı 300 dən artıq kitab nümayiş etdirilirdi. 
Sərginin  əlamətdar cəhətlərindən biri də bu idi ki, prezident H.Əliyevin 
andiçmə mərasimində söylədiyi Vətənə, dövlətə, xalqa sədaqət andı olan 
nitqin miniatür şəkildə Azərbaycan, rus və ingilis dillərində nəşr edilmiş 
variantları dövlət başçısına hədiyyə edildi. 
 
  
 
 
 


 
98
Sərgi Azərbaycan “Kitab” Cəmiyyətinin sədri, Azərbaycan kitabının 
bacarıqlı  təbliğatçılarından biri, kitab həvəskarı  Zərifə Salahova 
tərəfindən hazırlanmışdı. Hörmətli prezidentimiz bu sərginin açılışına 
dəvət edilmişdi. Prezident H.Əliyevin dəvəti məmnuniyyətlə  qəbul edib 
sərgiyə  gəlməsi mərasimi daha da şöhrətləndirmiş, onun böyük mədəni 
əhəmiyyətini ön plana çəkmişdi. Ulu öndər böyük məmnunluqla sərgini 
seyr etdikdən sonra onun böyük mədəni  əhəmiyyətini qeyd etmiş, 
sərginin təşkilatçılarına öz təşəkkürünü və minnətdarlığmı bildirmiş, 
təntənəli açılış mərasimində dərin, məzmunlu nitq söyləmişdir. 
Prezident Heydər Əliyevin çıxışı mətbuatda “Xalqımız Azərbaycanın 
elmi-mədəni potensialından bundan sonra daha çox bəhrələnməlidir”
1
 
başlığı ilə çap edilmişdir. 
Ulu öndərin mühüm proqram əhəmiyyətinə malik olan bu çıxışında 
müstəqillik  şəraitində kitab və kitabxanaların yeri və  vəzifələri 
müəyyənləşdirilmiş, cəmiyyətin gələcək inkişafında onların roluna xüsusi 
diqqət yetirilmişdir. Prezidentin bu çıxışı elmi-nəzəri və fəlsəfi baxımdan 
cəmiyyətdə kitabxanaların statusunu, vəzifələrini və  gələcək inkişaf 
istiqamətlərini müəyyənləşdirən böyük elmi-metodoloji əhəmiyyətə 
malik olan bir sənəddir. 
Tarixdən məlumdur ki, dünyanın görkəmli dövlət, elm və mədəniyyət 
xadimləri kitabxanalar haqqında çox qiymətli, mühüm elmi, mədəni 
əhəmiyyət kəsb edən fikirlər söyləmişlər. Bu kəlamlar içərisində 
H.Əliyevin fıkirləri öz məzmunu və elmiliyi etibarilə çox yüksəkdə durur. 
Mübaliğəsiz demək olar ki, H.Əliyevin böyük fəlsəfi mahiyyət kəsb edən 
bu fikirləri dünya mədəniyyəti tarixində kitabxanaya verilən  ən müdrik 
kəlam, elmi və mədəni əhəmiyyətə malik olan fikirlərdir. H.Əliyev deyir: 
“Kitabxana xalq, millət üçün, cəmiyyət üçün müqəddəs bir yer, 
mənəviyyət, bilik, zəka mənbəyidir. Ona görə  də kitabxanaya daimi 
hörmət xalqımızın mədəniyyətini nümayiş etdirən amillərdən biridir. 
Mən vaxtilə bu kitabxanaya dəfələrlə  gəlmişəm. Amma bu gün 
kitabxananın astanasından keçərkən çox böyük hörmət və 
 
 
                                                 
1
  “Azərbaycan” qəzeti.-1995.- 3 iyun. 
 


 
99
ehtiram hissi duyuram. Kitabxanaya, burada çalışan insanlara hörmət və 
ehtiramımı bildirmək istəyirəm”
1

Prezidentin kitabxananı müqəddəs bir yer (ilahi qüvvəyə malik, 
toxunulmaz, sarsılmaz, pak, təmiz bir yer) adlandırması kitabxanaların 
cəmiyyətin mənəvi tərbiyəsində böyük məsuliyyət daşımasını ön plana 
çəkir. Həmçinin kitabxanaların mənəviyyat, bilik, zəka mənbəyi kimi 
xarakterizə edilməsi onun cəmiyyət qarşısındakı elmi, informasiya, 
mədəniyyət, təhsil və tərbiyə kimi çox mühüm sosial funksiyaları yerinə 
yetirmək vəzifələrini elmi cəhətdən  əsaslandırır. Bütün cəmiyyətlərdə 
kitab mədəniyyətin silahı, sivilizasiyanın bünövrəsi, biliyin mənbəyi, 
təhsil, tərbiyə  və informasiyanın  əsas aparıcı vasitəsi kimi çıxış etmiş, 
cəmiyyət üzvlərinin biliyə, zəkaya, müdrikliyə, kamala gedən yolunu 
işıqlandırmışdır. Məhz buna görədir ki, kitabı toplayan, qoruyan, 
saxlayan, əsrdən-əsrə, nəsildən-nəslə ötürən kitabxanalar həmişə ölkənin 
mədəni inkişafının  əsas göstəricisi hesab edilmişdir. Tariximizin lap 
qədim qatlarında formalaşan bu ideya ulu öndər Heydər Əliyev tərəfindən 
yüksək zirvəyə qaldırılmış, ona yeni məna və  məzmun verilmiş, 
bilavasitə xalqın ümumi mədəni səviyyəsi ilə  əlaqələndirilmişdir. Bu 
məsələni şərh edərkən H.Əliyev göstərir: “Ona görə də kitabxanaya daimi 
hörmət xalqımızın mədəniyyətini nümayiş etdirən amillərdən biridir”. 
Doğrudan da xalqımızın tarixi keçmişinə, mədəniyyət tarixinə  nəzər 
saldıqda belə bir həqiqət aşkar olur ki, Azərbaycan xalqı tarixən kitaba və 
kitabxanaya böyük hörmət etmiş, onu qoruyub saxlamışdır. Hər bir 
azərbaycanlı ailəsində kitab müqəddəs, ilahi qüvvə kimi 
qiymətləndirilmişdir. 
H.Əliyevin çıxışında dünyanın  ən qədim peşələrindən biri olan 
kitabxanaçı peşəsinə böyük hörmət və ehtiram da öz geniş  həllini 
tapmışdır. Müasir dövrdə  cəmiyyətə bilavasitə xidmət edən peşələr 
içərisində kitabxanaçı peşəsi də yüksək bir peşə kimi formalaşmış, böyük 
kitabxanaçılar ordusu yaranmışdır. Təxmini hesablamalara görə, 
Azərbaycanda 30 mindən artıq kitabxanaçı  fəaliyyət göstərir. Sadə peşə 
adamları olan kitabxanaçıların müstəqillik şəraitində cəmiyyətin  
                                                 
1
 
Heydər Əliyev. Müstəqillik yollarında.- B., 1997.III cild.-S.397. 
 
 


Yüklə 2,83 Kb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   92




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə