Türk dünyasının böyük oğlu


Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin



Yüklə 2,83 Kb.
Pdf görüntüsü
səhifə29/92
tarix08.10.2017
ölçüsü2,83 Kb.
#3787
1   ...   25   26   27   28   29   30   31   32   ...   92

 
90
2.1. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin 
kitabxana şəbəkəsi müstəqillik illərində 
 
Müstəqillik illərində Azərbaycan Respublikası 
Mədəniyyət 
Nazirliyinin dövlət kitabxana şəbəkəsi ulu öndər Heydər  Əliyevin 
misilsiz qayğısı  və köməyi nəticəsində  əhaliyə kitabxana xidmətinin 
təşkilində müstəsna rol oynamışdır. 
MDB dövlətlərindən fərqli olaraq Azərbaycanda bir dənə  də olsun 
dövlət kitabxanasının bağlanmasına icazə verilmədi. Kitabxanalar keçid 
dövrünün çətinliklərinə baxmayaraq, dövlət büdcəsindən 
maliyyələşdirilməyə başlandı. Doğrudur, kitabxana işinə ayrılan vəsait 
olduqca az olduğundan bu vəsaitlə kitabxanaların maddi-texniki bazasını 
möhkəmləndirmək, yeni kitablarla təchiz etmək mümkün olmasa da, 
kitabxanaları tam vahid kimi saxlamağa imkan yaratdı. 
Keçid dövründə kitabxanaların qarşısında çox mühüm və mahiyyətcə 
tamamilə yeni vəzifələr qoyulmuşdu. Bu vəzifələr sırasında kitabxana 
işinin demokratikləşməsi, milliləşməsi və azərbaycançılıq kimi böyük 
elmi-nəzəri və ideoloji əhəmiyyətə malik olan vəzifələr ön plana 
çəkilməli idi. 
Kitabxanalar qısa müddət içərisində ləngimədən müstəqil Azərbaycan 
dövlətçiliyinin möhkəmlənməsinə, dövlətin daxili və xarici siyasətinin 
təbliğinə, erməni faşizminə qarşı insanların səfərbər edilməsi ideyalarının 
təbliğinə başladılar. Dövlətçiliyimizin möhkəmləndirilməsi, milli 
ideologiyanın yaranması  və  təbliği kitabxana işinin  əsas mahiyyətini 
təşkil edirdi. Kitabxana fondunun təkmilləşməsində,  ədəbiyyatın 
təbliğində milli ədəbiyyat fondunun yenidən təşkili, tarixi soykökümüzə
adət-ənənələrimizə qayıdış ön plana çəkilirdi. Xalqımızın azərbay-
cançılıq, vətənpərvərlik, respublikamızda yaşayan bütün millətlərin, 
xalqların dostluq və qardaşlığı ruhunda tərbiyə edilməsinə xüsusi diqqət 
yetirilirdi. 
Ulu öndər Heydər  Əliyev məruzə  və  çıxışlarında, başqa  əsərlərində 
yeni azad Azərbaycan cəmiyyətinin, bazar iqtisadiyyatına keçid 
prosesinin elmi-nəzəri və ideoloji əsaslarının hazırlanması, 
azərbaycançılıq ideyalarının formalaşdırılması yeni cəmiyyət quruculu-
ğunda iştirak edən bütün ziyalılarımızın yolunu 
 
  
 
 


 
91
işıqlandırırdı. Heydər Əliyevin elmi-nəzəri və mədəni irsindən bacarıqla 
istifadə edən və onu dönmədən təbliğ edən Azərbaycan kitabxanaçıları 
kitabxana işinin demokratikləşməsində böyük uğurlar əldə etdilər. Məhz 
Heydər  Əliyevin qayğısı sahəsində Azərbaycan kitabxanaları böyük 
uğurlar əldə etməyə müvəffəq oldular. 
1994-cü ildən başlayaraq dövlət kitabxana şəbəkəsinin ma-
liyyələşdirilməsinə diqqət artırıldı. Beləliklə  də dövlət kitabxanalarının 
bağlanması  təhlükəsi aradan qalxdı. Doğrudur, kitabxanalara ayrılan 
vəsait onların yeni ədəbiyyatla komplektləşdirilməsinə, avadanlıq 
alınmasına, binalarının təmir edilməsinə çatmırdı. Mədəniyyət Nazirliyi 
bu çətinlikləri aradan qaldırmaq, kitabxanaların işini təşkil etmək üçün 
yerli dövlət orqanla-rı ilə birlikdə tədbirlər görür, kitabxanaları kitablarla 
və avadanlıqla təmin edirdi. 
Müstəqillik illərində Azərbaycan Mədəniyyət Nazirliyi kitabxana 
işinin yaxşılaşdırılması sahəsində xeyli iş görmüşdü. Kitabxanaların 
fondu ideoloji cəhətdən lazımsız olan ədəbiyyatdan: marksizm-leninizm 
klassiklərinin  əsərlərindən, Sov.İKP tarixinə dair əsərlərdən, hər cür 
siyasi makulaturadan azad edildi. Kitabxanaların milli ədəbiyyatla təmin 
edilməsi üçün şərait yarandı. Hər cür çətinliyə baxmayaraq, xidmət işində 
yeni iş forma və üsullarından istifadə edilməklə oxucuların sayı 
azalmaqdan qorundu. Doğrudur, kitabxanalara yeni ədəbiyyat 
alınmadığından oxucular buraya az gəlməyə başlamışdılar. Bu da özünü 
kitabxanalarda kitab dövriyyəsinin azalmasında göstərirdi. 
Mədəniyyət Nazirliyinin kitabxana şəbəkəsində  əsas yeri rayon 
mərkəzləşdirilmiş kitabxana sistemləri tuturdu. Zamanın sınağından 
keçmiş bu sistem müstəqillik illərində  də özünü tamamilə doğrultdu. 
Kənd yerlərində Azərbaycan mədəniyyətinin dayaq bazası kimi kənd 
əhalisinə kitabxana xidmətinin təşkilini uğurla apara bildi. Xüsusilə keçid 
dövrünün çətinliyi  şəraitində  kənd kitabxanalarını qoruyub saxlamaq və 
yeri gəldikcə onların işini yaxşılaşdırmaq mümkün oldu. 
1990-cı ildə respublikamızda 68 mərkəzləşdirilmiş sistem və onların 
4605 filialı var idi. Bu kitabxanaların fondunda 45,3 milyon kitab  


 
92
saxlanılırdı. Kitabxanalar 6386 min oxucuya xidmət edirdi. Sevindirici 
haldır ki, ölkəmizdə baş verən böyük iqtisadi, siyasi çətinliklərə 
baxmayaraq bu kitabxanalar qorunub saxlanılmaqla  əhaliyə xidmət işini 
müvəffəqiyyətlə davam etdirmişlər. 
Bu dövrdə kütləvi kitabxanalarla yanaşı, uşaq kitabxanaları da öz 
fəaliyyətini dayandırmamış, uşaqların təhsil və  tərbiyəsində yaxından 
iştirak etmişdir. Bu çətin  şəraitdə  Mədəniyyət Nazirliyinin respublika 
əhəmiyyətli kitabxanaları - M.F.Axundov adına Respublika Milli 
Kitabxanası, F.B.Köçərli adına Respublika Uşaq Kitabxanası, C.Cabbarlı 
adına Respublika Gənclər Kitabxanası oxuculara kitabxana xidmətini 
təşkil etməklə yanaşı, dövlətin kitabxana siyasətinin hazırlanması  və 
həyata keçirilməsində, kitabxanaların metodik təminatında yaxından 
iştirak etmişlər. 
Ulu öndərin on ildə  mənəvi sərvətimiz olan kitabxanalara qayğısını, 
respublikanın bütövlükdə kitabxana sisteminin və şəbəkələrinin qorunub 
saxlanması sahəsində böyük çətinliklə olsa da həyata keçirdiyi tədbirləri 
gündəmə  gətirmək, onu qiymətləndirmək üçün kitabxana işinin keçdiyi 
yola qısaca olaraq nəzər salaq. 
Respublikamızda  ən böyük kitabxana şəbəkəsinə malik olan nazirlik 
Mədəniyyət Nazirliyidir. Dövlət kitabxanasına rəhbərlik edən bu nazirlik
həmçinin kitabxana işi sahəsində dövlət siyasətinin formalaşmasında 
yaxından iştirak etməklə kitabxana sisteminə elmi-metodik təminatın 
təşkilində mühüm işlər görür. Hazırda Mədəniyyət Nazirliyi sistemində 1 
milli kitabxana, 3 respublika əhəmiyyətli sahəvi kitabxana, 74 şəhər və 
mər-kəzi rayon kitabxanası, 3744 kənd kitabxanası  fəaliyyət göstərir. 
Orta hesabla əhalinin hər 700 nəfərinə bir stasionar kitabxana düşür. 
Kitabxanaların fondunda 35,9 milyon nüsxə kitab (sənəd) toplanmışdır. 
Bir il ərzində kitabxanalara 121,76 nüsxə kitab, 22 min nüsxə audiovizual 
sənəd daxil olmuşdur. Bu ədəbiyyatın 101,18 nüsxəsini Azərbaycan 
dilində ədəbiyyat təşkil etmişdir. 
Bu rəqəmlərdən göründüyü kimi, iqtisadi çətinliyə baxmayaraq 
kitabxanaların fəaliyyətini davam etdirməsi üçün dövlət 
 
  
 
 
 
 


Yüklə 2,83 Kb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   92




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə