Türk dünyasının böyük oğlu



Yüklə 2,83 Kb.
Pdf görüntüsü
səhifə27/92
tarix08.10.2017
ölçüsü2,83 Kb.
#3787
1   ...   23   24   25   26   27   28   29   30   ...   92

 
84
qoruyub saxlamaq və  əhaliyə xidmət işini yaxşılaşdırmaq üçün 
Azərbaycan Mədəniyyət Nazirliyinin qarşısında ciddi vəzifələr 
qoyulmuşdu. Qərarın keçid dövründə kitabxanaların qorunub 
saxlanılmasına xeyli kömək göstərdiyini söyləsək, səhv etmiş olmarıq. 
Bu dövrdə dövlətin kitabxana sahəsində apardığı siyasətin mühüm 
sahələrindən birini kitabxanaların maliyyələşdirilməsi tuturdu. Ölkədə 
hökm sürən maliyyə böhranına baxmayaraq, dövlət kitabxanaların 
saxlanılmasına və kitabxana işçilərinin əmək haqqının verilməsinə ayrılan 
vəsaiti qoruyub saxlaya bildi. Bu, kitabxana şəbəkələrinin qorunub 
saxlanılmasını  təmin etdi. Doğrudur, 1990-cı illərin ilk dövründə 
kitabxana fondunu komplektləşdirmək və yeni kitablar almaq üçün 
vəsaitin ayrılmaması kitabxana işinə çox mənfi təsir etdi. Kitabxanalar öz 
oxucularının müəyyən hissəsini itirdi. Əhaliyə kitabxana xidməti 
acınacaqlı  vəziyyətə düşdü. Bir çox kitabxana binalarının  əllərindən 
alınması, kitabxanaların namünasib binalara köçürülməsi kampaniyası 
başlanmışdı. Kitabxanaların başının üstünü qara kabus almışdı. Ancaq 
1990-cı illərin ikinci yarısından başlayaraq kitabxanalar mövcud şəraiti 
qiymətləndirməyə, çətin vəziyyətdən çıxmağa, yaşamaq uğrunda 
mübarizəyə başladılar. Nəticə etibarilə kitabxanalar yerli büdcələrin, icra 
başçılarının ayırdığı  vəsait, ayrı-ayrı xeyirxah kitab müəlliflərinin 
bəxşişləri, xeyriyyəçilərin köməyi və xarici qeyri-hökumət təşkilatlarının 
ayırdığı qrantlar hesabına yeni kitablar əldə etməyə nail oldular. 1998-ci 
ildən başlayaraq dövlət büdcəsində kitabxanalara yeni kitablar almaq 
üçün vəsaitin nəzərdə tutulması  və onun ilbəil artırılması  əhaliyə 
kitabxana xidmətinin təşkili işini xeyli yaxşılaşdırdı. Ölkəmizdə özəl 
müəssisələrin yaradılması ilə əlaqədar olaraq yeni özəl kitabxanalar təşkil 
edilməyə başladı. Xüsusilə  təhsil sahəsində özəl təhsil kitabxana 
şəbəkəsi, ali və orta ixtisas məktəbləri kitabxana şəbəkəsi formalaşmağa 
başlamışdı. 
Çətinliklə və zəif olsa da ayrı-ayrı nazirliklərin, idarə və müəssisələrin 
kitabxanalarında informasiya texnologiyası artmağa, kitabxanalar 
tədricən kompüterləşdirilməyə, respublikamızın bir çox elmi 
kitabxanaları internetə qoşulmağa başladılar. 
 
  
 
 
 
 


 
85
Beləliklə, müstəqillik dövründə baş verən hadisələr dövlətimizə 
kitabxana işi sahəsində yeni, müstəqil, demokratik siyasət yeritməsi üçün 
şərait yaratdı. Müstəqil, suveren, dünyəvi, demokratik, hüquqi 
Azərbaycan dövlətinin kitabxana işi sahəsində siyasəti formalaşmağa və 
cəmiyyətdə özünə yer tutmağa başladı. 
Siyasət müasir şəraitdə  və  gələcəkdə bu və ya digər vəziyyəti 
əvvəlcədən müəyyən edən müxtəlif baxışlar, fikirlər, alternativlərdən  ən 
önəmlisidir. Bu siyasəti yaradanlar isə bu işin sükanı arxasında dayanan, 
qabaqcıl ideyaları  mənimsəyən, həyatını  həsr etdiyi işə bağlayan, onun 
vacibliyinə, bəşəriyyətə xeyir verdiyinə inanan yüksək elmi, intellektual 
peşə  səviyyəsinə malik olan insanlar qrupudur. Belə insanlar iş 
prosesində özləri birləşir, təşkilatlanır, ümumdövlət, ümumxalq işinin 
dayağına, aparıcı qüvvəsinə çevrilirlər. Məhz belə insanlar bu və ya başqa 
sahədə dövlət siyasətini müəyyənləşdirirlər. Siyasət bir və ya bir qrup 
insan tərəfindən deyil, böyük insanlar qrupu tərəfindən müəyyənləşdirilir. 
Məhz onlar dövlət idarə orqanlarının həyata keçirdikləri bütün 
hərəkətlərin, siyasi baxışların əsasını müəyyən edirlər. 
Beləliklə, kitabxana işi sahəsində dövlət siyasəti çox mürəkkəb ictimai 
bir fenomendir. Öz ideoloji, sosial və siyasi əhəmiyyətinə görə müstəsna 
əhəmiyyətə malik olan bir hadisədir. Dövlət kitabxana siyasəti mürəkkəb, 
çoxtərəfli, çoxsəviyyəli, çoxşəkilli, çoxqütblü, çoxkomponentli, 
çoxsubyektli və çox obyektlidir. 
Məlumdur ki, SSRİ məkanında olduğu kimi, Azərbaycanda da “dövlət 
kitabxana siyasəti” məfhumu yox idi. Bu dövrdə “kitabxanalara 
rəhbərlik” məfhumu var idi. Totalitar rejimdə siyasət də partiya 
rəhbərliyinə tabe edilmişdi. Müstəqillik əldə edildikdən sonra cəmiyyətin 
bütün sahələrində baş verən demokratikləşmə prosesi öz təsirini 
mədəniyyətin bütün sahələrinə, o cümlədən də kitabxana işinə göstərdi. 
Kitabxana işi sahəsində böyük demokratikləşmə işi başlandı ki, bu da öz 
növbəsində kitabxana işi sahəsində dövlət siyasətinin hazırlanmasını tələb 
edirdi. Bu siyasətin hazırlanması  və formalaşmasında sosioloqlar və 
politoloqlarla yanaşı, kitabxanaşünaslar da yaxından iştirak edir,  


 
86
kitabxana işinə dair qərarların, konsepsiyaların, qanunların 
hazırlanmasına yardımçı olur, cəmiyyət həyatını öyrənmək üçün geniş 
elmi-tədqiqatlar aparırdılar. Artıq kitabxanaşünaslar içərisində kitabxana 
politoloqları yetişməyə başlamış, kitabxana politologiyasının  əsası 
qoyulmuşdur. Dövlətin kitabxana işi sahəsində siyasətinə dair yazılar 
meydana çıxmış, tədqiqatlar aparılmağa başlanmışdır. Müstəqil 
Azərbaycan dövlətinin həyatı yeniliklərlə, iqtisadiyyat, elm və 
mədəniyyət sahəsində böyük müvəfəqiyyətlərlə doludur. Köhnə nə varsa 
yavaş-yavaş dağılmış, hiss edilmədən, gözə görünmədən yeni proseslər 
başlamış, yeni keyfiyyətlər baş vermişdir. Bütün bunlar kitabxana işi 
sahəsində dövlət siyasətinin hazırlanması üçün baza, məhək daşı 
olmuşdur. Müstəqil Azərbaycan dövlətinin kitabxana işi sahəsində 
siyasəti formalaşmışdır. Bu siyasət dünyanın qabaqcıl ölkələrinin 
kitabxana siyasətindən, ümumbəşəri dəyərlərdən bəhrələnən, müasir 
dövrün mahiyyətcə yeni olan ideyaları ilə silahlanan, gələcəyə baxan, 
perspektiv inkişafı təmin edə bilən bir siyasətdir. Kitabxana işi haqqında 
dövlət siyasətini formalaşdırmaq üçün yeni təfəkkür tərzi ilə düşünən 
insanların dünya baxışını analiz və sintez əsasında nəzərdən keçirib təhlil 
etmək, xalqımızın mədəniyyət, kitab və kitabxana tarixi ənənələrindən 
istifadə etmək, milli mentalitetimizə, soykökümüzə uyğun  ənənələri 
ortaya çıxarıb ümumiləşdirmək  əsasında hazırlamaq zəruridir. Belə 
siyasət keçmişi nəzərə almaqla müasirliyin bütün mütərəqqi tələblərini 
təmin edir, gələcək istiqamətləri müvəffəqiyyətlə müəyyənləşdirir. 
Müasir  şəraitdə kitabxana işi sahəsində dövlət siyasətini müəy-
yənləşdirərkən respublikamızda  əldə edilmiş müstəqilliyin xalqımıza 
bəxş etdiyi milli dövlətçiliyimizin, milli ideologiyamızın, azadlıq və 
demokratiyanın nailiyyətini son illərdə ölkənin həyatında baş verən 
iqtisadi, sosial, mədəni və  təhsil sahəsindəki dəyişiklikləri, milli 
soykökümüzə qayıtmağımızı, milli mentalitetimizin möhkəm-
ləndirilməsini, ümumiyyətlə, müstəqil, suveren Azərbaycan cəmiyyətində 
baş verən bütün dəyişikliklərin inkişaf qanunauyğunluqlarını  nəzərə 
almaq lazımdır. Axı ötən illər dövlət tamam başqa cür olub, cəmiyyət 
hələ tam aydın olmayan, ancaq əvvəlkindən tamamilə  fərqlənən başqa 
yolla, başqa qanunauyğunluqlarla inkişaf edir.  


Yüklə 2,83 Kb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   92




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə