Türk folkloru dünya alimlərinin gözü ilə



Yüklə 2,31 Mb.
Pdf görüntüsü
səhifə34/78
tarix25.07.2018
ölçüsü2,31 Mb.
#58828
1   ...   30   31   32   33   34   35   36   37   ...   78

100 
 
Tarixi baxımdan XVIII əsrin birinci yarısında formalaşdığı irəli 
sürülən  bu  əsərin  bir  çox  variantı  vardır  ki,  bunlar  arasında  ən 
önəmlisi  Xodzkonun  İran  Azərbaycanındakı  türklər  arasından 
toplamışdır. Koroğlu Mirzə Şərəfin oğludur. Bu adam krala layiq 
olmayan Amu-Dərya sularındakı ayqırdan doğulan tayları hədiy-
yə  etdiyi üçün Türküstanlı Sultan Murad tərəfindən kor edilmiş-
dir.  Atasının  tövsiyəsi  ilə  Koroğlu  iki  taydan  birini  əhlilləşdirir. 
Çox sürətli at olan Qıratı Dəli Həsən ilə dost olur və onunla türk 
torpaqlarına yürüş edir. Sonra 777 atlı ilə birlikdə Eyvazı öz yeri-
nə qoyur. Sonda Şah Abbasın iki vəziri tərəfindən öldürülür. Ko-
roğlu  da  tuka  tayfalarına  mənsub  türkməndir;  adına  ithaf  edilən 
dastanda  dağlar  çox  yüksəkdir.  Erkək  heyvanlar  qurban  edilir. 
Çılpaq olanlar geyindirilir, acların qarnı doyuzdurulur. Çətin za-
manlarda Qırata minən Bozatlu Hızır görünür. Koroğlu da «Dədə 
Qorqud»dakı Qazan bəy və digər qəhrəmanlar kimi yalançı igid-
dir. Böyük bir mücadilədən əvvəl üç gün yatır, sərxoş olur. Bığla-
rı o qədər uzundur ki, ənsəsinə çatır və burulur
1

Türklərin İran Azərbaycanı ilə Şərqi və Cənubi Anadoludakı 
başqa ənənəvi dastansayağı romanın və məhəbbət dastanının daha 
geniş  yayıldığı  yer olmaqla  yanaşı, «Dədə  Qorqud hekayələri»n-
dəki mühitdən uzaqdırlar. Daha çox ərəb və İran hekayə tərzinin 
təsirindədir:  «Danişməndnamə»  (XIV-XV  əsr  məhsulu  olub  XI 
əsrdə Anadoludakı Səlcuq fəthlərinin əfsanəvi hekayəsidir): «Bat-
talnamə»  (XIV-XV  əsr  məhsuludur.  Ərəblərin  bizanslılar  ilə  cə-
nub sərhədlərində apardığı müharibələrin tarixi mühiti)
2
. «Şah İs-
                                                
Bu, bizə II və V hekayələrdəki Uruz ilə Dəli Domrulun sözlərini xatırla-
dır. Toros bölgəsində XIX əsrdə yaşayan türkmən xalq şairi Dadaloğlu da bir 
baxımdan  «Dədə  Qorqud  hekayələri»nin  mübaliğəli  şərhini  xatırladır.  Adı 
türk dilində olan və 1945-ci ildə yayınlanan məktəb kitabının 93-cü səhifəsi. 
1
 P.N.Boratav. Köroğlu Destanı. İstanbul, 1931; Chodzko. Specimens of 
popular Poetry of Persia. London, 1842. 
2
H.Ethenin  tərcüməsi,  1871.  «Battalnamə»  ilə  «Dədə  Qorqud  kitabı» 
arasında bəzi bənzərliklər mövcuddur: yuxuda olan qəhrəman Seyid Battalın 
düşmənlərin hücumuna uğraması, qızlarla mücadilələr və s. Lakin bütövlükdə 


101 
 
mayıl ilə Gülzar»
1
, «Kərəm və Qərib»

və s. «Dədə Qorqud heka-
yələri»nin ahəngi ədəbi olmaqdan daha çox saf, xalq ruhunda ola-
raq Hz.Məhəmməd, Hz.Əli və oğlanlarının apardığı mübarizələri 
müşahidə edən aşıqlar sadə xalq təxəyyülündə inkişaf etdirdikləri 
dastanlarda görünür. Məsələn, Məhəmməd Hənəfi Cənginin dəfə-
lərlə ərəb və latın hərfli daşbasma üsulu ilə yayınlanan Hz.Əlinin 
oğlanlarına həsr olunan dastansayağı hekayəsinin adı çəkilə bilər. 
Ərəb xalq hərb ədəbiyyatı ilə «Bəni-Hilalın ətrafı» hekayə-
lərinin oxşar cəhətlərini təhlil etmək vacibdir. 
Türk  və  ərəb  dünyasından  başqa,  ən  böyük  oxşarlıq  (İran 
ədəbi xalq ənənələrindən başqa, «Dədə Qorqud hekayələri»ndə-
ki  təsirləri  hələ  tədqiq  olunmamışdır)  Bizans  tarix  və  mədəniy-
yət  sahəsi  ilə  müqayisə  edə  bilərik.  «Dionis  Akrit»  dastanı  bir 
ərəb ata və yunanlı anadan (yəni Digenis) doğulan bir qəhrəma-
nın  Orta  Fəratdakı  sərhəddə  müsəlman  ərəblər  ilə  (Akrai,  yəni 
Akrit)  döyüşlərindən  bəhs  edir.  Türkcə  «Battalnamə»  ilə  olan 
əlaqəsindən başqa,  «Dədə Qorqud hekayələri»nin üslub və mü-
hitini  də  xatırladır.  Qəhrəmanın  qarşısındakılar  türk  igidlərinə 
bənzəyir. Müxtəlif adlar daşıyan ata qarşı sevgi də eynidır: Mau-
ros ərəb, daios dorudur. Atlı öz atı ilə danışır. Divlərlə döyüşün 
və  müharibənin təsvirləri çox müşahidə olunur. «Tas dinas klei-
suras»  (Τàς δεινàς  χλεισουρας) adlanan  qorxunc  keçidlər  «Dədə 
Qorqud»dakı  Qara  Dərbəndə  bənzəyir.  Tanrının  birliyi  üçün  bir 
barmaq qaldırmaq və döyüşdə aman diləmək, bir ərəb adəti kimi 
qələmə  verilir
3
.  Dionis  Akritin  yurdu  Lakopetra

Qazan  bəyin 
                                                                                                     
bir-birlərindən fərqlidirlər. 
1
 H.A.Fischer. Schah İsmajil und Gülzar. Leipzig, 1929. 
2
  N.Sami  Banarlı.  Ahmedi.  Türkiyat  Mecmuası,  VI,  1936-1939,  s.177-
285.  «Dədə  Qorqud  hekayələri»ndən  6-cısında  XIV  əsr  şairi  Əhmədinin 
«Cəmşid və Xurşud» adlı əsərində bənzərliklər aşkarladı. Lakin buna baxma-
yaraq, bu müəlliflər xalq şairi deyildir. 
3
 Kolonaros nəşri, Atina, 1941, 391 v. «Battalnamə»də də vardır. 
4
Kolonaros nəşri, 680  v., 671-ci misrada bu qəribə  bənzərlik gözə  çarpır. 
Dədə  Qorqudun  danışdığı  3-cü  hekayədəki  bir  cümlədə  Dəli  Qarcardan  bəhs 


102 
 
yurdu Ağca qalanı xatırladır (lakin qeyri-müəyyən bir yer adının 
bənzərliyi  üzərində  israr  etmək  istəmirəm).  «Dədə  Qorqud»dakı 
hekayələrin hamısının sonunda görünən həyatın sonu fikri bizans-
lı qəhrəmanın dastanının sonunda da müşahidə edilir. 
Şərqi Anadoludakı formalaşan bu orta əsr Bizans və türk das-
tanının bənzərlikləri S.Kiriakidis, H.Qreqori və başqaları tərəfin-
dən  araşdırılan  «sərhəddəki  əskərlərin  dastan  şərqiləri»nin  («ta 
akritaika tragudia və ya akritika asmata») tədqiq edilməsi ilə mey-
dana  çıxır.  Yuxarıda  VIII  hekayəni  təhlil  edərkən  «Armuropulo 
və  ya  Armurisin  oğlu  şərqisi»  bir  variant  kimi  Kıbrıs  adasında 
«Asquris şərqisi» kimi tanınır. «Dədə Qorqud»dakı «mərə» nidası 
Bizans dastanlarındakı Μωρε (mori) sözünün qarşılığıdır
1
. «Dədə 
Qorqud» qəhrəmanlarına verilən «evren» «əjdər» adı eyni şərqi-
lərdəki  «drakon»u  yada  salır
2
.  «Dədə  Qorqud»un  mətnində  rast 
gəldiyimiz «göndər» yunan dilindəki «contari» sözündən gəlir
3

Türklər və yunanlar uzun əsrlər (yalnız döyüş vəsiləsi ilə de-
yil) Anadoluda bərabər yaşadıqları üçün bu bənzərliklərə  heyrət-
lənməməliyik.  Anadoludakı  türk  hekayələrində  rast  gəlinən  Me-
leaqr
4
 mifi dolayısı ilə S.Kiriakidis (Laografia, XI, s.272) Anado-
ludakı  bu  yunan  təsirinin  bir  çox  hekayədə  görülməsi  təsadüfi 
bənzərlik deyil, Bizans İmperatorluğu dövründəki yunan müğənni 
və  musiqişünaslar vasitəsi  ilə  xalq arasına  yayıldığını göstərmiş-
dir
5
.  Bəlkə  Trabzon tarixinin  də  türk  fəthindən  əvvəl  və  sonrakı 
dövrləri  ilə bağlı  bəzi şəxsləri də tapa bilərik
6
.  V.Bartold (ZVO, 
                                                                                                     
edərkən bu müqayisə diqqəti çəkir: tov badion kavallikene kai ton dagallon sure. 
1
 Byzantin, XIII, 1938, s.250. 
2
 H.Grégoire. Nouvelles chansons épiques de IX
e
 et X
e
 siècles. Byzan-
tion, XIV, 1939, s.253. 
3
 Yuxarıya və RSO, XXV, 1950, s.40-a baxın. 
4
  Yunan  mifologiyasında Etoliya  qəhrəmanıdır.  O,  eyni zamanda  Kali-
don çarı Oyneyanın və həyat yoldaşı Alfeyin oğludur
 – Q.
Şəhriyar
.
 
5
  Eyni  zamanda  bu  əsərə  bax:  J.Th.Kakridis.  Homeric  Researches. 
Lund, 1949, s.217 və s. 
6
 I.P.Eleutheriadis. Historikon Skediasma peri tis eperkias Haldias. Ati-
na, 1903. O bölgədəki akritik nəğmələrindən bəhs edərkən türk dilinə keçmiş 


Yüklə 2,31 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə