Türk folkloru dünya alimlərinin gözü ilə



Yüklə 2,31 Mb.
Pdf görüntüsü
səhifə42/78
tarix25.07.2018
ölçüsü2,31 Mb.
#58828
1   ...   38   39   40   41   42   43   44   45   ...   78

124 
 
LUİ BAZEN (1920-2011) 
 
Lui  Bazen  1920-ci  ildə  Fransanın  Kan  əyalətində  dünyaya  gəl-
mişdir.  Paris  Ali  məktəbində  (École  Normale  Supérieure  de  Paris) 
təhsil almış, 1943-cü ildə buradan məzun olmuşdur. Fransız Siviliza-
siya və Dillər İnstitutunda çalışmağa başlamış, 1957-ci ildə professor 
ünvanını  almışdır.  1950-ci  ildən  etibarən  Ali  Tədqiqatların  Tətbiqi 
Məktəbinə  (École  Pratique  des  Hautes  Études)  rəhbərlik  edən  alim 
1980-ci  ildə  isə  Sorbon  Universitetinin  professoru  adını  almışdır.  O, 
1990-cı  ilə  –  təqaüdə  çıxana  qədər  burada  çalışmışdır.  Lui  Bazen 
2011-ci ildə dünyasını dəyişmişdir. 
Lui Bazenin təqdim etdiyimiz bu məqaləsi «Discussion Etimologi-
que UAJ» (Ural-Altaische Jahrbucher, 31, 1964, s.277-283) məcmuə-
sində  «Le  Nom  propre  d’homme  «Korkut»  adı  ilə  dərc  olunmuş  və 
Fikrət Türkmənin yayınlanmaqda olan «Dədə Qorqud kitabı» araşdır-
maları» (çevirənlər professor Fikrət Türkmən və Kamal Boz) kitabın-
dan götürülmüşdür. 
 
«QORQUD» XÜSUSİ İSMİ ÜZƏRİNDƏ  
ETİMOLOJİ MÜBAHİSƏ 
 
«Türk  xalqlarında  əmr  şəkilli  (feilin  əmr  şəkli  nəzərdə  tu-
tulur – Q.Şəhriyar) insan adları» (Acta Orient. Hung., XV, 1-3, 
1962)  mövzusu  üzərində  materiallara  söykənən  və  son  dərəcə 
yaxşı  hazırlanmış  yeni  bir  məqalədə  L.Rasoni  türklərdə  əmr 
şəkilli adların sıx istifadə olunduğunu açıq şəkildə göstərmiş, bu 
adları topladığı uzun siyahısında kişi adı kimi Qorqud/Korkut da 
göstərilmiş və bunu Qorqud – «erschvecken» (adı çəkilən məqa-
lə, s.240) əmr şəklində izah etmişdir. Bu izah bugünkü türklərin 
dilçilikdəki  izahına  da  uyğun  gəlir.  Təsadüfən  qarşıma  çıxan 
başqa bir fərziyənin məni şübhələndirdiyi ana qədər mən də bu 
fikirdə  idim.  S.F.Akabirov,  Z.M.Maqrufov  və  A.T.Xonzaxano-
vun «Rusca-özbəkcə lüğət»inin (Özbəkistan Sovet Elmlər Aka-
demiyası,  Moskova,  1959)  637a  səhifəsində  (eyni  zamanda 
s.638a) kur-kut  (=qorqud) ifadəsinin  «mal-mülk, sərvət, xəzinə, 


125 
 
hissə»  mənalarına  və  ayrıca  «atadan  kalgan  kur-kut:  atadan 
qalan  sərvət»  və  yenə  «kur-kut  bulmak»  (=kork-kut  bolmak: 
«toplamaq», zənginlik, pul, sərvət) ifadələrinə rast gəldim. 
Qorqudun  və  xüsusilə  də  məşhur  oğuzların  müdrik  şəxsi 
olan  Dədə  Qorqudun,  ya  da  Qorqud  Atanın  missiyası,  görəsən, 
«qorxutmaq»  idi,  yoxsa  bir  «müdriklik  xəzinəsi»  idi?  Bu,  bizə 
maraqlı mübahisəyə vəsilə olacaq bir mənbə kimi göründü. Bu-
nu çox dəyərli polyak türkoloq Ananiy Zayonçkovskiyə (1903-
1970) hörmət və ehtiramla təqdim edirik. 
Əvvəlcə tarixi hadisələrə nəzər salaq. L.Rasoni Qorqud adı 
haqqında ən əski sənədin 1156-cı ilə aid olduğunu bildirir. Bura-
da  Ravəndi  (827-911)  və  əl-Bəndəri  bir  oğuz  əmirindən  bəhs 
edirlər.  XIV  əsrin  əvvəllərində  Rəşidəddin  ilk  dəfə  əfsanəvi 
oğuz şairi Qorquddan söz açır. Bu şair Türkiyədə XVI əsrə aid 
iki  əlyazması  ilə  tanınan  «Kitabi-Dədə  Qorqud»  qəhrəmanına 
bənzəyir. 
1482-ci ildə II Bəyazidin oğlu şahzadə Mehmet Qorqud bu 
adı daşıyır. O da şairdir və 1512-ci ildə vəfat etmişdir. Qorqud, 
eyni  zamanda  1538-ci  ildə  Fülək  Sancaq  bəyinin  də  adıdır 
(L.Rasonyi, Le.). Osmanlı İmperiyasının da hakimiyyəti illərin-
də  mövcud olan bu ad  bu gün  müasir  yazılışı  ilə  «Qorqud/Kor-
kut» şəklindədir; Türkiyədə  geniş  yayılmışdır  və  əfsanəvi Dədə 
Qorqudun xatirəsini yaşadır. Diqqəti cəlb edən digər misallardan 
biri də oğuzların məkanından kənarda yenə Rasonyinin bəhs et-
diyi Qorqud-Bay adlı qazaxdır. 
Qorqud adının dəqiq  mənasını  araşdırmaq  lazım  olarsa,  bu 
əfsanəvi  insanın  obrazı  XVI  əsrdə  yazıya  alınan  «Kitabi-Dədə 
Qorqud»da olan çoxsaylı məlumatın işığı altında incələnməlidir. 
Halbuki  kitabın  hələ  ilk  sətirlərində  söyləyici  Qorqud  Atanın 
təhsil  görmədən  bilgi  sahibi olması  və  vəhy  yolu  ilə  öyrənməsi 
üzərində  israrla  durur:  «Bu  adam  oğuzların  böyük  müdriki  idi. 
Nə söyləsə, reallaşırdı. Naməlum (qaranlıq) dünyadan xəbər ve-
rirdi. Uca Tanrı onun qəlbinə vəhy yolu ilə yetişirdi». Hamının 


126 
 
məsləhət  aldığı  müdrik  və  qeybdən  xəbər  verən  şair  kimi  Qor-
qud Ata hər kəsin qorxduğu insandan çox «müdriklik xəzinəsi» 
olaraq  qəbul  edilirdi.  Onda  əsla  döyüşçü  xarakteri  müşahidə 
edilmir.  Ən  pis  rəqibinin  belə  öhtəsindən  gəlməsi  fiziki  şiddət 
göstərməsi ilə deyil, hər zaman zəkası və mənəvi gücü ilə realla-
şır. Məsələn, Dəli Qarcarla olan davasında (Bamsı  Beyrək epi-
zodu) xüsusilə  müdafiədə  qalır, Qarcar onu təhdid  edəndə  belə 
qaçmağa tərəddüt etmir. Qorqud Ata onsuz da silah daşımır, o, 
ancaq Tanrıya  yalvarır. Tanrı onun  yalvarışlarını  eşidərək təca-
vüzkarın  qollarını  havada  sabitləşdirir  və  ya  hiylə  ilə  qoruyur 
(Qarcarı  birə  dolu  bir  qoyun  tövləsinə  aparır).  «Kitab»ın  əvvə-
lindən  sonuna  qədər  Dədə(m)  Qorqud  bir  qorxu  mənbəyi  kimi 
deyil, zəka və təmiz ürəkli bir müdrik, ilahi ilhamla qidalanan və 
dəyərli  öyüdlər  verən,  söz  söyləməkdə  ustad  olan  bir  şair  kimi 
görünür. Halbuki əlimizdəki mətn bizə insana fiziki və ruhi xa-
rakterinə  uyğun  olaraq  advermə  şəklindəki  qədim  türk  və  oğuz 
ənənəsini daima xatırladır (ad-ko): Dəli Qarcarın adlandırılması 
da  belədir;  kobudluğuna  və  ağılsızlığına  uyğun  olaraq  «qatıla-
şan»  adlandırılmışdır  (M.Qaşğaridə  «qarca»  «qatılaşmaq»  və 
«dəli»  mənalarındadır).  Oğlanlara  şəxsiyyətlərinə  uyğun  ad 
verən  Dədə  Qorqudun  öz  ruhi  xarakterinə  uymayan  «Urkut» 
mənasını verən bir adı daşımasını başa düşmək o qədər də asan 
olmayacaq. 
Əksinə,  «kor-kut»un  (qor-qut  –  Q.Şəhriyar)  özbək  dilində 
«zənginlik, sərvət» ifadəsinin, bizcə, etimoloji bir mənası var və 
bu məna haqqında danışılan şairin qədim türk anlayışı ilə də uy-
ğun gəlir. 
Bu ifadə zənginliyi və Tanrı lütfünü əks etdirən iki kəlimə-
nin «qor» və «qut»un yan-yana durması ilə əmələ gəlir (klassik 
tip: ev-eşik). 
İkinci  kəlimə  olan  «kut»  («qut»  –  Q.Şəhriyar)  müxtəlif 
formalarda  qədim  türk  ad  və  ünvanlarına  daxil  olur  (iduk-kut, 
kutluğ,  kut-bulmiş  və  s.)  və  burada  diqqətə  çarpan  bir  dini  və 


Yüklə 2,31 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə