Türk folkloru dünya alimlərinin gözü ilə



Yüklə 2,31 Mb.
Pdf görüntüsü
səhifə45/78
tarix25.07.2018
ölçüsü2,31 Mb.
#58828
1   ...   41   42   43   44   45   46   47   48   ...   78

133 
 
zamandan sonra bizə orijinal görünür; Kork-Baba şəklində iddia 
etdiyi sübut gözlə görünəcək şəkildə «qorx» əmr şəklindən gəlir 
və  kəlmə  bu  əmrlə  «ata»  xitabından  ibarətdir;  bu  da  yazıçının 
fərziyəsinin diqqətə alınmasının leyhinədir.  
Nəticədə, hər ikisi də qəbul oluna bilər, lakin dil və anlayış 
qavramının iki fərqli dövrlərində də keçərli olan iki ayrı etimo-
logiya  Qorqud/Korkut  kişi  adı  ilə  qarşı-qarşıyayıq:  hecadakı 
uzun/qısa  saitlərin  qarşılaşmasının  hələ  də  davam  etdiyi  və 
«qut»la «qor» haqqındakı şaman inanclarının güclü olduğu  əski 
dövrlərdə  «kõr»  –  «kut»  (özbəkcədə  qorunmuşdur)  ikihecalısı 
oğuzların müqəddəs və əfsanəvi bir şairinə ad ola bilmişdir. Bu 
daha sonrakı ənənələrin Qorqud Atası və ya Dədə(m) Qorqudu-
dur;  eyni  zaman  içində  «Qorx!»  («korkutul!»)  əmri  ilə  (qısa 
sailtə)  ondan  qorxulan  bir  döyüşçünün  də  adı  ola  bilərdi;  daha 
sonralar  (XII  əsrə  doğru:  1156-cı  ildə  Əmir  Qorqud)  oğuzların 
islamı qəbul edilməsi  ilə şaman inanclarının arxa plana keçdiyi 
dövrlərdə «kôr-kut» adının dini mənası unuduldu və iki hecadan 
ibarət  olan  bir  kəlmə  olaraq  qəbul  edildi  (sonrakı  partlayıcı 
samitin  yumşalması  ilə)  ilk  samit  qısa  söylənərək  «qorqud!» 
əmri  ilə  qarışdırıldı  (türkməncə  «kork»,  yakutca  «xort»  qısa  o 
ilə),  oğuz  ləhcələrinin  çoxunda  «kısa/uzun»  qarşılığının  itməsi 
buna  gətirib  çıxarmışdır  (Osmanlılarda,  Anadolu  türklərində  və 
Azərbaycan  dilində  bu  qarşılıq  itmiş,  sadəcə  türkmənlərdə  qal-
mışdır): bu vəziyyət dilçilikdə Rasonyinin izah etdiyi kimi Qor-
qud feilin  icbar  növünə aid  bir  əmr olan tək bir  insan adı Qor-
qud/Korkut qalmışdır.  
Nəticədə, Rasonyi tərəfindən ortaya qoyulan etimologiya ilə 
tərəfimizdən şərh olunan etimologiya bir-biri ilə ziddiyyət təşkil 
etmədən yan-yana gələ bilər düşüncəsindəyik. 
 


134 
 
JAN POL RU (1925-2009) 
 
Jan Pol Ru (Jean Paul Roux) 1925-ci ildə Parisdə anadan olmuş-
dur. Təhsilinə Şərq dilləri məktəbində başlamış, sonradan Luvr məktə-
bini  və  Tarix  Elmləri  Akademiyasını  bitirmişdir.  Alim  1952-ci  ildə 
Fransa  Milli  Araşdırma  Mərkəzində  işə  başlamış  və  1990-cı  ildə 
Araşdırma  Qrupu  rəhbəri  olmuş  və  təqaüdə  çıxana  qədər  burada 
çalışmışdır.  1971-1977-ci  illərdə  Parisdə  iki  böyük  İslam  Sənətləri 
Sərgisini  təşkil  etmişdir.  Başda  Atatürk  Mədəniyyət  Mərkəzi  də 
olmaqla  bir  çox  Fransız  elmi  dərnəyinə  fəxri  üzv  seçilmişdir.  Eyni 
zamanda Türkiyə hökuməti tərəfindən 1973-cü ildə Dövlət Mükafatına 
və TÜTAV Mükafatına layiq görülmüş, 1998-ci ildə Ləyaqət medalı ilə 
təltif edilmişdir. 
Jan Pol Ru 2009-cu ildə dünyasını dəyişmişdir. Onun iki yüz mə-
qaləsi və yüzdən artıq araşdırması, əksəriyyəti Orta Asiya və türk mə-
dəniyyəti ilə əlaqədar 25 kitabı vardır. 
Jan  Pol  Runun  təqdim  etdiyimiz  məqaləsi  «Dieu  dans  le  Kitab-i 
Dede  Qorqut»  Revue  des  Études  Islamıqes  (XLIII/1,  1975,  pp.123-
140)  adı  ilə  dərc  olunmuş  və  Fikrət  Türkmənin  yayınlanmaqda  olan 
«Dədə  Qorqud  kitabı»  araşdırmaları»  (çevirənlər:  professor  Fikrət 
Türkmən və Kamal Boz) kitabından götürülmüşdür. 
 
«KİTABİ-DƏDƏ QORQUD»DA ALLAH ANLAYIŞI 
 
Türklər  islamiyyəti  qəbul  etdikdən  sonra  əski  dini  vərdiş-
lərindən  tədricən  yan  keçmişlər.  Bu  gün  başqa  yerlərdə  olduğu 
kimi,  Anadoluda  da  islamiyyətdən  əvvəlki  ənənələrin  qalıqları 
müşahidə  olunur
1
.  Müsəlmanlığın  Allahı  və  peyğəmbəri  inkar 
etməməsi şərti ilə onu qəbul edən xalqların ənənələrini tolerant-
lıqla qarşıladığı bilinir. Əsrlərdir, ənənəvi islamı təmsil etmiş və 
onun  ən  güclü  müdafiəçisi  olmuş  icmaların  içərisində  müxtəlif 
inancların yaşamasında təəccüblənməli bir şey yoxdur. Bununla 
yanaşı,  məbudla  bağlı  anlayışların  da  müəyyən  qisminin  Altay 
                                                
1
  J.P.Roux.  Les  Traditions  des  nomades  de  la  Turquie  meridionale. 
Paris, 1970 


135 
 
xalqlarının göy tanrısı Tenqrinin xatirəsinin və şamanizmdən qa-
lan anlayışlarının təsiri ilə yarandığını təyin etmək bizə maraqlı 
görünür
1
. Şübhəsiz, Tanrı obrazı digərləri ilə müqayisədə
 
ən az 
dəyişkəndir, çünki orta əsr ərəb-İran mədəniyyətinin əks etdirdi-
yi obrazı qəbul etməmək çox çətindir və islamın Allahı ilə türk-
lərin müsəlmanlığı qəbul etməzdən əvvəl tapındıqları Tanrı ara-
sında ortaq nöqtələr də mövcuddur. Nə qədər zəif olursa-olsun, 
bu yöndəyişmə, bizcə, təəccübləndirici dərəcədə əhəmiyyətlidir.  
Məqsədimiz bunu «Kitabi-Dədə Qorqud»da təhlil etməkdir. 
Əlimizdəki kitab XVI əsrin ikinci yarısına aid iki əlyazma olma-
sına  baxmayaraq,  heç  şübhəsiz,  XIV  əsrin  sonunda  və  ya  XV 
əsrin  əvvəllərində  qələmə  alınmışdır.  Kitab  daha  qədim  dövrə 
aid  bəzi  səhifələrdən  və  xüsusilə  şeir  formasında  olan  mətndən 
ibarətdir.  
«Kitabi-Dədə  Qorqud»  müsəlman  dünyasına  daxil  olmuş 
oğuz tayfalarından bəhs edir və onların inancsız xristianlara qar-
şı igid döyüşçülər qurban verdiklərini, islamı müdafiə etdiklərini 
iddia  edir.  İslamdan  əvvəlki  türk  ənənələrinin  əks  olunduğu  və 
Kiçik Asyanın yerli (yunan) mədəniyyətinin daşıdığı aşkar görü-
nən izlərə baxmayaraq, bu əsər, hər şeydən əvvəl, orta əsr islam 
dininin məhsuludur.  
 
Allahın adları  
Türklər ərəblərin dinini  mənimsədikdən sonra əski tanrıları 
Tenqriyə  bağlı  olduqlarını  göstərmiş,  yeni  dinlərinin  Allahını 
Tenqri  adlandırmışlar.  Allah  adı  onun  yerini  heç  bir  zaman  ta-
mamilə tuta bilməmişdir.  
1070-ci  ildə  «Qutadqu bilik»də, demək olar ki, sistemli  bir 
şəkildə  Tenqri  adı  çəkilir.  Allah  kəlməsi  isə  yalnız  ərəbcədən 
alınmış mətnlərdə istifadə olunur
2
. Həmin dövrdə Qaşğarlı Mah-
                                                
1
  Bunu,  sadəcə  «Teftgri,  essai  sur  le  Ciel-Dieu des  peuples  altai  ques» 
(əlavə qeydlər) məqaləmizə istinad etmək üçün xatırladırıq. 
2
 Kutadgu Bilig, TDK yayını, R.R.Arat, İstanbu1, 1947 


Yüklə 2,31 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə