Türk folkloru dünya alimlərinin gözü ilə



Yüklə 2,31 Mb.
Pdf görüntüsü
səhifə47/78
tarix25.07.2018
ölçüsü2,31 Mb.
#58828
1   ...   43   44   45   46   47   48   49   50   ...   78

139 
 
gəlinir. Tanrının əbədiliyi həm islam dini, həm də türklərin əski 
dini  tərəfindən  qəbul  edildiyi,  şübhəsiz,  dolayı  yolla  izah  və 
eyhamlarla  daima  ifadə  edildiyi  halda,  «əbədi»  sifətindən 
işlədilmir.  Başlanğıcdakı  «Bəsmələ»dən  başqa,  «əsirgəyən»  və 
«bağışlayan» sifətlərindən əsla istifadə olunmur.  
 
Allah 
Hansı  adla  adlanmasından  asılı  olmayaraq,  «Kitabi-Dədə 
Qorqud»un Tanrısı, hər şeydən əvvəl, Allahdır. Niyyətimiz orta 
əsrlərə aid bir mətninin Onun haqqında bizə nələr söyləyə bilə-
cəyini anlatmaq deyil. Bu zaman islamdan gələn və ya türklərin 
əski  dinindən  gələrək  islamla  bir-birinə  qarışan  nöqtələr  üzə-
rində  və  nəhayət,  islam  sivilizasiyasında  yanlış  görünən,  ancaq 
çox güman ki, Orta Asyadan gələn mövzuların da üzərində da-
yanmayacağıq.  
Söylədiyimiz  kimi,  yazımızda  anlatdığımız  türklər  dindar 
müsəlmanlar olub  Allah  və Peyğəmbər naminə  fəaliyyət göstə-
rir, islamın diqtə etdiyi bütün şərtləri yerinə gətirirlər: «Kəlime-
yi-şəhadət»  deyirlər,  Allahın  adına  xütbə  oxuryular,  inancı  ol-
mayanlara  qarşı  mübarizə  aparırlar,  abdəst  alıb  namaz  qılırlar: 
«arı sudan abdəst aldı, iki rükat namaz qıldı»
2

İbadətlərini  gizli  edirlər.  Erkək  heyvanları  qurban  edirlər
3

qurban  (hökmən  islamdan  əvvəlki  ayinlərlə  bağlı  deyildir;  əsa-
sən at qurban edirlər, ataları Gök Tanrıya da böyük qurban mə-
rasimlərində at təqdim edərdilər
4
. Allahı şahid göstərib and içir-
lər:  Vallah
5
!  Onu  və  eyni  zamanda  Məhəmmədi  daima  təriflə-
yirlər; Allahın onları qoruması və rəhmətini əsirgəməməsi üçün 
                                                                                                     
1
 Ergin, s.76 
2
 Ergin, s. 194; Rossi, s. 189-190 
3
  Rossinin  fikirləri  üçün  bax:  s.  43.  Ayrıca  ətraflı  məlumat  üçün  bax: 
A.İnan. Dede Korkut Kitabındaki Bazı Motiflere ve Kelimelere Dair.  Ülkü, 
IX, 1937-1938, s. 139-140 
4
 Rossi, s. 43 
5
 Ergin, s. 177, 198, 248 


140 
 
durmadan dua edirlər: «Allah saxlasın»
1
, hər zaman Ona sığınm-
ağa çalışırlar: «Allaha sığındım»
2
. Ondan adı gözəl Məhəmməd 
Mustafanın şəfaəti ilə günahlarının bağışlanmasını diləyərlər
3
.  
Digər  tərəfdən  Quranı  bilirlər,  onu  əzbər  oxuya  bilməsələr 
də,  türkcə  onun  bir  çox  ayətinə  ehyam  vururlar.  «İxlas  surəsi» 
bu sözlərlə başlayır: 
Sən anadan doğmadung,  
Sən atadan olmadung.  
«Sən anadan doğulmadın, atadan gəlmədin»
4
. Bu ifadələrin 
mənbələri tək deyil, bunlar ən mühafizəkar və ən əski mətnlərdə 
belə vardır:  
Şeytana lənət qıldung,  
Bir suçdan ötüri dərgahdan sürdüng.  
«Şeytanı lənətlədin, onu bir günahı ucbatından dərgahından 
qovdun»
5

İbrahimi tutdurdung,  
Xanum, gönə qolgadung,  
Götürüb oda aldurdung,  
Odı bosdan qıldung.  
 
«İbrahimi tutdurdun.  
Tanrım, onu keçəyə sardırdın.  
Onu havaya qaldırıb atəşə atdırdın.  
Atəşi bağçaya döndərdin»
6
.  
 
 
                                                
1
 Ergin, s. 73, 75, 77 
2
 Ergin, s. 224 
3
 Ergin, s. 206,251 
4
 Ergin, s. 204; s. 163 
5
 Ergin, s. 204; Rossi, s. 163. Ətraflı məlumat üçün bax: Kur'an, II, 33-
37, XV, 35, VII, 10-12 və 18-24 
6
  Ergin,  s.  224;  Rossi,  s.  209.  Ətraflı  məlumat  üçün  bax:  Kur'an, 
XXXVII, 97, 11, XXI, 68 


141 
 
Gök Tanrı 
Türklərin  və  monqolların  əbədi  və qüdrətli Tanrısı  iki ayrı 
xarakterlə  də  izah olunur:  O ucadır və  mavidir (gök): Bu, mad-
diyyat olaraq göy üzüdür və əgər ikinci sifətlə düşünsək, bu göy 
buludlardan sıyrılmış, gündüz görünən göy üzüdür.  
«Kitabi-Dədə  Qorqud»da  eynilə  Altay  xalqlarının  göy  tan-
rısından  gələn  bir  görüntü  olmayacağı  aydındır:  onun  xüsusilə 
maviliyi tamamilə  yoxa çıxmışdır:  «kök/gök mavi» kəlməsi za-
manla dəyişmiş  və  artıq heç bir dini  məna kəsb etmədən  yalnız 
göy  üzünü  ifadə  edir.  Buna  müvafiq  olaraq  mənasındakı  yük-
səklik  hər  zaman  gündəmdədir,  lakin  bunun  maddi,  yoxsa  mə-
nəvi  olduğunu  bilmək  çətindir.  Mətndəki  «uca»  kəlməsi  əski 
dövrlə əlaqəlidir, lakin Tanrının ululuğunu və əlçatmazlığını ifa-
də  edə  bilir;  bununla  yanaşı,  bəlkə  də,  bilmədən  onun  yerinin 
yüksəklərdə,  bir  başqa  sözlə,  göydə  olduğu  mənanı  verir.  Tan-
rını tərifləyərkən qəhrəman «ucalardan ucasan»
1
 deyərkən yeddi 
hecalı ilk misraların çox sağlam strukturları və daima təkrarlan-
maları ilə ən qədim mədəniyyətə aid imiş və islamdan əvvəl As-
yadan gəlirmiş kimi görünmələrinə  baxmayaraq,  qəhrəman  yal-
nız  Tanrının  böyüklüyünə  şahidlik  etmək  qayğısı  ilə  ənənəçi 
müsəlman kimi davranır. Bu  iki kəlmədən sonra  «uca Tenqri»
2
 
xitabında olan (bunun  başqa  yerdə  də  istifadə olunduğunu gör-
dük) əski inanclarını xatırlamış olması ehtimaldan çox bir fakt-
dır. Tanrının fəzada bir yeri olduğundan söz edilməsi ilk səhifə-
lərdə yazılı olan dini sədaqətdən qaynaqlanır kimi görünür:  
 
«Üstümüzde tenqri görklü
3
  
(Üstümüzdə Tanrı gözəl)». 
 
Bu  ifadə  başqa  bir  ilhamla  mistisizm  izləri  daşıyan  aşağı-
dakı ifadə ilə zidiyyət təşkil edir:  
 
                                                
1
 Ergin, s. 204, 177, 184, 209 
2
 Ergin, s. 209; Rossi s. 224 
3
 Ergin, s. 75 


Yüklə 2,31 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə