Türk folkloru dünya alimlərinin gözü ilə



Yüklə 2,31 Mb.
Pdf görüntüsü
səhifə46/78
tarix25.07.2018
ölçüsü2,31 Mb.
#58828
1   ...   42   43   44   45   46   47   48   49   ...   78

136 
 
mud  lüğətində  bunun  inancsız  insanların  nəzərində  ifadə  edə 
biləcəyi  müxtəlif  mənalarını  izah  edir,  lakin  eyni  zamanda  mü-
səlmanlara da faydalı olduğunu çox yaxşı bilir
1
. Daha sonra Əh-
məd Yəsəvinin, Əlişir Nəvainin  əsərlərində, «Babürnamə»də  və 
daha  bir  çox  əsərlərdə  Tenqri  və  Allah  kəlmələri  arasında  fərq 
qoymadan  istifadə  edilir.  Büxenerin  Tenqrinin  Hind  İmperator-
luğunun qurucusunun kitabında ilahi varlığın normal adı olaraq 
istifadə olunduğunu irəli sürməsi bir mübaliğədir
2
. Bunun müqa-
bilində  Osmanlılarda  da  getdikcə  artan  ərəbləşməyə  baxmaya-
raq, Tenqri adı öz təsirini itirmir (…).  
Tenqri adının bəzi hallarda islamdan əvvəlki anlayışları ifa-
də etməsinə və kifayət qədər təhsil görmüş xalq kütlələri arasın-
da  bilinən  tək  ad  olmasına  baxmayaraq,  sırf  istifadəsinə  görə 
həddən artıq  əhəmiyyət verilməsi ümumi  mənada doğru olmaz. 
XIII  əsr  xalq  şairi  Şəyyad  Həmzə  «Dastani-Yusif»inə  «Bəsmə-
lə» ilə başlayır, ancaq ardınca da Allah, Rəhman, Rəhim adlarını 
türkcə açıqlamağa ehtiyac duyur
3
. 1499-cu ilin bir əlyazması da 
belədir:  «Şeytandan Allaha  sığınıram».  Bu,  «Şeytandan Tenqri-
yə sığınıram» deməkdir
4

 
Bildiyimiz  kimi,  «Kitabi-Dədə  Qorqud»  da  təxminən  eyni 
dövrdə  qələmə  alınmışdır  və  bəzi  yerlərdə  adı  çəkilən  Tenqri 
kəlməsi, çox güman ki, bizim ümumilikdə verə bilmədiyimiz bir 
mənanı kəsb edir
5

                                                
1
 Mahmut al-Kaşgarî, Divanü Lugati’t Türk, 4. Cilt, Besim Atalay çeviri 
ve yayını, Ankara, 1939-1943. İndeksinə bax. 
2
 Cf.Bücher, E.l 'de s.v. Tengri 
3
 Dehri Delçin. Yusuf ve Zeliha (Destan-ı Yusuf), İstanbul, 1946 
4
 HUART. Un commentaire du Coran en dialecte turc de Quastamouni. 
5
 Drezden əlyazması bir neçə dəfə yayınlandı. M.Erginin fotomaksimilə 
və  transkripsiyası  olan  «Dədə  Qorqud»  (Ankara,  1958)  kitabından  istifadə 
edirik.  Çatışmazlıqları  olan  Vatikan  əlyazması  E.Rossi  tərəfindən  tərcümə 
olundu  və  yayınlandı:  «İl  Kitab-ı  Dede  Korkut,  Citta  del  Vatikano,  1952» 
(daha sonra Vatikan əlyazmasında olmayan Drezden nüsxəsini verir). Əsasən 
M.Erginin kitabına müraciər edirik. Ancaq variantlar və bəzi xüsusi problem-
lər olarsa, E.Rossiyə müraciət edəcəyik. 


137 
 
Yuxarıda  adını  çəkdiyimiz  əsərlərdə  olduğu  kimi,  «Kitabi-
Dədə Qorqud»a da ilk baxışda Tenqri və Allah adlarının bərabər 
və heç bir fərq qoyulmadan istifadə olunduğunu görürük. Az da 
olsa,  Haqq  və  Qadir  adlarına  rast  gəlirik
1
. Bütün bu adlar  yenə 
də  bəzi  təsirli  səhnələrdə  olmayan  Taala  ilə  birlikdə  (Haqq-
Taala, Qadir Taala – Q.Şəhriyar) istifadə olunur. Allah və Ten-
qri adları çox az hallarda yan-yana gəlir
2
. Manixeist
3
, nəsturi
4
 və 
buddist türklərdə bu cür sanların olduğu qənaətinə varmasa idik, 
bəlkə də, bunu «Tanrı  Allah» deyə tərcümə edərdik
5
. Daha diq-
qətli araşdırma bu  müşahidələri  ən kiçik detalları  ilə  göz önünə 
sərə bilər. Konkret bir qayda mövcud olmasa da, şeirlərdə Ten-
qri Allahdan daha çox təkrarlanır. Bizə olduqca qədim görünən 
və  «Kitabi-Dədə  Qorqud»da  Tanrı  kəlməsini  araşdırmaq  üçün 
ən  önəmli  mətnlərdən  ibarət  olan  nəzm  şəklindəki  dörd  duada 
Allah  15  dəfə  Tenqri,  yalnız  iki  dəfə  Allah  şəklində  verilir
6

Buna  müvafiq  olaraq  böyük  hissəsində  çox  Tanrılı  qalıqlar 
                                                
1
 Ergin, s. 74, 75, 180, 187 
2
 Ergin, s. 75 
3
 Manixeizm və ya Manilik – qnostik (içə qapalı) və Mani (216-277) tərə-
findən qurulmuş universal xarakterli bir dindir. III əsrdə Babildə ortaya çıxan bu 
din  bütün  dünyada  və  xüsusilə  Şimali  Afrikada  yayılmışdır.  Xristianlıq  başda 
olmaqla,  məzdəkilik,  buddizm  və  Mesopotamiya  dinlərindən  bir  çox  ünsürləri 
özündə ehtiva etdiyindən, eyni zamanda sinkretik xüsusiyyət daşıyır. Manilik ən 
parlaq  dövrünü  VIII  əsrdə  Uyğur  dövlətinin milli  dini  olaraq  elan  edilməsi  ilə 
yaşamışdır. «Mani» qədim türk dilində «Mengü» və çağatay türkcəsində «Tanrı» 
deməkdir. Manixeist uyğurlar ölümdən sonra ruhun bir başqa bədəndə həyatına 
davam etdiyini («re-enkarnasiya») qəbul edirdilər – Q.Şəhriyar. 
4
 Nestorianlıq (Nəsturilik) – Tanrı təbiətinin İsaya doğulmasından sonra 
daxil olduğunu iddia edən və buna görə əsas kilsələr tərəfindən heretik (heres 
– küfr) sayılan xristian təriqəti və cərəyanıdır – Q.Şəhriyar. 
5
  J.P.Roux. Adı  çəkilən məqalə,  CXLIX,  s. 81-82.  Əlavə məlumat  üçün 
bax:  tintura  tengri  (Esir  Tanrı),  yarug  tengri  (Işık  Tanrı);  mashiklıa  tengri 
(Mesih Tanrı) v. b. Ayrıca variant şəklində tengri tag (=Tien Şan), müqəddəs 
dağ, tengri nor, müqəddəs göl şəklində adlandırmaların da şahidi oluruq. 
6
  Bunları  nə  qədər  əhəmiyyətli  olmalarına  əsasən  sayırıq.  Drezden  əl-
yazması Vatikan nüsxəsindən daha zəngindir. Ergin, s.204-205, 180, 184, 224 
və Rossi, s.163, 167, 180, 209 


138 
 
baxımından  ən  zəngin  epizodlardan  biri  olan  «Bamsı  Beyrəyin 
boyu»nda  sadəcə  Allah  adı  görünür  (bunun  yanında  Haqq 
kəlməsi də yer alır); buna aid bir şeirdə belə Allah adı dörd dəfə 
çəkilir
1
;  Tenqri  adı  bir  neçə  dəfə  təkrarlanmaqla  ancaq  mətnin 
son sətirlərində müşahidə olunur
2
. Biz bunun XVI  əsrdə kitabın 
surətini  çıxaranlardan  qaynaqlanan  sistematik  bir  düzəliş 
olduğunu hesab edirik.  
Tanrının adı müəyyən sayda ərəbcə və türkcə sifətlərlə  xa-
rakterizə edilir. Türkcə sifətlər ərəbcədən tərcümə ola və olmaya 
da  bilər.  Bu  vəziyyət  xüsusilə  yuxarıda  bəhs  etdiyimiz  dörd 
duada müşahidə edilir. Başqa yerlərdə verilən «Görklü» (gözəl) 
kəlməsi  burada  dörd  dəfə  çəkilir,  bundan  sonra  yenidən  bəhs 
edəcəyimiz  «Əziz»  (sevgili,  möhtərəm)  iki  dəfə,  eyni  şəkildə 
Qadir (qüdrətli) iki dəfə çəkilir. Digərlərindən heç biri təkrarlan-
mır. Təkrar edilməyənlər bunlardır: uca, əhəd (tək), səməd (ulu, 
daim,  mütləq)
3
;  əkbərin  yerini  tutan  ulu;  bəlli  (aşkar);  qəhhər 
(qəhr  edici);  cabbar  (qüdrətli)
4
;  səttar (bağışlayan);  kərəmi  (cö-
mərd).  Dolayı  yollarla  izahlar  bu  sifətləri  təkrarlayır  və  ya  ta-
mamlayır.  Dualarda  olduqca  zəngin  olan  terminologiya  mətnin 
qalan bölümündə çox zəifdir; istifadə olunan lüğət eynidir, lakin 
səhv etmirəmsə, əskikdir. Ən çox istifadə edilən kəlmələr yuxa-
rıda  gördüyümüz  və  həm  Allahı
5
,  həm  Tenqriyi
6
  xarakterizə 
edən  Qadir;  bir  klişe  kimi  «Əziz  Tenqri  adına  xütbə  okıdılar» 
(Əziz  Tanrıya  xütbə  oxudular)  ifadəsində  təkrarlanan  «əziz»
7
 
sözüdür. «Yaradan»
8
 və «uca»
1
 kəlmələrinə daha az rast gəlinir. 
                                                
1
 Ergin, s. 121 
2
 Ergin, s.126 
3
 Vatikan əlyazmasında yoxdur. 
4
 Drezden əlyazmasında yoxdur, bu məntiqlidir, çünki «Qadir» sözü ey-
ni anlayışı ifadə edir. 
5
 Ergin, s.197 
6
 Ergin, s.184,192 
7
 Ergin, s.152, 206 
8
 Ergin, s.204 


Yüklə 2,31 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə