Türk folkloru dünya alimlərinin gözü ilə



Yüklə 2,31 Mb.
Pdf görüntüsü
səhifə54/78
tarix25.07.2018
ölçüsü2,31 Mb.
#58828
1   ...   50   51   52   53   54   55   56   57   ...   78

160 
 
hər  zaman  bu  gün  bildiyimiz  şəkildə  olmadığı  haqqında  müəy-
yən  məlumatlar  var.  Məsələn,  ilk  bölümlərdə  öldürülən  qəhrə-
manlar sonrakı bölümlərdə də iştirak edir. Ozanlar, böyük ehti-
malla, oğuz qəhrəmanları haqqındakı hekayə və şeirlərdən həm 
ilham  alır,  həm  də  onların  zənginləşməsində  iştirak  edirdilər. 
Məlumdur  ki,  ozanlar  dastan  söylədikləri  zaman  eyni  material-
lardan  istifadə  etmirdilər.  Dastanın  bugünkü  son  şəkli  ozan  ol-
mayan  və  oğuznamələri  toplayan  biri  tərəfindən  yarandığı  bili-
nir.  Həmçinin  özü  ozan  olsa  idi,  dastanın  mətni  daha  tutarlı  və 
zaman baxımından daha dəqiq olardı. Təəssüf ki, dastanın yazıl-
dığı dövr, kim tərəfindən yazıldığı, daha doğrusu, kim tərəfindən 
yazıya alındığı ilə bağlı tutarlı qeydlər yoxdur. Lakin türkoloqla-
rın  çoxu  dastanın  Azərbaycan  torpaqlarında  XVI  əsrin  ikinci 
yarısında yazıya alınmasında həmfikirdirlər.   
Dastanın yarandığı və son şəklini aldığı dövrlər arasında xeyli 
zaman  keçmişdir.  Bugünkü  şəkildə  dastanın  XVI  əsrdə  (əgər  bu 
tarixi qəbul etsək) yaranmasına baxmayaraq, oğuzların Kiçik Asi-
yaya  gəlməzdən  əvvəlki  həyatını,  yəni  IX  və  XI  əsrdə  Sır-Dərya 
sahillərində yerləşərək qıpçaqlar və peçeneklərlə döyüşdüyü dövr-
dən bəhs edir. Bir neçə əhəmiyyətli maddələr bunu sübut edir. 
Yaxın Şərqə gələn oğuzların əski adı XII əsrdə unudulmuş 
və  onun  əvəzinə  türkmən  adından  istifadə  edilmişdir.  Ancaq 
«Kitab»ın bölümlərində nizamlı şəkildə oğuz adına rast gəlinir. 
Sadəcə  bir  yerdə  oturaq  həyat  yaşayan  oğuzları  vurğulamaq 
üçün türkmən adından istifadə edilmişdir.  
Oğuzların döyüşdüyü düşmənlərin, xanların və kralların ad-
ları (Dirək, Qara Tükən, Qara Arslan, Qara Təkur və s.) əsasən 
türk  adlarıdır.  Bu,  təsvir  edilən  hadisələrin  oğuzların  qıpçaqlar 
və peçeneklərlə döyüşü üzərində qurulduğunu göstərir. 
Dədə Qorqudun xatirəsi bu gün Anadoluda və Azərbaycan-
da yoxa çıxmaq üzrə ikən Xəzər dənizinin şərqində məskunlaşan 
                                                                                                     
saxladıq. Bütün mətn boyu dastan haqqında işlədilən «bölüm» ifadəsi «boy»u 
nəzərdə tutur – Q.Şəhriyar. 


161 
 
türk  xalqlarının  rəvayətlərində  və  hekayələrində  hələ  də  yaşa-
maqdadır.  
«Kitab»da oğuz torpaqları dəqiq göstərilmir.  Lakin coğrafi 
adlar oğuzların qədim yurdunu işarə edir. Qaracuq, Türküstan və 
digər  coğrafi  yerlər  Transaksonyadakı
1
  oğuz  yurdunu  göstərir. 
Dastandakı adların çoxu Şir Şəmsəddindən başqa, müsəlman ad-
ları  deyil.  Qəhrəmanların  adlarının  böyük  bir  qismi  şamanist 
simvolları daşıyır.  
Əsərdə  oğuzların  islamiyyəti  yeni  qəbul  etdiyi  görünsə  də, 
islamiyyət  ön  planda  deyil.  Din  sadəcə  döyüşdən  əvvəl  dualarda 
əhəmiyyətli ünsür kimi görünür, bununla yanaşı, bu qismlərin əsərə 
daha sonradan daxil ola biləcəyi də ehtimal edilir. İslamiyyət daha 
çox  xarici  element  kimi  göstərilir.  Oğuzların  yaşadığı  dövr 
peyğəmbərlərin ortaya çıxdığı dövrdür. Hər zəfərdən sonra oğuzlar 
kilsəni dağıdıb yerində bir məscid tikirlər. Ancaq dastanda islamiy-
yətdən əvvəlki əski türk adətləri daha aydın görünür. Oğuzlar at əti 
yeyir, bol-bol qımız və şərab içirlər. Döyüşlərin böyük əksəriyyəti 
din  uğrunda  deyil.  Düşmənlər  kafir  adlandırılmaqla  yanaşı, 
döyüşlər  heç  bir  dini  əhəmiyyət  daşımır.  Eyni  zamanda  heç  bir 
qəhrəman  qazi  (din  uğrunda  döyüşən)  olaraq  dəyərləndirilmir. 
Qədim  türklərdə  qadınlar  dastanda  vurğulandığı  kimi  kişilərlə, 
demək  olar  ki,  bərabər  hüquqludur.  Türklərdə  niqab,  hərəm  və 
çoxarvadlılıq kimi ərəb ənənələri islamiyyəti qəbul etdikdən sonra 
ortaya çıxmışdır. Ailə təkarvadlılıq üzərində qurulmuşdur. Heç bir 
kişinin hər hansı bir vəziyyətdə ikinci arvad almaq ağlına gəlmir. 
Uşaqları  olmayanlar  belə  bunu  etmirlər.  Qadınlara  böyük  hörmət 
göstərilir.  Qadınlar  ərlərinə  tez-tez  yaxşı  məsləhətlər  verir  və 
onların  bu  məsləhətləri  də  qəbul  edilir.  Əsərdə  qadınlar,  analar 
                                                
1
 Transaksonya (Transaxonia) – Bu gün Mavəraünnəhr adlandırdığımız 
Orta Asiya bölgəsidir. Cənubda Əfqanıstan və Pakistanla həmsərhəddir. Aral 
gölünə tökülən Ceyhun (Amu-Dərya) və Seyhun (Sır-Dərya) çayları arasında 
qalan  bu  bölgə  bu  gün  Özbəkistan,  Türkmənistan,  Qırğızıstan,  Tacikistan, 
qismən də Qazaxıstan bölgəsini əhatə edir. Transaksonya qərb mənbələrində 
istifadə olunan addır – Q.Şəhriyar.  


162 
 
sevilən  və  hörmət  olunan  həyat  yoldaşı  kimi  təriflənirlər.  Köçəri 
həyatın  ağır  şəraitində  böyüyən  oğuz  qadınları  Amazon 
qadınlarının xüsusiyyətlərini daşıyırlar. Bu dastandakı 24 qadından 
üçü – Banuçiçək (III boy), Burla xatun (IV boy) və Selcan xatun 
(VI boy) əks cinsdən olan düşmənlərlə uğurla döyüşürlər.  
Yeni yurdda oğuzların ictimai quruluşunun ümumi xüsusiy-
yətləri XI əsrin ilk yarısı, hətta daha erkən dövrlərə – Sır-Dərya 
sahillərindəki  həyat  tərzinə  aid  izlər  daşıyırlar.  Dastanın  boyla-
rında həm ideoloji, həm də ictimai quruluşla bağlı oğuz tarixinin 
erkən  dövrlərinə  aid  bəzi  ünsürlər  tapa  bilərik.  Qısacası,  «Ki-
tab»ın  bölümlərində  iki  müxtəlif  tarixi  dövrdən  bəhs  edilir:  ilk 
olaraq,  IX  və  XI  əsrlər  arasında  qıpçaq  və  peçeneklərlə  müha-
ribə  dövrü,  sonra  da  XII  əsrdə  Qafqazda  gürcü  və  abxazlara 
türkmən  hücumu  dövrü,  xüsusilə  də  Trabzon  imperatorluğuna 
olunan hücumlar və digər qonşu xalqlarla müxtəlif əlaqələr. 
Əsər X  əsrdən etibarən  bir  neçə əsr  ərzində oğuzların epik 
tarixi və mədəniyyətini bu şəkildə birləşdirməkdədir. 
Bu gün «Dədə Qorqud kitabı»nın iki əlyazma nüsxəsi möv-
cuddur.  Fleyşer  tərəfindən  tapılan  ilk  tam  nüsxə  Drezden  Kra-
liyyət  Kitabxanasında  mühafizə  edilir.  Bu  əlyazma  alman  şərq-
şünası  Dits  (Von  Diez)  tərəfindən  VIII  boyun  tərcüməsi  (Der 
neuentdeckte  oughuzische  Cyklop,  in:  Denkwürdigkeiten  von 
Asien, Berlin-Halle, 1815) ilə tanıdılmışdır. XIX əsrin ortasında 
alman  şərqşünası  T.Nöldeke  əsərin  tərcüməsini  yayınlamaq 
məqsədilə hazırlamış, lakin bəzi yerlərini anlamadığı üçün oğuz 
dastanı ilə maraqlanan ilk rus şərqşünası V.V.Bartol adlı tələbə-
sinə vermişdir. Təəssüf ki, onun bu tərcüməsi həyatda ikən nəşr 
olunmamışdır. İlk dəfə bu tərcüməyə öz şərhlərini də əlavə edə-
rək tərtib edən M.H.Təhmasib və H.Araslı (Dədə Qorqud, Bakı, 
1950),  daha  sonra  isə  V.M.Jirmunski  və  A.N.Kononov  (Книга 
моего  Деда  Коркута,  Москва-Ленинград,  1962)  tərəfindən 
tərtib edilərək nəşr edilmişdir.  


Yüklə 2,31 Mb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə