Türk folkloru dünya alimlərinin gözü ilə



Yüklə 2,31 Mb.
Pdf görüntüsü
səhifə56/78
tarix25.07.2018
ölçüsü2,31 Mb.
#58828
1   ...   52   53   54   55   56   57   58   59   ...   78

166 
 
lər qalibiyyətlə bitən hər döyüşdən sonra Bayındır xana mühari-
bədən əldə olunan qənimətin beşdə-birini verir. Bayındır xan gə-
lən xəracdan bəylərə hədiyyələr verib onların uşaqlarına da qəh-
rəmanlıqlarından  sonra  cübbə  hədiyyə  edir.  Bölümlərin  çoxunda 
Bayındır xan müşahidəçi mövqeyindədir. O, bəylərə dəstək verir. 
Oğuz iyerarxiyasına görə, Bayındır xandan sonra oğuzların 
ən əhəmiyyətli döyüşçüsü Bayındır xanın kürəkəni və bəylər bə-
yi  Qazan  bəy  və  ya  Salur  Qazandır.  İç  və  Daş  oğuzların  bütün 
bəyləri ona bağlıdır. 
«Kitab»da  ən  rəngarəng  şəxsiyyət  Salur  Qazandır.  Güclü 
döyüşçü və kafirlərin düşməni olaraq göstərilir. Ön plandakı dö-
yüşçü xüsusiyyətləri ilə yanaşı, fəlsəfə və yumor anlayışlarını da 
özündə  əks  etdirir.  Həm  təkəbbürlü,  həm  də  açıq  ürəklidir.  Üç 
hekayənin  baş  qəhrəmanı  olub  (II,  IV  və  XI)  digər  bölümlərdə 
də iştirak edir. Əsas obrazdan başqa, digər bölümlərdə oğuzların 
Təpəgözə uğursuz hücumunda, Bamsı Bəyrəyin toy məclisində, 
Bayburt qalasına hücumda.. və s. adı çəkilir. Qısacası, «Kitab»ın 
baş qəhrəmanıdır. 
«Kitab»da Salur Qazanın ailəsinə də xüsusi yer verilir:  hə-
yat yoldaşı Burla xatun, oğlu Uruz, Daş oğuzların lideri olan da-
yısı Aruz, qardaşı Qaragünə və əmisi oğlu Qara Budaq. 
Boz  ata  minən  Salur  Qazanın  yardımçısı  və  sağ  qolu  olan 
Bamsı  Bəyrək  bir  neçə  bölümdəki  çoxlu  sayda  qəhrəmanlar 
arasından ön plana çıxır. XII bölümdə özünün və Salur Qazanın 
şərəfini müdafiə edərkən öldürülür. Bamsı Bəyrək qəhrəmanlıq, 
namus və qürur simvoludur. 
Xronoloji  ardıcıllığa  əsasən,  oğuz  dastanın  ən  gənc  qəhrə-
manı Qanturaldan da bəhs etmək lazımdır. Qantural haqqındakı 
hekayə ən çox tarixi hadisələri özündə əks etdirən bir hekayədir. 
Bu  hekayədə  Ağqoyunlu  və  Trabzon  Komnenləri  arasındakı 
əlaqədən  bəhs  edilir.  Böyük  ehtimalla  Qantural  1403-1434-cü 
illər  arasında  hökmdar  olan  Tur  Əli  bəydir.  Qantural  hekayəsi 


167 
 
Tur Əli bəyin Trabzon İmparatorluğuna hücumunun səbəbi oğlu 
Qutlu bəyin III Aleksisin bacısı Mariya ilə evlənməsidir.  
«Kitab»ın  on  iki  bölümündən  doqquzunda  kafirlərlə  aparı-
lan  döyüşlərdən,  ikisi  tamamilə  mifoloji  ünsürlər  daşıyır,  son 
bölüm  isə oğuzlar arasındakı  qarşıdurmadan  bəhs olunur. V  və 
VI bölümlərdə oğuz lideri olan Bayındır xan, onun ən güclü dö-
yüşçüsü Salur Qazan və digər bölümlərdə olan qəhrəmanlardan 
heç biri yer almır. Dəli Domrul haqqındakı bölüm (V) üçün isə 
nə müsəlman, nə də Ön Asiya ədəbiyyatında nümunəsini tapmaq 
mümkün deyil. 
Qalan bölümlər arasında əlaqə daha güclüdür və bu bölüm-
lər Bayındır xan və Salur Qazan adları ilə bağlı olan hekayələrlə 
əlaqəlidir. 
Birinci  hekayədə  Dirsə  xanın  keşikçiləri/əsgərləri  oğlu  Bu-
ğaca  iftira  atırlar  və  atasının  onu  öldürməsinə  inanadırmağa 
çalışırlar. İkinci bölümdə Qazan bəylərlə birlikdə ovda əylənər-
kən kafirlər onun evinə hücum edib ailəsini əsir götürür. Üçüncü 
bölümdə  Bamsı  Bəyrəyin  əsir  götürülməsindən  bəhs  olunur. 
Dördüncü  bölümdə  Qazanın  oğlu  Uruzun  əsir  olmasından  söh-
bət  açılır.  Altıncı  bölümdə  Trabzon  imperatorunun  qızını  əldə 
etmək  üçün  Qantural  üç  canavarla  döyüşür.  Yedinci  bölümün 
qəhrəmanı Yegnək atası Qazılıq Qocanı əsirlikdən qurtarır. Sək-
kizinci  hekayə  Təpəgözlə  Basat  arasındakı  mübarizədən  bəhs 
olunur. Doqquzuncu bölümdə qürur uğrunda Qazana qarşı Bəki-
lin  üsyanı  diqqət  çəkir.  Onuncu  bölümdə  qardaşını  azad  etmək 
üçün  Segrəyin  döyüşündən  söhbət  açılır.  On  birinci  hekayədə 
yuxuya  gedib  kafir  tərəfindən  ələ  keçirilən  Qazanı  oğlu  Uruz 
azad  edir.  Sonuncu  –  on  ikinci  bölümdə  İç  Oğuzlara  qarşı  Daş 
Oğuzların üsyanından və Beyrəyin ölümündən bəhs olunur. 
Bu əsər mövzu baxımında kamildir, lakin bölümlərin vahid 
tərkibinə  diqqət  yetirilmir.  Bölümlərə  son  şəklini  verən  «adı 
bilinməyən»  sənətçi  hər  bölümə  xüsusi  dəyər  verir,  tamamilə 
analiz  etmədiyi  görünür.  Hadisələrin  xronoloji  ardıcıllığını  dü-


168 
 
şünmədiyi  müşahidə edilir. Hərçənd türkoloqlar  da təxmini  ya-
xın  olan  bölümlərin  xronologiyası  haqqında  həmfikir  deyillər. 
Sovet  türkoloqu  Koroğlu  (Xaliq  Koroğlu  nəzərdə  tutulur  – 
Q.Şəhriyar) tərəfindən (Огузский героический ерос. АН СССР, 
Институт востоковедения, Институт мировой литературы им. 
А.М.Горького. Москва, Наука, 1976, s.187) VII, I, III, IV, XI, 
II, V, VI, VII, IX, X, XII şəklində verilən sıra ən ağlabatandır.  
Bildiyimiz  əlyazma  variantında  bölümlərin  sırasını  müəy-
yənləşdirən adı bilinməyən toplayıcı bölümləri bir-birindən asılı 
olmamasına  çalışmasına  baxmayaraq,  aralarındakı  bağı  tama-
milə qoparda bilməmişdir. Bu, bölümlərin quruluşunun bir qay-
naqdan  bəhrələndiyini  və  daha  qədim  dövrdə  yaradılan  böyük 
oğuz dastanı üzərində qurulduğunu göstərir.  
Bölümlərin  eyni  zamanda  və  eyni  yerdə  yaşayan,  müxtəlif 
şəkillərdə bir-birinə bağlanan oğuz bəylərini əsas götürdüyü mü-
şahidə edilir. Hər bölümün əsasında yalnız bir bəyin macərasının 
olmasına  baxmayaraq,  bölüm  digər  bəylərin  də  az  və  ya  çox 
iştirakı, yaxud hər hansı bir səbəbdən adlarının çəkildiyi hadisə-
lər  zincirindən  ibarətdir.  Digər  tərəfdən,  bəylərin  ön  planda  ol-
masına  baxmayaraq,  bu  bölümlərdə  bəylərin  çevrəsi  və  həyat 
tərzində bütün adət-ənənələri ilə oğuz xalqının həyatını göstərir. 
Bu  çərçivədə  toplayıcının  məqsədi  oğuz  xalqının  həyatını  an-
latmaq  və  bölümlərin  qəhrəmanları  məqsədlə  istifadə  olunan 
prototiplərdir.  Macəralarda  göstərilən  həyat  və  dünyagörüşü 
bütün oğuzlarda ortaqdır. Bu da göstərir ki, əsərin əsas mövzusu 
oğuzlar  və  onların  həyatıdır;  təxminən  eyni  tipdə  olan  qəhrə-
manlar isə müəyyən simvollar şəklində göstərilir. 
«Kitab»da  oğuzlar  köçəri  aristokratiyaya  sahib  olan  icma 
kimi  göstərilir.  Minlərlə  at,  dəvə  və  qoyuna  sahib  zənginliklə 
təsvir  edilən  bəylər  bütün  oğuzların  xanı  olan  Bayındır  xanın 
ətrafında  toplaşırlar.  Xan  hər  hansı  ortaq  fəaliyyət  üçün  toxu-
nulmaz səlahiyyətə malik olub oğuz xalqı ilə  bağlı bütün qərar-
larda  baş  hakimdir.  İstər  döyüşlərdə,  istərsə  də  böyük  ziya-


Yüklə 2,31 Mb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə