Türk folkloru dünya alimlərinin gözü ilə



Yüklə 2,31 Mb.
Pdf görüntüsü
səhifə58/78
tarix25.07.2018
ölçüsü2,31 Mb.
#58828
1   ...   54   55   56   57   58   59   60   61   ...   78

172 
 
rəmanların  bədənləri  güclü  hayvanlarla  müqayisə  edilir  (aslan, 
qaplan, danquşu və s.). 
Yeni tarixli hadisələrdən bəhs edən bəzi bölümlər qəhrəma-
nın ruhi gücünün fiziki gücündən öndə gəldiyini göstərir. Bura-
da  islamın  təsiri  müşahidə  edilir.  Çünki  islamlaşdıqdan  sonra 
türk  qəhrəmanları  öz  gücünü  Allahdan  alır.  «Kitab»da  əski  şa-
manist dini unutmayan və tamamilə islam dinini qəbul etməyən 
oğuzlar əsas etibarilə dini duyğulara bağlı olmayan və adi insan 
gücü  ilə  yaranan  qəhrəmanlığa  sahibdirlər.  İslamın  tamamilə 
qəbul  edilməsi  və  türklərin  Anadoluya  hakim  olması  ilə  dinlə 
qəhrəmanlıq  birləşir  və  türk  ədəbiyyatında  yeni  bir  qəhrəman 
tipi meydana çıxır.  
Bu  «Kitab»  bünövrəsində  islamdan  əvvəlki  türk  ruhunun 
göstəricisidir. Əski türk dini əski türklər kimi düyüş nişanəsi da-
şıyır. Dastanda oğuzların ilk hücum edən tərəf olmaması, müha-
ribələrin bitmə istəyi və intiqam hissi üzərində qurulmasına bax-
mayaraq, təsvir edilən hadisələrin bünövrəsində  müharibə durur 
və qəhrəmanlıq ən böyük ictimai dəyərdir. Oğuzlarda qadınların 
dəyəri də ata minmək, qılınc oynatmaq, düşmənə hücum etmək-
lə  yanaşı,  fiziki  gücü  göstərməklə  ölçülür.  Anadoluya  gələn 
türklərin həyatında əski türk ruhuna aid dəyərlərin təsiri əsrlərdir 
davam edir. Bu dastan X əsrdə islam dinini qəbul edən türklərin 
XIV  əsrədək  əski  ruhu  mühafizə  etmələrinə  dair  ən  yaxşı  sü-
butdur.  
Köçəri  həyatı  tərk  edib  Anadoluda  məskunlaşan  türklər 
maddi mədəniyyətin deyişməsi ilə həyatın mənəvi tərzini də də-
yişdirir. İslamlaşdıqdan sonra türk ruhunda  ən böyük dəyişiklik 
maddi gücün yerinə mənəvi gücün keçməsi və insanın dünya ilə 
əlaqəsinin bünövrədən dəyişərək passif şəkildə yer almasıdır. Bu 
işarələrə  «Kitab»ın  bəzi  qisimlərində  rast  gəlinir  və  bunun  ən 
bariz  nümunəsi  Tanrının  iradəsi  önündə  başını  əymək  məcbu-
riyyətində qalan Dəli Domrul haqqındakı bölümdür.  


173 
 
Oğuz  dastanı  qəhrəmanlarında  qadına  qarşı  çox  güclü  mə-
həbbət  yoxdur.  Şərq  ədəbiyyatında,  xüsusilə  hekayələrdə  az-çox 
müşahidə olunan və bu xətlə inkişaf edən ehtiras və şəhvət «Ki-
tab»ın  bölümlərində  çox  az  yer  alır.  Bunun  əksinə  olaraq  ata  və 
qardaş sevgisi çox güclüdür. Bu məhəbbət bölümlərdə qəhrəman 
tiplərə  böyük  bir  romantiklik  gətirir.  İtirdikləri  oğul,  qardaş,  ata 
üçün həm qadınlar, həm də kişilər çox asanlıqla ağlayırlar. Atalar 
uşaqlarına  bağlıdırlar.  Atanın  ailənin  başçısı  olmasına  baxmaya-
raq, heç bir zaman despot kimi göstərilmir. Əksinə  həyat yolda-
şına böyük hörmək göstərir və hər zaman onun tövsiyələrini qəbul 
etməyə  hazırdır.  Ən  məşhur  döyüşçülər  də  (Salur  Qazan,  Dirsə 
xan  və  başqaları)  belədirlər.  Uşaqlar  ata-anaları  ilə  yanaşı,  yaş-
lılara da böyük hörmət göstərirlər. «O zamanda oğul atasının sö-
zünü iki eyləməzdi, iki eyləsə, o oğlanı qəbul eyləməzdilər». Xü-
susilə  analara  göstərilən  böyük  hörmət  vurğulanır.  Ana  haqqı 
Tanrı haqqı ilə bərabərdir («Ana haqqı – Tanrı haqqı»). Ana hər 
şeydən yüksəkdir. Sərvət, ər, oğul fəda edilə bilinər, lakin ana heç 
bir zaman fəda edilməz. Bu məqama aydınlıq gətirən dastanın ən 
gözəl parçası analarını azad etmək üçün hər şeyi gözə alan Salur 
Qazan və oğlu Uruzun özlərini fəda etməsidir.  
Bölümləri  əsasən  müharibələrin  təşkil  etməsinə  baxmaya-
raq, burada daha çox yüksək əxlaq nümayiş etdirilir. Boy və ailə 
içərisində əxlaq, güclü xarakter, yalanın olmaması, namus, qısa-
cası,  insan,  insan  olmaq  səyləri  təxminən  hər  bölümdə  ən  çox 
vurğulanan  məqamlardır.  Ana  məhəbbəti,  həyat  yoldaşına  hör-
mət, nişanlılar arasında sönməyən sədaqət, zamana və bütün ma-
neələrə  sinə gərən oğul, ata və qardaşa qarşı sevgi hər bölümün 
əsas  mövzularıdır.  Qısacası,  yüksək  əxlaq  «Dədə  Qorqud  kita-
bı»nın hekayələrindəki qəhrəmanların əsas xüsusiyyətidir.  
Oğuz dastanında təbiətə böyük üstünlük  verilir. Burada tə-
biətin çoxlu canlı elementlərinə rast gəlmək mümkündür. Köçəri 
psixologiyasında  təbiət  elementləri  hər  biri  canlı  olaraq  qəbul 
edilir. Yeri gəldikcə dağlarla dərdləşilir, su və qurddan xəbər alı-


174 
 
nır.  Səmanın  altında  insanlar  azad  təbiətdə  və  rəngli  çadırda, 
hündür, dumanlı dağlar  və şəffaf  sular arasında, yaşıl qoruq və 
çəmənliklərdə  torağayların  səhər  çağı  ötməsini  dinləyərək  ya-
şayırlar. Bu baxımdan bəzi türk xalq hekayələrində olduğu kimi, 
dastanda digər ədəbiyyatlara  istinad  yoxdur. Məsələn,  bəzi türk 
xalq  hekayələrində  dəbdəbəli  zənginlik,  saray,  ləl-cəvahirat  və 
müxtəlif  briliyatlar  kimi  ərəb  və  farslara  xas  bəzək  elementləri 
çoxlu sayda mövcuddur. Oğuzlar hündür dağlar, kölgəli ağaclar, 
bozqurd, balaban və başqaları ilə yaşayırlar. 
«Kitab»ın  bölümləri  haqqında  onu  deyə  bilərik  ki,  hər  biri 
geniş  mənada  ayrıca  bir  dastandır.  Quruluşca  bir-birinə  bənzə-
yən hekayələr qısadır və onlardan ən uzunu (III) belə sadəcə bö-
yük dastanın bir qismini təşkil edir. Lakin bölümləri başlanğıcda 
epik xarakterə sahib olduğundan dastanın bir parçası, dar məna-
da  isə  dastan  olaraq  düşünmək  mümkündür.  Əlbəttə,  bunun 
üçün epik hekayə  istifadə oluna biləcək ən yaxşı termin ola bi-
lər.  Epik  xarakteri  olan  qəhrəmanlıq  əfsanələri  həqiqi  hadisələr 
üzərində qurulmuş epik tərzdə verilmişdir.  
Hansı xüsusiyyətlərinə görə bu «Kitab»ı milli dastan hesab 
etmək olar? 
«Kitab» tək bir sənətkarın deyil,  bütün bir xalqın ortaq dü-
hasının məhsulu, ortaq zövq süzgəcindən keçən bir əsərdir. Əsər 
xalqın  həyatından  bəhs  edir  və  qədim  türklərin  mədəniyyəti, 
folkloru,  oğuz  xalqının  özəllikləri,  fəzilətləri  və  duyğularından 
söz  açılan  bu  əsərdə  xalqın  və  ictimai  həyatın  hərtərəfli  rəsmi 
müşahidə olunur.  
Əsərdə  qəhrəmanlıq  ruhu  insanın  ən  əsas  xüsusiyyəti  kimi 
dəyərləndirilir.  Əsərdə  «qəhrəman»  sözünün  çoxlu  sinonimi  var. 
Bölümlərdə təbiət sakit və hərəkətsiz deyil, dastanın qəhrəmanları 
kimi canlı və hərəkətlidir. Demək olar ki, həmişə qəhrəmanların 
həyatında və baş vermiş bütün hadisələrdə rol oynayır. 
Həyatın özü kimi hadisələr də sürətlə cərəyan edir. Bir qısa 
cümlədə, ya da deyimdə təxminən iyirmi illik zaman nəql edilir.  


Yüklə 2,31 Mb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə