Türk folkloru dünya alimlərinin gözü ilə



Yüklə 2,31 Mb.
Pdf görüntüsü
səhifə57/78
tarix25.07.2018
ölçüsü2,31 Mb.
#58828
1   ...   53   54   55   56   57   58   59   60   ...   78

169 
 
fətlərdə  hər  bəyin  çox  ciddi  şəkildə  müəyyənləşən  yeri  vardır. 
Bəylər xanla birlikdə  məqsədi yalnız əylənmək olmayan ova da 
qatılırlar. Döyüşə verilən məna ova da verilir; bu, bölümlərdə ən 
çox təkrarlanan hadisələrdən biridir. 
Çingiz xan dövründə monqollarda olduğu kimi, oğuz bəylə-
rinin də tabeçiliyində və  yoldaşları olan əsgərləri/mühafizəçiləri 
vardı. Onlar əsasən döyüşlərdə, ovda, ziyafətlərdə və başqa yer-
lərdə  bəylərin  tərəfdaşıdır.  Bunlar  birinci  bölümündə  yuxarda 
bəhs  edilən  hadisədən  başqa  dastanda  bəylərə  çox  sadiq  göstə-
rilirlər. «Əsgər» terimini  ilə  yanaşı, dastanda daha geniş mənalı 
«igid» sözünə də tez-tez rast gəlinir. Hər əsgər igiddir, ancaq hər 
igid əsgər olmaya bilər.  
Xan,  bəylər,  əsgərlər,  igidlər  və  tacirlər  yaradıcı  şəkildə 
ideallaşdırılır,  lakin  bunların  XI-XIV  əsrlərdə  baş  verən  tarixi 
hadisələrlə həqiqi bağı vardır.  
Əsər  əsasən  müharibələrdən  və  döyüşlərdən  bəhs  edən  bir 
dastandır.  Nəql  edilən  döyüşlərdən  ikisi  oğuzlar  arasında  mey-
dana gəlir (I və XII bölüm). İki bölümdə (V və VIII) fövqəltəbii 
və  qeyri-insani  varlıqlarla  döyüş  aparılır.  Digər  bölümlərdə 
oğuzlar şimal və qərbdəki kafirlərlə müharibə edirlər. Mövzulara 
görə isə bu günə qədər aparılan tədqiqatların nəticələrinə əsasən 
söylənən hadisələrin iki əsas tarixi mərhələyə ayırmaq mümkün-
dür.  Bir  çox  tədqiqatçılar  II  bölümün  («Salur  Qazanın  evinin 
yağmalandığı dastanı bəyan edər»
 1
) oğuzların X əsrdə Oğuz tor-
pağının şimal  və şimal-qərbində  yaşayan qıpçaqlar və  peçenek-
lərlə döyüşməsi mövzusunda həmfikirdirlər. 
İkinci mərhələ Ağqoyunlular dövləti dövrü ilə bağlıdır. Bu-
nu Qanturalın Trabzon hökmdarının qızı ilə evlənməsindən bəhs 
edən  «Qanlı  Qoca  oğlu  Qanturalı  dastanını  bəyan  edər,  xanım 
hey»  boyu  çox  açıq  şəkildə  görtərir.  Bu  bölümdə  digər  oğuz 
qəhrəmanları  yer  almır,  buna  görə  də  bu  bölümün  yeni  olduğu 
bir daha təsdiqlənir.  
                                                
1
 Müəllifin üslubunu olduğu kimi saxladıq – Q.Şəhriyar. 


170 
 
«Kitab»da bir çox şey o qədər dəqiq təqdim olunur ki, oxu-
cular  onun  tarixi  əsər  olduğunu  düşünə  bilərlər.  Ancaq  əsərdə 
oğuzların yaşadıqları dövrdə mühüm tarixi hadisələrdən hər han-
sı birində iştirak etdiyinə dair heç bir dəlil yoxdur. Məsələn, heç 
bir bölümdə oğuzların nə Qəznəvilər sülaləsinin dövlət işlərində 
yer  aldığı,  nə  də  onun  süqutunda  rol  oynadığı  göstərilmir.  XI 
əsrin  son  illərində  güclü  bir  hökmranlıq  quran  oğuz  mənşəli 
Səlcuqilərin  İran  və  Anadolunun  böyük  bir  qismini  tutduğu  ar-
dıcıl dövrlərlə təsvir edilir. Deməli,  bir çox dastanlarda olduğu 
kimi, bu dastanın da mövzusu təxəyyülün məhsuludur. Halbuki 
əfsanələr qədim dövrlərdə oğuz həyat tərzini o qədər həqiqi təs-
vir edir ki, bu əsər ictimai və  mədəni tarix baxımından əhəmiy-
yətli sənəd kimi qəbul edilir.  
Oğuz boylarını bir neçə yüz min insan təşkil etdiyi bilindiyi 
halda,  «Kitab»ın  bölümlərində  xalq  kütləsi  çox  nadir  hallarda 
gözə  çarpır.  Qəhrəmanlıq  əsərlərinin  çoxunda  olduğu  kimi,  bu 
dastanda da aristokratiya, oğuz yüksək iyerarxiyasındakı xanlar 
və  bəylərin  həyatları  təsvir  edilir.  Əsərin  qəhrəmanları  yalnız 
bəy  təbəqəsinin  üzvləridir  (səhnəyə  təxminən  80  qəhrəman  çı-
xır). Bu rəqəmə adları çəkilən iyirmi qəhrəman və əfsanədə yer 
alan  fövqəltəbii  varlıqlar  (Allah,  Əzrail,  Xıdır,  Təpəgöz)  daxil 
deyil. Orta Şərq və Orta Asiya ilə  bağlı aparılan bir çox qədim 
tarixi  araşdırmalar  oğuz  dastanında  adı  çəkilən  insanlardan  və 
hadisələrdən  bəhs  edir  və  bu  tədqiqatlar  dastanın  bəzi  hissələ-
rinin həqiqi olduğunu göstərir.  
İkinci  bölümdəki  çoban  Qaracıq  aristokratiya  maneələrini 
dəf  edən,  dastanda  əhəmiyyətli  rol  oynamağı  bacaran  və  xalq 
arasından  çıxan  yeganə  insandır.  Cəsarəti  və  sədaqəti  o  qədər 
yüksəkdir ki, hökmdarı olan Qazan  müxalif olmasına baxmaya-
raq,  çətin  vəziyyətlərdə  onu  yanında  aparmaq  məcburiyyətində 
qalmışdır.  
«Dədə  Qorqud  kitabı»  qəhrəmanlıq  dastanı  olduğundan, 
oğuz qəhrəmanın tipi və özəlliyi haqqında bir neçə şey söyləmək 


171 
 
vacibdir.  Oğuzlara  görə,  bir  insanın  ən  önəmli  xüsusiyyəti  cə-
sarətdir. Qadınlarda da bu xüsusiyyətə  böyük əhəmiyyət verilir. 
Bölümlərin  qəhrəmanları  kəskin  və  sərt,  əsasən  şişirdilmiş 
xüsusiyyətləri olan insanlardır. Onların bu fövqəlbəşər xüsusiy-
yətləri döyüşdə, yeyib-içərkən, hətta yuxuda da müşahidə edilir. 
O  kəskinliyi  «qaçanını  qovalamadı,  aman  deyəni  öldürmədi» 
faktı ilə yumşaldır.  
Digər  tərəfdən,  dastanın  qəhrəmanları  arasında  fəth  və  dö-
yüşmək hissinin yüksək olmaması maraqlıdır. Daha çox əsir gö-
türülən  atalar,  oğullar  və  ya  qardaşları  düşməndən  azad  etmək 
məqsədilə  hücum  edilir.  Oğuzlar  ələ  keçirildikləri  torpaqda  və 
ya qalada heç bir zaman məskunlaşmırlar, evlərinə geri dönürlər. 
Təsvir edilən hadisələrə görə, oğuzlar fəth etmək üçün deyil, öz 
həyatlarını müdafiə etmək və əsirləri azad etmək üçün döyüşür-
lər. Lakin  bu, oğuz tarixinin qədim dövrü üçün keçərlidir. Son-
rakı  dövrlərdə  məqsəd  qəhrəmanlıq  və  cəsarəti  nümayiş  etdir-
məkdir. Belə ki, beşinci bölümdə Dəli Domrulun davranışlarına 
artıq sadəcə özünümüdafiə,  ya da  ictimai  məqsədlə edilən qəh-
rəmanlıq kimi  baxmaq  mümkün deyil. Bu, daha çox özünü təs-
diq etmənin bir vasitəsi kimi görünür.  
Daima  döyüşlərlə  yaşayan  oğuz  cəmiyyətində  «baş  kəsib 
qan tökmək»  faktı  böyük  əhəmiyyət kəsb edir. Yalnız döyüşdə 
göstərilən  qəhrəmanlıqlara  görə  cəmiyyət  üzvlərinə  dəyər  veri-
lir. Güc və bacarığını nümayiş etdirdikdən sonra gənc oğlana ad 
verilir. «O zamanda bir oğlan baş kəsməsə, qan tökməsə, ad qoy-
mazlardı».  Buna  görə  də  erkən  yaşlarında  uşaq  ideal  qəhrəman 
kimi tərbiyə edilir. Bütün əsər belə nümunələrlə zəngindir.  
Daima döyüşlərlə keçən həyat insanın həm fiziki, həm zehni 
baxımdan  güclü  olmasını  gərəkdirir.  Buna  görə  də  orqanizmin 
gücü və şəxsi cəsarət hissi böyük dəyərlərdir. Vəhşi heyvanlarla 
da tez-tez döyüşmək məcburiyyətində olan oğuzların fiziki quru-
luşu,  sanki  heyvan  şəklini  təsvir  edirmiş  kimi  göstərilir:  qəh-


Yüklə 2,31 Mb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə