Türk folkloru dünya alimlərinin gözü ilə



Yüklə 2,31 Mb.
Pdf görüntüsü
səhifə53/78
tarix25.07.2018
ölçüsü2,31 Mb.
#58828
1   ...   49   50   51   52   53   54   55   56   ...   78

157 
 
luğu)  qonşusu  idi.  Oğuzlar  haqqında  həm  çin  və  Bizans  tarix-
çiləri,  həm  də  türklərin  qədim  məzarüstü  kitabələri  bizə  geniş 
məlumat verir. VIII əsrdən qalan Orxon kitabələrində (bugünkü 
Monqolustandadır) oğuzlar  «doqquz oğuz»  adlanır. Kitabələrdə 
oğuzlar  bəzən  Türk  xaqanlığının  bir  hissəsi,  bəzən  də  onunla 
döyüşən bir xalq kimi göstərilir. 
IX  əsrdə  oğuzlar  Altay  dağları  və  Baykal  gölü  bölgəsindən 
qərbə köç edərək Sır-Dəryanın sahillərinə yerləşmiş və X əsrdə öz 
dövlətlərini  qurmuşlar.  Bu  dövlətin  sərhədləri  Sır-Dərya  sahilləri 
boyunca  qərbdə  Xəzər  dənizi,  şimalda  Aral  gölünün  dü-
zənliklərinədək uzanırdı. Oğuzların çoxunun köçəri həyata davam 
edərək öz iqtisadiyyatlarını tənzimləyə çalışmalarına baxmayaraq, 
bəziləri ərəb mənbələrində adı çəkilən Qaracuq (Fərab), Sığnaq və 
Yaqbu adlandırılan və Oğuz xaqanının qışlaq kimi  istifadə etdiyi 
Yenikəndə  bənzər  şəhərlər  salaraq  oturaq  həyatı  qəbul  etmişlər. 
Oğuzların  bu  dövlətinin  ən  böyük  hissəsi  bugünkü  Qazaxıstan 
SSR, Özbəkistan SSR və Türkmənistan SSR-nin olduğu yerlərdir. 
Qarluqlar, qıpçaqlar və peçeneklər də onların qonşuları idi. 
X  əsrin  sonunda oğuzlar  müsəlman  bölgələrinə,  yəni qərbə 
daha  çox  köç  etməyə  başladılar.  Böyük  bir  qismi  qərbə  doğru 
peçenekləri  təqib  edərək  Emba  və  Ural  çaylarını  keçib  Qara-
dəniz sahillərindəki düzənliklərinə çatmışdır. Oğuzların bu boyu 
türk salnamələrində «Törk» kimi göstərilir.  
Oğuzların Orta Asiyada qalan qismi qıpçaqlar və digər köçə-
rilərin təzyiqi altında qərbə köç edərək bugünkü Türkmənistanın 
Xəzər dənizi sahillərinə  yetişmişlər. «Türkmən» adına ərəb mən-
bələrində  X  əsrin  ikinci  yarısından  etibarən  rast  gəlinir.  Hər  nə 
qədər bu termin əvvəllər islamı qəbul edən oğuzlar haqqında de-
yilirdisə də, digər tərəfdən qismən torpaqla məşğul olan və oturaq 
həyat sürən oğuzlar üçün də istifadə olunurdu. Həm oğuz, həm də 
türkmən eyni mənalı sözlərdir. «Türkmən» adı «oğuz»a nisbətən 
daha yenidir və islamı qəbul etdikdən sonra meydana çıxmışdır.  


158 
 
XI əsrdə Qərbi Asiya oğuzları, ya da türkmənləri  inkişaf et-
miş ölkələrə, hətta Aralıq dənizinə qədər gedib çıxmışlar. Bu əs-
rin birinci yarısında islamlaşan oğuzların bir qismi Səlcuqi hökm-
darlarının rəhbərliyi altında İranı, Cənubi Qafqazı və Kiçik Asiya-
nın,  demək  olar  ki,  hamısını  fəth  edə  bilən  güclər  yaratmışlar. 
Səlcuqilər Suriya, Mesopotamya və Yəməni ələ keçirmişlər. 
Səlcuqi  hökmdarlığı  monqol  istilası  nəticəsində  süquta  uğ-
ramışdı  (1225-1258).  Ön  Asiyadakı  monqol  hökmranlığının 
zəifləməsi  ilə  Cənubi  Qafqaz  və  Kiçik  Asiyada  yerləşən  köçəri 
oğuz boyları XIV əsrin əvvəllərində Ağqoyunlu və Qaraqoyunlu 
adlı türkmən birliklərini qurmuşlar. Ağqoyunlu birliyinə rəhbər-
lik edən sülalənin də adı Bayındır boyu idi. XIV əsrdə bu güclü 
oğuz  qrupunun  mərkəzi  Dəclənin  yuxarı  qismində  yerləşən 
Amid (Diyarbəkir) şəhəridir. O dövrə aid Bizans mənbələri Ağ-
qoyunlu türkmənlərini Amitoid adlandırırlar.  
Qaraqoyunlu birliyinin mərkəzi Van gölü şimalda Ermənistan 
yaylaqlarında yerləşir. 1389-cu və 1467-ci illərdə bu iki birlik ara-
sında  çıxan  döyüşlər  Ağqoyunluların  qalibiyyəti  ilə  nəticələnmiş-
dir.  Ağqoyunlu  dövləti  XV  əsrin  ortasında  Bayındır  sülaləsindən 
gələn  Uzun  Həsənin  zamanında  ən  parlaq  dövrünü  yaşamışdır. 
Dövlətin sərhədləri Cənubi Azərbaycan, Ermənistan, Şərqi Anado-
lu,  Diyarbəkir,  Mesopotamya  və  Şimal-qərbi  İranı  əhatə  edir. 
Paytaxtı Təbrizdir (1468-1501). Bu dövlətin gücü şəhərlər və kənd-
lərdə yaşayan əhalidə yox, əksəriyyəti köçəri olan türkmənlərdə idi. 
XVI əsrin əvvəllərində Ağqoyunlu dövləti Osmanlı türkləri və İran 
Səfəviləri  tərəfindən  məğlubiyyətə  uğradıldı.  1502-ci  ildə  Şah 
İsmayılın Uzun Həsənin nəvəsi Əlvəndi məğlub etməsi nəticəsində 
1508-ci ildə Səfəvilər Ağqoyunlu dövlətini ələ keçirdi.  
Oğuzların 12-si sağ qanad, 12-si sol qanad olmaqla 24 boyu 
var  (İç  və  Daş  oğuzlar).  «Dədə  Qorqud  kitabı»nda  da  bu  boy-
ların sayı 24-dür. «Kitab»da məşhur oğuz boylarından bəhs edi-
lir. Başda da Kiçik Asiyada Osmanlı dövlətini quran Qayı boyu-
dur. Bayındır boyu da oğuzların dövlət təşkilatında əhəmiyyətli 


159 
 
rol oynayır: Ağqoyunlu dövlətində güclü xanədan quran Bayın-
dır  «Kitab»da  da  oğuz  torpaqlarının  xaqanı  olaraq  göstərilir. 
Oğuz  dastanının  ən  önəmli  qəhrəmanlarından  biri  olan  Qorqud 
bayat boyundandır. Orta  əsr türk divan  ədəbiyyatının  ən  böyük 
dühalarından  biri  olan  XVI  əsrin  məşhur  şairi  Füzuli  də  bu 
boydandır.  Xüsusilə  Salur  boyu  oğuz  xalq  yaradıcılığında  özü-
nəməxsus yerlərdən birini tutur. «Kitab»da da Salur Qazan oğuz-
ların çox önəmli cəngavəri kimi göstərilir. Digər oğuz boylarının 
böyük bir hissəsi Anadoluda və Azərbaycanda yaşayır. 
Oğuz  boyları  Kiçik  Asiyaya  gəldikləri  zaman  onların  artıq 
müxtəlif  şeir  ənənələri  mövcud  idi.  Şifahi  ənənənin  ən  erkən 
növlərindən  olan  xalq  şeirləri  əsrlərlə  boydan  boya,  nəsildən-
nəsilə  ötürülür.  Ozanların  göstərdikləri  yaradıcı  səyləri  ilə  bül-
lurlaşan qəhrəmanlıq dastanları və ağıların yanğılarına əski türk 
Orxon-Yenisey  kitabələrində  rast  gəlinir.  Şübhəsiz  ki,  XI-XII 
əsrlərdə  oğuzların  bir  hissəsi  Kiçik  Asiyaya  müxtəlif  növ  şeir 
ənənələrindən bir parçanı da gətirmişdir. Kiçik  Asiyalı türklərdə 
türkülərlə  yanaşı,  ozanlar tərəfindən  oğuz  qəhrəmanları  və  süla-
lələrinin şərəfinə söylənən qəhrəmanlıq şeirləri mövcuddur. «Də-
də Qorqud kitabı»nda olan şeirlər bunun bariz nümunələridir. 
Oğuz boylarının həyatları ilə bağlı əfsanə və tarixi hekayə-
lərini yaşadan dastanların müxtəlif şəkilləri Oğuznamə adı altın-
da toplanmışdır. Daha geniş mənada oğuznamələr oğuzların mi-
fik ataları olan Oğuz xan dövründən gələn çoxəsrlik mənəvi mi-
rasını  (rəvayətlər,  ənənələr  kimi)  təmsil  edir.  «Dədə  Qorqud 
kitabı»nın bəzi hissələri oğuznamə adlandırılır.  
Epik  ənənənin  davamlılığı  sayəsində  oğuz  qəhrəmanları  və 
söyləyici  Qorqudun  adı  ətrafında  inkişaf  edən  müxtəlif  ölçülü 
laylar  birlikdə  bir  bütünü  əmələ  gətirir.  Həqiqi  mənada  bütün 
xalq dastanları kimi bu dastan da çoxlu sayda insanın səyləri ilə 
uzun  əsrlər  boyunca  yaranmışdır.  Əlbəttə  ki,  bir  çox  ozan  bu 
dastanları  öz  tərzinə  görə  söyləmişdir.  Dastanın  bölümlərinin
1
 
                                                
1
  Müəllifin  üslubuna  xələl  gəətirməmək  üçün  bu  ifadəni  olduğu  kimi 


Yüklə 2,31 Mb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə