Türk folkloru dünya alimlərinin gözü ilə



Yüklə 2,31 Mb.
Pdf görüntüsü
səhifə49/78
tarix25.07.2018
ölçüsü2,31 Mb.
#58828
1   ...   45   46   47   48   49   50   51   52   ...   78

145 
 
adı görklü Məhəmməd Mustafa (adı gözəl Məhəmməd Mustafa) 
ifadəsi istifadə olunur
1
. Aradakı fərq çox mənalıdır.  
 
Tanrının birliyi  
Qədim  Altay  dininin  çox  ilahlı  təktanrıçılıq  deyə  biləcəyi-
miz  inancdan  doğduğu  şübhəsizdir.  Həqiqətən  də,  böyük  Gök 
Tanrıya necə önəm verildiyini görsək və onun birliyindən şübhə 
etməsək belə, daha bir çox ilahın da mövcud olduğunu bilirik
2

«Kitabi-Dədə Qorqud»da islamın da əsası olan tək Tanrıya 
şübhə etmək mümkün deyil və biz bunu nə yazıçının, nə də oxu-
cuların  etdiyini  düşünürük.  Ancaq  «Kəlimeyi-şəhadət»  gətir-
məklə  və digər müqəddəs gücləri ilah olaraq görməməklə  yana-
şı, oğuzlar bu güclərə yenə də diqqət yetirirlər, onlara ilahlara və 
Allaha qarşı davrandıqları kimi rəftar edirdilər.  
Türkcə «kamu yerde ahadsın» («hər yerdə birsən»)
3
 cümlə-
sinə daxil olan və ərəbcədə «əhəd» ilə ifadə edilən Tanrının bir-
liyinə  iman o qədər təbiidir ki,  başqa dəlillər  verməyimizə  belə 
ehtiyac yoxdur.  
Bir döyüşçü canının bağışlanması üçün bağırır: Bana aman, 
tenqrinin birliyine yoktur güman (Aman diləyirəm. Tanrının bir-
liyindən şübhəm yoxdur)
4
.  
Təhlükə qarşısında qalan bir insan da bu imana sığınır: Bir-
liyinə sığındum (Sənin birliyinə sığındım)
5
.  
İnancı  olmayan  bir  insana  müsəlmana  deyir:  Sənüng  bir 
tenqrin  var  isə  menüm  yetmiş  iki  bütxanəm  var  (Sənin  tək  bir 
Tanrın varsa, mənim yetmiş iki bütxanam var)
6
.  
                                                
1
 Ergin, s. 115, 153, 177, 184, 191, 192, 194, 198, 206, 215, 225, 230, 243 
2
  Ətraflı  məlumat  üçün  bax:  J.P.Roux,  RHR,  CXLIX,  s.  214-221  və 
xüsusilə CLIV s. 40-42 
3
 Ergin, s. 204; Rossi, s. 163 
4
 Ergin, s. 126; Rossi, s. 110-118 
5
 Ergin, s. 224 
6
 İbid 


146 
 
İkinci dərəcədə yer alan bu müqəddəs güclər haqqında sözü 
bir  az  daha  uzatmaqda  fayda  var.  Bunların  müqəddəs  statusu 
həm  türklərin  islamdan  əvvəlki  dinində  mövcud  olmalarından, 
həm  də  edilən  dualarda  yer  almalarından  qaynaqlanır.  Bunlar 
arasından əski inancın üç müqəddəs gücü olan və dağ, su, ağac-
dan
1
 ibarət olan bir üçlüyü nümayiş etdirə bildik.   
Ancaq  başqaları  da  vardır:  üzü  ilahi  lütf  olan  qurd
2

şübhəsiz,  atlara  və  qoruyuculara  dönmüş  ilk  totemlərdən  olan 
köpək
3
 bunlar arasındadır. Bir az anlaşılmaz ifadə ilə də olsa, İrk 
Bitig
4
 olaraq bilinən yolların tanrısının (yol tenqri) izinə də rast 
gəlinir
5
.  
Daha  öncə  bəhs  etdiyimiz  Allah-Tenqriyə  aid  dörd  dua 
müxtəlif  böyüklükdə  olub  sıra  ilə  25,  13,  12  və  9  misradan
6
 
ibarətdir. Bu dualar ortaq bir ilk nümunədən törəmiş kimi görü-
nür. Bunlar duada olsun düşüncəsi ilə hekayəyə daxil edilmişdir. 
Bunun  ən  xarekterik  ifadəsi  belədir:  Allah-Taala  ilə  xəbərləşə-
yim (Allahla danışacağam)
7
. Ağaca, suya, qurda, köpəyə edilən 
dualar  eyni  şəkildə  duanı  oxuyanların  nəzəri  ilə  və  xüsusilə  də 
Allah üçün istifadə olunan ehtiyatlı bir ifadə ilə başlayır:  bu su 
ilə xəbərləşəyim (bu su ilə danışacağam)
8
. Burada, sadəcə, Taala 
Taala kəlməsi əskikdir.  
İki qrup mətnin quruluşu olduqca bənzərdir. İkinci dərəcədə 
gələn  müqəddəs  güclərə  edilən  dualar  təxminən  bir  az  qısadır. 
Ağaca edilən dua 16  misra; qurda edilən 12  misra; suya edilən 
                                                
1
  J.P.Roux.  Recherches  des  survivances  preislamiques  dans  les  textes 
turcs musulmans. Y.A., 1976, s. 35-55 
2
 Ergin, s. 101 
3
 Ergin, s. 112 
4
 H.N.Orkun. Eski TürkYazıtlan. 4. cilt, İstanbul, 1936-1941, Cilt 11, s. 75 
5
 Ergin, s. 157, 193 
6
  Bütün  formalar  (Drezden  əlyazması),  lakin  içərisindən  bəzi  bölümlər 
ixtisar edilə bilər. 
7
 
62
 Ergin, s. 100 
8
 Ergin, s. 101; Rossi, s. 131 


147 
 
10 misra; köpəyə  edilən dua  isə 6  misradır
1
. Ancaq bunların  ən 
zəngin olanı Allaha edilən duaların içindən də uzundur, ən qısası 
isə, sadəcə 3 misra daha azdır
2
. Bunların hamısı da ümumilikdə 
uzun  dua  formalarına  daxil  olur;  bunlardan  birində,  ən  uzun 
duada Tenqriyə bir-birinin ardınca 5 misra; suya ard-arda 8 mis-
ra; ağaca 15 misra ayrılmış, başqa birində isə qurd və köpək tək-
rarlanmamışdır.  
Bu duaların hamısında aşağıdakı nüanslar müşahidə edilir:  
1) İslam mənşəli iman və təriflər;  
2) Quran mənşəli olmayan və ya ola bilməyən, hətta gündə-
lik həyatla bağlı hadisələrdən qaynaqlanan iman və təriflər; 
3) Şərtlərə adaptasiya olmuş arzular. 
 
Yaradıcı 
Fikirlərini  «yaratmaq»  feilinin  ifadə  etdiyi  «tənzimləmə» 
anlayışı  üzərində  cəmləyən  əski  türklərdə  Yaradıcı  Tanrı  anla-
yışı  dəqiq  deyildir.  Bununla  belə,  Orxon  kitabələrində  kainatın 
yaradılışından
3
 və hətta insanların yaradılmış olduğundan qısaca 
qısaca bəhs edilir
4
.  Daha  sonra  bizim  izləyə  bilmədiyimiz  daha 
qüsursuz açıqlamaların verilmiş olduğu müşahidə edilir.  
«Kitabi-Dədə Qorqud»da olan «yaradan» sifəti islamiyyətin 
təsiri  altında  məna  dəyişikliyinə  uğradığından  onu  «yaradıcı» 
əvəzinə  «nizamlayıcı»  kimi  tərcümə  edə  bilmərik.  «Yaratma» 
düşüncəsi «Kitab»da da təsdiq olunur:  
Mən aləmləri yoxdan var edən Allahuma sıgındum
5
.  
(Mən aləmləri yoxdan var edən Allahıma sığındım). 
Aləmləri yaradan Allah Tenqri
6
.  
                                                
1
 Ən qüsursuz əlyazmasında. 
2
 Köpəyə edilən dua, Ergin, s. 102  
3
 H.N.Orkun. +Eski Türk. Adı çəkilən əsər, cilt 1, s. 28 
4
 İbid, cilt 1, s. 28 və 30 
5
 Ergin, s. 224 
6
 Ergin, s. 76 


Yüklə 2,31 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə