Türk folkloru dünya alimlərinin gözü ilə



Yüklə 2,31 Mb.
Pdf görüntüsü
səhifə48/78
tarix25.07.2018
ölçüsü2,31 Mb.
#58828
1   ...   44   45   46   47   48   49   50   51   ...   78

142 
 
«Nicə cahillər səni gökdə arar, yerdə istər, 
Sən hod müminler könlidesin».  
(Bəzi cahillər səni göydə arar, yerdə istər.  
Sən inanc sahibi olanların könlündəsən)
1

 
Oğuz  bəylərinin  ibadət  üçün  səcdəyə  getmək  əvəzinə,  üz-
lərini  yuxarı  qaldırmaları  açıq-aşkar  onların  Gök  Tanrıya  xitab 
etdiklərini  göstərir
2
.  Mətnin  ən  gözəl  ifadələrindən  biri  olan 
«Sən gedəli ağlamağum gökdə ikən yerə endi»
3
 çoxtanrılı oğuz-
namədəki bu izaha bənzəmirmi? Ağacdan doğan və oğuzun gə-
ləcəkdəki  ilk  həyat  yoldaşı  olacaq  qızın  göz  yaşları  Gök  Tenq-
rinin öz göz yaşlarıdır
4
.  
Əsərin içinə girdikcə Tanrının və göyün çulğlaşması aydın-
laşır  və  xəbər  almaq  istəyən  bir  insanın  sözlərində  açıq-aşkar 
özünü  büruzə  verir:  «Yolunun  üzərində  suya  rast  gələndə  belə 
der:  Şu  Haqq  dizarung  görmişdur,  ben  bu  su  ilə  xəbərləşəyim 
(Bu  su  Tanrının  üzünü  görmüşdür,  bu  su  ilə  danışım)
5
.  E.Ros-
sinin
6
  göstərdiyi  kimi,  bu  ifadə  göyün  sular  üzərində  yansıma-
sını ehtiva edir. Burada kahinliklə bağlı bir mətn haqqında danı-
şıldığından bu ifadə, eyni zamanda gələcəyi görmək üçün vasitə 
olan bir aynanın şaman funksiyalarını  əks etdirir. Bununla mət-
nin  yuxu  yozan tərəfindən  yuxunun tam  yozulmadığını  və  «Al-
lah yozsun»
7
 («Allah xeyrə yozsun» – Q.Şəhriyar) dediyi bölüm 
bölüm  arasında  bənzərlik  yarada  bilərik.  Burada  da  şaman 
üsuluna  müraciət  edildiyinin  şahidi  oluruq:  ənənəni  öyrənmək 
üçün  şaman  göyə  səyahət  edir,  çünki  hər  şeyin  sirri  Ondadır: 
                                                
1
 Ergin, s. 180; Rossi, s. 177 
2
 Ergin, s. 117; Rossi, s. 113 
3
 Ergin, s. 171 
4
 Oğuznamə, 49-69-cu sətirlər. Bang ve Rahmeti, Die Legende von Og-
huz QAGHAN, Berlin, 1932; R.Nour. Oughouz name. Türk Destanı. İsken-
deriye, 1928 
5
 Ergin, s. 101 
6
 Rossi, s. 138 
7
 Ergin, s. 100 


143 
 
«Kitabi-Dədə Qorqud»dakı Tanrının ilahi gücü əski türk dinində 
göyün sahib olduğu gücdən qaynaqlanır.  
Əvvəlcə  onu  qeyd  etmək  məcburiyyətindəyik  ki,  «Kitabi-
Dədə Qorqud»da bir başqa məqsədlə  yenidən araşdırdığımız iki 
anlayış mövcuddur:  
1.
 
Şamanın göyə səyahəti anlayışı;  
2.
 
Tanrının  yer  üzünə  və  insanlara  tədbiq  etdiyi  və  qədim 
kitabələrdəki  göyün  həyata  keçirdiyinə  bərabər  olan  təzyiq 
anlayışı.  
Göyün üst təbəqəsində bir nizamsızlığa və buranın dağılma 
ehtimalına qədər gedib-çıxan bu təzyiq təbii nəticə kimi yer üzü-
nün  yox  olmasını  da  özü  ilə  birlikdə  gətirirdi.  Bu  da  islamdan 
əvvəl türklər üçün, bir növ, qiyamət düşüncəsi yaradırdı; bu gün 
də  bu  düşüncə  məlumdur:  dağların  dağılması  (yıkıl)
1
  və  yerin 
yarılması (yer obrıldı)
2
 kimi cümlələrlə ifadə edilir.  
Göyə  ox  atan  Nemruddan  bəhs  edən  misralar  açıq-aydın 
Qurandan  və islam ənənələrindən yararlanaraq yazılmışdır
3
. La-
kin türklərin işğal etdikləri ölkələrin ənənə və inanclarına uyğun 
gələn mədəniyyətlərindən çox şey götürmələri ümumi qayda ki-
mi  görünür.  «Kitabi-Dədə  Qorqud»da,  Polifem,  Siklop
4
  və  ya 
Admetdə
5
  bunun  xarakterik  nümunələrinin  şahidi  oluruq.  Hal-
buki  oxun  hələ  açıqlanmayan  çox  zəngin  simvolik  bir  mənası 
vardır; xüsusilə də bəzən müəyyən məqsədlərlə ox atılır. Ən qə-
dim  dövrlərdən  bəri  və  bəlkə  də,  çinlilərin  təsiri  ilə  Orta  Asya 
köçəri tayfaları kimə qarşı hiddətləndiklərini belə bilmədən göyə 
doğru  ox  atmağı  sevirdilər.  Bir  tərəfdən  ildırıma  yetişmək  və 
onu məhv etmək üçün buludlara doğru ox atır, digər tərəfdən də 
                                                
1
 Ergin, s. 150-170, 227 v.s. 
2
 Ergin, s. 91 
3
 Ergin, s. 204-205. Ətraflı məlumat üçün bax: Kur'an, II, 260, XXI,69; 
E.I's.v. Nemrud. 
4
 Ergin, s. 207; Rossi,  ətraflı məlumat üçün bax: C.S.Mundy. Polyphe-
mus and Tepegöz, 1350 AS,1956, XVIII-2, s. 279-302 
5
 Ergin, s. 177; Rossi, s. 175 


144 
 
göyü savaş niyyəti ilə deyil, ona çatmaq məqsədi  ilə nişan alır-
dılar: Burada ox artıq bir döyüş deyil, ünsiyyət vasitəsi idi. 
Şeirlərin  birində  haqqında  çoxlu  təriflər  söylənilən  bir  şah 
qartalın  Qadir  Ulu  Tanrının  yanında  uçduğundan  bəhs  edilir
1

Həqiqətən də, müsəlman sufizmi bu faktı gözardı etmir və buna 
xüsusilə «Həqiqət ardıcılları»nda («Les Fidèles de Veritè») çox 
sıx  rast  gəlirik
2
.  Bununla  birlikdə  türklərin  bunu  kürdlərdən  və 
ya  haqq  məzhəblərin  xaricində  başqa  bir  icmalardan  aldığını 
düşünürük,  lakin  bunu  onların  islamdan  əvvəlki  təsvirlərində 
müşahidə  edirik;  Əhli  Haqq  kürdlərlə  Sibir  və  Monqolustan 
qədim  türk  dünyası  arasındakı  düşüncə  ortaqlığı,  həqiqətən  də, 
hər ikisinin ortaq qaynaqdan yararlandığı nəticəsinə gələ biləcək 
qədər böyükdür.  
Gök Tanrının Allah kəlməsinin təsirindəki şəffaflığında əv-
vəl  gördüyümüz  «görklü»  (gözəl)  sifətinin  istifadəsi  daha  çox 
aydınlıq  gətirir.  Bunun  köçəri  türklərin  müqəddəs  göy  qübbəsi 
altında hiss etdikləri estetik duyğunu ifadə etdiyini qəbul etmək 
çətindir. Rossi qeydlərində bu «gözəl» sifətinin Məhəmmədə də 
verildiyini  söyləyir
3
;  bu  nüans,  əgər  qəbul  etsək,  şərhlərimizdə 
çiyinlərimizdən  böyük  bir  yükü  qaldıracaqdır.  Həqiqətdə  kita-
bın, Osmanlıların qeydlərindən aydın olduğu kimi, daha əvvəlki 
ilk  səhifələrində  yazıçı  gözəl  hesab  etdiyi  bir  çox  şeyi  dilə  gə-
tirir,  bunlar  arasında  başda  üstümüzdə  olan  Tanrı  ifadəsi,  Mə-
həmmədin, bir çox islam böyüyünün və bir çox müqəddəs yerin 
adları  vardır.  Lakin  daha  sonra  ifadələr  ayrı-ayrı  olduğu  halda, 
Tanrı yenidən görklü olaraq qarşımıza çıxır; bunun müqabilində 
Peyğəmbərdən  bəhs  etmək  istəndiyi  zaman  çoxsistemli  şəkildə 
                                                
1
 Ergin, s. 192 
2
  M.Mokri.  Le  Chasseur  de  Dieu  et  la  mythe  du  Roi  –  Aigle. 
Wiesbaden, 1969, s. 23 
3
 Rossi, s. 41 


Yüklə 2,31 Mb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə